Cavab: Sakit okean



Yüklə 130,72 Kb.
tarix02.01.2022
ölçüsü130,72 Kb.
#44777
Məktəblilərin İntellektual İnkişafı 3


1)”Polundra” tele oyununda belə zarafat səslənmişdi:Piratlar onu sevmir, çünki orada qışqırmaq və səs salmaq olmaz.Onu 2 sözlə deyin.

Cavab:Sakit okean

Şərh:Magellanın oradan keçən zaman sakit havanın hökm sürdüyünü görüb onu Sakit okean adlandırmaq qərarına gəldi.

2)31 mart 1900-cu ildə Otto Sverdrupun başçılığı ilə 4 illik Qrenlandiya ekspedisiyasında səyahətçilərin birində konyak butulkası tapıldı.Təbii ki, konyakı elə həmin gün istifadə etdilər, amma içmək üçün deyil.Dəqiqliklə deyin ondan necə istifadə edin.

Cavab:Yedilər

Şərh:Şaxta -42 dərəcəyə çatmışdı konyak dibinə qədər donmuşdu.

3)Yəqin ki, çoxlarınız rok-n-rollun birinci qaydası olan Live fast, die young(Tez yaşa,cavan öl) sloqanını eşitmisiniz.Bu sloqanda birinci feli dəyişən bir qalmaqallı jurnal onun altında hansı şəbəkənin loqotipini yerləşdirmişdi?

Cavab:McDonalds

Şərh:Sloqan dəyişdilirək Eat fast, die young formasına düşmüşdü.

4)1792-ci ildə bir kral ona təqdim olunmuş proyektdə bir detalı öz əlləri ilə dəyişdirərək yarımçevrənin əvəzinə çəpərək bir xətt çəkdi.Bir ildən az müddətdə o bu dəyişikliyi öz üzərində hiss elədi.Söhbətin hansı detaldan getdiyini 2 sözlə tapın.

Cavab:Gilyotin ülgücü

Şərh:Lyudovik 16-cı özü gilyotinin ülgücünün forması təklif etmişdi və özü də onu sınaqdan keçirtdi.

5)Deyilənə görə, Lyudovik 16-cının eşefota çıxarkən son sözləri “Dostum, Laperuzdan xəbər yoxdumu?” olmuşdur.Jan Fransua de Laperuz fransız hərbi dəniz donanmasının ofiseri və səyahətçi idi.O,1785-ci ildə səyahətə çıxmış bir çox yerləri ziyarət etmiş lakin 1788-ci ildən sonra itkin düşmüş, ondan və komandasından heç kim bir daha görülməmişdi.Bəs ona aid məqalədə Marton doğumlu hansı şəxsə keçid var?

Cavab:Ceyms Kuk

Şərh:Laperuzun səyahətinin əsas məqsədi Kukun kəşflərinin nizamlanması və təkmilləşdilirməsi idi. Kuk kimi də o da gedib və bir daha qayıtmayıb.

6)Yapon dilində bu 2 heroqlifdən ibarətdir və tendzi adlanır.”Ten”-nöqtə “dzi” isə hərf,simvol deməkdir.Bunu biri xüsusi isim olmaqla 2 sözlə deyin.

Cavab:Brayl əlifbası

Şərh:Brayl əlifbası görmə ilə problemləri olan şəxslər üçün nəzərdə tutulub.

7)Diqqət, sualı bir rok-qrupun üzvü verir

Asteklərin dövlətində günahkar şagirdlər üçün ən çox yayılmış cəza növlərindən biri yanan X-lərin üstündə əyilmək idi.X-ləri deyin

Cavab:Çili bibəri

Sayılma meyarı:Bibər

Şərh:Söhbət məşhur Red Hot Chili Peppers qrupundan gedirdi.

8)”Geo” jurnalında başlığı “Barıt çəlləyi yanında Dolce Vita” olan məqalə hansı şəhər haqda bəhs edir?

Cavab:Neapol

Şərh:Bu şəhər Vezuvi vulkanın yanında yerləşir.

9)Emin Məsimlinin “Baton 2.0” hekayəsində neçənci dəfədir ki, görüşə gecikən fizikdən dostları “Deyəsən, onun hələ də Bunu ixtira etmədiyini” bildirirlər.Bu 1895-ci ildə çap edilib. Bunu 2 sözlə deyin.

Cavab:Zaman maşını

Şərh:Fizikin görüşə vaxtında yalnız zaman maşının köməyi gələ biləcəyi qeyd olunur.”Zaman maşını” Herbert Uelsin məşhur əsəridir.

10) “Spirited Away” çizgi filmində personaja yolu tullanan fənər tərəfindən göstərilməsi epizodu var.Deyirlər ki,Miyadzaki bu yolla öz kolleqalarına işarə edib.Həmin kolleqaların harada işlədiyini tapın.

Cavab:”Pixar” studiyası

Şərh:Pixar studiyasının başlanğıc fraqmentində tullanan fənər Luxo Jr.-nı görə bilərik.

11)Rusiyada bir bərbərxananın adındakı “x” hərfi nə formasında stilizə olunub?

Cavab:Qayçı

Şərh:Bərbərxanada ən çox istifadə olunan əşya olan qayçı x hərfini bir az xatırladır.

12)Müsahibələrin birində ingilis musiqiçisi Mick Jagger qeyd edir ki, pis tərbiyə olunub və Bunu saat 3də edir.Bunu etməklə əvəz etdiyimiz sözləri tapın.

Cavab:Çay içir

Şərh: Five o`clock tea adətinə görə ingilislər çayı saat 5də içirlər Five o`clock tea

13)273 kiloqram çəkiyə malik Donna Simpson çox ambisiyalıdır və Ginnesin rekordlar kitabına düşmək istəyir.Bunun üçün o, yaxın müddət ərzində 177 kiloqram arıqlamaq niyyətindədir.Sualda əvəz olunmuş bir sözü tapın.

Cavab:Kökəlmək Şərh:Donna ən böyük çəkili qadın olmaq istəyir və 450 kiloqrama çatmaq niyyətindədir.

14)İtalyalı məşqçi Ancelottinin qarşısında duran çətin məsələdən danışan lenta.ru saytı onu X-ə bənzədir.X 1936-ci ildə çap olunmuş əsərin personajıdır.X-ı tapın.

Cavab:Papa Karlo

Şərh:Məşqçinin adı Karlodur.Aleksey Tolstoyun Karlo Kollodinin “Pinokkio” əsərinə allüziya olan “Qızıl açar və Buratinonun macəraları” əsərinin baş qəhrəmanlarından biri Papa Karlodur.

Bu isə Buratinonun Xırdalandakı heykəlidir.

15)2009-cu ildə Darvin mükafatı laureatı Rozetta Tipet olmuşdur.O velosiped sürərkən yolda olan xəbərdarlıq nişanlarına fikir verməyib və çaya düşüb.Polis onu çaydan çıxarıb lakin o yenə də dünyasını dəyişib.Bu necə baş verib?
Cavab:O çaya velosipedini çıxartmağa düşüb və boğulub Şərh:Məntiqə uyğun cavablar Şərh:Darvin mükafatı ən gülməli yolla vəfat edənlərə verilir.

16)Ceyms balaca qardaşı 13-cü yaşında vəfat etmişdi və Ceymsin yaddaşında ömürlük elə yadda elə qalmışdı.Ceymsin soyadını bildinizsə 1904-cü ildə yazılmış əsərin adını tapın.

Cavab:Piter Pen

Şərh:Ceymsın soyadı Barri idi.Onun yazdığı məşhur Piter Pen əsərində balaca oğlan Piter böyümək istəmirdi.

17)1946-cı ildə SSRİ-də hansı maşın seriyasının buraxılmağa başladığını tapın.

Cavab:Qaz M20

Sayılma meyarı:Pobeda

Şərh:Böyük Vətən müharibəsindən qalib ayrılan SSRİ qəribə deyil ki, maşın seriyasına belə ad verib.

18)Corc Martinin personajı çayı keçməklə bağlı ciddi qərar qəbul edərək düşmənlərin üzərinə hücuma keçməyə başlayır.Digər personajın fikrinə görə o, həm də Bunu etdi.Bunu etməklə əvəz olunmuş 2 sözü tapın.

Cavab:Zər atmaq

Sayılmasın:Rubikonu keçdi

Şərh:O da Yuli Sezar kimi zər ataraq(Alea iacta est) çayı keçir və hücüma keçir.

19)Salvador şəhərində də X heykəli var.Balaca və görkəmsiz,dənizə nostaljik baxışlarla baxıb şəhərin provinsiallığını vurğulayır.X-i cavab kartlarınıza yazın.

Cavab:Xilaskar İsa Sayılma

meyarı:İsa Məsih,Xilaskar, İsanın heykəli

Şərh:Salvador şəhərinin adı ispancadan Xilaskar kimi tələffüz olunur.Bu heykəl Rio-de-Janeyrodakı daha məşhur heykəlin oxşarıdır

20)Eyls-Kreyq adasında o qədər “qiymətli” daşlar tapılırdı ki,Şon Konnerinin fikrinə görə onun artıq nəhəng X-ə dönmək ehtimalı vardı. X-ı bir sözlə deyin.

Cavab:Pendir

Şərh:Ada başdan qazılmışdı və deşikləri olan pendirə bənzəyirdi.

21)”DC Comics”ın personajı “Pinqvin” böyük gizli cinayət imperiyası yaratdı.Lakin onun sahibi olduğu legal bir klubun adında bir avropa mənşəli görə bilərik.Həmin sözü tapın.

Cavab:Ayzberq

Şərh:”İceber Lounge” klubu Pinqvinin sahib olduğu imperiyanın görünən tərəfidir.

22)Britaniyalı yazıçı Nil Geymanın bir əsərində balaca oğlan öz valideynlərini itirir və qəbirsanlıqda qara qüvvələrin qəyyumluğu altında böyüməli olur. Uşaq onların yanında böyüyür və daha sonra adi həyatına qayıdır. Siz isə yazıçının kitabın başlığında hansı həmyerlisinin adını çəkdiyini deyin

Cavab:Kiplinq

Şərh:Nil Geymanın bu əsəri Redyad Kiplinqin “Cəngəlliklər kitabı” əsərinə allüziyadır.

23)AZİZA(Hərf-hərf oxumaq lazımdı)

Məşhur azərbaycanlı Jazz ifaçısı Əzizə Mustafazadənin albomunu adında buraxdığımız 2 hərfi yazın

Cavab:J,Z Şərh:Albom əslində Jazziza adlanır.

24)Kanadalı jurnalistlər Ekaterina Gamovanın oyuna daxil olması ilə oyunun aqibətini rusiyalı volebolçuların xeyrinə bitdiyini vurğulayaraq onun soyadında dəyişiklik edib ona bir ləqəb verdilər.Həmin ləqəbi tapın.

Cavab:Game over



Şərh:Oyuna girən onun bitməsinə səbəb olan Gamovonun ləqəbi “Game over”dir
Yüklə 130,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin