Sərbəst iş №3 Mövzu: Keçid iqtisadiyyatlı ölkələrin iqtisadi siyasətinin xüsusiyyətləri Fakültə



Yüklə 21,76 Kb.
tarix02.01.2022
ölçüsü21,76 Kb.
#41027
D.I 1329aN X.Farid 3


Azərbaycan Hava Yollar” QSC

Milli Aviasiya Akademiyası


Sərbəst iş №3

Mövzu: Keçid iqtisadiyyatlı ölkələrin iqtisadi siyasətinin xüsusiyyətləri


Fakültə: İqtisadiyyat və Hüquq

Qrup:1329aN

Fənn: Dünya iqtisadiyyatı

Müəllim: Qasımov Murad

Tələbə: Xasıyev Fərid Elçin

Bakı 2021

Keçid iqtisadiyyatlı ölkələrin iqtisadi siyasətinin xüsusuiyyətləri


Keçid vəziyyətində olan iqtisadiyyatı iqtisadçı alimlər “Keçid iqtisadiyyatı” adlandırırlar. Keçid iqtisadiyyatına eyni bir iqtisadi sistemin daxilində baş verən keçid prosesini də misal göstərmək olar. Belə bir keçid vəziyyəti azad rəqabətə əsaslanan bazar iqtisadiyyatına olan keçidlə bağlı olaraq yaranmışdır. Eyni sistem daxilində keçid vəziyyəti bütövlükdə Inhisarçı kapitalizm sistemin əsaslarının eyni olaraq qaldığı bir şəraitdə yaranır. Feodalizmdən kapitalizmə, bir iqtisadi sistemdən digərinə keçidin nə zaman başlandığını və nə zaman başa çatdığını söyləmək çətindir və burada xüsusi keçid dövrünün olmasından söhbət ola bilməz (bəzi ölkələrdə bu keçid prosesi bir neçə 100 il davam etmişdir). Əsası müxtəlif olan iqtisadi sistemli cəmiyyətlərin birinin digərini əvəz etməsi sıçrayışla, inqilabi yolla baş verir və bu zaman köhnə cəmiyyətin sosial-iqtisadi münasibətləri yeniləri ilə əvəz olunur. Buna misal olaraq Ruslarda kapitalizmdən sosializmə keçilməsi prosesini göstərmək olar. 1917-ci il çevrilişi ilə başlayan bu proses 30-cu illərin axırlarına qədər başa çatdı. 20-25 ili əhatə edən bu dövr xüsusi “Keçid dövrü” adlandırılır. XX əsrin sonlarında Şərqi Avropa sosialist ölkələrində və xüsusilə də SSRI-də baş verən əsaslı dəyişikliklərin nəticəsində, 70 il ərzində mövcud olmuş, Sovetlərə məxsus sosial-iqtisadi münasibətlər sistemi dağılır və onu əvəz edəcək bazar iqtisadiyyatına, kapitalist iqtisadiyyatına keçid prosesi başlanmışdır. Bu prosesin başa çatması yəqin ki, 25-30 il çəkəcəkdir. Bu dövr ərzində fəaliyyətdə olan iqtisadiyyat keçid xarakterlidir və onu «keçid dövrü iqtisadiyyatı» adlandırmaq olar. Belə bir iqtisadiyyatın nə zamana qədər mövcud olub, fəaliyyət göstərəcəyini əvvəlcədən söyləmək mümkündür. Keçid xarakterli iqtisadiyyatlar üçün ümumi olan belə bir cəhət xarakterikdir ki, onların hamısında həm köhnə və həm də yeni yaranmaqda olan cəmiyyətin təsərrüfat formaları mövcud olub fəaliyyət göstərir və keçid vəziyyətində olan iqtisadiyyatın strukturunun yaranması prosesində iştirak edirlər. Bilmək lazımdır ki, «Keçid dövrü iqtisadiyyatı» və onun ayrı-ayrı problemlərinin öyrənilməsi yeni məsələ deyildir. Azərbaycanın yeni reallıqları şəraitində keçid dövrü iqtisadiyyatı məsələləri, onun qarşısında duran vəzifələrin düzgün müəyyən edilməsi və yerinə yetirilməsi yolları, üsul və vasitələrinin nəzəri olaraq hazırlanması və əməli olaraq həyata keçirilməsi baxımından çox lazımdır. Reallıq bundan ibarətdir ki, Azərbaycan özünün keçid dövrünü yaşayır. Bu dövr ərzində onun yerinə yetirməli olacağı strateji vəzifə özünün müstəqil milli iqtisadiyyatına yaratmaqdır. Belə bir vəzifəni həyata keçirmək üçün başlıca vasitə kimi bazar iqtisadiyyatı seçilmişdir. Bu iqtisadi sistemə birdən-birə keçmək mümkün olmadığı üçün xüsusi keçid dövrü obyektiv zərurət olmuşdur (Azərbaycanın keçid dövrü iqtisadiyyatı haqqında sonrakı paraqrafda ətraflı danışılacaq). Keçid dövrünün zəruriliyi həm də onunla bağlıdır ki, bir-birini tamamilə əks olan iqtisadi sistemlər arasında kəskin mübarizə keçid dövrü şəraitində baş verir. Məhz mövcud sistemin transformasiyası, ona xas olan münasibətlər sisteminin köklü sürətdə dəyişdirilməsi, yeni iqtisadi sistemin yaradılması və tam şəkildə formalaşdırılması kimi çətin vəzifələr keçid dövrü ərzində yerinə yetirilməlidir. Bunun üçün dağılmaqda olan iqtisadi sistemin əsası kimi ona xas olan mülkiyyət tipi dəyişdirilməli, mülkiyyət çoxnövlüyü əsasında yeni təsərrüfat formaları yaradılmalı, idarəetmə mexanizmi və strukturları yenidən qurulmalı, bölgü münasibətləri, maliyyə, bank sistemləri yeni əsaslar üzərində formalaşdırılmalı, yeni tip xarici iqtisadi əlaqələr qurulmalıdır və ən başlıcası isə yaradılmaqda olan sistemdə fəaliyyət göstərəcək yeni təfəkkürlü insanlar formalaşdırmaq lazımdır. Bütün bunlar üçün vaxt, xüsusi bir keçid dövrünün olması tələb olunur. Keçid dövrü köklü fərqləri olan bir sosial-iqtisadi sistemdən başqa sistemə qədəm qoyulduğu andan başlayır və bu keçid prosesinin başa çatdığı vaxta qədər olan bir dövrü əhatə edir. Bu dövrün əhatə etdiyi vaxt keçid dövrünü yaşamış bütün ölkələr üçün eyni ola bilməz. Onun müddəti keçid dövrünü yaşayan ölkələrin sosial-iqtisadi sistemindən, sosial-siyasi vəziyyətdən, xarici amillərin təsiri dərəcəsində və keçməli olduğu iqtisadi sistemin xarakteri və mürəkkəbliyindən ölkənin iqtisadiyyatının inkişaf səviyyəsindən və s. asılıdır. Bütün bu səbəbdən də keçid dövrü ərzində həlli zəruri olan problemlər və vəzifələrdə müxtəlif olur.

Keçid dövrünün iqtisadiyyatı keçid xarakterli olub bir iqtisadi sistemdən digərinə keçid vəziyyətində olan iqtisadiyyatdır. Bu iqtisadiyyat özündən əvvəlki və keçilməsi zəruri olan yeni münasibətlərin bəzi xüsusiyyətlərini özündə birləşdirir. Keçid dövrünün iqtisadiyyatı əsaslı dəyişikliklər edilməsi sayəsində mümkün olur və bütün sahələri əhatə edir. Iqtisadiyyat sahəsində bu dəyişiklik ilk növbədə mülkiyyət münasibətlərində baş verir və nəticədə keçid iqtisadiyyatının formalaşması üçün zəruri olan mülkiyyət formaları və onların əsasında isə müxtəlif xarakterli və istiqamətli təsərrüfat formaları yaranır. Yaranmış təsərrüfat formalarına uyğun olan və onların fəaliyyətini tənzimləyən təsərrüfat mexanizmi və idarəetmə formaları yaranır. Iqtisadi münasibətlər sisteminin digər struktur halqalarında da köhnələri yeniləri ilə əvəz olunur. Bu zaman həm qanunu və həm də qeyri-qanuni yollarla əsas iqtisadi münasibətlər sistemi dəyişdirilir. Nəticədə əvvəlki iqtisadi sistemdən mahiyyətcə fərqli olan yeni bir iqtisadi sistem formalaşır. Lakin bu hələ keçilməsi nəzərdə tutulan yeni iqtisadi sistem deyildir. Bu əvvəlki sistemi əvəz edən keçid dövrünə xas olan iqtisadiyyatdır ki, onun da öz məzmunu, xarakterik xüsusiyyətləri, münasibətlər sistemi, strukturu və özünə uyğun olan idarəetmə, tənzimlənmə mexanizmləri vardır. Keçid dövrü iqtisadiyyatı keçid xarakterli olduğuna görə uzun ömürlü olmur və gec-tez, təkamül yolu ilə öz yerini qurulması məqsəd kimi qarşıya qoyulmuş iqtisadi sistemə verməlidir. Buna görə də köhnə iqtisadi sistemin əsaslarının dağılması ilə yanaşı yeni iqtisadi sistemin əsaslarının yaradılması prosesi də gedir. Bu heç də «mövcud sistemin əsaslarının yenidən qurulması» demək deyildir. Bilmək lazımdır ki, köhnə sistemin tamamilə dağılır, yeni sistemin əsasları isə keçid dövrü iqtisadiyyatı əsasında yenidən qurulur. Buna görə də ilk növbədə keçid dövrü iqtisadiyyatı formalaşdırılmalıdır. Ancaq bunun üçün keçid dövrü iqtisadiyyatının məzmunu, xarakteri, təsərrüfat formaları, təsərrüfat mexanizmi, idarəetmə sistemləri haqqında biliyə malik olmaq lazımdır. Keçid dövrü iqtisadiyyatına “öz zəmini olmayan” bir sistem kimi baxmaq olmaz və əsası olmayan iqtisadi sistemin mövcudluüu ağıla sığılmazdır. Belə hesab edirəm ki, keçid dövrü iqtisadiyyatının əsası çoxmülkiyyətlikdir ki, onun da əsasında müxtəlif təsərrüfat formaları yaranır. Bu təsərrüfat formaları arasında ikitərəfli və çoxtərəfli əlaqələrin yaranması ilə münasibətlər sistemi formalaşır və keçid dövrünün iqtisadi sisteminin məzmununa daxil olur. Bu təsərrüfat formalarının hər biri nisbi müstəqil olub, fəaliyyət göstərsələr də bir-biri ilə iqtisadi əlaqə telləri vasitəsi ilə bağlı olub vahid keçid dövrü iqtisadiyyatını təşkil edirlər. Mövcud təsərrüfat formalarının hamısı eyni bir dövlətin hüquqi qanunları ilə tənzim olunur, dövlət büdcəsi ilə bağlıdırlar və vahid pul sistemindən istifadə edirlər. Çox mühüm cəhətlərdən biri də keçid dövrü iqtisadiyyatının məzmununa daxil olan hər bir təsərrüfat formasının, tam formalaşmamış vahid milli bazarın subyekti kimi fəaliyyət göstərməsidir. Buna görə də hər bir təsərrüfat forması az da olsa bazarın tənzimləyici mexanizminin təsirinə məruz qalırlar yəni, bazar mexanizmi ilə tənzim olunurlar. Keçid dövrü iqtisadiyyatı keçid xarakterli olsa da, müəyyən mənada təkrar istehsal olunur onun təkrar istehsalı çox ukladlıq əsasında baş verir və bu zaman əsas rolu aparıcı təsərrüfat formaları oynayır. Bu zaman təkrar istehsal keçid dövrünün uzunömürlü olmasına deyil, yeni iqtisadi sistemin əsaslarının yaradılmasına xidmət edir. Keçid dövründə də ÜMM (ÜDM) və milli gəlir yaranır, bölüşdürülür, mübadilə mərhələsindən keçir və istehlak olunur və yavaş da olsa iqtisadiyyatda artım baş verir. Bunu keçid dövrünü yaşayan ölkələrin, o cümlədən də Azərbaycanın timsalında görmək olar. Məsələn, Respublikanın istehsalında yaranmış geriləmə hallarının qarşısı alınmış, ölkədə iqtisadi sabitlik təmin olunmuşdur. 1996-ci ildən başlayaraq ÜDM ilbəil artmağa başlamışdır. Bununla belə keçid dövrü iqtisadiyyatına sabit inkişaf edən bir iqtisadiyyat kimi baxmaq olmaz və ona qeyri-sabit inkişaf xasdır ki, bu da onun xarakterik cəhətlərindən biridir. Keçid dövrü iqtisadiyyatının başlıca xüsusiyyətlərindən biri də onun çoxukladlı olmasıdır. Iqtisadi ədəbiyyatlarda uklad anlayışı cürbəcür mənalandırılır. Ancaq əsas fikirlər bundan ibarətdir ki, uklad «xüsusi iqtisadi münasibət tipidir», «istehsal münasibətlərinin ... ilkin təzahürlərindəndir» , «uklad təsərrüfat formasıdır» və s. Uklad həmişə başqa münasibətlərlə yanaşı olur və müəyyən münasibət tipi olduğuna görə konkret təsərrüfat forması ilə bağlıdır və bu mənada demək olar ki, uklad eyni vaxda yanaşı, mövcud olub fəaliyyət göstərən müxtəlif məzmunlu təsərrüfat formalarıdır. Hər bir ukladın öz məzmunu, məqsədi, mənafeyi və maddi-texniki əsası vardır. Hər bir uklad nisbi müstəqil olsa da, keçid dövrü iqtisadiyyatının və ümumiyyətlə keçid xarakterli iqtisadiyyatların ünsürü kimi çıxış edir. Bəzi müəlliflərin fikrincə, hətta inkişaf etmiş iqtisadi sistemlərdə də ukladlar da mövcuddur. Bu məsələ üzərində ətraflı dayanmayaraq onu qeyd etmək istərdim ki, ukladların mövcudluğu keçid vəziyyətləri ilə bağlıdır və onların bəziləri köhnə iqtisadi sistemlə bağlı olduğu üçün tədriclə yox olub sıradan çıxırlar, bəziləri keçilməsi nəzərdə tutulan iqtisadi sistemin əsas ünsürləri kimi inkişaf edib yeni iqtisadi sistemi formalaşdırırlar, digərləri isə əsas təsərrüfat formaları ilə yanaşı inkişaf edib yaranmaqda olan yeni qarışıq iqtisadiyyatın ünsürlərinə çevrilir və uklad vəziyyətindən çıxırlar. Çoxukladlıq isə keçid dövrü iqtisadiyyatının xüsusiyyətidir və onu səciyyələndirən əsas cəhətlərdən biridir. Beləliklə, çoxukladlıq keçid dövrü, keçid xarakterli iqtisadiyyatlar üçün səciyyəvi olan cürbəcür mülkiyyət formaları əsasında yaranıb yanaşı fəaliyyət göstərən müxtəlif məzmunlu və məqsədli təsərrüfatların mövcudluq formasıdır.
Yüklə 21,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin