MÜHAZİRƏ XI
ANA VƏ UŞAQ MÜHAFİZƏSİ SİSTEMİ. QADİNLARA XİDMƏT EDƏN TİBB İDARƏLƏRİ ŞƏBƏKƏSİ,
ONLARIN QURULUŞU VƏ VƏZİFƏLƏRİ
Ana və uşaq mühafizəsi - ümumilikdə ölkə əhalisinin sağlamhğının qorunması və möhkəmləndirilməsinin rəhnidir. Sağlamlığın bünövrəsi yaşlarından qoyulur və uşaqların sağlamlıq vəziyyəti hansı göstəricilərlə ifadə ediləcəksə, böyüklərin və ümumilikdə əhalinin sağlamlığı da müəyyən dərəcədə bu göstəricilərdən asılıdır. Yaddan çıxarmaq lazım deyildir ki, uşaqların sağlamlığına, xüsusən də həyatlarının ilk illərində, ananın sağlamlığı xeyli təsir göstərir. Seçmə sosial- gigiyenik müayinələrin nəticələri onu təsdiq edir ki, 25-30% hallarda uşaqların sağlamlığı ananın sağlamlığı ilə müəyyən edilir, onun təkcə hamiləlik dövründə deyil, həm də həyatı boyu yaşayış tərzinin xarakteri ilə təyin edilir.
Qadınlara və uşaqlara tibbi yardımın təşkili digər əhali qruplarında olduğu kimi eyni prinsiplərin əsasında aparılır, lakin daha qabarıq profilaktik istiqamət daşıyır.
Qadınlara və uşaqlara yardım göstərən müəssisələr şərti olaraq 3 qrupa bölünürlər: müalicə-profilaktik, sağlamlaşdırıcı və tərbiyəvi. Ən çoxsaylı qrupu müalicə-profilaktika idarələri ləşkil edir ki, onların tərkibinə ambulator-poliklinika, stasionar- lar və təcili tibbi yardım stansiyaları daxil edilir. Ana və uşaqların mühafizəsi sistemində ən mühüm halqa mama- ginekoloji xidmətin təşkili sayılır. O, təkcə qadınların sağlam- lığının mühafızəsini deyil, həm də ante-, inttra və postnatal dövlərdə uşaqların sağlamlığının mühafizəsini təmin edir. Məhz həmin dövrlərdə gələcək nəsilin sağlamlığının bünövrəsi qoyulur və formalaşması baş verir.
Mama-ginekoloji yardım sistemində qadın məsləhət- xanaları aparıcı yertuturlar, onlar dispanser tipli müalicə-profi- laktika müəssisələrinə aid olub, qadınlara onların həyatının bütün dövrlərində ambulator-poliklinika müşahidəsi aparırlır. Çox zaman (80%) qadın məsləhətxanaları çoxprofilli poli- klinikaların tərkibində, az hallarda (10%) tibbi-sanitar hissəiərının nəzdində yerləşdirilirlər, bu isə müaiicə-məsiəhət yar- dım uçun müxtəiif ixtisas həkimlərinin köməyinə arxalanmağa, vahid laborator-diaqnostik və fizioterapiya xidmətindən isti- fadə etməyə imkan verir. Təqribən 8% qadın məsləhətxa- naları - bırləşmiş doğum evlərinin tərkibində yerləşirlər. Qadın məsləhətxanalarının əksəriyyəti müstəqil fəaliyyət göstərir.
Müxtəlif mərhələlərdə ginekoloji xəstəlikləri aşkar etmək məqsədi ilə poliklinikalarda müayinə otaqları yaradılmışdır onların işində qadın məslətəhxanaları ilə qarşılıqlı əlaqələr boyük əhəmiyyət daşıyır. Profilaktik müayinələrin sayəsində muxtəlif ginekoloji xəstəlikləri olan, həmçinin cinsi orqanların xərçəngönü və xərçəng xəstəlikləri olan qadınları vaxtında aşkar etmək mümkün olur.
Qadın məsləhətxanalarının işi, digər ambulator-polikli- nıka müəssisələrində olduğu kimi, sahə prinsipi üzrə təşkil edilir: 1 mama-ginekoloji sahə təqribən 2 terapevtik sahədən ibarət olub, deməli 1 mama-ginekoloji sahədə müşahidə altında təqribən 2,5 mln qadın kontingenti olur.
Qadın məsləhətxanasında müxtəlif növ müalicə-profilak- tika yardımı göstərilir, sosial-hüquqi məsləhət həyata keçirilir. Mama-ginekoloji yardımın gələcəkdə yaxşılaşdırılması zamanı laborator-diaqnostik xidmətin təkmilləşdirilməsinə, endokrino- loji, immunoloji, biokimyəvi laboratoriyaların, fuksional diaq- nostika kabinetlərinin və tibbi genetika laboratoriyalarının yaradılmasına böyük diqqət verilir.
Qadın məsləhətxanasında mama-ginekoloq öz işini müvafiq xidmət cədvəlinə uyğun olaraq təşkil edir, qəbul saatı müəyyənləşdirilir. Sahədə profilaktik iş aparmaq üçün ayda 3- 4 günlük xüsusi vaxt ayırır.
Qadın məsləhətxanası dispanser tipli müalicə-profilakti- ka idarəsi olub, onun əsas iş elementləri aşağıdakılardır:
1. Sahədə olan hamilə qadınları vaxtında, yəni hamiləli- yin 1-ci 3 ayında müşahidəyə götürmək.
2. Sahədə hamilə və zahı qadınlara müalicə və profilak- tik xidmət təşkil etmək.
3. Ana ölümünü, ölü doğulmanı və erkən uşaq öiümünü (neonatal) azaltmaq və ya yox etmək üçün tədbirlər görməli.
4. Doğuşa qədər və doğuşdan sonrakı dekret məzu- niyyətini düzgün təyin etmək.
5. Yarımçıq doğulmaya qarşı mübarizə aparmaq.
6. Hamlə qadınlara psixo-profilaktik hazırlıq aparmaqla onları doğuşa hazırlamaq.
7. Ginekoloji xəstəlik zamanı müalicəvi yardım göstər- mək.
8. İşləyən qadınların əmək şəraitini öyrənmək.
9. Qadınların sanitar-gigiyenik mədəniyyətini yüksəlt- mək.
10. Abortlara qarşı mübarizə aparmaq.
11. Qadınlara müxtəlif sosial-hüquqi yardım göstərmək.
12. Hamilə qadının müşahidəsində fasiləsizliyi və ardıcıl- lığı təmin etmək.
13. Hamilə qadının ev və məişət şəraitini öyrənmək, hə- kim və tibb bacısı tərəfindən patronaj təşkil etmək.
14. Doğuşdan sonrakı ağırlaşmaların qarşısını almaq məqsədilə 2 həftədən sonra onu müəyyən etmək.
15. Qinekoloji xəstəliklərin vaxtında aşkar edilməsi məq- sədilə hər bir qadını sahə həkimi ildə 1 dəfə müayi- nədən keçirmək.
Qadınların və uşaqların sağlamlığının qorunmasında qadın məsləhətxanalarında profilaktik işin təşkili həlledici rol oynayır, bu sosial-iqtisadi və tibbi tədbirlər kompleksi ilə təmin olunur ki, onlar da dövlət və ictimai təşkilarlarla birlikdə sohiyyə müəssisələri tərəfındən yerinə yetirilir.
Mama-inekoloji yardım sistemində profilaktika, istehsa- latda və kənd təsərrüfatında işləyən qadınların əməyinin qorunmasına yönəldilmiş tədbirlərlə, hüquqi yardımın gös- torilməsi ilə, məişət və istirahət şəraitlərinin sağlamlaşdı- nlınası ilə, qızların və qadınların sanitar-gigiyenik tərbiyəsinin ciucləndirilməsi ilə, sağlam həyat tərzinin təbliği ilə təmin olunmalıdır. Belə tədbirlər yalnız tibbi təşkilatlarla deyil, eyni zamanda dövlət tərəfindən həyata keçirilməli və nəzarət edilməlidir. Profilaktikanın tibbi bölmələri: patologiyaları törə- dən səbəbləri aradan qaldırılması yolu ilə ananın və uşağın sağlamlıq vəziyyətində baş verən kənara çıxmaların qarşısının alınmasını; əmək qabiliyyətinin saxlanılması və ginekoloji xəstəliklərin tezliyinin azaldılmasını; hamiləliyın və doğuşların fəsadlarının azaldılmasını, doğuşdan sonrakı ağırlaşmaların qarşısının alınmasına dair müalicə-profilaktika tədbirlərinin aparılmasını; dölün perinatal mühafizəsi üzrə tədbirlərın həyata keçirilməsini nəzərdə tutur.
Başlıca tədbirlər birincili profilaktika sahəsində yerinə yetirilməlidir, onun vəzifələrinə qadınlar üzərində yalnız hamiləlik dövründə deyil, həmçinin bütün həyatı boyu müşahidə aparmaq daxildir. Bu, xəstəliklərin baş verməsinin qarşısının alınması, onların sağlamlığının qorunması məqsədi ilə aparılır.
Birincili profilaktika ilə yanaşı, qadın əhalisinin sağlam- lığının yaxşılaşdırılması üçün ikincili profilaktika da az əhəmiy- yət daşımır. O, xəstəliklərin erkən aşkar edilməsini, müvafiq müalicənin aparılmasını, reabilitasiyanı nəzərdə tutur. Ikincili profilaktikanın səmərəliliyi mamalıq, perinatal, ginekoloji pato- İogiyanın ilkin təzahürlərinin ağır formalara, xronik xəstəliklərə keçməsinin qarşısının alınmasından, orqanizmin adaptasiya müxanizmini müəyyən edən vacib sistemlərin patoloji prosesə cəlb edilməsindən ibarətdir.
Qadınlar üzərində hamiləlik dövründə və doğuşdan sonra 1,5-2 il ərzində aparılan profilaktik tədbirlər sahə mama- ginekoloqunun profılaktik işində əhəmiyyətli yer tutur. Həkimlərin gigiyenik tərbiyə və sanitar maarifi üsulu ilə apardıqları iş çox mühümdür, burada əsas diqqəti hamiləliyin vaxtında aşkar edilməsinə (12 həftəyə qədər) qadınları məsləhətxanaya sahə mama-ginekoloquna müraciət etməsinə yönəltmək lazımdır.
Həkimə vaxtında edilən müraciət tam müayinə aparmağa, ekstragenital xəstəlikləri və mamalıq patologiyası olan qadınlara müvafiq profilaktik tədbirləri aparmağa imkan verir. Bu isə öz növbəsində sağlamlıq göstəricilərini yaxşılaşdırır. Bununla əlaqədar olaraq perinatal ölüm göstəricisi 25-30%-ə qədər enmiş, (Yeltsov-Strelçov V.İ., Frolova O.Q), yarımçıq və aşağı bədən çəkisi ilə doğulmuş uşaqların tezliyi azalmış olur.
Reproduktiv yaşda olan qadınlara profılaktik yardımın gələcəkdə inkişaf etdirilməsinin və təkmilləşdirilməsinin istiqa- mətlərindən biri onların üzərində doğuşdan sonra 1,5 il müd- dətində məcburi dispanser müşahidəsinin həyata keçirilməsidir. Təəssüf ki, aparılan tədqiqatlar göstərir ki, bu dövrdə qadınlar demək olar ki, nə mama-ginekoloqa, nə də digər ixtisas həkim- lərinə müraciət etmirlər, halbuki onların çoxunda hələ hamilə- likdən əvvəl yaranmış ekstragenital xəstəliklərin gedişi hamiləli- yin və doğuşun fəsadları nəticəsində ağırlaşır.
Müxtəlif ginekoloji xəstəliklərin yaranmasında abortların profilaktikası xüsusi əhəmiyyət kəsb edir. Bu zaman arzu edil- məyən hamiləliyin qarşısının alınması haqqında biliklərin təbliğatı müasir kontrasepsiya vasitələrinin tətbiq edilməsi, qadınlara abortların onların və uşaqların sağlamlığına vurduğu ziyanı barəsində məlumatların verilməsi qarşıya məqsəd qoyulur.
Bir çox müəlliflər hesab edirlər ki, heç bir cərrahi müdaxilə (jadın sağlamlığı üçün hamiləliyin süni surətlə pozulması qədər lohlükəli deyildir. Bu, orqanizm üçün həmişə ciddi zədə olur və y.ıranmış hamiləliklə əlaqədar orada dəyişikliklər baş verir. Məlumdur ki, hamiləliyin süni surətdə pozulması qadın cinsiyyət or(|anlarının iltihabı xəstəliklərinin baş verməsi, aybaşı-ovaria sıklinin pozulması riskini artırır. Abort əməliyyatından sonra <)adınlar arasında ağırlaşmaların ümumi sayı 30%-ə çatır. Praktik olaraq bütün tədqiqatçılar abortların qadınların reproduktiv lııksiyasına mənfı təsir göstərdiyini qeyd edirlər, çünki bu proses düşüklər, uşaqlıqdankənar hamiləlik, sonsuzluq və iltihabi proseslər ilə müşayət olunur. Qadınlarda ikincili sonsuzluq 50%- dən çox hallarda hamiləliyin süni surətdə pozulası hallarından sonra baş vermiş xəstəliklərlə şərtləndirilir.
Hamilə, zahı və ginekoloji xəstəlikləri olan qadınlara stasionar tibbi yardımı birləşəmiş doğum evinin mama-gine- kologiya şöbələrində və ya çoxprofilli xəstəxanaların tərki- bındə yerləşən bu profilli şöbələrdə yerinə yetirilir. Son illərdə böyük şəhərlərdə qadınlar üçün xüsusiləşdirilmiş doğum evləri yaradılmışdır. Bu doğum evləri vaxtından əvəi doğan, hamiləlik patologiyası olan, eyni zamanda müxtəlif somatik xəstəlikləri olan qadınlar üçün nəzərdə tutulmuşdur. Bu qrup tədbirlər qadınlara göstərilən tibbi yardımı yaxşılaşdırmağa imkan yaradır, bu isə ana və uşaqların sağlamlığının qorun- masına şərait yaradır.
Doğum evinin qəbul şöbəsinin təşkilinə xüsusi diqqət yetirilməlidir.
1. Hamilə qadının müxtəlif infeksiyalarla təmasını aradan qaldırmaq üçün ginekoloji xəstələrin və hamilə qadınların qəbulunu ayrı-ayrılıqda və müxtəlif otaqlarda həyata keçirmək vacibdir.
2. Hamilə qadınların qəbul edilməsi bokslarda yerinə yetirilməlidir, bu isə sağlam hamilə qadınların xəstə hamilə qadınlarla təmasa girmələri imkanını azaldır.
Müxtəlif xəstəxana daxili infeksiyaların yaranmasının qarşısının alınması üçün doğum evində təkcə qəbul şöbəsinin işinin düzgün təşkil olunması deyil, müvafiq sanitar-gigiyenik rejimin gözlənilməsi də böyük əhəmiyyət kəsb edir.
Doğum evləri və qadın məsləhətxanalarında qadınların sağlamlıq vəziyyəti üzərində, xüsusən hamiləlik dövründə, müşahidələrin düzgün təşkil edilməsi ana və perinatal ölürri göstəricilərinin azalmasına yardım edəcəkdir.
Deməli, uşaqların sağlamlığının qorunması anaların və uşaqların sağlamlığı üzərində qadın məsləhətxanasında, doğum evində və uşaq poliklinikasında müşahidənin aparılması ardı- cıllığın gözlənilməsi nəticəsində mümkündür.
Əhalinin reproduktiv fəaliyyəti uşaq doğma ilə təzahür olunur. Onun səciyyəvi xüsusiyyəti isə təkrar istehsal (fertillik) fəaliyyəti hesab olunur. Doğum prosesi yalnız bioloji amillərdən deyil, eyni zamanda mədəni, sosial, dini və hətta siyasi amillərdən də asılıdır.
evləri yaradılmışdır. Bu doğum evləri vaxtından əvəi doğan, hamiləlik patologiyası olan, eyni zamanda müxtəlif somatik xəstəlikləri olan qadınlar üçün nəzərdə tutulmuşdur. Bu qrup tədbirlər qadınlara göstərilən tibbi yardımı yaxşılaşdırmağa imkan yaradır, bu isə ana və uşaqların sağlamlığının qorun- masına şərait yaradır.
Doğum evinin qəbul şöbəsinin təşkilinə xüsusi diqqət yetirilməlidir.
1. Hamilə qadının müxtəlif infeksiyalarla təmasını aradan qaldırmaq üçün ginekoloji xəstələrin və hamilə qadınların qəbulunu ayrı-ayrılıqda və müxtəlif otaqlarda həyata keçirmək vacibdir.
2. Hamilə qadınların qəbul edilməsi bokslarda yerinə yetirilməlidir, bu isə sağlam hamilə qadınların xəstə hamilə qadınlarla təmasa girmələri imkanını azaldır.
Müxtəlif xəstəxana daxili infeksiyaların yaranmasının qarşısının alınması üçün doğum evində təkcə qəbul şöbəsinin işinin düzgün təşkil olunması deyil, müvafiq sanitar-gigiyenik rejimin gözlənilməsi də böyük əhəmiyyət kəsb edir.
Doğum evləri və qadın məsləhətxanalarında qadınların sağlamlıq vəziyyəti üzərində, xüsusən hamiləlik dövründə, müşahidələrin düzgün təşkil edilməsi ana və perinatal ölüm göstəricilərinin azalmasına yardım edəcəkdir.
Deməli, uşaqların sağlamlığının qorunması anaların və uşaqların sağlamlığı üzərində qadın məsləhətxanasında, doğum evində və uşaq poliklinikasında müşahidənin apanlması ardı- cıllığın gözlənilməsi nəticəsində mümkündür.
Əhalinin reproduktiv fəaliyyəti uşaq doğma ilə təzahür olunur. Onun səciyyəvi xüsusiyyəti isə təkrar istehsal (fertillik) fəaliyyəti hesab olunur. Doğum prosesi yalnız bioloji amillərdən deyil, eyni zamanda mədəni, sosial, dini və hətta siyasi amillərdən də asılıdır.
1993-2004-cü illərdə Azərbaycan Respublikasında əhalinin hər 1000 nəfərinə düşən doğumun səviyyəsi
|
1993
|
1994
|
1995
|
1996
|
1997
|
1998
|
1999
|
|
|
2000
|
2001
|
2002
|
2003
|
2004
|
>> 2 CD :n * O) r= CD
I
|
|
|
|
|
|
j
|
|
|
|
|
t >
|
RJ
|
|
|
C0 CÜ
cc c »0)0
|
|
|
|
|
|
|
|
|
!
ry , 1 I
|
|
|
|
i
|
|
|
|
|
|
|
|
|
|
1
w
|
|
|
|
|
|
|
23,7
|
21,4
|
18,9
|
16,9
|
17,1
|
15,9
|
|
|
14,9
|
14,8
|
13,8
|
13,8
|
14,0
|
16,1
|
Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən
Doğum prosesini öyrənən zaman ilkin sənəd tibb müəssisələri tərəfindən verilən "Doğum haqqında arayışw sayılır. Azərbaycan Respublikasında mövcud qanunvericiliyə əsasən doğulanlar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı bürosunda uşaq anadan olandan 1 ay ərzində qeydə alın- malıdır. Bu, doğum evləri tərəfindən anaya verilən arayışın əsasında yerinə yetirilir. Mərkəzi statistika idarələri bu sənəd əsasında hər ay və hər il hesabatlar tərtib edirlər.
12.02.66-cı il tarixli SSRİ səhiyyə nazirinin əmri ilə nəzərdə tutulmuş təlimata müvafiq olaraq uşağın doğulması (diri doğma) -"28 həftə və daha çox hamiləlik müddətində dölün (boyu 35 sm və çox, çəkisi 1000 q və çox) ananın orqa- nizmindən tam xaric olmasıdır, bu zaman döl ananın bədə- nindən ayrıldıqdan sonra heç olmasa bir dəfə sərbəst nəfəs alması, 7 gündən çox yaşamasıw (yəni perinatal dövrdən artıq) başa düşülür. Məlumdur ki, diri doğulmuşların sayının qeydə alınması üçün SSRİ-də istifadə edilən meyarlar ÜST tərəfindən tövsiyə olunanlardan fərqlənmişdir.
Diridoğmanın aşağıdakı tərifi qəbul olunmuşdur: "Diri- doğma hamiləliyin davam etmə müddətindən asılı olmayaraq, dölün ana bətnindən tam çıxarılması və ya xaric edilməsidir, əgər döl ciftin qopmasından və ya onun aralanmasından asılı olmayaraq belə ayrılmadan sonra nəfəs alırsa və ya digər həyat əlamətlərinə, məsələn üək döyünmə, ciftin pulsasiyası və ya sərbəst əzələ hərəkətlərinə malikdirsə, onda belə diridoğma diridoğulmuş hesab olunur (tərif ÜST tərəfindən 1967-ci ildə qəbul olunmuşdur).
Doğuşdan sonra ilk saatda bədən çəkisi qeydə alınır. Doğularkən bədən çəkisi aşağıdakı kimi təsnifatlandırılır: kiçik (bədən çəkisi 250 q-dan aşağı), çox kiçik (1500 q-dan aşağı) və son dərəcə kiçik (1000 q-dan aşağı).
Mövcud olan təlimatlara əsasən WAQ bürolarında və dövlət statistikasında doğularkən bədən çəkisi 1000 q və çox olan uşaqlar (və ya əgər bədən çəkisi naməlumdursa, uzunluğu 35 sm və çox olarsa, yaxud hamiləlik müddəti 28 həftə və çox olarsa) qeydə alınırlar. Buraya çoxdöllü doğuşlarda bədən çəkisi 1000 q-dan az olmayan diridoğulanlar da aiddirlər: bədən çəkisi 500 q-dan 999 q-a qədər olan bütün doğulanlar da həmçinin WAQ orqanlarında o zaman qeydə alınırlar ki, onlar doğulan- dan sonra 168 saat (7 gün) yaşamış olsurllar. Doğuşların qey- diyyatının keyfiyyətini, dəqiqliyini və tamlığını təyin edən mühüm an "diridoğma", "döl" və "ölüdoğma" anlayışlarının mahiyyətini dəqiq bilməkdir.
Analığın mühafizəsi ənənəvi olaraq səhiyyə xidmətlərinin ən vacib vəzifəsidir, çünki əhalinin bu qrupu müxtəlif növ xəstəliklərə daha çox məruz qalır. Hamilə qadınlara doğuşa qədər müşahidənin düzgün aparılması və doğuş vaxtı i xti- saslaşdırılmış xidmət zahı qadınların ölüm göstəricilərini xeylli azaltmışdır. İnkişaf etmiş ölkələrdə doğuş zamanı ölüm nadir hadisəyə çevrilmişdir, lakin inkişaf etməkdə olan ölkələrdə bu problem öz mühüm əhəmiyyətini hələ də itirməmişdir. Müxtəlif ölkələrin qadınlarının sağlamlığı arasındakı əsaslı fərqlər onla- rın təhsili, sosial-iqtisadi şəraiti, doğuşların sayı, hamiləliklər arasındakı fasilə ilə, reproduktiv yaşda olan qadınların ümumi sağlamlığı və səhiyyə sistemi tərəfindən yerinə yetirilən ümu- mi xidmət səviyyəsi ilə şərtlənmişdir.
Qadının bilik səviyyəsi - hamiləliyin normal keçməsi və öz körpəsinin qayğısına qalan və tərbiyə edən qadının ana olmasına hazırlaşması üçün başlıca amildir. Qadının savadlılığı uşaqla- rın həyatlarının ilk iliərində yaşama səviyyəsinin artmasına yardım göstərir, çünki savadlı ana uşağın dilini daha yaxşı başa düşür, nəinki səhiyyə müəssisələri.
Reproduktiv fuksiyalarla bağlı olan sağlamlığın mühafizəsi problemləri hamiləliyə hazırlıq, hamiləlik zamanı və doğuşdan sonrakı dövrdə düzgün xidməti əhatə edir. İnkişaf etməkdə olan ölkələr üçün ailənin planlaşdırılması və qadının sağlamlığının bərpa olunması üçün mühüm olan hamiləlikarası fasilələrin təmin edilməsi həyati əhəmiyyətli amildir, çünki tez-tez baş verən hamiləliklərlə əlaqədar qadın orqanizminə düşən böyük yük ana ölümünün yüksəlməsinə səbəb oiur.
Qadınların sağlamlıq vəziyyətinin qiymətləndirilməsirjdə ana ölümü xüsusi yer tutur. Ümumdünya səhiyyə təşkilatının verdiyi tərifə əsasən ana ölümü - qadının hamiləlik zamanı və ya hamiləlik başa çatdıqdan sonra 42 gün ərzində hər hansı səbəbdən, hamiləliklə bağlı olan və ya onun ağırlaşmasının və ya müalicənin nəticəsində baş verən ölümdür. Bu zaman, abort əməliyyatı qəzalar və ya bədbəxt hadisələr zamanı ölüm nəzərə alınmır. Ana ölümünün səbəbi iki qrupa bölünür:
- birbaşa - hamiləliyin və ya doğuşun ağırlaşması nəticəsində doğuş zamanı baş verən ölüm;
- dolayı - əvvəllər mövcud olan xəstəliklərin nəticəsində və ya birbaşa hamiləlik və ya doğuşlarla bağlı olmayan səbəblər üzündən doğuş zamanı baş verən ölüm.
Zahı qadınların ölümünə onların həyat tərzi, sağlam qidalanma, tibbi xidmətin yaxşılaşdırılması, mamalıq elminin inkişaf etməsi və s. təsir göstərir. İnkişaf etmiş ölkəiərdə zahı qadınların ölüm göstəriciləri 100 000 diri doğulanlara görə 10 nəfərdən aşağıdır. İnkişaf edən ölkələrdə 100 000 diri doğu- lana görə 30 nəfərdir. Azərbaycan Respublikasında ana ölümü 2004-cü ildə 100 000 diri doğulana görə 29,6 nəfər təşkil etmişdir (Dövl.Stat. Kom. məlumatların əsasən).
Beləliklə, qadınlarm və uşaqların sağlamlığının yaxşılaş- dırılmasında ana və körpələri mühafizəsinin dövlət sistemi böyük rol oynayır. Buraya yalnız bu əhali qruplarına tibbi
yardımm təşkil edilməsi deyil, eyni zamanda onların sosial müdafıəsi (maddi, hüquqi və s.) üzrə tədbirlər, böyüməkdə olan nəsilin tərbiyəsi və maddi cəhətdən təmin olünmasına dair qayğı, ana olmağa hazırlaşan qadınlara diqqət göstərilməsi də aiddir.
Qadınlara və uşaqlara göstərilən tibbi yardım sistemi geniş və müxtəlif istiqamətli sosial-profilaktik tədbirlərə əsaslanmalıdır. Onun özülünü, aparıcı halqasını ilkin tibbi- sanitar yardım müəssisələri və hər şeydən əwəl, qadın məsləhətxanaları və uşaq poliklinikaları təşkil edir ki, onlarda müalicəvi yardımın 80%-dən çoxunu, profilaktik yardımın 90%-dən çoxunu təmin edirlər. Bu xidmətin əsas başçısı birinci halda sahə (ailə) pediatırı və ikinci halda- mama- ginekoloq hesab olunur; o öz növbəsində üzərinə təkcə diaqnostik, müalicəvi və profilaktik işin əsas hissəsini götürmür, həm də "paylayıcı", xəstə və sağlam pasiyentlər kütləsinə "dirijorluq" fuksiyasını da yerinə yetirir, onların tibbi yardımın növbəti mərhələləri ilə (ikincili-stasionar, üçüncülü- xüsusiləşdirilmiş mərkəzlər)əlaqələndirir.
Anaların və uşaqlann sağlamlığının mühafizəsi və yaxşı- laşdırılması məslələrinin həll edilməsində sağlam həyat tərzinin, gigiyenik tərbiyənin və sanitar maarifinin aparıcı rolunu təsdiq- ləyən konsepsiyaya daha çox arxalanan profilaktik fəaliyyətin yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir. Lakin indiyə qədər gigiyenik biliklərin səviyyəsinin və tibbi fəallığın aşağı olması yalnız böyüməkdə olan nəsildə deyil, eyni zamanda valideynlər, qadınlar, gələcək analar arasında da qeydə alınır, bu isə əhalinin sağlamlıq göstəricilərinə mənfi təsir etməsində özünü göstərir.
Birləşmiş doğum evinin fəaliyyətini daha yaxşı izləmək, göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədilə aşağıdakı göstəricilərdən də istifadə etmək məqsədəuyğundur:
1. Hamilə qadınların vaxtında müşahidəyə götürülməsi (1-ci 3 ay və gecikmiş olarsa, 7 aydan sonra);
2. Hamiləliyin nəticəsi;
3. Doğuşa qədər hamiiə qadıniarın məsiəhətxanaya et- diyi gəlişlərin sayı;
4. Zahılıq dövründə (doğuşdan sonra) qadmların məslə- hətxanaya etdiyi jəlişlər;
5. Dekret məzuniyyəti verilmiş vaxtdan 15 gün əvvəl və 15 gündən gec doğan qadınların sayı;
6. Məsləhətxana müayinəsindəki qadınların ayrı-ayrı müayinə üsulları (Vasserman reaksiyası, rezus-fakto- ra görə) ilə əhatə olunması;
7. Müaiynə edilən qadınlar içərisində aşkar edilən xəs- tələrin xüsusi çəkisi;
8. Qadınlar içərisində qeyd edilən ginekoloji xəstəliklərin tərkibi;
9. Ana ölümü;
10. Yeni doğulanların ölümü (tam və yarımçıq doğulanlar üçün);
11. Ölü doğulanlar;
12. Doğuş zaamnı tətbiq edilən ağrısızlaşdırmaların xüsusi çəkisi;
13. Doğuş zamanı aralığın cırılması;
14. Doğuş zamanı tətbiq edilən yardımçı əməliyyatların xüsusi çəkisi.
Dostları ilə paylaş: |