9. ƏLvan metal əRİNTİLƏRİ p L a n



Yüklə 68 Kb.
səhifə1/2
tarix05.12.2022
ölçüsü68 Kb.
#72474
növüКонспект
  1   2
8 LVAN METAL RINTILRI(2)




9. ƏLVAN METAL ƏRİNTİLƏRİ
P L A N:
1. Əlvan metallar və ərintilər, onların xüsusiyyətləri və təyinatı.
2. Mis ərintiləri.
3. Aliminium ərintiləri.
4. Titan ərintiləri.
5. Sink ərintiləri.
6. Nəcib metal ərintiləri.
Ə D Ə B İ Y Y A T

1. R.Şükürov. Metalşünaslıq. Bakı. 2009.


2. Материаловедение: конспект лекций/ Алексеев В.С. –М.: Эксмо, 2008.-
160с. –(Экзамен в кармане).
Əlvan metalların qiymətli xüsusiyyətləri müasir istehsalatın müxtəlif sahələrində geniş tətbiq edilməsini şərtləndirmişdir. Cu, Al, Zn, Mg, Ti və s. metallar və onların ərintiləri cihazqayırmada, elektrotexnikada, təyyarəqayırmada və radioelektronikada, nüvə və kosmik sahədə, dizayn işlərində əvəzolunmaz materiallar hesab olunur. Əlvan metallar bir sıra qiymətli xüsusiyyətlərə: yüksək istilik keçiriciliyinə, çox kiçik sıxlığa (Al və Mg), çox kiçik ərimə temperaturuna (Sn, Pb) , yüksək korroziya dayannıqlığına (Ti, Al) malikdir. İqtisadiyyatın (sənayenin) müxtəlif sahələrində müxtəlif legirləyici elementlərlə aliüminium ərintiləri geniş tətbiq edilir.
Maqnezium (Mg) əaslı ərintilər kiçik sıxlığı, yüksək xüsusi davamlılığı və kəsmədə yaxşı emal olunması ilə seçilir. Bu ərinti maşınqayırmada, xüsusən də təyyarəqayırmada geniş tətbiq edilir.
Tərkibində 0,1% qarışıq olan texniki mis (Cu) müxtəlif növlü cərəyan naqilləri istehsalında tətbiq edilir.
Mis ərintiləri kimyəvi tərkibinə görə tunc və bürünc qruplarına bölünür. Öz növbəsində tunclar kimyəvi tərkibinə görə: sadə; yalnız sinklə (Zn) legirlənmiş və xüsusi, nə----- sinklə, eyni zamanda qurğuşun (Pb), qalay (Sn), nikel (Ni) və manqanla (Mn) legirlənmiş olurlar.
Bürünclər də həmçinin qalaylı və qalaysız qruplarına bölünür. Qalaysız bürünclər yüksək davamlılığı, antikorroziya və antifriksion xüsusiyyətlərə malikdir.
Metallurgiyada Mg (maqnezium) geniş istifadə olunur, onun vasitəsilə bəzi metal və ərintilərin oksigensizləşdirilməsi və kükürdsüzləşdirilməsində vacib elementdir, eyni zamanda boz çuqunda kürə formalı qrafit əldə etmək üçün modi-fikasiyasında, çətin bərpa olunan metal istehsalında (mis, titan Ti), reaktiv və barıt texnikasında yandırıcı və işıqlandırıcı raketlərin istehsalında maqnezium tozu aksitləşdiricilərlə birgə tətbiq edilir. Mg-un xüsusiyyəti legirləmə hesabınanəzərə çarpacaq dərəcədə yaxşılaşır.
Mg- ərintilərindən formalı tökmələr, həmçinin yarımfabrikatlar –vərəqlər, lövhələr, profillər, brutoklar, profillər, borular, naqillər və s. hazırlanır. Sənaye maq-neziumumu elektrolitik üsulla maqnezitdən, dolonitdən, karnalitdən, dəniz suyundan və müxtəlif istehsalat tullantılarından aşağıdakı sxem üzrə: təmiz Mg duzunun alınması, bu duzların ərimiş vəziyyətdə elektrolizi və maqneziumum rafinə edilməsi. Təbiətdə əsasən maqnezium Mg CO3 – maqnezit, dolonit və karnalit formasında geniş yayılmışdır.
Yeyinti sənayesində qablaşdırma üçün alimünium və onun ərintilərindən hazırlanmış folqa- qənnadi və süd məmulatlarının qablaşdırılmasında, həmçinin böyük miqdarda alüminium qabların istehsalında (qazanlar, poddonlar, vannalar və s.) istifadə olunur.
Mis (Cu) ən qədim zamanlardan məlum olan metallar sırasına aiddir. İnsanın ta qədim dövrlərdən mislə tanışlığına səbəb bu metalın təbiətdə sərbəst vəziyyətdə öz- özünə tapılan (böyük həcmlərdə) olması olmuşdur. Hazırda mis elektrik maşın-qayırmasında, elektrik xətlərinin (ötürücü) inşasında, teleqraf və telefon rabitəsi avadanlıqlarının radio və televiziya aparatlarının hazırlanmasında geniş istifadə edilməkdədir. Misdən naqillər, kabellər, şinlər və digər cərəyan keçirici məmulatlar hazırlanır. Mis yüksək elektrik və istilik keçiriciliyi, davamlılığı, özlülüyü və korroziyaya dayanıqlığı ilə səciyyələnir. Fiziki xüsusiyyəti onun strukturu ilə şərt-ləndirilir. O üzləri mərkəzləşdirilmiş kub qəfəsə malikdir. Ərimə temperaturu +10830C, qaynama +23600C. Orta möhkəmlik hüdudu emal növündən asılı olaraq 220...420 Mpa (22...45 kq/mm2), nisbi uzanma 4...60%,bərklik 35...130 HB, sıxlıq 8,94 q/sm3 təşkil edir. Mis gözəl xüsusiyyətlərə malik olsa da, konstruksiya materialı kimi maşınqayırmanın tələb lərinə cavab vermədiyindən onu legirləyirlər, yəni ərintiyə Zn, Al, Ni və b. metalları daxil edirlər, bunun nəticəsində isə mexaniki və texnoloji xüsusiyyətlər yaxşılaşmış olur. Təmiz halda Cu məhdud, ərintiləri isə geniş tətbiq edilir. Kimyəvi tərkibinə görə mis ərintiləri tunc, bürünc və mis-nikel ərintilərinə, texnoloji təyinatıan görə- deformasiyay uğrayan, yarımfabrikat isteh-salında istifadə edilən (naqillər, vərəq, zolaq, profil) və tökmə hissələrin- tökül-məsində istifadə edilən olurlar.

Yüklə 68 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin