1-7. Neft bazalarının ümumi xarakteristikası. Neft bazaları neft və neft məhsullarının qəbulu, saxlanılması və paylanması üçün kompleks tikililərdən və müxtəlif qurğulardan ibarətdir.
Özünün miqyasına görə NB-da aparılan əməliyyatlar əsas və köməkçi olmaqla iki hissəyə bölünür. Əsas əməliyyatlara aşağıdakılar daxildir:
1.Dəmiryolu vaqonları, neftdaşıyıcı gəmilər, boru kəmərlərilə, avtomobil və hava yolları ilə (kiçik taralar da daxil edilməklə) NB-a gətirilən neft və neft məhsullarının qəbulu;
2.Çənlərdə və taralarda neft və neft məhsullarının saxlanması;
3.Dəmiryolu, su yolu və boru kəmərlərilə neft və neft məhsullarının böyük həcmdə paylanması;
4.Avtomobil yanacaq doldurma stansiyalarına, paylayıcı qurğulara və taralara neft məhsullarının kiçik həcmdə satışı;
5.Neft məhsullarının kiçik taralara doldurulması;
6.İşlənmiş yağların regenerasiyası.
Köməkçi əməliyyatlara aşağıdakılar aiddir: 1.NM-nın təmizlənməsi;
2.Neft və neft məhsullarını saxlamaq üçün taraların hazırlanması və təmiri;
3.Bəzi növ yağların və soyutma mayelərinin istehsalı;
4.Binaların, qurğuların və texnoloji avadanlıqların təmiri;
5.Enerji mexanizmləri və nəqliyyat vasitələrinin istismarı;
Əsas və köməkçi əməliyyatlar NB-nin həcmindən və onların təsərrüfat fəaliyyətindən asılıdır. Bütün əməliyyatların əlverişli, fasiləsiz və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə NB-in bütün sahəsi yeddi zonada cəmlənir.
I. Dəmiryolu neft yüklərinin əməliyyatları zonası-dəmir yolu ilə daşınan neft və neft məhsullarının böyük həcmdə doldurub-boşaldılması üçün nəzərdə tutulan qurğu və avadanlıqlar aiddir. Bu zonada aşağıdakılar yerləşdirilmişdir:
1.Dəmiryolu magistralına çıxmaq üçün yollar;
2.Doldurma-boşaldılma estakadaları və sahələri;
3.Müxtəlif əməliyyatlar üçün nəzərdə tutulan texoloji boru kəmərləri;
4.Neft və neft məhsullarını nəql etmək üçün estakadayanı nasosxana;
5.Estakada da işləyənlər üçün otaq.
II . Neft yüklərinin su əməliyyatları zamanı – su ilə daşınan neft və neft məhsulların böyük həcmdə doldurulub boşaldılması üçün lazım olan qurğu və avadanlıqlar nəzərdə tutulur. Bu zonada aşağıdakılar yerləşdirilməlidir.
Dəniz yaxud qaz yük kranları;
Nasosxana;
Sahil çənlər parkı;
Texnoloji boru kəmərləri;
Operatorlar otağı.
III. Neft və Neft məhsulların saxlanılması zonasına aşağıdakı qurğu və
avadanlıqlar aiddir:
Çənlər parkı;
Texnoloji boru kəmərləri;
Nasosxana;
Operatorlar otağı.
IV. Neft məhsullarını kiçik partiyalarla avtosisternlərə, konteynerlərə və çəlləklərə buraxmaq üçün nəzərdə tutulan əməliyyat zonası – aşağıdakı qurğu və tikililəri əhatə edir:
Neft məhsullarını avtosisternlərə doldurmaq üçün avtoestakadalar;
Neft məhsullarını çəlləklərə doldurmaq üçün paylayıcılar;
Taralara doldurulmuş neft məhsullarını saxlamaq üçün anbar;
Neft məhsullarının keyfiyyətini yoxlamaq üçün laboratoriya;
Tara anbarı;
Neft məhsulları qaytarılmayan taralara doldurmaq üçün sex;
İşlənilmiş yağların təkrar emalı;
V. Köməkçi qurğular ( tikililər) zonası – Neft bazalarına xidmət etmək üçün
nəzərdə tutulur və aşağıdakı avadanlıqlara malikdir:
Mexaniki emalatxana;
Qazanxana;
Elektrik stansiyaları və yaxud transformator yarımstansiyaları;
Neft və neft məhsulları taraların istehsalı və təmiri sxemi;
Su və santexniki qurğuları üçün nəzərdə tutulan boru kəmərləri;
Materiallar anbarı;
Neft bazaların ehtiyacı üçün nəzərdə tutulan yanacaq anbarı;
Yanğın təhlükəsizliyi xidməti sahələri.
VI. İnzibati təsərrüfat zonasına - aşağıdakılar daxildir:
Neft bazalarının idarəsi;
Yanğın deposu;
Neft bazaların keşikçilərin binası;
Texnikalar üçün qaraj.
VII. Təmizləyici qurğular zonası – ibarətdir:
Neft məhsulların sudan ayırmaq üçün neft tutucuları;
Göl çükdürücüdən qalıq neft məhsulunun toplanması;
Lil sahəsi;
Neft tutucuları üçün nasosxana.
Xüsusi zonada Neft bazaların sahəsindən kənarda yaşayış zonası yerləşir.
8. Neft bazasının təsnifatı. Neft və neft məhsullarının qəbulu, saxlanılması və paylanması ilə məşğul olan NB- i vəzifələrinə görə iki qrupa bölünür: I qrupa daxil olan NB-ı sərbəst müəssisə kimi fəaliyyət göstərir ( məsələn neftin təchizatı ilə məşğul olan NB-ı) .II qrupa aid olan NB-ı sənaye nəqliyyat və digər müəssisələrin tərkibinə daxil olur. I qrupa aid olan NB-ı, neft və neft məhsulların saxlanmasını, nəql olunmasını, bir çəndən digər çənə ötürülməsini, sənayeni, nəqliyyatı və rəng təsərrüfatını neft məhsulları ilə təchiz edir. ( paylayıcı ). I qrup neft bazalarında tezalışan neft məhsulları 2000m3 –dan çox digər yanacaq neft məhsullaır isə 10000m3 – dan çox saxlanılmasına icazə verilir.
II qrupa aid NB-ı isə tərkibinə daxil olduğu müəssisəni NM-ı ilə təchiz edir. Belə NB-ı tezalışan neft məhsulların 2000m3-dən az, yanacaq neft məhsulları isə 10000m3-dən az saxlanılmasına icazə verilir. Neft bazalarında rezervuar parkı həcmindən asılı olaraq neft bazaları 3 kateqoriyaya bölünür.
Kateqoriyaya – həcmi 50000m3-dən çox olan neft bazaları aiddir.
Kateqoriyaya – ümumi həcmi 10000 – 50000m3 arasında olan neft bazaları daxildir.
Kateqoriyaya – ümumi həcmi 10000m3 – dən az olan neft bazaları daxildir.
Bununla bərabər sənaye və müəssisələrin tərkibinə daxil olan neft bazalarda
neft məhsullaırn saxlanması norması, məhsulun xarakteri ilə müəyyənləşdirilir və bütün bunlara görə rezervuarlar seçilir. Çənlərdə və anbarlardakı taralarda saxlanan məhsulun həcminin aşağıdakı miqdarda olmasına icazə verilir:
Neft məhsulun adları
Yeraltı anbarlarda
Yerüstü anbarlarda
Tezalışan NM – üçün ( m3 )
4000
2000
Yanacaq NM- üçün ( m3 )
20000
10000
Yeraltı, yerüstü və tara anbarlarında saxlanılan Neft və neft məhsulların ümumi həcminin norması yuxarıda cədvəldə göstərilən həcmlərdən çox olmamalıdır və eyni zamanda hesabat aparılarkən aşağıdakı norma nəzərə alınmalıdır:
1m3 tezalışan neft məhsulu, 5 m3yanacağa bərabər götürülür; 1 m3 yerüstü anbarda saxlanılan neft məhsulu, 2 m3 yeraltı anbarda saxlanılan neft məhsuluna bərabər götürülür.
Qeyd edək ki, tezalışan neft məhsulu dedikdə, bu neft məhsulu buxarlarının alışma temperaturu 450- dən aşağı, yanacaq neft məhsulları buxarlarının alışma temperaturu isə 450-dən yuxarı olduqda baş verir. Fəaliyyətinə görə neft bazaları (NB) aşrım, paylayıcı və zavod daxili növlərə ayrılır.
Aşrım neft bazaları yük dövriyyəsinin həcminə görə ən böyük hesab olunur. Bu neft bazaları neft və neft məhsullarını qəbul edib lazım olan yerlərə nəql edir.
Paylayıcı neft bazası – neft məhsulları qəbul edir, saxlayır və lazımı yerlərə paylayır.
Zavoddaxili neft bazaları – xam nefti qəbul edir, təmizlənir, qurğulara ötürür və alınan neft məhsulu, yaxud lazım gəldikdə xam neftin özünü lazım olan yerlərə nəql edir.