50. Abstraktdan konkrentə keçid metodu (orta) Nəzəri metodlara aşağıdakıları aid etmək olar



Yüklə 53,19 Kb.
səhifə1/3
tarix25.04.2023
ölçüsü53,19 Kb.
#102080
  1   2   3
50-75


50. Abstraktdan konkrentə keçid metodu (orta)
Nəzəri metodlara aşağıdakıları aid etmək olar:

  • Formalaşdırma metodu– bu metod keyfiyyətin idarəedilməsi sisteminin tərkibini və strukturunu süni dillərin və simvolların köməyilə öyrənilməsini nəzərdə tutur. Bu metod həmçinin digər metodlarla( modelləşdirmə, ideallaşdırma və s.) qarşılıqlı əlaqəli tətbiq edilir.

  • Aksiomlaşdırma metodu – bu metod tətqiqatın nəticələrinin məntiqi aksiomlar bazasında alınmasın ınəzərdə tutur.

  • Ideallaşdırma metodu– bu metod keyfiyyət idarəetmə sistemini element

Yaxud komponentlərinin müəyyən xassələrini ideallaşdırmaqla öyrənilməsini nəzərdət utur.

  • Abstraktan konkretə keçid metodu – bu metod nəticəsində əldə edilməsində abstract olaraq hissələrə bölünmüş tədqiqat obyektlərinin məntiqi öyrənilməsindən onun tam – bütöv şəkildə öyrənilməsinə keçməyə deyilir.



51. Tədqiqatlarda modelləşdirmə prinsipinin təhlili (asan)
Model üzərində təcrübə sınağın obyekti üzərində deyil, onun müəyyən sürətdə tərtib olunmuş əvəzedicisi üzərində aparılmasıdır. Modelləşdirmənin fiziki və riyazi növləri var. Laborator şəraitində eksperimental tədqiqatların aparılması həmişə modelləşdirmə ilə əlaqəlidir. Modelin hazırlanmasında aşağıdakı materiallardan istifadə olunmasını göstərmək olar:

  • aliminium;

  • qurğuşun;

  • alminium – qurğuşun birləşmələri və s.

Modelləşdirmə metodları yeni texnoloji proseslərin, avadanlıqların, konustruksiyalarının hazırlanmasında və məmulatların optimallaşdırma rejiminin seçilməsində əsas rol oynayır.
Ardina 52-i yazin
52. Modelləşdirmənin fiziki və riyazi növü (asan)
Fiziki modelləşdirmə oxşarlıq nəzəriyəsinə əsaslanır. Bu halda tədqiq olunan proses obyekt, hadisə, fiziki mahiyətinin saxlanması şərtilə müəyyən dərəcədə sadələşdirilmiş sürətdə əks etdirilir yaxud ona analoji olan başqa fiziki hadisədən istifadə olunur. Məs: su bəndləri modellərinin qurulması təyyarə modelinin aerodinamik borudasınaqdan kecirilməsi və s.
Riyazi modelləşdirmə müxtəlif fiziki mahiyyətli hadisələrdəki qanuna uyğunluqları əks etdirən riyazi ifadələrin oxşarlığına, riyazi izomorfizmə əsaslanır. Riyazi izomorfizen bir sistemin digəri vasitəsi ilə alinması imkanını yaradır. Adətən riyazi modellər analoq və rəqəmlə hesablama maşınlarda tədqiq olunur. Uyğun olaraq analoq və rəqəm diskret riyazi modelləşdirmə adlanır.

53. Riyazi modelləşdirmənin fiziki mahiyyəti (asan)


Riyazi modelləşdirmə müxtəlif fiziki mahiyyətli hadisələrdəki qanuna uyğunluqları əks etdirən riyazi ifadələrin oxşarlığına, riyazi izomorfizmə əsaslanır. Riyaziyyatda modelləşdirmə riyazi və məntiqi dil işarələri vaistəsiilə aparılır. İşarə düzəltmələri və onların elementləri müəyyən çevirmələr üzərindəki əməllərlə birgə öyrənilir.
XX əsrin ortalarından etibarən elektron hesablama maşınları və riyaziyyatda yaranmış yeni sahələrin əməliyyatlarının tədqiqi, optimallaşdırma üsullarının yaranması ilə iqtisadi proseslərin modelləri geniş inkişaf tapmışdır.
Bir çox iqtisadi sistem dinamikasının təhlili üçün eksperiment aparmaq mümkün deyildir. Belə hallarda sistemin necə inkişaf etdəcəyini öyrənmək üçün riyazi modelləşmə yeganə vasitədir.

54. İqtisadi proseslərin modellərinin inkişafı (asan)


Müasir dövrdə modelləşdirmə metodundan geniş istifadə olunur. Mürəkkəb iqtisadi sistemlərin tədqiqində əsas etibarilə modeldən istifadə edilir. Bu modellər də öyrənilən iqtisqdi prosesi xarakterizə edən parametrlər arasındakı asılılıq və əlaqələr tənlik, bərabərsizlik, funksiya və s. vasitəsilə təsvir olunur.
Bir çox iqtisadi sistem dinamikasının təhlili üçün eksperiment aparmaq mümkün deyildir. Belə hallarda sistemin necə inkişaf etdəcəyini öyrənmək üçün riyazi modelləşmə yeganə vasitədir.
Modellər iqtisadi nəzəriyyələr əsasında qurulmalı, öyrəniləcək proseslərin obyektiv qanunauyğunluqlarını əks etdirməlidir. Modellərə yalnız ölçülə bilən və müəyyən iqtisadi məna daşıyan kəmiyyətlər daxil edilməlidir.

55. Modellərin iqtisadi nəzəriyyəyə əsaslandırlması(asan)


Modellər iqtisadi nəzəriyyələr əsasında qurulmalı, öyrəniləcək proseslərin obyektiv qanunauyğunluqlarını əks etdirməlidir. Modellərə yalnız ölçülə bilən və müəyyən iqtisadi məna daşıyan kəmiyyətlər daxil edilməlidir.
Eyni sistemin müxtəlif iqtisadi məsələlərinin tədqiqi üçün muxtəlif iqtisadi modelləri qurula bilər. Model qurulandan sonra iqtisadi prosesin öyrənilməsi müəyyən riyazi məsələnin həllinə çevrilir. Optimallaşdırılmış modellərdə sistemdəki idarəedici faktorların optimallılıq kriterinə görə ən əlverişli qiymətlər axtarılır. Bunu üçün isə riyazi proqramlaşdırma və ya optimal idarəetm əməsələləri həll edilir.

56. İnformasiya texnologiyalarının köməyi ilə aparılan icmal informasiya təsnifatı(asan)


61. Təcrübələrin riyazi-statistika metodu (orta)

Yüklə 53,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin