2(104)-1821/2016
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
Q Ə T N A M Ə
01 sentyabr 2016-cı ил Эянъя шящяри
Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası
Hаким Süleymanov Loğman Srac оьлуnun сядрлиyi və məruzəsi, hakimlər
Zərbəliyev Zərbəli Şirinbala оьлу
və Muradov Rəhman Şaban oğlundan ибарят
тяркибдя, Rzayev Fərid Müzəffər oğlunun katibliyi ilə,
İddiaçı “Günəbaxan tumları və suxarik” İstehsalat Fabrikinin nümayəndələri
Yusubov Mehman Hidayət oğlu və Ələsgərova İltimas Ələkbər qızının iştirakları ilə,
Qazax Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qətnaməsindən cavabdeh
Qocayev Elçin Qoca oğlunun nümayəndəsi Qocayev Qoca Dilənçi oğlu tərəfindən
verilmiş apellyasiya şikayətinə Эянъя Апеллйасийа Мящкямясинин binasında ачыг
мящкямя иъласында бахараг, məhkəmə kollegiyası
MÜƏYYƏN ETDİ:
İddiaçı “Günəbaxan tumları və suxarik” İstehsalat Fabriki cavabdeh Qocayev
Elçin Qoca oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət
edərək, cavabdehdən 13.405 manat pulun alınıb, fabrikə ödənilməsi barədə
qətnamə çıxarılmasını xahiş etmişdir.
Qazax Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qətnaməsi иля (sədrlik
edən M.Ə.Allahverdiyev, iş № 2(023)-1079/2016) iddia təmin edilmiş və cavabdeh
Qocayev Elçin Qoca oğlundan 13.405 (on üç min dörd yüz beş) manat мябляьиндя
пулun alınaraq, iddiaçı “Günəbaxan tumları və suxarik” İstehsalat Fabrikinə
verilməsi qət edilmişdir.
Cavabdeh Qocayev Elçin Qoca oğlunun nümayəndəsi Qocayev Qoca Dilənçi
oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin
07 iyun 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə
dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, fabrikin sahibləri tabeliyində
olan işçiləri, o cümlədən oğlu Elçini özlərindən asılı etmək məqsədilə onlarla saxta
borc müqaviləsi bağlamışlar. Belə ki, 17 may 2015-ci il tarixdə fabrikin sahibi
Rahib Ibrahimov adlı şəxs Elçindən tələb edib ki, bizlə işləmək istəyirsənsə borc
2
müqaviləsi bağlamalısan. Elçin də razılaşaraq, səmimiyyətinə inanmış və notariat
kontorunda borc müqaviləsini imzalamışdır. Borc müqaviləsinin imzalanmasına
baxmayaraq, aralarında pul alış-verişi olmamışdır. Sadəcə işə başlamaq üçün formal
olaraq həmin müqaviləni imzalamışlar. Oğlu Elçin işdən çıxandan sonra Rahib adlı
şəxs formal bağlanmış müqavilə üzrə Elçindən 12.000 manat pul tələbinə dair
məhkəmədə iddia qaldırmış, məhkəmə də iddianı araşdırmadan təmin etmişdir.
Bundan bəhrələnən fabrik sahibi yenidən oğluna qarşı 13.405 manat pul tələbinə
dair iddia qaldırmışdır. Məhkəmə obyektiv araşdırma aparmadan, əsassız qətnamə
qəbul etmişdir. Belə ki, Elçin həmin akta imza edərkən 17.05.2015-ci il tarixdə
bağlanmış borc müqaviləsindəki məbləği nəzərdə tutmuşdur.
Cavabdeh Qocayev Elçin Qoca oğluna və nümayəndəsi Qocayev Qoca Dilənçi
oğluna işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə
baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər.
Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə
əsasən, işə cavabdehin və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün
hesab etmişdir.
İddiaçı “Günəbaxan tumları və suxarik” İstehsalat Fabrikinin nümayəndələri
Yusubov Mehman Hidayət oğlu və Ələsgərova İltimas Ələkbər qızı məhkəmə
kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdilər ki, cavabdeh
Elçin Qocayev 26 noyabr 2014-cü il tarixdən 30 yanvar 2015-ci il tarixədək şəxsən
özü fabrikə gələrək elektron qaydada qaimə ilə satmaq üçün 32.589 manat dəyərində
3.621 karobka “əla tum” günəbaxan tumlarını fabrikdən nisyə götürmüşdür. Həmin
məbləğin 19.200 manatını ödəmiş, qalan 13.389 manatı isə ödəməmişdir. 02 fevral
2015-ci il tarixdə bu barədə akt tərtib edilmişdir. Cavabdeh Elçin Qocayev həmin
aktda fabrikdən aldığı bütün malları satdığını, bir ədəd də karopkanın qalmadığını,
maqazinlərin borcunun olmadığını bildirmiş və fabrikə olan 13.389 manat borcunu
10 fevral 2015-ci il tarixədək tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin dəfələrlə
cavabdehdən həmin pullar tələb edilsə də, o, bu borcundan cəmi 1.200 manat pul
ödəmiş, qalan 11.189 manatı isə qaytarmamışdır. Tumların pulundan əlavə, Elçin
Qocayevin öhdəsində 11 ədəd “Stend-60” markalı ütü, 11 ədəd fen, 8 ədəd tozsoran
qalmışdır ki, bunların da cəmi dəyəri 2.216 manat təşkil edir. Birinci instansiya
məhkəməsinin qətnaməsini əsaslı və qanuni hesab edirlər. Ona görə də, apellyasiya
şikayətinin təmin olunmamasını, Qazax Rayon Məhkəməsinin 07 iyun 2016-cı il
tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak
edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və
Qazax Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən
saxlanılmalıdır.
Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya
instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını
onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv
edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə
olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
3
Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası
məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və
prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
İş materiallarında olan 02 феврал 2015-cи il tarixли актдан görünür ки, Елçин
Гоъайев 26 нойабр 2014-ъц ил тарихдян 30 йанвар 2015-ъи ил тарихя кими сатмаг
мягсяди иля иддиачыдан 32.589 манат мябляьиндя тум мящсуллары эютцрмцш вя щямин
малларын дяйяринин 19.200 манатыны юдямишдир. Ъavabdeh Elçin Qocayev
“Günəbaxan tumları və suxarik” İstehsalat Fabrikinə олан боръу 13.389 manat
тяшкил едир. Ъавабдещ щямин мябляьдя пулу 10 феврал 2015-ъи ил тарихя кими юдямяйи
ющдясиня эютцрərək, 60 ядяд стендин йерини ися эюстярəcəyini və aktı fabrikə təqdim
edəcəyini qeyd etmişdir.
İş materiallarında olan 26 нойабр 2014-ъц ил тарихдян 30 йанвар 2015-ъи ил тарихя
кими иддиачыйа тягдим едилмиш щядиййя вя гайтарылан купонларын сийащысы ilə мцяййян
едилир ки, ъавабдещ цмуми дяйяри 2.216 манат мябляьиндя олан 11 ядяд цтц, 11 ядяд
фен, 6 ядяд тозсоран вя 60 ядяд стенди иддиачыйа гайтармамышдыр.
Məhkəmə kollegiyasına təqdim edilmiş Qazax Rayon Məhkəməsinin 20 aprel
2016-cı il tarixli 2(023)-673/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı
İbrahimov Rahib Şamil oğlunun cavabdeh Qocayev Elçin Qoca oğluna qarşı pul
tələbinə dair iddiası təmin edilmiş və cavabdeh Qocayev Elçin Qoca oğlundan
12.000 (on iki min) manat мябляьиндя пулun alınaraq iddiaçı İbrahimov Rahib
Şamil oğluna verilməsi qət edilmişdir.
Məhkəmə kollegiyasında müəyyən edildi ki, Елçин Гоъайев 26 нойабр 2014-ъц
ил тарихдян 30 йанвар 2015-ъи ил тарихя кими сатмаг мягсяди иля иддиачы fabrikdən
32.589 манат мябляьиндя тум мящсуллары эютцрмцшdür. Ъavabdeh Elçin Qocayev
hямин малларын дяйяринин 19.200 манатыны юдямиш, 13.389 manat isə borclu
qalmışdır. Eyni zamanda, цмуми дяйяри 2.216 манат мябляьиндя олан 11 ядяд цтц,
11 ядяд фен, 6 ядяд тозсоран вя 60 ядяд стенди иддиачыйа гайтармамышдыр. Ъавабдещ
02 феврал 2015-cи il tarixли актда щямин 13.389 manat borcunu 10 феврал 2015-ъи ил
тарихя кими юдямяйи ющдясиня эютцрmüş və 60 ядяд стендин йерини ися эюстярəcəyini
bildirmişdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə görə,
əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda
bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı
əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində
müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın
alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının)
nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,
müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə
uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1.-ci maddəsinə əsasən
əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə
tutula bilər. Hissə-hissə ödəmə şərtiilə əşyanın nisyə satılması haqqında müqavilə o
4
halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı
əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş
olsun.
Göründüyü kimi, cavabdeh Qocayev Elçin Qoca oğlu “Günəbaxan tumları və
suxarik” İstehsalat Fabriki ilə şifahi formada alqı-satqı müqaviləsi bağlayaraq,
aldığı 3.621 karobka “əla tum” günəbaxan tumlarının dəyəri olan 32.589 manatın
19.200 manatını ödəmiş, qalan 13.389 manat borcunu 10.02.2015-ci il tarixdə
ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, müqavilə şərtlərinə əməl etməyərək,
üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, həmin borcunu
qismən ödəmiş, цмуми дяйяри 2.216 манат мябляьиндя олан 11 ядяд цтц, 11 ядяд
фен, 6 ядяд тозсоран вя 60 ядяд стенди də иддиачыйа гайтармамыш və nəticədə fabrikə
13.405 manat borclu галмышдыр.
Азярбайъан Республикасы Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə,
öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti
etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və
i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin
icrasını tələb etmək hüququ vardır.
Hяmиn Mяcяllяnиn 445.2.1 və 445.2.2-ъи maddələrində öhdəliyin onun icrası
üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müdдəti çatanadək
kreditorun etdiyi xəbяrdaрlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun
icranı gecikdirməsi kimi сайылыр.
Hяmиn Mяcяllяnиn 448.1-ъи маддясиня ясасян, борълу онун риск даирясиня дахил
олан ющдяликлярин иъра едилмядийи бцтцн щаллар цчцн ъавабдещдир.
Cavabdeh Qocayev Elçin Qoca oğlunun nümayəndəsi Qocayev Qoca Dilənçi
oğlu apellyasiya şikayətinin dəlillərində 17 may 2015-ci il tarixdə fabrikin sahibi
Rahib Ibrahimov adlı şəxslə oğlu Elçinin arasında 12.000 manat məbləğində saxta
borc müqaviləsinin imzalandığını, Elçinin 02.02.2015-ci il tarixli akta imza edərkən
17.05.2015-ci il tarixdə bağlanmış borc müqaviləsindəki məbləği nəzərdə tutduğunu
bildirmişdir.
Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin həmin dəlilini əsassız
saymaqla, qeyd edir ki, 02.02.2015-ci il tarixli akt 17.05.2015-ci il tarixli borc
müqaviləsi bağlanmazdan əvvəl tərtib edilmişdir.
Bundan başqa, Qazax Rayon Məhkəməsinin 20 aprel 2016-cı il tarixli 2(023)-
673/2016 nömrəli qətnaməsi ilə qət olunmuş məbləğin hazırkı pul tələbi ilə bağlılığı
yoxdur. Belə ki, həmin qətnamə ilə iddiaçı İbrahimov Rahib Şamil oğlunun
cavabdeh Qocayev Elçin Qoca oğluna qarşı pul tələbinə dair iddiası təmin edilmiş və
cavabdeh Qocayev Elçin Qoca oğlundan 12.000 (on iki min) manat мябляьиндя
пулun alınaraq iddiaçı İbrahimov Rahib Şamil oğluna verilməsi qət edilmişdir.
Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci
instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq
edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin
hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola
bilməz.
Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci
instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və
5
mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə
bilməz.
Məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsinin bu iş üzrə
gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur.
Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin
07 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və
404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ :
Cavabdeh Qocayev Elçin Qoca oğlunun nümayəndəsi Qocayev Qoca Dilənçi
oğlunun apellyasiya şikayəti təmin edilməsin.
Qazax Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qətnaməsi
dəyişdirilmədən saxlanılsın.
Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay
müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına
kassasiya şikayəti verilə bilər.
Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra
qanuni qüvvəyə minir.
Sədrlik edən:
Loğman Süleymanov
Hakimlər:
Zərbəli Zərbəliyev
Rəhman Muradov
Sədrlik edən: imza var
Hakimlər: imza var
Düzdür:
Hakim
Loğman Süleymanov
Dostları ilə paylaş: |