İşçilərin özünü dərk etməsi və mənəvi dəyərlər İşçilərin əməyə uyğunlaşması Uyğunlaşmanın növləri



Yüklə 22,83 Kb.
səhifə1/2
tarix13.03.2022
ölçüsü22,83 Kb.
#53686
  1   2
Muhazire 6. İşçilərin özunü dərk etməsi və əməyə uyğunlaşması
Sosiologiya tarixi. Zenalova Aysel. Sərbəst iş, Mövzu 11,12,13,14,15 5, Mövzu 11,12,13,14,15 5, AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1, Funksional sıralar və qüvvət sırası, Sosiolinqv kv 2, sos tarixi kv-1, Sosiologiya və biologiyada sistem yanaşması, 2, Ağakərimova Ədiləxanım 824. Tətbiqi sosiologiya, Ağakərimova Ədiləxanım 824. Əməyin sosiologiyası

MÜHAZİRƏ 6. İŞÇİLƏRİN ÖZÜNÜ DƏRK ETMƏSİ VƏ ƏMƏYƏ UYĞUNLAŞMA
PLAN:

  1. İşçilərin özünü dərk etməsi və mənəvi dəyərlər

  2. İşçilərin əməyə uyğunlaşması

  3. Uyğunlaşmanın növləri




  1. İşçilərin özünü dərk etməsi və mənəvi dəyərlər

Bu problem yalnız əməyin sosiologiyası ilə deyil, həm də necə deyərlər mənəviyyatın psixologiyası ilə əlaqədar olduğuna görə psixologiya və etika elmləri ilə üzvi şəkildə bağlıdır. Bu baxımdan onlar arasındakı əlaqə indiyə kimi çox zəif halda öyrənilmişdir. Ona görədə işçilərin mənəvi problemləri həm etika, həmdə psixoloji və sosioloji baxımdan kompleks şəkildə öyrənilməlidir. Burada həm də işçilərin özünü dərketməsi, onların əmək davranışları ilə vəhdət halında araşdırılmalıdır.

Mənəvi dərketmə və davranış mexanizmləri ontoloji, deontoloji və aksioloji yanaşma aspektlərinin vəhdətliyinə əməl olunmalıdır. Problemin düzgün başa düşülməsi və obyektiv həllində sistemli yanaşmanında böyük əhəmiyyəti vardır. Burada sistemli halda yanaşma dedikdə “dəyərlər-məzmun” və “struktur-funksional” təhlilin qarşılıqlı şəkildə aparılması, mənəvi dərketmə və davranışa təsir edən obyektiv və subyektiv amillərin, habelə davranış və mənəviyyat ünsürlərinin qarşılıqlı təsirinin öyrənilməsi nəzərdə tutulur. Çünki işçilərin sosial fəallığı mücərrəd anlayış olmayıb, konkret əmək fəaliyyətilə əlaqədar olduğuna görə ən vacib və müstəqil əhəmiyyət daşıyan sosial aktlarla şərtlənir (əmək situasiyası, məqsədyönlü, motivləşdirmə, müəyyən qərarın qəbul edilməsi və s.) və bir sıra xarici amillərlə bağlıdır. Konkret əmək situasiyasından asılı olaraq bunlar müsbət və mənfi mənəvi tərəfləri olur.

Mənəvi şüur mənəvi fəaliyyətin subyektiv tərəfi olsa da, onun dərin sosial-iqtisadi və fərdi-psixoloji əsasları vardır. Ona görədə çox aspektli və sistemli təhlil etmədən onun sosial qanunauyğunluqlarını dərk etmək və müəyyən etmək mümkün deyildir. Əlbətdə özünü dərketmə sosial proseslərin ideallaşdırılmış bir formasıdır, onun atributiv əlamətidir, əmək fəaliyyətinin yüksək şüurluluq mərhələsidir. Bu baxımdan işçilərin mənəvi şüurunun formalaşmasında onları əhatə edən mühitin dərk olunması və mühitin özü aparıcı rola malikdir. Çünki konkret mühiti nəzərə almadan işçi öz fəaliyyətinin meyllərini düzgün müəyyən edə bilməz. Bu baxımdan necə deyərlər dünyanın dərk edilməsi cəmiyyət, ayrı-ayrı sosial qrupların həyatı, həyat tərzi və mənafeləri haqqında sosial informasiyaların müstəsna əhəmiyyəti vardır. Bu informasiyalar adamların cəmiyyətdə və əmək kollektivlərində öz mövqe və rolunu müəyyən etmək üçün əsas verir. Əlbətdə burada işçinin adamların funksional və genetik mənəvi şüurundan və özünü qiymətləndirmə meyarından da çox şey asılıdır. Çünki makro və mikro mühit hər bir adama eyni dərəcədə təsir göstərmir. Eyni dərəcədə təsir etməməni hətta heyvanlarada aid etmək olar. Məsələn, şir ələ keçirmək istədiyi qənimətə birinci həmlədə nail olmadıqda öz məqsədindən əl çəkir, pələng isə şirdən fərqli olaraq öz məqsədini axıra çatdırmaq üçün mübarizədən əl çəkmir, müxtəlif həmlə varinatlarına əl atır. Demək vəhşilər arasında da böyük fərqlər vardır.
İşçinin sosial yetkinliyi müstəqil, avtonom əhəmiyyətə malik olsa da onun ictimai tərəfi heçdə onun şəxsi mənəvi fəaliyyəti ilə sonsuz olaraq şərtlənə bilməz, çünki bir çox tənzimedicilər onun fəaliyyət sferasından kənardadır, mənəvi seçməyə konkret situasiyalar mühüm təsir göstərir. Məhz burada gərgin sosial proseslər neqativ psixoloji proseslərin mənbəyinə çevrilə bilər, daha doğrusu burada belə halın baş verməsi çox olur. Ona görə də insanlarda ilk baxışda belə bir yalnış təsəvvür əmələ gəlir ki, eqoist olmaları özlərinin daha çərçivəli mənafelərini əsas götürməli yalnız onların bioloji xüsusiyyətləri ilə bağlıdır. Təsadüfi deyildir ki, Qərb sosiologiyasında özünüdərketmənin alturistik problemlərinə böyük əhəmiyyət verilir. Lakin mənəviyyatın sosial-patoloji cəhətləri bəzən arxa plana çəkilir. Nəzərə almaq lazımdır ki, işçinin, hər bir insanın öz sosial dəyəri vardır.

Sosial dəyərlər isə bir sıra ünsürlərdən ibarətdir. Sosial dəyərlər işçilərin fəaliyyəti ilə bağlı olan idrak, qiymətləndirmə və tənzimləmə funksiyalarının özünün təhlili vasitəsilə aşkara çıxarıla bilər. Lakin burada bir sıra psixoloji və qneseoloji çətinliklər vardır. Çünki, insan bu prosesdə bir növ həm subyekt, həmdə obyekt rolunu oynayır. İnsanlar özü və başqası üçün eyni ola bilmir, öz davranışlarını tənqidi qaydada tam doğruluğu ilə qiymətləndirə bilmir. Bu məsələlərin bir cəhəti sırf elmi tərəfdir. İkinci tərəfi, konkret praktiki tərəfdir. Onun praktiki tərəfi bir sıra hallarda daha kobud şəkildə özünü göstərir. Bəzi işçilər (xüsusi olaraq vəzifəlilər) sosial psixologiya və digər elmlərin müddəalarına zidd hərəkətlərini hətta özlərinin bir növ üstünlüyü hesab edirlər. Demək belə hərəkətlər heç bir elmi müddəalara standartlara və ölçülərə uyğun gəlmir. Bu isə əlavə ziddiyyətlər və problem situasiyalar törədir. Demək, davranışa həm daxildən, həmdə xaricdən təsir edən amillər hesabına formalaşır. Ona görə də burada normativ-dəyərlər aspekti bir növ mücərrəd şəkildə özünü göstərir. Çünki hər bir insan bir çox münasibətlərin o cümlədən iqtisadi və sosial münasibətlərin daşıyıcısıdır. Bəzən ona görə də şəxsiyyəti öz dövrünün məhsulu adlandırırlar. Çünki hər bir insan, hər bir işçi fizioloji reflekslə yanaşı mənəvi refleks qabiliyyətinə də malikdir. O, məhs mənəvi refleks sayəsində sosial prosesləri təhlil və müqayisə edir, ümumiləşdirir və onu özünün fəaliyyət motivləri ilə əlaqələndirir; bütün bunlar onların əmək fəaliyyətini müəyyən edir. Bu, ümumilikdə belədir. Lakin xüsusi hallar da ola bilər. Məsələn, Sabirin dövründə Sabir, Nəsiminin dövründə Nəsimi və sair fenomeni də olmuşdur. Onlar və onlara bənzər adamlar öz dövrlərinin, öz əsrlərinin spesifik və həmdə ümumiləşdirici mentalitetindən, əlamətlərindən, xassələrindən əhəmiyyətli dərəcədə kənara çıxa bilmişlər. Məhs ona görədə belə adamlar öz dövrləri üçün təhqiramiz, sonrakı dövrlər üçün isə unikal və müdrik adamlar kimi qiymətləndirmişlər.

2. İşçilərin əməyə uyğunlaşması

İşçilərin onun üçün yeni predmet-əşya və sosial mühitə daxil edilməsi uyğunlaşma prosesi deməkdir. Şəxs işə qəbul olunarkən o, daxilən təşkil olunmuş əmək münasibətləri sisteminə cəlb edilir və eyni vaxtda bu sistemdə bir neçə mövqe tutur. Belə ki, o, həm işçidir, həm də partiya, həmkarlar təşkilatının və digər birliklərin üzvüdür. Hər bir belə mövqeyə tələblərin, standartların, davranış nümunələrinin məcmusu, yəni sosial rolu müvafiqdir. Sosial rollarda insanın davranışında o ümumiliklər və sosial qrupların tələbləri təcəssüm edilmişdir ki, o həmin ümumiliklərin və sosial təşkilatların üzvüdür. Adları çəkilən hər bir mövqeni tutan insanın o mövqelərə müvafiq davranışı gözlənilir. Məsələn, səmərələşdiricinin sosial rolu istehsalın inkişaf imkanlarını daima təhlil etməsi, təkmilləşdirmənin bu və ya digər variantının işlənilməsi, səmərələşdirici təkliflərin verilməsi, mükafatlandırmanın alınması kimi fəaliyyətlə bağlıdır, cəmiyyətdə, təşkilatda bu mövqelərin, rolların kompleksi şəxsin sosial vəziyyətini müəyyənləşdirir.

Müəssisəyə işə girərkən şəxs müəyyən məqsədlərə, dəyərlərə tələbatlara, normalara, davranışın qaydalarına malikdir. Onlara müvafiq olaraq, əməyin şəraitinə, onun ödənişinə, yüksəlmək imkanlarına, sosial mühitə dair müəssisəyə tələblər təqdim edir. İşçinin təşkilata münasibəti onun məqsədinin realizə edilməsi, tələbatlarının yerinə yetirilməsi səviyyəsindən asılıdır. Lakin müəssisə və ya təşkilatın da müəyyən məqsəd və vəzifələri vardır. Bu məqsəd və vəzifələrin ən əsaslan - məhsul buraxılışı, maddi və mənəvi nemətlərin istehsalı, xidmətlərin göstərilməsi, əmək intizamı, müəssisə daxili qaydalar və s. təşkil edir. Bunlara müvafiq olaraq, təşkilatda (sosial mühitdə) öz sosial deyərləri və normalan yaranır. Bunun əsasında müəssisə də işçinin təhsilinə, ixtisasına, məhsuldarlığına və əmək intizamına, onun kollektivdə işləmək qabiliyyətinə, istehsalın dəyişən şəraitini müsbət qavramağa hazır olmasına dair tələblər təqdim edir. Beləliklə, işçinin və təşkilatının birgə fəaliyyətinin gedişində onlann qarşılıqlı surətdə uyğunlaşması, əmək adaptasiyası prosesi gedir.

Kollektivin dəyərləri və normalan aynlıqda götürülmüş hər bir işçinin dəyərləri və normalarından nə dərəcədə böyük olarsa, nə qədər o, bunlan tez qəbul edərsə, öz sosial rollarını tez mənimsəyərsə bir o qədər bu proses müvəffəqiyyətlə keçəcəkdir. Müəssisə işçinin istək və tələblərinə nə qədər tez cavab verərsə, onun işdən razı qalması da bir o qədər artar. Beləliklə, uyğunlaşma - şəxslərlə onların daxil olduğu mühit arasında gedən mürəkkəb, ikitərəfli bir prosesdir.

Uyğunlaşma prosesində ilkin və ikinci uyğunlaşmanı birbirindən ayırmaq lazımdır. İlkin uyğunlaşma gəncin daimi əmək fəaliyyətinə ilk dəfə daxil olmasında baş verir. İkinci uyğunlaşma isə iki halda baş verir: öz peşəsini dəyişməklə yaxud dəyişməməklə işçinin yeni iş yerinə keçilməsində və eləcədə istehsal mühitinin onun texniki, iqtisadi yaxud sosial ünsürlərinin əhəmiyyətli dərəcədə dəyişilməsində baş verir. Əməyə uyğunlaşma mürəkkəb quruluşa malikdir. Bu uyğunlaşmada psixo-fızioloji, sosial-psixoloji və peşə aspektlərinə ayrılırlar. Psixo-fızioloji uyğunlaşma dedikdə işçi üçün zəruri olan bütün şəraitin məcmusunun mənimsənilməsi prosesi başa düşülür.

Müasir istehsalatda mənəvi cəhətcə nəinki yalnız texnika və texnologiya köhnəlir, eyni zamanda istehsalat mühitinin sanitar-gigiyenik normaları da köhnəlir. Müasir işçi onun qəbul etdiyi sanitar-gigiyenik komfortun, əmək ahənginin, iş yerinin rahatlığının, duruş vəziyyətini və s. pozulmasını çox həssaslıqla qarşılayır. Aparılan tədqiqat materialları göstərir ki, digər sosial qruplarına nisbətən, fəhlələr üçün sanitar-gigiyenik şəraitin vəziyyəti daha kəskin şəkildədir. Eyni zamanda əməyin yeknesəklik müddəti yalnız fəhlələr üçün deyil, həmçinin mütəxəssislərin də qarşısında duran problem məsələlərdəndir. Əksər hallarda yüksək əsəb gərginliyi rəhbər işçilərin və mütəxəssislərin payına düşür.




Yüklə 22,83 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə