87. Əmək tərbiyyəsi ;vəzifələri, növləri,
yolları və vasitələri. İqtisadi tərbiyə
Əmək insanın maddi və mənəvi tələblərini ödəməyə
yönəldilən əsas fiziki və mənəvi qüvvələrini inkişaf etdirən
faydalı, yaradıcı intellektual fealiyyətdir.Şagirdlərin əmək
tərbiyəsi əməyə hazırlıq və peşə seçməklə bağlı şəxsi
keyfiyyət və xüsusiyyətlərin formalaşdırılması, inkişaf
etdirilməsi və tərbiyə edilməsi kimi başa düşülür. İnsani
keyfiyyətlə- rin məhz əmək prosesində formalaşdığı da bir
həqiqətdir. İnsanın xəmiri zəhmətdən yoğrulduğu kimi, nəcib
keyfiyyətləri də əmək fəaliyyəti zamanı təşəkkül tapmışdır.
Əməyin yaradıcı, inkişafetdirici və tərbiyəedici funksiyaları
vardır. Əməyin yaradıcı funksiyası müasir dövr üçün daha
aktualdır. O, bazar münasibətləri şəraitində uşaqlarda
sahibkarlıq hissi yaratmaqla six bağlıdır.İnkşafetdirici
funksiyası əmək prosesine qoşulan insanın əsas qüvvələrini
hərəkətə gətirməklə şərtlənir. O, uşağın intellektuallığı,
əzələləri, əl və ayağın cəldliyi,iradəsi ilə ölçülür. Tərbiyəedici
funksiya əmək prosesində uşaqlarda dəyərli keyfiyyət və
xüsusiyyətləri inkişaf etdirmek və möhkəmləndirməklə
şərtlənir. Əmək səyləri həm də məhdud dərəcədə olsa da,
uşaqlara tərbiyəvi təsir göstərir. O, uşaqlarda əmək vərdişləri,
əmək iradəsi, fiziki zəifliyi aradan qaldırmaq bacarığı
formalaşdırır. Əməyə psixoloji hazırlıq özündə bir sıra
məsələlərin birləşdirir. A)əməyin insan həyatı üçün gərəkli ol-
duğuna inamın istifadəsi; c) əməyə məhəbbətin idarə
olunması və inkişaf etdirilməsi; ç) əməyin tərbiyədə oynadığı
rolun dərk etdirilməsi; d) tələbələrin şüurlu surətdə peşə
seçilməsinə istiqamətlendirir.Məktəbdə əmək tərbiyəsi bir
sıra vəzifələri yerinə yetirir.1)Vətən naminə əməyə qoşulması,
2) ikinci, əməyin sosial mahiyyətinin dərk olunması; üçüncü,
aməyə yaradıcı münasibətin bəslənilməsi; dördüncü, əmək
mədəniyyətinin və intizamının formalaşdırılması; beşinci,
politexnik biliklərə yiyələnmək, əmək üçün zəruri biliklər əldə
etmək və s. Pedaqoq J.J.Russo «əsl insanı» əməkdən kənarda
qala bilməz.Uşinski insanin düzgün inkşafi üçün əməyi zəruri
hesab etmişdirŞağirdlərin əməyə hazırlığında məişət əməyinin
də böyük rolu vardır. Özünəxidmət əməyi uşaqlarının
rəhbərlərinə köməyi kimi qiymətləndirilir.Uşağın yerini yığıb
qaydaya salması, qabları yuması, evi təmizləməsi, pal-paltarı
yığışdırması özünəxidmət əməyi həsab olunur. Əməyin
növlərindən biri də məhsuldar əməkdir. Bu, maddi sərvətlər
yaradılmasına yönəldilən və haqqı ödənilən əməkdir.
Məhsuldar əmək bilavasitə maddi nemətlər istehsalı ilə təmin
olunur. Şağirdlərin iqtisadi tərbiyəsi elmi dünyagörüşün vacib
tər- kib hiss olunur. İqtisadi tərbiyə tələbələrində iqtisadi
şüuru formalaşdirmaga xidmət edir. O, gəncləri faydalı
əməyə hazırlayır.iqtisadi tərbiyə bazar iqtisadiyyatının
inkişafını, istehsalın səmərəliyinin yüksəldilməsini, idarəetmə
sistemini və yeni təsərrüfatçiliq metodlarının əsas qanunlarını
tələbə aşılamağı idarə edir. İqtisadi tərbiyə iqtisadi fikrin
inkişafını, işgüzar keyfiyyətin formalaşdırılmasını təmin edir.
Cəmiyyətimizin başlıca vəzifələrindən biri olan vətəndaşla- rın
iqtisadi tərbiyəsinin forması və məzmunca zənginləşdirilməsi
dövründə çox vacib tələb olunur. Bunlar onu göstərən ki,
insan iqtisadi - təhsilə yiyələnmədən quruculuğun aktivliyi və
şurlu iştirakçısı ola bilməz. Bununla yanaşı, tələbələrin
iqtisadi təhsilinə və tərbiyəsinə əsl diqqət yetirilməlidir.
İqtisadi təhsil tələbələri tərə- findən dərk edilmiş və qəbul
olunmuş iqtisadi fəaliyyət prinsiplərini və normalarını,
tələblərini davam etdirən iş yollarını göstərdilər. Ümumtəhsil
məktəblərindəki tələbələrin iqtisadi tərbiyəsi həm təlim
prosesində, həm də dərsdənkənar iş formasında işləyir.
Məsələn, o bütün əsas fənlərin: riyaziyyat, biologiya, fizika və
b. tədrisdə tətbiq olunur. Riyaziyyatdan «ki- çikdir və
böyükdür», «faiz» və s. Mövzuları tədris olunan iş
adamlarının, ailə büdcəsinin xərclənmə imkanlarından istifadə
olunur. Bu fənn ayrıca uşaqlarda yeyinti məhsullarından
istifadə etmək üçün bacarığı formalaşdırır, lazımi səviyyədə
statistik hesabatları aparmaqda, konkret göstəricilərə əməl
et- məkdə, iqtisadi formullara müraciət etməyi və
düşdüklərini çətin vəziyyətə gətirməkdədir.