Radiorele rabitəsi dedikdə desimetrlik və daha qısa dalğalı radiosiqnalların Yer səthində yerləşən stansiyalar vasitəsi ilə retransiyasiyasına əsaslanan radiorabitə başa düşülür. Radiorele rabitəsini təmin edən texniki vasitələr radiodalğaların yayıldığı mühit ilə birlikdə radiorele rabitə xətti yaradır. Burada istifadə olunan radiodalğalar iki yayılma mexanizminə malik olur: birinci - Yer dalğasının hesabına; ikinci - troposfer dalğasının hesabına.
Cədvəl 1. Radiorele və peyk rabitəsində istifadə olunan radiodalğalar
Yer səthinin yaxınlığında yayılan dalğa yer dalğası adlandırılır. Adətən 100 sm-dən qısa Yer radiodalğaları yalnız bir başa görmə məsafəsində yaxşı yayılır. Ona görədə böyük məsafələrdə radiorele rabitə xətlərini qəbuledici-verici radiorele stansiyaları (RRS) zənciri şəklində qururlar. Qonşu stansiyaları bir başa görmə məsafəsində yerləşən radiorele xətti bir başa görmə radiorele xətti adlandırılır.
İstənilən RRS-də antenalar, qəbuledici-verici avadanlıq və köməkçi qurğular quraşdırılır. RRX -nın normal işini təmin edən avadanlıq kompleksi radiorele sistemiadlandırılır. RRX üçün bir sıra radiorele sistemləri işlənmişdir, məsələn KURS, "Horizont-M" və s.
Radiorele sistemində istifadə olunan modulyasiya növündən asılı olaraq TM analoq radiorele sistemlərini (ARRS), rəqəm radiorele sistemlərini (RRRS) və s. fərqləndirirlər. RRX-nın təsnifatı ən əhəmiyyətli əlamətlər üzrə aparılır. Radiodalğaların istifadə olunan yayılma mexanizminə nəzərən radiorele xətti (RRX) və troposfer radiorele xətti (TRX) fərqləndirilir. Bundan əlavə, aid olduğu ilkin şəbəkənin növünə nəzərən magistral, zonadaxili və yerli RRX (və ya TRX) fərqləndirilir. RRX –də istifadə olunan radiotezlik diapazonları bir sıra üstünlüklərə malikdir. Bu geniş zolaqlı diapazonların hər birində çoxsaylı genişzolaqlı siqnalın ötürülməsi mümkündür. Bu diapazonlarda böyük güclənmə əmsalına malik antenalar nisbətən kiçik ölçülərə malik olur. Magistral radiorele xətlərində santimetrlik dalğa diapazonunda işləyən analoq radiorele stansiyaları daha geniş tətbiq olunur.
Radiorele rabitə xəttini qəbuledici-ötürücü RRS-nın dövvrəsi şəklində qururlar. RRS – də gücü 0,1 ÷10 Vt olan verici, küy əmsalı 10 dB ətrafında olan qəbuledici və güclənmə əmsalı 40 dB ətrafında olan antenalar quraşdırılır. RRX-nın qonşu RRS –nin antenaları arasında bir başa görmə təmin olunmalıdır. Bunun üçün antenaları hündürlüyü 40 ÷100 m olan dayaqlar üzərində yerləşdirirlər. Magistral radiorele xətlərinin qonşu RRS-ları arasındakı məsafə 50 km ətrafında seçilir.
RRS – lərin əsas növləri: son (SRS), qovşaq (QRS) və aralıq (ARS). SRS və QRS – də radioötürücülər və radioqəbuledicilər quraşdırılır. Radiovericinin tərkibində modulyator (M )və İYT siqnal vericisi (V), radioqəbuledicinin tərkibində isə İYT siqnal qəbuledicisi (Q) və demodulyator (Dm) olur. İYT ötürücüdə aralıq tezlikli (AT) modulyasiyalı siqnal İYT və ya UYT siqnala, İYT qəbuledicidə isə əksinə qəbuledilmiş İYT siqnal AT siqnala çevrilir. İYT qəbuledici və İYT ötürücü ARS – də quraşdırılan İYT qəbuledici-ötürücü yaradır.
Şəkil 1. RRX –nin struktur sxemi.
RRX – nın sonlarında yerləşdirilən SRS – lərdə ötürülən siqnalların, məsələn çoxkanallı telefon siqnalı (ÇTS), daxil olunması və ayrılması həyata keçirilir. ARS – də radiosiqnalın retransilyasiyası həyata keçirilir: qəbul, güclənmə, tezlik üzrə sürüşdürülmə və növbəti RRS istiqamətində ötürmə. QRS – də radiosiqnalın retransilyasiyası və RRX – nın budaqlanması həyata keçirilir. Bir çox hallarda QRS – dən yeni RRX və ya kabel rabitə xətləri başlanır. Həmişə QRS – də ÇTS – in tərkibindən TF siqnalların bir hissəsi ayrılır və yeniləri daxil edilir. Həmin səbəbdən QRS – də həmişə modulyatorlar və demo-dulyatorlar quraşdırılır. Konstruktiv olaraq onları modem adlandırılan qurğuda birləşdirirlər. Qonşu QRS – lər arasındakı orta məsafə 250 km tövsiyyə olunur.
son radiorele stansiyası (SRS) ilə qovşaq radiorele stansiyası (QRS) arasında yerləşən aralıq radiorele stansiyalarını (ARS) tapmaq üçün: 2600