A. X. Mirzəcanzadə, M.Ə.İskəndərov, M.Ə. Abdullayev, R. Q. Ağayev, S. M.Əliyev, Ə. C.Əmirov, Ə. F. Qasımov



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə1/31
tarix29.10.2019
ölçüsü3,61 Mb.
#29455
  1   2   3   4   5   6   7   8   9   ...   31

 

 

A.X.Mirzəcanzadə, M.Ə.İskəndərov, M.Ə.Abdullayev,  



R.Q.Ağayev, S.M.Əliyev, Ə.C.Əmirov, Ə.F.Qasımov 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

NEFT   VƏ   QAZ 



   

YATAQLARININ   İSTİSMARI VƏ   İŞLƏNİLMƏSİ 

 

 

Texnika elmləri doktoru, 

 prof. A.X.MİRZƏCANZADƏNİN  

redaktəsi ilə 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bakı

 - 1960 

 

 

 

 



ANNOTASİYA 

 

 

 

Kitabda neft və  qaz yataqlarının işlənməsinin 



əsasları, quyuların və  layların tədqiqi, laya süni təsir 

üsulları, neft yataqlarının işlənmə sisteminin 

layihələndirilməsi, qaz və qaz-kondensat yataqlarının 

işlənməsi, layın açılması, quyuların mənimsənilməsi və 

onların fontan, kompressor, dərinlik nasos üsulları ilə 

istismarı məsələləri haqqında danışılır. 

Kitabdan neft mədənlərində  çalışan mühəndis-

texniki işçilər öz biliklərini möhkəmləndirmək üçün və 

neft-mədən ixtisası üzrə  təhsil alan ali məktəb tələbələri 

dərslik kimi istifadə edə bilərlər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



3

 

 

GİRİŞ 



 

Sovet İttifaqı Kommunist partiyasının XXI qurultayında qəbul edilmiş 

“SSRİ xalq təsərrüfatının inkişafına dair yeddiillik planda (1959-1965-ci 

illər)” və  Sov. İKP iyul Plenumu qərarlarında neftçilər qarşısında böyük və 

məsul vəzifələr qoyulmuşdur. SSRİ Ali sovetinin yubiley sessiyasında 

(1957-ci il) N.S.Xruşşov yoldaş göstərmişdir ki, yaxın 15 ildə  ölkəmizdə 

illik neft hasilatı 350-400 milyon tona, qaz hasilatı isə 270-320 milyard kub. 

metrə çatdırılacaqdır. 

Bu  əzəmətli və  şərəfli vəzifənin yerinə yetirilməsində neft və qaz 

sənayesi sahəsində  çalışan mühəndis-texniklərin və  fəhlələrin texniki 

biliyinin durmadan artırılmasının ciddi əhəmiyyəti vardır. Bu 

nöqteyinəzərdən müəlliflər, oxucularımıza təqdim edilən həmin “Neft və qaz 

yataqlarının işlənməsi və  istismarı” kitabının müəyyən  əhəmiyyəti olacağı 

ümidindədirlər. 

Bu kitabın I-VI fəsillərində neft və  qaz yataqlarının işlənməsinin 

əsasları, quyuların və layların tədqiqi, neft və  qaz yataqlarında süni təsir 

üsulları, neft yataqlarının işlənməsinin layihələndirilməsi, qaz yataqlarının 

işlənməsinin  əsasları, qaz-kondensat yataqlarının işlənməsi və  istismarı və 

VII-X fəsillərində neft və  qaz yataqlarının açılması, quyuların fontan, 

kompressor və dərinlik nasosu ilə istismarı üsullarından bəhs olunur. 

Kitabın həcmi məhdud olduğundan neft və qaz yataqlarının işlənməsi 

və  istismarı proqramını bütünlüklə  və  hərtərəfli  əhatə etmək mümkün 

olmamışdır. Buna görə kutabda bəzi məsələlər etüd şəklində verilmişdir. 

Hazırda neft sənayesində  avtomatlaşdırma işlərinə ciddi fikir verilir. 

Avtomatlaşdırma və  telemexanikanın ayrıca bir bəhs olduğunu, həmçinin 

kitabın həcmini nəzərə  alaraq müəlliflər bu məsələləri yalnız yeri gəldikcə 

qısaca nəzərdən keçirmişlər. 

Kitab həmçinin məhdud olmasından və quyuların yeraltı təmirinə dair 

Azərbaycan dilində  ayrıca kitab buraxılmış olduğundan həmin bəhs də 

kitabda verilməmişdir. Şübhəsiz, bütün bunlar kitabın bitkinliyinə  müəyyən 

təsir göstərmişdir. 

Kitabın I fəslini geologiya-mineralogiya elmləri doktoru professor 

M.Ə.İskəndərov və texnika elmləri namizədi R.Q.Ağayev, II və III fəsillərini 

texnika elmləri doktoru professor A.X.Mirzəcanzadə  və texnika elmləri 

namizədi S.M.Əliyev, IV fəslin II paraqrafını prof. M.Ə.İskəndərov, qalan 

hissəsini və V, VI fəsilləri texnika elmləri namizədi Ə.C.Əmirov, VIII və IX 

fəsilləri texnika elmləri namizədi Ə.F.Qasımov və X fəsli texnika elmləri 

namizədi M.Ə.Abdullayev yazmışdır. 

1960-cı ildə  nəşr olunmuş “Neft və  qaz yataqlarının işlənməsi və 

istismarının nəzəri əsasları” kitabı kimi, oxuculara təqdim olunan bu kitab da 

yeni proqramla və Azərbaycan dilində ilk dəfə  buraxıldığı üçün müəlliflər 


4

 

 

kitabın qüsursuz olacağı iddiasında deyildirlər. Kitabın nöqsanlarını 



göstərəcək oxuculara müəlliflər qabaqcadan öz minnətdarlıqlarını bildirirlər. 

 

___________________________________ 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5

 

 

I FƏSİL 



 

NEFT YATAQLARININ İŞLƏNMƏSİNİN ƏSASLARI 

 

§1. NEFT YATAQLARININ İŞLƏNMƏSİ HAQQINDA ƏSAS 

ANLAYIŞLAR 

 

Neft yataqlarını istismar etdikdə eyni zamanda iki proses gedir: 

1)  lay qüvvələrinin təsiri altında məsaməli mühitdə maye və  qazın 

hərəkət prosesi; 

2) maye və qazın quyu dibindən yer üzərinə qaldırılması prosesi. 

Həmin proseslər bir-biri ilə  qarşılıqlı əlaqədədir və  onların idarə 

edilməsi mümkündür. 

Neft laylarının işlənməsi dedikdə layda quyu dibinə maye (qaz) 

hərəkəti prosesinin müxtəlif vasitələrlə idarə edilməsi nəzərdə tutulur. 

Layda maye (qaz) hərəkəti prosesini, laya qazılacaq quyuların istismar 

edilməsi şəraitindən, nəhayət layın enerji balansına süni olaraq təsir 

edilməsindən asılı olaraq idarə etmək olar. 

Yuxarıda qeyd etdiyimiz tədbirlər bir-birindən fərqlənir 

Quyuların iş rejimi geoloji və  texniki şərtlərdən asılı olaraq müəyyən 

edilir. Quyuların iş rejiminin dəyişdirilməsi vasitəsilə laydan mayenin 

hərəkət prosesinin idarə edilməsi həmişə  mümkündür. Ancaq quyuların 

sayının dəyişdirilməsi ilə hərəkət prosesinin idarə edilməsi həmişə mümkün 

olmur. Ona görə  də  quyuların  sayını, onların yerləşdirilməsi və  işə  salınma 

qaydasını əvvəlcədən düzgün olaraq müəyyən etmək lazım gəlir. Əgər 

işlənmə  zamanı quyuların sayını dəyişdirmək lazım gələrsə, onda bu əlavə 

kapital qoyuluşu, yaxud qoyulmuş əsaslı xərcin yersiz sərf olunması ilə 

əlaqədar ola bilər. 

Digər tərəfdən quyuların sayını dəyişdirdikdə  onların yerləşdirilməsi 

qaydasını da dəyişdirmək lazım gələ bilər. Bu isə  həmişə  mümkün ola 

bilməz. 

Beləliklə, işlənmənin  əsas məsələsi, laya qazılacaq quyular sayının, 

onların yerləşdirilməsi və  işə  salınması qaydasının müəyyən edilməsindən 

ibarət olduğunu görürük. 

Layın enerji balansını dəyişdirmək məqsədilə  ona süni təsir 

göstərilməsi də  işlənmənin  əsas məsələlərindən biridir. Laya süni təsir 

göstərməklə  (laya su, yaxud qazın vurulması, quyudibi zonasına təsir 

edilməsi və i.a.) layda gedən prosesi tamamilə  dəyişdirmək olar. Laya 

işlənmənin lap başlanğıcında, yaxud müəyyən müddət keçdikdən sonra süni 

təsir göstərmək olar. 



6

 

 

Laya göstəriləcək süni təsit üsulu və  injeksiya quyularının sayı 



əvvəlcədən düzgün müəyyən edilməlidir. injeksiya quyularının iş rejimlərini 

isə işlənmə zamanı tənzim etmək olar.  

Yuxarıda deyilənlərə  əsasən layın işlənməsinə belə  tərif vermək olar: 

laya qazılacaq quyuların sayını, onların yerləşmə  və  işə  salınma qaydasını 

müəyyən etmək, quyuların texnoloji rejimlərini tənzim etmək və layın enerji 

balansına təsir göstərməklə laydan quyudibinə maye (qaz) hərəkətinin idarə 

edilməsinə  layın işlənməsi deyilir. Layda maye (qaz) hərəkətinin idarə 

edilməsi məqsədilə görülən işlərə birlikdə layın işlənmə sistemi deyilir. 

Beləliklə, layın işlənmə  sistemi seçildikdə  aşağıdakı məsələlər həll 

olunmalıdır: 

1) lay hansı rejimlə istismar edilməlidir; 

2) layı müəyyən edilmiş rejimdə istismar etmək üçün ona süni təsir 

göstərmək lazımdır, ya yox; 

3) istismar və  injeksiya quyuları hansı qayda ilə yerləşdirilməlidir, 

onların sayı və işə salınması qaydası necə olmalıdır; 

4) istismar və injeksiya quyuları hansı iş rejimində işləməlidir.  

Yuxarıdakı tədbirlərin seçilməsindən asılı olaraq işlənmə sistemləri 

müxtəlif ola bilər. 

İşlənmə sisteminin səmərəli olmasını müəyyən etdikdə aşağıdakı əsas 

göstəricilər birlikdə nəzərdən keçirilməlidir: 

1) quyuların sayı və onların yerləşdirilməsi sxemi; 

2) laya süni təsir üsulu; 

3) işlənmənin sonunda ehtiyatdan istifadə etmə əmsalı; 

4) işlənmə müddətində hasilatın dəyişməsi

5) işlənmənin iqtisadi göstəriciləri. 

Laya qazılacaq quyuların sayı az götürüldükdə  bir quyuya düşən 

hasilat daha yüksək olar. Digər tərəfdən, quyuların sayını artırmaqla ümumi 

hasilat artır, bu isə  işlənmə  müddətinin azalmasına səbəb olur. Lakin 

quyuların sayının artması neftin maya dəyərinin artmasına cəbəb olur. 

Deməli, quyuların sayını müəyyən etdikdə  iqtisadi göstəricilər də  nəzərə 

alınmalıdır. 

Işlənmənin sonunda ehtiyatdan istifadə etmə  əmsalının qiymətinə 

xüsusi fikir verilməlidir. 

Lay bircinsli olduqda quyuların sayının, ehtiyatdan istifadə etmə 

əmsalına çox az təsiri vardır. Bircinsli layda ehtiyatdan istifadə etmə əmsalı 

layın iş rejimindən, hərəkət edən mayelərin özlülüyündən, lay təzyiqinin 

dəyişmə xarakterindən və başqa amillərdən asılıdır. 

Bircinsli olmayan laylarda isə  quyuların sayının, yəni onların 

arasındakı məsafənin ehtiyatdan istifadə  əmsalına daha çox təsiri vardır. 

Belə  laylarda quyuların sayını çox götürməklə ehtiyatdan istifadə  əmsalını 


7

 

 

artırmaq olar. Lakin quyuların sayını artırmaqla ehtiyatdan istifadə əmsalının 



artırılması iqtisadi cəhətdən əlverişli olmaya da bilər.  

Işlənmə  müddəti də  əsas göstəricilərdən biridir. Lakin işlənmə 

müddətinin  əvvəlcədən seçilməsi mümkün  deyildir. Işlənmə  müddətini 

seçərkən, gündəlik hasilatın səviyyəsi, neftin maya dəyəri və digər iqtisadi 

göstəricilər nəzərə  alınmalıdır. Əlbəttə, bütün işlənmə  müddətində  gündəlik 

hasilatın bir səviyyədə  qalması yaxşı olardı, ancaq buna nail olmaq həmişə 

mümkün deyildir. Bu, bəzən fiziki cəhətdən mümkün olan hallarda 

işlənmənin iqtisadi göstəriciləri pisləşir. 

İqtisadi amil işlənmənin  əsas göstəricisidir, ancaq bu amil işlənmədə 

gedən fiziki proseslərdən və xalq təsərrüfatının tələbatının ödənilməsi 

məsələsindən ayrılıqda nəzərdən keçirilə bilməz. 

Beləliklə, səmərəli işlənmə  sisteminin seçilməsinin kompleks məsələ 

olduğunu görürük. Bu məsələni həll edərkən xalq təsərrüfatının neft 

məhsullarına olan tələbatının və  həmin neftin hasil edilməsinə  lazım olan 

xərclərin ödənilməsini və  işlənmənin sonunda ehtimal olunan itkiləri (yəni 

layın neft ehtiyatından istifadə əmsalının) nəzərə almaq lazımdır. 

Deməli, ayrılıqda götürülmüş neft yataqlarının səmərəli işlənmə sistemi 

minimal xərclə xalq təsərrüfatına tələb olunan gündəlik hasilatı və  yatağın 

neft ehtiyatından mümkün qədər tam istifadə edilməsini təmin etməlidir.  

Neft yataqlarının səmərəli işlənmə  sisteminin müəyyən edilməsi 

məsələsini həll edərkən aşağıdakı fənlərdən istifadə edilir: 1) regional 

geologiya və hidrogeologiya; 2) geofizika; 3) neft-mədən geologiyası; 4) 

neft layının fizikası; 5) yeraltı hidravlika; 6) neft və  qaz çıxarılmasının 

texnologiya və texnikası; 7) sahə iqtisadiyyatı. 

Neft və  qaz yataqlarının işlənməsi elmi kompleks olması etibarilə 

yuxarıda qeyd etdiyimiz fənlərin üzvi birləşməsindən yaradılmışdır. 

Bu fənlər vaxtilə  işlənmənin xüsusi məsələlərini müstəqil həll etməklə 

inkişaf etmişdir. Həmin fənlərin kifayət qədər inkişaf etməsi nəticəsində neft 

yataqlarının işlənməsinin elmi cəhətcə  əsaslandırılması mümkün olmuşdur. 

Ona görə də neft və qaz yataqlarının işlənməsi elmi nisbətən cavandır. Neft 

yataqlarının işlənməsi elminin yaradılması, eyni zamanda həmin fənlərin 

daha da inkişaf etməsinin rəhnidir. 

 

§ 2. NEFT GEOLOGİYASINA DAİR BƏZİ  MƏLUMATLAR 

 

Neft və  qaz yataqlarının işlənməsini düzgün layihələndirmək üçün 



geologiya elmi ilə  əlaqədar olan bir sıra məsələləri aydınlaşdırmaq tələb 

edilir. Bu məsələlər sırasına neft və  qazın nə kimi məsaməli süxurlarda 

toplanmasının öyrənılməsi, neft yataqlarının tipləri və  formalarının düzgün 

müəyyən edilməsi, yataqların həndəsi formasının təxmini də olsa, 



8

 

 

aydınlaşdırılması və s. daxildir. Bunu nəzərə alaraq bu paraqrafda geologiya 



elmindən bəzi məlumatları verməyi lazım bilirik. 

 

Neft və qaz üçün kollektor olan süxurlar 

 

Neftin və  qazın Yer qabığında hər hansı bir məsaməli mühitdəki 



(süxurdakı) təbii yığımına neft və qaz yatağı deyilir. Bu tərifdən göründüyü 

kimi, neft və  qaz yatağının yaranması üçün süxurların məsaməli olması 

mühüm şərtlərdən biridir. Bütün dünyada indiyə kimi müəyyən edilmiş neft 

yataqlarının 99,99%-i çökmə süxurlarda yerləşir. 

Məlum olduğu kimi, öz mənşəyinə  görə  süxurlar  çökmə, maqmatik və 

metamorfik  olur. Neft və  qaz yataqları əsasən çökmə  süxurlarla əlaqədar 

olduğundan, bu süxurlar haqqında bir qədər  ətraflı məlumat verək. Çökmə 

süxurlar Yer qabığının üst hissəsi üçün səciyyəvi olan termodinamik 

şəraitdəki süxurlardır. Belə  süxurlar çöküntünün sudan kimyəvi, yaxud 

mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, müxtəlif 

süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdürülməsi və 

s. nəticəsində əmələ gəlir. 

Çökmə süxurlar ən çox dənizlərdə yaranır. Belə ki, dağları, təpələri əmələ 

gətirən süxurlar külək, su və digər amillərin təsiri nəticəsində  dağılıb, 

müxtəlif ölçülü parçalar və  qırpıntılar  əmələ  gəlir. Çaylar bu süxur 

parçalarını və  qırıntılarını gətirib dənizlərə  tökür. Yüz min və milyon illər 

keçdikcə  dənizdə  bir neçə on və  yüz metrlərlə  qalınlığı olan çöküntülər 

əmələ  gəlir. Bu çöküntülər bərkidikdən sonra çökmə  süxurlar yaranır. 

Çökmə süxurlar sırasına qum, qumdaşı, əhəngdaşı, dolomit, mergel, gil və s. 

süxurlar daxildir. 

Çökmə süxurlar ilk dəfə su hövzlərinin (dənizlərin və s.) dibində əsasən 

üfüqi vəziyyətdə  yatmış laylar əmələ  gətirir. Istər çöküntülərin  əmələ 

gəlməsi vaxtı, istərsə  də  sonra Yer qabığında baş verən gərginlik (tektonik 

proseslər) nəticəsində  laylar üfüqi vəziyyətdən çıxıb, müxtəlif yatım 

formaları əmələ gətirir. 

Dənizin dibi uzun geoloji dövrlər ərzində çökərsə, əmələ gəlmiş süxurlar 

bir neçə kilometr dərinliyə qədər gömülə bilər. Dəniz dibində əmələ gələn bu 

çökmə  süxurlar böyük dərinliklərə  daxil olduqda sıxlaşıb, yüksək 

temperatura məruz qalır. Bunun nəticəsində  çökmə  süxurlar öz tərkiblərini 

və quruluşlarını dəyişir. Uzun geoloji vaxt keçdikdən sonra temperaturun və 

təzyiqin təsirindən çökmə süxurlardan tamamilə yeni tipli süxur-metamorfik

1

 

süxur əmələ  gəlir. Metamorfik süxurlar maqmatik süxurlardan da yarana 



bilər. Böyük Qafqaz dağlarının mərkəzi hissəsində  intişar edən kristallik 

şistlər metamorfik süxurlara misal ola bilər. 

                                                            

1

 Metamorfos – latınca dəyişmə deməkdir. 



9

 

 

Maqmatik (püskürmə) süxurlar yerin dərinliklərində yerləşən maqma adlı 



mürəkkəb kimyəvi odlu kütlənin ocağından ayrılıb soyuması nəticəsində 

əmələ gəlir. Yer səthinə çıxmayıb Yer qabığının içərisində soyuyan maqma 



intruziv süxurlar əmələ gətirir. Maqmanın Yer səthinə çıxıb, atmosfer və ya 

hidrosfer altında soyuması nəticəsində effuziv süxurlar əmələ gəlir. 

Təbiətdə rast gələn neft yataqları əsas etibarilə çökmə mənşəli süxurlarla 

əlaqədardır. Məsələn, SSRİ-də (Azərbaycan, Dağıstan, Şimali Qafqazda), 

ABŞ-da və digər ölkələrin bir çox rayonlarında rast gələn zəngin neft 

yataqları çökmə  mənşəli olan qum və  qumdaşılarla əlaqədardır. “İkinci 

Bakı” adı ilə  şöhrət tapmış və  Ural sıra dağları ilə  Volqa çayı arasında 

yerləşən zəngin neft-qaz yataqları əsas etibarilə  çökmə  mənşəli,  əhəngdaşı, 

dolomit adlanan süxurlarla əlaqədardır. Yaxın və Orta Şərq ölkələrində (İran, 

Küveyt, İraq, İordaniya və s-də) rast gələn bir sıra zəngin neft yataqları da 

əhəngdaşı və dolomitlərlə əlaqədardır. 

Onu da qeyd etmək lazımdır ki, ABŞ, Kanada, Meksika və başqa 

ölkələrdə nadir hallarda, bəzi cüzi neft yığımları maqmatik və metamorfik 

süxurlarla əlaqədardır. Məsələ ondadır ki, maqmatik və metamorfik süxurlar 

aşınmaya (pozulmaya), tektonik gərginliyə və s. məruz qaldıqda, onlarda 

çatlar əmələ gəlir. Qonşuluqda yerləşən çökmə süxurlardakı neft bu 

süxurların çatlarına və məsamələrinə  toplaşıb, kiçik miqyaslı neft yataqları 

yaradır. 

Beləliklə, neft və qaz,  əsas etibarilə,  çökmə süxurların-qumların, 

qumdaşıların, əһəngdaşıların, dolomitlərin məsamə və çatlarında toplanaraq 

yataqlar əmələ gətirir. Onu qeyd etmək lazımdır ki, aparılan tədqiqat 

nəticəsində һər bir çökmə və məsaməli süxurda neftin toplana  bilməyəcəyi 

müəyyən edilmişdir. Belə ki, bütün çökmə süxurlar məsaməli olmalarına 

baxmayaraq, onların һamısında neft toplana bilmir. Məsələn, çökmə mənşəli 

gil süxurlarının məsaməlilik əmsalı bəzən qum süxurlarındakından çox olub, 

40-50%-ə çatır. Gillərdə məsaməliliyin kifayət qədər çox olmasına 

baxmayaraq, onlar neftin yığılıb, yataq əmələ gətirməsi üçün münasib süxur 

һesab edilmir. Bunun səbəbi gil süxurlarındakı məsamələrin bir-birilə 

birləşib,  neftin  һərəkət etməsi üçün əlverişli kanallar əmələ gətirmə-

məsindədir. Gil süxurlarında yaranan kanallar o qədər  dar olur ki, bu 

kanalların  içərisində neft һərəkət edə bilmir. Qum, qumdaşı, əһəngdaşı və 

digər süxurlarda isə kanalları əmələ gətirən dənələr arasında yerləşən 

boşluqlardan bir-birinə yol vardır. Bu boşluqlar bir-birinə birləşib, neftin 

keçməsi (һərəkəti) üçün imkan yaradır. Daxilində neft və qaz toplana bilən 

və yatağın istismarına başlandığı zaman һəmin nefti  özündən buraxa bilən  

hər һansı bir süxura kollektor  deyilir. Neft və qaz kollektor süxurların 

məsamələrinə toplanaraq yığımlar əmələ gətirir. Onu da qeyd etmək lazımdır 

ki, neftin toplanıb yığımlar yaratması üçün əlverişli olmayan bəzi süxurlar, 

qazın yataqlar əmələ gətirməsi üçün münasib olur. Məsələn, incə təbəqəli 


10

 

 

gilli süxurlar (şistlər) neftin  deyil, yalnız qazın toplanıb yataqlar əmələ 



gətirməsi üçün əlverişli һesab edilir. 

 

Yer qabığının əsas struktur vaһidləri 

 

 Neft və qaz  yataqları yer qabığında rast gələn ayrı-ayrı  elementar 

struktur  formalar (antiklinal, monoklinal və s.)  ilə əlaqədar olur. Bir çox 

һallarda neft və qaz yığımlarının (yataqlarının) əmələ gəlməsində dizyunktiv 

(qırılma) pozulmalar da  müһüm  rol  oynayır. Məһz buna görə də yer 

qabığında təsadüf edilən struktur formalar və qırılma  pozulmaları xüsusi 

olaraq aşağıda nəzərdən keçirilir. Yer qabığında müşaһidə olunan elementar 

struktur  formaların və qırılma pozulmalarının tam  və düzgün dərk edilməsi 

üçün, onların yarandığı geoloji müһiti, yəni yer qabığının əsas struktur 

vaһidlərini ümumi şəkildə də olsa nəzərdən keçirmək lazımdır. 

 Yer qabığı tektonik һərəkətlərin xarakterinə və strukturların formalarına 

görə müxtəlif xüsusiyyətlərə malikdir. Belə ki, onun quruluşunda 

geosinklinal və platforma

 

kimi iki əsas struktur vaһidlər ayrılır. Bu vaһidlər 

özlərinə məxsus elementar struktur formalar və pozulmalarla xarakterizə 

olunur. 


 Yer qabığının böyük şaquli mütəһərrikliyə malik olan və çoxlu miqdarda 

struktur  zonalara bölünmüş saһələrinə geosinklinal  deyilir. Belə saһələrdə 

uzun geoloji zaman ərzində baş verən fəal enmə nəticəsində dəniz mənşəli 

qalın çöküntü qatları əmələ gəlir. Geosinklinal saһələrinin yuxarıda qeyd 

edilən xüsusiyyətlərindən başqa bir neçə  səciyyəvi cəһətləri də vardır. Bu 

səciyyəvi cəһətlərdən saһələrin kəskin diferensiasiyasını, çöküntulərin xeyli 

qalınlığa malik olmasını, depressiyaların uzanmasına perpendikulyar 

istiqamətdə çökuntülərin litoloji tərkibinin və qalınlıqlarının tez-tez 

dəyişmələrini və  əksinə, uzanma istiqaməti üzrə sabit qalmalarını, platforma 

zonalarında məlum olmayan xüsusi çöküntü tiplərinin (fliş, mollas və s.) bu 

saһələrdə olmasını, intensiv maqmatizmi, əksər һallarda üstəgəlmə tipli 

pozulmalarla  mürəkkəbləşən şiddətli qırışıqlığı və regional metamorfizmi  

göstərmək olar. 

Azərbaycan, Dağıstan, Krasnodar,  Türkmənistan, Özbəkistan, Ukrayna, 

Saxalin və bir çox digər saһələrdəki neft  və  qaz yataqları geosinklinal tipli 

һövzələrlə əlaqədardır. Bu saһələrdə neft yataqları az-çox kəskin ifadə 

olunmuş  struktur  formalarla əlaqədardır. Geosinklinal  saһələrindəki neft 

yataqlarının kəsilişində adətən bir neçə neftli-qazlı lay olur. 

Yer qabığının digər böyük struktur vaһidi  platforma hesab edilir. Yer 

qabığının  az  mütəһərrikliyə  malik olan, az miqdarda struktur zonalara 

bölünmüş və zaman etibarilə sabit qalan saһələrinə platforma deyilir. 

Platformanın bu xüsusiyyətlərindən doğan bir  neçə səciyyəvi cəһətləri 

vardır. Bu səciyyəvi cəһətlərdən geosinklinal  saһələrinə nisbətən plat-

formalarda qravitasiya və maqnit  saһələrinin monotonluğunu, saһə üzrə 



11

 

 

çöküntülərin  litoloji  tərkibi və qalınlıqlarının sabitliyini, burada kontinental 



və karbonatlı çöküntülərin çox intişar etməsini, qalınlıqların mütləq 

qiymətinin az olmasını, qırışıqlığın məһdud inkişaf etməsini (üstəgəlmə 

һadisəsi, demək olar ki, baş verir), qırışıqların az meyilli olmasını, 

metamorfizmin baş verməməsini və s. göstərmək olar. 

Platforma  ikimərtəbəli quruluşa malik olması ilə səciyyələnir. Alt 

mərtəbə Paleozoydan qədim kristallik süxurlardan, üst mərtəbə isə Paleozoy-

Dördüncü dövr yaşlı çökmə süxurlardan təşkil olur. Üst mərtəbənin qalınlığı 

adətən  iki-üç  kilometr olub, bəzi һallarda isə üç-beş  kilometrə  çatır. 

Platforma saһələrində neft-qaz yataqları çökmə

 

süxurlardan təşkil edilmiş üst 



mərtəbəyə aid edilir. 

Platforma tipli neft-qaz yataqlarına „İkinci Bakı”nın yataqlarını misal 

göstərmək  olar. Bu yataqların kəsilişində neftli-qazlı layların miqdarı 

geosinklinal  saһələrində yataqların kəsilişindəki neft-qazlı layların 

miqdarına nisbətən xeyli az olur. Lakin platforma saһələrindəki  neft-qaz 

yataqları öz ölçülərinin böyük olması ilə fərqlənir. Belə ki, eni 10-15 km və 

daһa çox olan bu yataqlar yüz kilometrlərlə məsafədə uzanır. 

 

Qırılma pozulmaları və onların növləri 



 

Neft və qaz  yataqlarının aid olduqları struktur  formalarının 

һüdudlarında  tez-tez  qırılma pozulmaları təsadüf edilir. Bu pozulmalar bir 

çox һallarda ekran rolunu oynayaraq neft-qaz yığımlarının əmələ gəlməsi 

üçün əlverişli şərait yaradır. 

Süxur laylarının bütövlüyünün qırılması ilə xarakterizə olunan 

yatımlardakı pozulmaya qırılma pozulması deyilir. Qırılma pozulmalarının 

bir neçə növü vardır: qırılıb-düşmə, qırılıb-qalxma, üstəgəlmə, üfüqi 



yerdəyişmə və s. 

Layların qırılması müəyyən sətһ üzrə baş verir ki, һəmin sətһə də 

qırılma səthi deyilir. Lay sətһinə bənzəyən qırılma sətһi yatım elementləri ilə 

xarakterizə  olunur,  yəni laylarda olduğu kimi onun da  uzanma, yatım 

istiqamətləri və yatım bucağı vardır. 

         Qırılma nəticəsində yerlərini dəyişən laylar, qırılma sətһinə söykənərək   

onun tərəflərini və ya qanadlarını təşkil edir. Yuxarı qalxmış qanada qalxan 

qanad, yaxud asılı tərəf, enən  qanada isə alt qanad və ya bəzən yatıq tərəf 

deyilir. 



Qırılıb-düşmə.  Qırılma sətһi enən qanada  tərəf meyl edərsə, belə 

pozğunluğa qırılıb-düşmə deyilir. Qırılıb-düşmənin qanadlarının biri 

digərinə bitişik olarsa, qapalı qırılıb-düşmə meydana çıxır; qanadlar arasında 

müəyyən qədər boşluq olarsa, açıq qırılıb-düşmə yaranır. 

1-ci şəkildən göründüyü kimi, qırılıb-düşmə aşağıdakı һəndəsi 

elementlərlə xarakterizə olunur: 



12

 

 

AB-qırılıb-düşmədə yerdəyişmənin tam amplitudu; BV-qırılıbdüşmədə 

yerdəyişmənin şaquli amplitudu;  AV-qırılıb-düşmədə yerdəyişmənin üfüqi 

amplitudu;  BQ  qırılıb-düşmədə yerdəyişmənin stratiqrafik amplitudu; α-

layın yatım bucağı; β-qırılma sətһinin yatım bucağıdır. 

Qırılıb-düşmənin bir neçə növü olur: uzununa, eninə, diaqonal və 

yaxud çəp  qırılıb-düşmə. Qırılma sətһinin uzanma istiqaməti layların 

uzanma istiqamətinə uyğun gəlirsə, buna uzununa qırılıb-düşmə deyilir. 

Qırılma sətһinin uzanma  istiqaməti layların uzanma  istiqamətinə 

perpendikulyar keçirsə, eninə qırılıb-düşmə meydana çıxır. 

 Qırılma sətһinin uzanma  istiqaməti, layların һəm uzanma,  һəm  də 

yatım istiqamətlərinə uyğun gəlməzsə, diaqonal qırılıb-düşmə alınır. 

Bundan başqa, qırılma sətһinin vəziyyətindən asılı olaraq uyğun və 

qeyri-uyğun yatan qırılıb-düşmələr meydana çıxır. Qırılma sətһi və laylar 

eyni  istiqamətdə meyl edirsə, uyğun yatan qırılıb-düşmə,  əks istiqamətdə 

meyl edirsə, qeyri-uyğun yatan qırılıb-



düşmə meydana çıxır. 

Lay pilləyə oxşar formada bir 

neçə qırılıb-duşmə ilə parçalanarsa, be-

lə pozulmaya pilləli qırılıb-



düşmə deyilir (2-ci şəkil). 

Qraben, һorst və bunlara  oxşar pozulmalar da pilləli qırılıb-düşmələrə 

aid edilir. İki və ya bir neçə 

qırılıb-düşmə arasındakı һissə-

lərin enməsindən yaranan for-

maya  qraben deyilir. Qrabenlər 

sadə və mürəkkəb olur. Sadə 

qraben iki qırılıb-düşmə ilə 

məһdudlanmış olur (3-cü  a 

şəkli).  Mürəkkəb qrabendə  isə 

enmə1ər qırılıb-düşmələr sis-

temi üzrə  baş verir (3-cü  b 

şəkli).


  İki qırılıb-düşmə arasın-

dakı һissənin qalxmasından 



    

1-ci şəkil. Qarılıb-düşmə 

2-ci şəkil. Pilləli qarılıb-düşmə 

A

V

B

Q

b

a

 

3-cü şəkil. Qraben 



13

 

 

alınan formaya  horst  deyilir (4-cü şəkil). Horstlar sadə və mürəkkəb olur. 



Sadə horstlar  iki qırılıb-duşmə ilə, mürəkkəb (pilləli) horstlar  isə bir neçə 

qırılıb - düşmələrlə məһdudlanmış olur. 

 

 

 



 

 

 

 

 

Qırılıb-qalxma.  Qırılma sətһi qalxan qanada tərəf meyl edərsə, belə 

pozğunluğa qırılıb-qalxma deyilir (5-ci şəkil). Qırılıb-qalxmanın һəndəsi 

elementləri qırılıb-duşməninki kimi  olduğundan  biz  onları burada təkrar 

etmirik. 



Üstəgəlmə.  Qırılma sətһi çox kiçik bucaq altında yatarsa, pozulma 

qırılıb-qalxma tipindən çıxıb, üstəgəlmə  tipinə 

keçir. Bu һalda һəm şaquli, һəm də üfüqi 

yerdəyişmə baş verir. Nəticədə qırılıb-

qalxmanın bir qanadı digər qanadının uzərinə 

һərəkət edib, üstəgəlmə adlanan qırılma 

pozulmasını yaradır (6-cı şəkil). Üstəgəlmə 

müstəvisi adətən 45°-dən kiçik bucaq əmələ 

gətirərək yatır. 

 

Neft-qaz yataqları yerləşən süxurların yatım 



formaları 

 

Qeyd etmək lazımdır ki, neftli vilayətlərin dərinliklərində yatan məsaməli 

süxurların һamısı neftlə dolmuş olmur. Məsələn, Abşeron yarımadasının 

bəzi saһələrində məsaməli süxur laylarında neft toplanmış, qonşu saһələrdə 

isə һəmin laylarda neft yoxdur. Bunun səbəbini neftin  yer qabığının yalnız 

müəyyən һissələrində toplana bilməsi ilə izaһ etmək olar. Neftin toplanması 

üçün  ən  əlverişli forma antiklinal tipli struktur formalar һesab edilir. 

Sinklinal tipli struktur formalar isə neftin toplanması üçün əlverişli deyildir. 

Laylar  əyildikdə  onların  qabarıq  һissəsi yuxarıya olarsa, antiklinal (7-ci 

   

4-cü şəkil. Horst                                 5-cü şəkil. Qırılıb-qalxma 

A

V

 

6-cı şəkil.  



Üstəgəlmə 

14

 

 

şəkli),  aşağıya olarsa, sinklinal (7-ci b  şəkli)  qırışıq  alınır.  Qırışıqın yan 



һissələrinə onun  qanadlari deyilir. Antiklinal qırışıqlarda qanadlar yuxarıda, 

sinklinal qırışıq-

larda isə aşa-

ğıda birləşir. 

Qırışığın mər-

kəzi һissəsinə 

onun  nüvəsi  de-

yilir. Antiklinal 

qırışıqlarda nü-

vədə qədim sü-

xurlar, qanadlara tərəf getdikcə cavan süxurlar, sinklinal  qırışıqlarda isə 

əksinə, nüvədə cavan süxurlar, qanadlara tərəf isə qədim süxurlar yerləşir.

 

 

Antiklinal qırışıq formasında yatan məsaməli süxurlar neftin 



toplanması üçün əlverişli yer һesab edilir.  Məsaməli  süxurlardan təşkil 

edilmiş laylar keçirici olmayan süxurlarla əһatə olunduqda, neftin 

toplanması üçün şərait yaranır. Qeyd etmək lazımdır ki, neft laylarının 

һamısında neftlə bərabər qaz  və  su da olur. Neft laylarında  suya nadir 

һallarda təsadüf edilmir. Antiklinal tipli qırışıqlarda neft, qaz və su xüsusi 

çəkilərinə görə yerləşir. Neftin xüsusi çəkisi suya  nisbətən  az  olduğundan 

sudan yuxarıda yatırQa-

zın xüsusi çəkisi su  və 

neftin  xüsusi çəkisindən 

xeyli az olduğundan, o, 

layın ən һündür, qabarıq 

şəkildə yuxarı əyilmiş 

 

tağ һissəsində topla-



nacaqdır (8-ci şəkil). 

Beləliklə, 

neftin 

məsaməli süxur lay-



larının һər yerində deyil, 

müvafiq əlverişli forma-

larda toplandığı məlum 

olur. Məsaməli süxur laylarının neftin toplanması üçün əlverişli olan 

һissələrinə  tələ  deyilir. Neft bu tələlərə, yəni һər tərəfdən qeyri-keçirici 

müһitlə əһatə olunan yerə düşdükdə, yataqlar əmələ gəlir. 

       Antiklinal  qırışıqlarla əlaqədar olan neft-qaz yataqları iki növ olur: 

tektonik  qırılmalarla pozulmamış və tektonik qırılmalarla pozulmuş geo-

sinklinal saһələrdə (Azərbaycan, Dağıstan, Turkmənistan və s.) yerləşən neft 

yataqlarının əksəriyyəti antiklinal tipli strukturlarla əlaqədardır. Bu 

yataqların tipik numayəndələri özünün neftliliyi ilə şöһrət tapmış Məһsuldar 

a

b

 

  



     

 7-ci şəkil.  a – antiklinal;                    b – sinklinal.

 

Neft

 

8-ci şəkil. Antiklinalın tağında yaranan 

 neft yatağı 


15

 

 

qatda (Suraxanı, Qala,  Gürgandəniz, Bibiһeybət, Qaradağ, Qaradağ, 



Mişovdağ və s.) təsadüf edilir. 

Uzun müddət belə güman edirdilər ki, neft yalnız antiklinal qırışıqlarda 

toplana bilər. Sonralar müəyyən edildi 

ki, antiklinal qırışıqlardan başqa, 

digər struktur formalar da neftin 

 

toplanması üçün tələ ola bilər. Neftin 



monoklinal quruluşlu məsaməli süxur  

laylarında  da  yataq əmələ gətirdiyi 

məlumdur. Laylar böyük məsafədə 

eyni bir istiqamətdə, yəni bir qanad 

formasında yatarsa, monoklinal 

qırışıq alınır (9-cu şəkil). Belə 

laylarda xüsusilə onların üstü qeyri-

uyğun yatan çöküntülərlə örtüldükdə, 

orada neftin toplanması üçün şərait yaranır. Azərbaycanın Xəzəryanı-Quba 

vilayətində Maykop dəstəsinin və  Çokrak  һorizontunun kəsilişində təsadüf 

edilən  neft yataqlarını (Siyəzən-Nardaran, Saadan, Əmirxanlı və s.) 

monoklinal yataqlara misal göstərmək olar. 

Neft  yataqlarının  bir 

qrupu tektonik ekranlanmış 

yataqlar tipinə aid edilir. 

Məlumdur ki, təbiətdə 

layların qırılıb aşağıya 

düşməsi, yaxud yuxarıya 

qalxması һallarına təsadüf 

edilir.  Məsaməli süxur-

lardan təşkil edilmiş lay, 

qırılıb aşağı düşdükdə, 

yaxud yuxarı qalxdıqda, 

çox vaxt qeyrikeçirici  gil 

layları ilə təmas edir. Bu  gil layları, keçirici lay boyunca neftin  һərəkətinə 

mane olur. Başqa sözlə desək, qırılma sətһi, məsaməli laydakı neftin 

һərəkətinin qarşısını alan ekrana çevrilir və bu ekran neftin toplanması  üçün 

əlverişli şərait yaradır. Nəticədə məsaməli  lay  boyunça һərəkət edən neft, 

ekran boyu toplanıb, yataq əmələ gətirir (10-cu şəkil). 

Tektonik ekranlanmış yataqlar qırılıb-düşmə, qırılıb-qalxma, üstəgəlmə 

və s. tipli pozulmalarla əlaqədar olur. Dəlici nüvə və palçıq vulkanlarının  

boğazı ilə ekranlanmış yataqlar  da tektonik ekranlanmış yataqlar tipinə aid 

edilir.  

Yuxarıda nəzərdən keçirdiyimiz neft yataqlarının һamısı ayrı-ayrı 

struktur yataqlarına aid edilir. 

9-cu şəkil. Monoklinal formada 

yatan laylarda neft yatağı 

Neft

Neft

Su

 

10-cu şəkil. Neftin pozulma  səthi  



boyunca yığılıb,  

yataq əmələ gətirməsi 

16

 

 

  Dünyanın müxtəlif geoloji saһələrində aparılan neft axtarışı və 



kəşfiyyatı, eləcə də istismarı işlərində müəyyən  edilmişdir  ki, bəzi  keçirici 

layların yuxarı һissəsinin qalınlığı get-gedə azalaraq tamamailə yoxa çıxır. 

Belə layın üst һissəsi (iti ucu)  yuxarı çevrilmiş paza  oxşayır. Buna görə də 

belə laylar, adətən, yatım üzrə yuxarı pazlaşan laylar  adlanır. Çöküntülərin 

 

 

toplama şəraiti ilə  əlaqədar olaraq əmələ gələn yatım üzrə yuxarı pazlaşan 



laylar  neftin toplanması üçün əlverişli tələ sayılır. Belə tələlərdə neft 

toplanaraq,  sənaye əһəmiyyətli yataqlar əmələ  gətirir  (11-ci şəkil). Yatım 

üzrə yuxarı pazlaşmış laylara aid olan yataqlara misal olaraq Yasamal dərəsi, 

 Çaxnaqlar və s. rayonlarda Məһsuldar qat çöküntülərinin kəsilişindəki   neft 

yataqlarını göstərmək olar. Yatım üzrə 

yuxarı pazlaşan laylarla əlaqədar olan neft 

yataqları stratiqrafik tip neft yataqlarına aid 

edilir. Keçirici olmayan laylarla qeyri-

uyğun örtülmüş keçirici laylarda neftin 

toplanaraq əmələ gətirdiyi yataqlar da 

stratiqrafik tip neft yataqlarına aiddir (12-ci 

şəkil). Belə yataqlara məsələn, Gəncə 

vilayətində Ağcagil mərtəbəsi çöküntüləri 

ilə örtülən Maykop dəstəsi kəsilişindəki 

bəzi yataqlar aid edilə bilər. 

Ayrı-ayrı stratiqrafik vaһidlərin (dəs-

tələrin) һüdudunda 

litoloji tərkibin 

dəyişməsi və müəyyən һissələrdə yüksək 

keçirici saһələrin meydana  çıxması ilə 

yaranan tələlərlə əlaqədar olan yataqlar 

litoloji tip neft yataqlarına  aid edilir. 

Məsələn,  bəzi gil qatlarının içərisində 

kifayət qədər böyük ölçüdə qum linzaları 

rast gəlir. Tələ rolunu oynayan bu linzalara yığılmış neft bəzi hallarda 

sənaye əhəmiyyətli yataqlar əmələ gətirir (13-cü şəkil).

  

 

Neft

Neft

 

11-ci şəkil. Yatım üzrə yuxarı                    12-ci şəkil. Qeyri-uyğun örtülmüş 



pazlaşan  laylarda neft yatağı                        keçirici  laylarda  neft  yatağı        

 

13-cü şəkil. Neftin qum 



linzalarında yığılıb yataq 

əmələ gətirməsi 

17

 

 

Qolvarı neft yataqları, litoloji tip neft yataqlarına aid edilir. Qolvarı neft 



yataqları  qədim çay dərələrinin linzavarı qum  çöküntülərində yerləşən neft 

yataqlarına deyilir (14-cü şəkil). Neft yataqları axtarışının tarixində ilk dəfə 

bu tip neft yataqları 1910-cu ildə İ.M.Qubkin  tərəfindən Şimali Qafqazda 

Maykop  dəstəsinin aşağı һissəsində müəyyən edilmişdir. Bir qədər sonra 

(12—15 il sonra) belə  neft  yataqları ABŞ-da aşkar edilmişdir. Geoloji 

ədəbiyyatda qolvarı yataqlar bəzən qaytanvarı yataq da  adlandırılır. 

Litoloji tip neft yataqlarının əmələ gəlməsi qədim saһil zonalarında və 

ya su axınları nəticəsində əmələ gəlmiş çöküntülərlə, eləcə də çöküntülər  

düzgün (çala-çuxur) olması ilə əlaqədardır. 

Beləliklə, təbiətdə neftin toplana bilməsi üçün bir çox tələlərin 

olduğunu görürük. Hər bir əlverişli şəraitdə bu    tələlərə xeyli neft yığılıb,  

müxtəlif tipli neft yataqları  əmələ  gətirir. 

 

 

14-cü şəkil. Qolvarı neft yatağı 



 

 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin