2015-ci il Fənn proqramı (sillabusu) Kafedra



Yüklə 159 Kb.
tarix03.02.2017
ölçüsü159 Kb.
#7603
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri:

Prof. _____________ H.O.Ocaqov
“___”____________2015-ci il
Fənn proqramı (sillabusu)

Kafedra Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi____

Fənnin adı Fövqəladə hallarda psixoloji dayanaqlıq

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili __2014/2015___________ semestr _____________

Fakültə İnşaat-texnalogiya.

Qrup ­­­­_________644a

Tədris yükü: mühazirə ___45__ saat, seminar (məşğələ) ___15__ saat,

laboratoriya __--___ saat. Cəmi __60___ saat.

Kredit: 3kredit

Auditoriya: № ________

Saat: ________



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi: Gözəlov Səyavuş Səfər oğlu, kimya üzrə fəlsəfə doktoru

Kafedranın ünvanı: __Bakı şəh., Ayna Sultanova 5, AzMİU II korpus X mərtəbə

Məsləhət saatları: 15 saat_

E-mail ünvanı: g.sayavuş@ mail.ru

İş telefonu: 012 539 07 75__



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Bayramov Ə. S., Əlizadə Ə. Ə. Psixologiya. Bakı, 2003.

2. Психологическая защита в чрезвычайных ситуациях: Учебное пособие /под ред. Л.П.Михайлова.– СПб,. Питер, 2009. –256 с.: ил.

3.Психология экстремальных ситуаций. Хрестоматия /Сост: А.Е.Тарас, К.В.Сельченок. Минск, 2000

4. Ocaqov H.O., Gözəlov S.S. Müxtəlif xarakterli fövqəladə hallarda əhalinin mənəvi- psixoloji hazırlanması / “Hərbi-dənizçi kadrların hazırlanmasının mənəvi- psixoloji təminat və ekstremal psixologiyanın müasir problemləri” elmi konfransın materialları. (x.i.ü.) Bakı. 2010. səh 47-59

5. Александровский Ю.А. Психогения в экстремальных условиях. /Ю.А. Александровский, О.С. Лобастов, Л.И. Спивак, Б.П. Щукин. М.: Медицина, 1991.-115 с.

6. Ocaqov H.O. Fövqəlada hallarda həyat fəaliyyətinin təhlükəsizliyi /Bakı. 2010. 388səh.

7. Əliyev N. A., Gözəlov S. S. Taktiki hazırlığın mükəmməlləşdirilməsinin pedaqoji-psixoloji aspektləri. - Bakı: AAHDM-in nəşriyyatı, 2008. – 216 səh.

8. Əliyev N.A. Gözəlov S.S. Hərbi qulluqçuların döyüş fəaliyyətinin və xidmətinin psixoloji təhlili. Bakı: BAHDM-nin nəşriyyatı, 2000. 59səh.

4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)


Proqramın məqsədi və metodik göstərişlər


  • xilasedicilərin peşə fəaliyyətində psixoloji təminat sistemi;

  • xilasedicilərin qəza - xilasetmə işləri apararkən öz orqanizmlərinin ehtiyatlarından effektiv istifadəyə hazırlanması;

  • xilasedicilərin şəxsiyyətinin psixoloji davamlığının formalaşdırılması və ona istinad edilməsi üsullarının əsl mahiyyətinin öyrədilməsi;

  • xilasedicilərin fıziki və emosional yorğunluğunun aradan qaldırılması metodlarının öyrədilməsindən ibarətdir.

Xilasedicilərin öyrədilməsinin əsas tapşırıqları: 1)fövqəlada hallarda və gündəlik fəaliyyətdə xilasedici xidmət zamanı və dəstələrdə təlim-tədris prosesinin effektiv təşkili; 2) insanların idarə edilməsi üçün zəruri olan psixoloji-pedqaqoji bilik, bacarıq və vərdişlərə yiyələnmə;3) professional-pedaqoji özünü təkmilləşdirmə üzrə məqsədyönlü işlərə istiqamətləndirməkdən ibarətdir.

Fənnin öyrənilməsi nəticəsində magistr aşağıdakıları mənimsəməlidir:

  • psixologiyanın nəzəri və praktik məsələləri üzrə müasir nəaliyyətiəri;

  • psixoterapiya və psixoqiqeniyanın əsasları haqqında məlumatlı olmalıdır;

  • sosial psixologiyanın professional ünsiyyət metodlarını;

  • maraq doğuran məlumatların peşəkarlıqla xatirlanması və müşahidə olunması metodikasını.


Bilməlidirlər:

  • xilasedici xidmət və dəstələrin psixoloji hazlığının məzmun və mahiyyətini;

  • psixoloji davamlılğın ümumi səciyyəsini, ona istinad və formalaşdırılma üsullarını;

  • psixi vəziyyətin nizamlanmasının psixofizioloji əsaslarını;

  • psixoloji imkanların diaqnostik metodlarını;

  • şəxsin və ya əməkdaşın psixoloji portiretinin yaradılması və identifikasiya üsullarını.


Bacarmalıdır:

  • müxtəlif tapşırıqlarin yerinə yetirilməsində şəxsiyyətin və onun fəaliyyətinin psixoloji təhlilini aparmağı;

  • psixoloji davamlığa istinad etmə və onun formalaşdırılması üsullarının həyata keçirməyi;

  • təlim-tədris prosesində tabeçilikdə olanların psixofıziki hazırlığı üçün peşəkarlıq metodlarının müasir formalarını tətbiq etməyi;

  • psixofıziki özünü təkrnilləşdirmənin tapşırıqlarını müstəqil həll etməyi;

  • xilasedici xidmət və dəstələrin komandirlərinin funksional vəzifə borclarının yerinə yetirmə prosesində psixoloji bilik, bacarıq və vərdişlərindən səmərəli istifadə etməyi.

«Fövqəlada hallarda psixoloji dayanıqlıq» kursu əlavə fənn olaraq, başqa fənlərlə qarşılıqlı əlaqədə öyrənilir və üç bölmədən ibarətdir. Birinci bölmə «Azərbaycan FHN mütəxəssisinin psixikasının özünütənzimləmənin psixofizioloji əsasları», ikinci bölmə ”Mənəvi- psixoloji təminat” və üçüncü bölmə «Risk psixologiyası» adlanır.

Fənnin öyrənilməsi magistrlərdə məntiqi və tənqidi təfəkkürün, psixoloji davamlığın formalaşmasına kömək edərək, təlim-tərbiyə tapşırıqlarının həllində zəruri bacarıq və vərdiş əsasında pedaqoji-psixoloji özünü təkmilləşdirmə tələbatlarını və motivlərini yaratmaqdan ibarətdir.

Fənnin məzmunu: FHN hərbiləşdirilmiş qoşun bölmələrinin, hərbi hissələrinin və hərbiləşdirilməmiş bölmələrinin, dəstələrinin həll etdiyi əsas tapşırıqlar, sosial və xüsusi fənlərin məzmunu, komandir (zabit) fəaliyyətinin peşəkarlığının müxtəlif aspektlərinin öyrənilməsi, insan amilinin və onun effektivliyinin artırılmasının öyrənilməsi üzrə biliklərinə əsalanır.

Fənn aşağıdakı məşğələ növlərini özündə birləşdirir: mühazirə, seminar, praktiki məşğələ və magistrlərin müstəqil işləri.

Mühazirənin aparılmasında məqsəd FHN hərbiləşdirilmiş qoşun bölmələrinin, hərbi hissələrinin və hərbiləşdirilməmiş bölmələrinin, dəstələrinin komandirlərinin fəaliyyətində psixologiya elminiın əsas məsələləri üzrə ardıcıl və sistemləşdirilmiş biliklər verməkdən ibarətdir.

Praktik məşğələr şəxsi heyətin və kollektivlərin psixi sağlamlığının diaqnostikası, praktik fəaliyyətdə psixoloji biliklərdən istifadə etməklə bacarıq və vərdişlərin formalaşdırılması məqsədilə aparılır.

Seminarlar mühazirələr zamanı, dərslik və elmi ədəbiyyat üzərində müstəqil iş prosesində qazanılmış biliklərin dərinləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə aparılır.

Fənnin tədrisinin yekununda magistr hazırlığı üzrə mənimsəmənin keyfiyyətinə nəzarətin həyata keçirilməsi şifahi və yazılı sorğular, praktik məsələlərin həlli, konkret situasiyaları analızı, fərdi tapşırıqlarm yerinə yetirilməsi üzrə pedaqoji-psixoloji treninqlər və oyun situasiyaları keçirilir.

5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həf

tələr


Mövzunun adı və qısa icmalı

Saat

Tarix




Mövzu №1. Şəxsiyyətin psixologiyası və inkişaf xüsusiyyətləri

Şəxsiyyətin psixoloji cəhətdən öyrənilməsi. Şəxsiyyət və fəaliyyət Şəxsiyyətin normal psixi inkişaf problemi. Normanın təsir həddi. Şəxsiyyətin inkişafında ünsiyyətin və qarşılıqlı münasibətlərin rolu.




2







Mövzu №2. Fövqəlada hallarda həyat fəaliyyətinin təhlükəsizliyini müəyyən edən faktorlar

Fövqəlada hallarda istiqamətlənmə, idrak və motivləşmə. FH-da əsas fəaliyyət növünün əşyavi məzmunu və idrak proseslərinin inkişafı Təhlükəsiz davranış tərzinə malik şəxsiyyət.



2







Mövzu №3. Fövqəladə halların psixopatoloji nəticələri

Qeyri-adi situasiyalar. Fövqəladə halların psixopatoloji nəticələri. FH-da insan psixikasını zədələyən, peşə fəaliyyətinin amilləri. Konfiliktlər xidmətin spesifik xarakteristikası kımi. İntihar davranış tərzinin tipalogiyası.




2




Mövzu №4.Psixoloji dayanıqlığın formalaşdırılması üzrə psixoloji hazırlığın təşkili və məzmunu.

Psixoloji hazırlığın təşkilinin səviyyələri. Şəxsiyyətin psixoloji dayanıqlığına istinad və onun bərpa edilməsinin formalaşdırılması üsulları və metodları. Sosial fəal şəxsiyyətin formalaşdırılması.



2







Mövzu 5. Şəraitdən asılı olaraq psixi halların təzahürləri

Konkret situasiyalarda psixi vəziyyətlərin psixikanın inteqral (ayrılmaz surətdə birləşən, bütöv) formada təzahürü kimi. Passiv və aktiv mənfı halların təsnifatı və yaranmasını xəbərdar edən üsullar. Mənfı psixi halların istifadəsi və proqnozlaşdırılması.



2







Mövzu 6. Peşəkar müşahidənin, hafizənin strukturu və məzmunu

Professianal müşahidənin, hafizənin strukturu və məzmunu. Zəruri keyfiyyətlərin peşəkarlıqla məşqinin sxemi. İnformasiyaların təsviri, qavranılması, toplanması, konkretləşdirilməsi və canlandırılmasının rasional inkişafı üsulları və prinsipləri.

Mnemotexnika qaydaları. Neyrolinvistik və eydetik hafizənin imkanları – ixtiyari yadda saxlanma kimi. Peşə təfəkkürünun inkişaf etdirmə üsullarının psixoloji əsasları: peşə tapşırıqlarmm aydmlaşdırılması; qərarın təşkilinin əsasları.


2







Mövzu №7. Peşə fəaliyyətini ekstremal situasiyalarda yerinə yetirilməsi və fəaliyyətin effektivliyinə onun təsirı Ekstremal situasiyalarda profesional tapşırıqların yerinə yetirilməsində aktivliyin müəyyən edilməsi, funksiyaları və formaları. Ekstremal situasiyaların fəaliyyətin aktivliyinə təsiri


2







Mövzu № 8. FH-ın yaratdığı ekstremal situasiyalarda psixogen reaksiyalar və davamsızlıq

FH-ın yaratdığı ekstremal situasiyalar Psixoloji məkənda subyektin aktivliyinə situasiyanın təsir amilləri. Psixogen reaksiyalar və davamsızlıq



2







Mövzu № 9. FH –da psixoloji mühafizə mexanizmlərinin tipoloji problemləri

İnsanda mühafizə mexanizmləri haqqında anlayışlar.Psixoloji mühafizənin səviyyələri və təsnifatı. Xilasedicilərin davranış tərzində psixoloji mühafizəinin meydana çıxması.












Mövzu 10. Psixoloji mühafizə mexanizmlərinin əsas xarakteristikası

İnkar etmə, sıxışdırıb (aradan) çıxartma, susdurma, təcrid etmə, daxili müşahidə, proyeksiya, yaxşılaşdır(ıl)ma, intellektuallaşdırma, köçürülmə, identifikasiya və s,. Bacarmaq (öhdəsindən gəlmək) strategiyası (kopinq-mexanizmi). Şəxsiyyətlər arası səviyyədə mühafizə ustanovkası.



2







Mövzu 11. Mənəvi - psixoloji təminatin məzmunu və pedaqoji-psixoloji müşayətin xüsusiyyətləri

Mənəvi - psixoloji təminatin mahiyyəti, əsas prinsipləri, və tapşırıqları. MPT qüvvə və vasitələri fövqəlada hallarda istifadə qaydaları. Pedaqoji-psixoloji işlərin təşkili üsulları.

2







Mövzu 12. MM hərbiləşdirilməmiş bölmələrinin fəaliyyətində MPT

Psixoloji işlərin və psixoloji korreksiyanın istiqamətləri. Psixoloji hazırlığın forma və metodları. QXİ gedişində kömək və özünə köməyin psixologiyası. Mədəni-maarifləndirici işlər, xilasedicilərin tərbiyə sisteminin və istirahətlərinin təşkilinin vasitəsi kimi. Qəza-xilasetmə işlərinin Qarabağ ərazisində aparılması təcrübəsi üzrə MM qoşunlarının fəaliyyətində MPT istiqaməti. MPT psixoloji hazırlığının məzmunu və müasir dünya təcrübəsi.


2







Mövzu 13. MM hərbiləşdirilməmiş bölmələrinin fəaliyyətində MPT informasiya-tərbiyəvi işlər

Şəxsi heyətlə informasiya-tərbiyəvi işlərin məzmunu. Tərbiyənin növləri. İnformasiya-tərbiyəvi işlərin tapşırıqları.

MM hərbiləşdirilməmiş bölmələrdə sosial-hüquqi işlərin sferası. Mədəni-maarifləndirici işlər, formaları və metodları. Pedaqoji-psixoloji işlər, psixoloji hazırlıq və psixoloji təminat sosial-psixoloji təminatm formaları kimi.

MPT vasitələri. MPT metodları: inandırma, rəğbətləndirmə, hərəkətlərin və əməllərin tənqidi, məcbur etmə. MPT texnologiyası. Fasiləsiz psixoloji müşahidə metodları: psixodiaqnostik metod, psixoloji adaptasiya metodu, təşkil etmə metodları.

2







Mövzu 14. Qəza xilasetmə işlərinin gedişində MPT idarə etmə sistemi

Xilasedicilər (hərbi qulluqçular) və axtarış-xilasedici xidmətlər idarəetmə obyektləri kimi. MPT-in idarə edilməsinin mahiyyəti.

MPT idarə edilməsi. MPT idarəetmə funksiyaları: təşkil etmə, planlaşdırma, motivasiya və nəzarət. Qəza-xilasetmə işlərinin MPT idarəetmə prinsipləri sosial istiqamətlilik, qanunçuluq, obyektivlik, sistemlilik, komplekslilik və (şəffaflıq) aşkarlıq. MPT prosesinin idarə edilmə texnologiyası. MPT üzrə ardıcıllıq əməliyyatları. İnformasiyaların alınma mənbələri. Xilasedicilərin mənəvi-psixoloji vəziyyətləri, şəraitin qiymətləndirilməsi. MPT üzrə qərarm qəbul edilməsi.

2







Mövzu 15. Qəza xilasetmə işlərinin gedişində bölmələrdə informasiya-tərbiyəvi işlərin istiqamətləri

Qəza xilasetmə işlərinin gedişi haqqında xilasedicilərin (MM qoşunları) məlumatlandırılmasınm məzunu və məqsədi.

İnformasiya-tərbiyəvi işlərin prinsiplri: aktualhq, sistemlilik, fasiləsizlik, kompleksizlik, obyektivlilik və aşkarlıq. İnformasiya-tərbiyəvi işlərin istiqamətləri.İnformasiya-tərbiyəvi işlərin metodları-inandırma, rəğbətləndirmə, nümunə, tapşırıqlar və məcbur etmə. İnformasiya-tərbiyəvi işəlrin vasitələri. Tərbiyənin texniki vasitələrlə təminat.

2







Mövzu 16. Sosial mühitdə sosial-psixoloji dezaptasiya

Sosial-psixoloji dezaptasiya sosial mühitdə fəaliyyətinin (reaksiya vermək) adekvat pozulması kimi. Səxsi təlabatlara, maraqlara, qrup gözləmələrə, tələblərə və sosial normalara dezadaptasiya. Konfilikt hissi (həyəcanı) dezadaptasiya kimi.

Dezadaptasiyalığın səviyyəsi: müvəqqəti, situativ davamlı, ümumi davamlı. Nevroz-psixozkompleksi və ümumi davamlı dezadaptasiya. Dezadaptasiya pataloji adaptasiya kimi.


2







Mövzu № 17. Fövqəlada hallar və dezadaptasiya

Fövqəlada hallar və dezadaptasiya. Şəraitin ekstremallığı, həyat fəaliyyətimn xarakteri və dezadaptasiya. Sosiallaşma mexanizmi. Şəxsiyyətin dezadaptasiyalığının sosial-psixoloji diaqnostikası.












Mövzu 18. 12.1. PTSD psixozədələyici situasiyaların gecikmiş nəticələrinin meydana çıxması kimi

PTSD psixozədələyici situasiyaların gecikmiş nəticələrinin meydana çıxması kimi. PTSD üzvi xəritəsi. PTSD və deviant davramş tərzi. PTSD və həyat fəaliyyəti şəraitindən razılıq.

PTSD təsnifatı: şiddətli, xroniki, vaxtı uzanmış. Onun davam etmə mexanizmi. PTSD vaxtı uzadılmış amilləri: həyat fəaliyyətinin hiper problemli situasiyaları; şəxsi əhəmiyyətli əvvəlki ekstremal situasiyaları provokasiya məqsədilə təhrik edən vəziyyət; əsəb-psixi yorğunluq və s.


2







Mövzu 19. Fövqəladə hallara hazırlıqda kollektivlər əsa mənbə kimi

Məşğələ. Nəzəri - 2saat Kollektiv idarə etmə obyekti kimi. Kollektivlərdə sosial- psixoloji iqlimin idarə edilməsi. Şəxsiyyətlər arası münasibətlər və şəxsiyyətin formalaşmasında rolu. Xilasedicilərdə liderlik və rəhbərlik keyfiyyətlərinin formalaşdırılması.



2







Mövzu 20. Fövqəladə hallarda kollekivləri idarəetmə fəaliyyətində qarşılıqlı münasibət və ünsiyyətin rolu

Məşğələ. Nəzəri - 2saat Şəxsin kollektivə adaptasiyasının qiymətləndirilməsi. Şəxsiyyətlər arası münasibətlərin formalaşması. Birgə işləmənin psixoloji əsasları. Şəxsiyyətə təsir metodları. Ünsiyyətin xüsusiyyətləri. Ünsiyyət çətinlikləri və onun aradan qaldırılma yolları.



2







Mövzu 21 Ekstremal şəraitlərdə insan psixi fəaliyyətinin əsasları

Ekstremal şəraitlərdə psixi proses və halətlərin səciyyəsi və təzahür xüsusiyyətləri. Stres və zədənin fiziolojivə psixoloji əlamətləri. Fəaliyyətdə müvəffəqiyyətsizlik, xoşagəlməz gözləmə şəraitində MM komandirinin fəaliyyətinin xüsusiyyətləri. Risk fəaliyyəti- mümkün olan variantlar arasında situasiyaların secilməsi kimi. Riskli qərarların qəbulu vərdişlərinin formalaşdırılması.



2







Mövzu 22. Organizmin ehtiyatlarını aktivləşdirmə metodları və psixoloji relaksasiya

Organizmin ehtiyatlarını aktivləşdirmə metodları və psixoloji relaksasiya. Şəxsi ehtiyatlar. Pantomimik tənzimedicilər.

Statistik özünü tənzimləmənin gedişində təlqin və özünütəlqin texnikası. Peşə tapşınqlarımn yerinə yetirilməsində, psixofiziki özünütənzim üçün gimnastikanın əhəmiyyəti. Onların tətbiqinin əks göstəriciləri və məhdudlaşdırılması.


2







Mövzu 23. Fövqəlada halların nəticələrinin hümanitar ekspertizası

Fövqəlada halların nəticələrinin hümanitar ekspertizasının məqsədi, predmeti, tapşırıqları, mahiyyəti və məzmunu.

Ekspert tədqiqatının metodikası, texnikası, prosedurları və nəticələri.


1







Cəmi:

45




5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4




Mövzu № 1. Psixi halların özünütənzimləmə metodları

Psixi halların özünütənzimləmə texnikası və üsulları. Psixi halların analoq-işarəli və psixi əzələli tənzimlənməsi.



2







Mövzu № 2. MM komandirinin peşəkar hafizə və təfəkkürünun inkişaf etdirmə üsullarının psixoloji əsasları və aktivləşdirilməsi üsulları

MM komandirinin peşəkar hafizəsi. Hafizəni inkişaf etdirmə üsullarının psixoloji əsasları. MM komandirinin peşəkar təfəkkür tərzi. Peşə təfəkkürünun inkişaf etdirmə üsullarının psixoloji əsasları: peşə tapşırıqlarmm aydmlaşdırılması; qərarın təşkilinin əsasları. Reflektiv (1.xarici təsir nəticəsində əmələ gələn avtomatik, qeyri-şüuri hərəkət; 2. məc. inikas, nəticə, reaksiya;) təfəkkürün üsulları. Özünənəzarətin aktivləşdirilməsi üsulları. Qarşıya qoyulmuş fəaliyyətin və ya hadisələrin fikri (zehnində tutaraq) xəritəsinin qurulması texnikası.



2







Mövzu № 3 Fövqəladə halların komandirin peşəkar təfəkkür tərzi

Komandirin (xilasedicilərin) peşəkar təfəkkür tərzi. Peşə təfəkkürünun inkişafının əsas psixoloji üsulları peşə tapşırıqlarının aydınlaşdırılması; qərarın tapılmasının əsasları. Refleksiv təfəkkürün üsulları. Özünə nəzarətin aktivləşdirilməsi üsulları. Qarşıya qoyulmuş fəaliyyətin və ya hadisələrin fikri mənzərəsinin qurulması texnikası.



2







Mövzu № 4. Qəza xilasetmə işlərinin gedişində MPT idarə etmə sistemi

Xilasedicilər (hərbi qulluqçular) və axtarış-xilasedici xidmətlər idarəetmə obyektləri kimi. MPT-in idarə edilməsinin mahiyyəti.

MPT idarə edilməsi. MPT idarəetmə funksiyaları: təşkil etmə, planlaşdırma, motivasiya və nəzarət.

Qəza-xilasetmə işlərinin MPT idarəetmə prinsipləri sosial istiqamətlilik, qanunçuluq, obyektivlik, sistemlilik, komplekslilik və (şəffaflıq) aşkarlıq. MPT prosesinin idarə edilmə texnologiyası.

MPT üzrə ardıcıllıq əməliyyatları. İnformasiyaların alınma mənbələri. Xilasedicilərin mənəvi-psixoloji vəziyyətləri, şəraitin qiymətləndirilməsi. MPT üzrə qərarm qəbul edilməsi.

2







Mövzu № 5. Fövqəlada hallar və dezadaptasiya

Fövqəlada hallar və dezadaptasiya. Şəraitin ekstremallığı, həyat fəaliyyətimn xarakteri və dezadaptasiya. Sosiallaşma mexanizmi. Şəxsiyyətin dezadaptasiyalığının sosial-psixoloji diaqnostikası.



2







Mövzu №6. Postravmatik vəziyyətin simptomatikası və diaqnostikasının xüsusiyyətləri

PTSD simptomatikası: somatik dalğınlıq, yuxu pozulması, şəxsi-fıkri sferanm pozulması, narko asılılığm yüksəlməsi; neqativizm, ekstrahəssaslıq, həyacanlılıq və s.

PTSD-in fəlakətli spesifık xüsusiyyətləri. Dünyada və ölkəmizdə aparılan tədqiqatlar. Postravmatiklərin diaqnostikasının xüsusiyyətləri. Onların psixi reabilitasiyası problemi.


2







Mövzu № 7 Fövqəladə hallarda kollekivləri idarəetmə fəaliyyətində qarşılıqlı münasibət və ünsiyyətin rolu

Şəxsin kollektivə adaptasiyasının qiymətləndirilməsi. Şəxsiyyətlər arası münasibətlərin formalaşması. Birgə işləmənin psixoloji əsasları. Şəxsiyyətə təsir metodları. Ünsiyyətin xüsusiyyətləri. Ünsiyyət çətinlikləri və onun aradan qaldırılma yolları.



2







Mövzu № 8. Qorxu, təlaş və həyacana üstün gəlməyin psixofizioloji əsasları

Qorxu, təlaş və həyacanın psixofizioloji əsasları. Təngə gətirmək və vahimənin çıxarılması texnologiyası.



1







Cəmi:

15




5.5. Fənn üzrə sərbəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1.

Fövqəlada hallarda istiqamətlənmə, idrak və motivləşmə.

2.

Mənəvi - psixoloji təminatin mahiyyəti, əsas prinsipləri, və tapşırıqları

3.

Sosial-psixoloji dezaptasiya sosial mühitdə fəaliyyətinin (reaksiya vermək) adekvat pozulması kimi.

4.

Sosial xarakterli fövqəladə hallar.

5.

Ekstremal şəraitlərdə psixi proses və halətlərin səciyyəsi və təzahür xüsusiyyətləri.

6

Qəza-xilasetmə işlərinin MPT idarəetmə prinsipləri sosial istiqamətlilik, qanunçuluq, obyektivlik, sistemlilik, komplekslilik və (şəffaflıq) aşkarlıq.

7

MPT prosesinin idarə edilmə texnologiyası.

8

Xilasedicilər (hərbi qulluqçular) və axtarış-xilasedici xidmətlər idarəetmə obyektləri kimi.

9

Professianal müşahidənin, hafizənin strukturu və məzmunu.

10

Səxsi təlabatlara, maraqlara, qrup gözləmələrə, tələblərə və sosial normalara dezadaptasiya.




Konfilikt hissi (həyəcanı) dezadaptasiya kimi.



6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Fövqəladə hallarda psixoloji dayanaqlıq” fənni üzrə tələblər yerinə yetirilməlidir. 1. Sərbəst işlərin hazırlanması və müdafiə olunması; 2. Məşğələ dərsləri üzrə verilən tapşırıqların, məsələlərin yerinə yetirilməsi; 3. Əvvəlki mövzunun müzakirəsi zamanı sualların cavablandırılması



10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

______________________________________________________________________________________________________________________________________________________________________________________________________

Müəllim: ____________ (Gözəlov Səyavuş Səfər oğlu)
_____”________________ 2015-ci il.
Yüklə 159 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin