5. Genderin psixoloji əsasları gender psixologiyasi



Yüklə 21,68 Kb.
səhifə1/2
tarix11.04.2023
ölçüsü21,68 Kb.
#96250
  1   2
gender psix


5. Genderin psixoloji əsasları
GENDER PSİXOLOGİYASI - müəyyən cinsin nümayəndəsi kimi şəxsiyyətin xarakteristikasının formalaşması və inkişafı qanunauyğunluqlarını öyrənən psixologiya sahəsi; bu xarakteristika cinsi diferensiasiyanın təzahürü, yəni kişi və qadının şəxsi keyfiyyətlərinə, sosial rolları və statusuna görə müqayisəsi ilə şərtlənir. G.p. gender fərqlərinin psixologiyası, qadın psixologiyası (yaxud feminist psixologiya), kişi psixologiyası, gender sosiallaşması, gender münasibətlərinin psixologiyası kimi istiqamətləri birləşdirir.
Gender fərqlərinin psixologiyası ümumi və diferensial psixologiyanın əsasında formalaşaraq, cinslər arasındakı psixoloji fərqlərin aşkara çıxarılması və onların səbəbinin axtarışını ehtiva edir. Qadın və kişi psixoloji xarakteristikasında fərqlilikdən daha çox oxşarlıq var. Koqnitiv(dərk etmə) mühitdə qadında verbal qabiliyyət, kişidə isə vizualməkan və riyazi qabiliyyət daha dolğun inkişaf etmişdir. Sosial davranışda fərqlər daha güclü ifadə olunur: kişilər qadınlara nisbətən daha aqressivdir, qadınlar üçün ailə, kişilər üçün iş əhəmiyyətlidir. Cinsi determinasiyanın sosiobioloji modeli (bu modelə görə cinslərin diferensiasiyası - universal bioloji prosesdir) öz yerini sosiomədəni modelə vermişdir; bu modeldə cinsi diferensiasiya sosiallaşmanın və kon­kret sosial rolların mənimsənilməsinə mədəniyyətin təsirinin nəticəsidir.
Qadın psixologiyası, yaxud feminist psixologiya “qadınların öyrənilməsi” (Wo­men's Studies) fənlərarası elm sahəsinin inkişafı ilə əlaqədar yaranmışdır. “Qadınların öyrənilməsi”nin bəzi nümayəndələri kişi və qadın psixikası arasında minimum fərqlərin mövcudluğuna dair yanaşmanı dəstəkləyir, digərləri qadının “androsentrik” mədəniyyətdə alçaldılmış şəxsiyyət keyfiyyətlərini yüksəltmək üçün psixoloji fərqləri maksimuma çatdırmağa cəhd edirdilər. Fərqlərin azaldılmasının tərəfdarlarının fikirləri androginiya konsepsiyasında əksini tapdı: kişilərdə qadın, qadınlarda kişi keyfiyyətlərinin mövcudluğu artıq şəxsiyyətin inkişafınm pozulması kimi qiymətləndirilmirdi. Gender müxtəlifliyinin maksimallaşdmlmasınm tərəfdarları hesab edirdilər ki, qadın psixologiyası onun bir sıra keyfiyyətləri sayəsində kişidəkindən mükəmməldir: məs., müstəqillik və asılılığı süni şəkildə qarşı-qarşıya qoymaq yox, münasibətlər prosesində inkişaf edib və mükəmməlləşmək qabiliyyəti; dünyanı qaydalar sistemi kimi yox, insanların qarşılıqlı münasibətləri sayəsində bir bütöv halında görmək; fiziki, əqli və emosional sahələrin vəhdəti.
“Kişilərin öyrənilməsi”nin (Men's Studies) əsasında “kişi psixologiyası”nın yaranması kişilərin ictimai həyatının bir sıra mühüm faktorlarının aşkarlanmasına təkan verdi: kişilər qadınların hesabına institusional imtiyazlardan istifadə edirlər; kişilərin yüksək status və imtiyazlar naminə kişilik stereotiplərini (kişi identikliyi) qəbul etmələri onlara şəxsiyyətlərarası səthi münasibətlər, zəif səhhət və erkən ölüm bahasına başa gəlir; patriarxal cəmiyyətdə bərabərsizlik nəinki qadınlar, hətta kişilər arasında da olur. Kişi eyniyyətinin spesifikası, onun sabit kəmiyyətləri və standartları, səbəbləri və dəyişmə tendensiyaları, “kişilik böhranı”nın psixoloji aspektləri öyrənilir.
“Gender sosiallaşması” - inkişaf psixologiyası əsasında yaranır və şəxsiyyətin gender eyniyyətinin formalaşması prose­sinin təhlilinə yönəlik baxışdır. Şəxsiyyətin gender eyniyyətinin formalaşmasına müxtəlif sosiallaşma institutlarının (ailə, məktəb, yaşdaşlar, KİV) təsirinin təhlili göstərir ki, kişi və qadınların inkişafı mməüxtəlif psi­xoloji kontekslərdə, ehtimal ki, şəxsiyyətin hərtərəfli inkişafının çatışmazlığı fonunda gedir.
Sosial psixologiyanın əsasında formalaşmış gender münasibətlərinin psixologiyası cinslər arasında münasibətlərin modellərini təhlil edir (iki baza modeli fərqləndirilmişdir: dominant-asılı və partnyor). Müxtəlif səviyyələrdə gender münasibətlərinin sosial-psixoloji determinantları genderə məxsus anlayışlar, stereotiplər, mexanizmlər və eyniyyətlərdən ibarətdir.
Ümumiləşdirək deyə bilərik ki, gender psixologiyası-insanların, cinsi mənsubiyyətindən asılı olaraq, sosial davranışını determinə (funksional) edən gender identikliyinin xarkteristikasını öyrənən psixologiya sahəsidir. Bu sahədəki tədqiqatlarda kişi və qadın cinsinə mənsub insanların şəxsiyyət keyfiyyətlərinin müqayisəli tədqiqinə diqqət yönəldilir. Gender psixologiyası differensial psixologiya ilə inkişaf psixologiyasının qovşağında və əsasında formalaşmış psixoloji bilik sahəsidir. Gender psixologiyasının əsasını differensial psixologiyanın «cins psixollogiyası» bölməsi və inkişaf psixologiyasının şəxsiyyətin psixososial inkişafı (insanın cinsi mənsubiyyəti ilə şərtlənən) bölməsi təşkil etmişdir. Psixologiya elminin göstərilən bölmələri gender psixologiyasının əsas strukturunu müəyyən etmişdir ki, bu da iki əsas məlumat bloku ilə təqdim edilir: cinsi fərqlər psixologiyası (cins psixologiyası bölməsinin əsas tematikası) və gender sosiallaşması. Cinsi fərqlər bölməsində kişi və qadın cinsinin nümayəndələri arasındakı psixoloji fərqlərin bütöv spektri nəzərdən keçirilir, bu şəxsiyyətin koqnitiv, motivasiya, emosional, davranış və digər sferaları arasındakı fərqlərdir. Bu zaman psixologiya üçün ənənəvi olan anlayışlar apparatı, şəxsiyyətin strukturunu açmaq üçün istifadə olunan psixoloji məvhumlar ifadə olunur. Yeni olan «maskulinlik», «feminlik» «androgenlik» (maskulin və feminiliyin xüsusiyyətlərin bir fərddə birləşməsi, 70-ci illərin əvvəlllərində amerikalı psixoloq Sandra Bem tərəfindən işlənmişdir) və «gender stereotipləri» anlayışlarıdır. Gender sosiallaşması bölməsində oğlan və qızların, kişi və qadınların cins-rol inkişafında sosial institutların rolu təhlil olunur. Əsas anlayışlar cinsi rollar və onların adekvatlığı anlayışlarıdır. Gender psixologiyasının əsas tədqiqat metodologiyası cins-rol yanaşmasıdır. Bu yanaşma çərçivəsində qadın və kişi rolları məzmununa görə, fərqli olsalar da, eyni dərəcədə əhəmiyyətli kimi qəbul edilirlər. Rolların bioloji determinizmi və insanda qadın və kişi başlanğıcının anadangəlmə olması haqda psixoanalitik təsəvvür çıxış nöqtəsini təşkil edir. Gender psixologiyasına aid olan tədqatların böyük əksəriyyəti üçün vahid metodik üsul xarakterikdir. Onun mahiyyəti bir-birinə müqayisə edilməsi üçün iki müxtəlif cinsli tədqiq olunanlar qrupunun ayrılmasından və konkret psixoloji metod və metodikalardan istifadə olunur. Gender psixologiyasında perspektiv tədqiqatlar kimi kişi və qadınların psixoloji xarakteristikaları və davranış xüsusiyyətlərindəki fərqlərin axtarılmasına yönəlmiş tədqiqatlar deyil, psixoloji oxşarlığın axtarışına yönəlmiş tədqiqatlar qəbul olunmalıdır. Onlar kişi və qadınlar tərəfindən ənənəvi gender stereotiplərinin aradan qaldırılması üçün produktiv strategiya və davranış taktikalarının öyrənilməsi, eyni zamanda, qadınların professional, kişilərin isə, ailə sferasında uğurlu özünüreallaşdırmasının şəxsi amillərinin təhlilinə yönəlməlidir.
Cinsi fərqlər psixologiyası-psixologiyanın insanlar arasında cinsi mənsubiyyətlərlə şərtləşdirilmiş fərqləri öyrənən bölməsidir. Elm sahəsi kimi cinsi fərqlər psixologiyası öz diqqətini qadın və kişi cinsi nümayəndələrinin sosial rollarının və davranış xüsusiyyətlərinin psixoloji xarakteristikasının öyrənilməsinə yönəldir. Gündəlik şüurda möhkəm surətdə belə bir fikir bərqərar olub i, qadınlar və kişilər bir-birlərindən yalnız fiziki və fizioloji xarakteristikalarına görə deyil, həm də psixoloji xüsusiyyətlərinə, şəxsi keyfiyyətləri və davranış əlamətlərinə görə əhəmiyyətli dərəcədə fərqlənirlər. Psixoloqlar artıq neçə onilliklərdir ki, cinslər arasında gündəlik fikirlərdən və kütləvi şüur stereotiplərindən fərqli olaraq ciddi elmi şəkildə qoyulmuş hansı fərqlərin olduğunu aydınlaşdırmaq məqsədilə tədqiqatlar aparırlar. Qadın və kişilərin psixoloji xarakteristikalarında ki, və davranış xüsusiyyətlərindəki fərqlərin öyrənilməsinə həsr olunmuş tədqiqatların analizi göstərdi ki, kişi və qadın cinsi nümayəndələri arasında psixoloji fərqlər təsəvvür olunduğu qədər çox deyil. Qadınların narahat, impulsiv, səliqəli olmaları, kişilərdən daha aşağı özünüqiymətləndirmə səviyyəsinə malik olmaları sübut edilmədi. Həmçinin kişilərin qadınlara nisbətən daha fəal olmaları, müstəqil, asan qərar qəbul edən, təşəbbüskar, özündən razı olmaları, qiyaziyyatı və elmi sevmələri sübut olunmadı. Psixologiyada cinsi fərqlər problematikasının inkişaf tarixi bir sıra mərhələlərə bölünür:

  1. XX əsrin 1910-20-ci illərində qadın və kişi xüsusiyyətlərinin azsaylı tədqiqatları cins psixologiyası sərlövhəsi ilə öz şərtini tapdı. Belə ki, cins çox vaxt seksuallıqla eyniləşdirilirdi.

  2. 1930-60-cı illərdə cins psixologiyasını cinsi fərqlər psixologiyası əvəz etdi. Bu cinsi fərqlərin böyük bir hissəsinin təbiət tərəfindən verildiyi hesab olunurdu.

  3. 1970-ci illərin sonlarında bioloji determinizmin zəifləməsi ilə bu termin daha yumşaq səslənən-cinslə bağlı fərqlər termini ilə əvəz olundu. Biodeterminizm-insanı bioloji və ya təbii faktorlar baxımından xarakterizə edən, məsələn, gender və ya cins hadisələrinin təhlil edilməsi prinsipi.

  4. 1980-ci illərdə onları, ümumiyyətlə, bioloji əsasları olmayan gender fərqləri (gender differences) adlandırmağa başladılar.

Beləliklə, cinsi differensasiya probleminin öyrənliməsi tarixini iki dövrə ayırmaq olar: genderəqədərki dövr və gender dövrü. Genderəqədərki dövrün tədqiqat yekunları sayəsində mövcudluğu empirik tədqiqatlarda əsaslı şəkildə sübut olunmuş və əsaslandırılmış cinsi fərqlərin siyahısı ortaya çıxdı. Başqa sözlə desək, psixoloji cəmiyyət nümayəndələri bu fərqlərin mövcudluğu xüsusunda yekdil fikrə gəldilər. Genderəqədərki dövrdə cinsi determinasiyanın sosial-bioloji modeli daha populyar idi. Onu çoxlu sayda alimlər qəbul edirdilər. Cinsi fərqlər psixologiyasının növbəti inkişaf dövrü olan gender dövrü sosial-mədəni paradiqmaya diqqət ayrılması ilə əlamətdardır. Feminist yönümlü psixoloqlar sübut etməyə çalışırlar ki, elmi cəhətdən bir qədər əsaslandırılmış cinsi fərqlərin və cinsi differensiasiyanın əsas determinantları sosial-mədəni amillərdir. Psixologiyada gender və qadın tədqiqatları cinsi fərqlərin formalaşmasında sosiolizasiya prosesinin aparıcı rolunu qətiyyətlə nümayiş etdirdi. Kişi və qadın cinsli insanların şəxsiyyət xüsusiyyətlərində mövcud fərqlərin çoxu həyat təcrübəsi və sosial gözləmələrdə, təlim gedişində dəyişikliyə uğrayır.
Gender münasibətlərinin psixologiyası-bu, sosial psixologiyanın cinslərarası qarşılıqlı təsir sferasında münasibətlərin differensasiyasını və qanunauyğunluqlarını iyerarxik öyrənən tətbiqi psixologiya sahəsidir. Elmdə bu problemin meydana çıxması, ümumiyətlə, münasibətlər və cinslərarası münasibətlər probleminin psixologiya, sosial psixologiya və sosiologiya çərçivəsində öyrənilməsi ənənəsi ilə bağlı idi. Gender münasibətləri psixologiyası psixologiya elmi çərçivəsində cinsin psixologiyası, sosiologiyada cinsin sosiologiyası , sosial psixologiyada isə onun böyük sosial qrupların psixologiyası, qruplararası, münasibətlərin psixologiyası və şəxsiyyətlərarası münasibətlərin psixologiyası kimi bölmələrinə istinad edir. Gender münasibətləri psixologiyanın əsas anlayışlarının strukturu və sistemi gender münasibətləri təhlilinin bir neçə səviyyəsi ilə müəyyənləşdirilir. Belə ki, makrososial səviyyədə münasibətlər- «şəxsiyyət – cəmiyyət – mədəniyyət», «qrupp – cəmiyyət - mədəniyyət» sistemində təhlil edilir. Qruplararası qarşılıqlı təsir səviyyəsində münasibətlər «qrup – qrur» sistemində təhlil olunur. Bu səviyyədə münasibətləri determinə edən amillər kimi sosial stereotiplər çıxış edir, cinslərarası münasibətlərin determinantları isə gender stereotipləridir. Şəxsiyyətl\ərarası münasibətlər səviyyəsində təhlil obyekti – «şəxsiyyət-şəxsiyyət», «şəxsiyyət-qrup» sistemidir. İntraindivid (şəxsiyyətdaxili) səviyyədə isə təhlil obyekti şəxsiyyətin «Mən» - konsepsiyası və onun strukturunda şəxsi və sosial identikliyin nisbətidir. Gender münasibətləri psixologiyasının əsas tədqiqat metodologiyası – gender yanaşmasıdır. O dominantlıq sisteminin təhlilinə yönəlib və cinsi mənsubiyyətindən asılı olmayaraq bərabərlik ideyasını elan edir. Gender yanaşması çərçivəsində cinslərarası münasibətlər yalnız ictimai münasibətlər səviyyəsində (həyat fəaliyyətinin siyasi, iqtisadi sahələr) deyil, həm də psixoloji münasibətlər səviyyəsində (şəxsiyyətlərarası və qruplararası qarşılıqlı təsir) hakimiyyət və dominantlıq mövqeyindən təhlil olunur. Sosial gözləmələr, rollar və davranışın cinsi adekvatlığının şərti tələbləri davranışın gender xarakteristikasının indikarları kimi çıxış edir. Bioloji cinsin davranış və sosial rolların psixoloji xarakteristikasının ilkin səbəbi olmaması ideyasının qəbul edilməsi cinsi rollar haqqında təsəvvürlər sisteminə bağlanmış «mən» - obraz və həyat ssenarisinin yenidən təşkil olunmasına yol verir, kişilərin və qadınların öz imkanlarını və iddialarını yenidən qiymətləndirmələrinə, həyat və yaradıcılıq perspektivlərini müəyyən etmələrinə, özünüreallaşdırma və şəxsiyyətlərarası münasibətləri optimallaşdırma sahəsində subyektiv strateciya seçmək üçün şəxsi ehtiyatlarını aktivləşdirmələrinə imkan yaradır.

Yüklə 21,68 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin