1 Neft bazalarının ümumi xarakteristikası


Polad çənlərin avadanlıqları



Yüklə 8,16 Mb.
səhifə9/24
tarix13.07.2023
ölçüsü8,16 Mb.
#136521
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
Əmtəə operatoru

22. Polad çənlərin avadanlıqları.
Neft çənlərinin normal və etibarlı istismarını təmin etmək üçün onlar standartın tələblərinə uyğun texnoloji avadanlıqlarla təmin olunurlar. Həmin avadanlıqların tipi və sayı əsasən neft çənlərinin təyinatından və saxlanılan mayenin növübdən asılı olaraq seçilir.
Şaquli silindrik neft çənlərində aşağıdakı avadavlıqlar qoyulur: nəfəsalma və qoruyucu klapanlar; oddan qoruyucu; nəzarət və siqnalizasiya cihazları; yanğına qarşı avadanlıqlar; qızdırıcı avadanlıqlar; qəbul borusu; təmizləyici boru; küləkləmə borusu; giriş qapağı; işıq qapağı və ölçü qapağı.
Horizontal neft çənləri: ilanvari qızdırıcılarla; köpük ötürücülərlə; nərdivanla; qarışdırıcı ilə; səviyyəyə nəzarət edən və siqnalizasiya cihazları ilə; ölçü borusu ilə ölçü qapağı və digər qurğularla təmin olunurlar. Qurğu və avadanlıqların markası, növü, ölçüləri, komplektliyi əsasən çənlərin doldurulma və boşaldılma sürətlərinə, saxlanılan neftin xassələrinə və saxlanılma şəraitinə üyğun olaraq seçilir.
23. Nəfəsalma klapanları
Mexaniki (şəkil 3.14) və hidravliki olur və neft çənlərinin qaz fazasında əlavə və vakuum təzyiqlərini müəyyən edilmiş səviyyədə saxlamq üçündür.
Şəkil3.14. Mexaniki nəfəsalma klapanı – NDKM; 1 - əlavə təzyiq üçün yük;
2 – asqı zənciri; 3 – oddan qoruyucu; 4 – birləşdirici boru; 5 – yəhərli qəbul
borusu; 6 – vakuum üçün yük; 7 və 8 – yuxarı və aşağı membran
Nəfəsalma klapanı neft çəninin qapağında qoyulur. Neft çəninin qaz fazasında təzyiq artanda yüklü 1 birlikdə membran 7 qalxır və artıq buxar-hava qarışığı atmosferə çıxır.Əgər çəndə vakuum əmələ əmələ gələrsə, onda ancaq membran 8 qalxır və çənə hava daxil olur. Əlavə və vakuum təzyqilərinin müəyyən edilmiş qiymətləri 6 və 1 yüklərinin kütlələri ilə nizamlanır. Əksər hallarda mexaniki nəfəsalma klapanlarından başqa hidravliki nəfəsalma klapanı da qoyulur ki, bu sa mexaniki klapan işləmədikdə çənin qəzasız işini təmin edir. Hidravliki nəfəsalma klapananın iş prinsipi çənin qaz fazasında əlavə və vakuum təzyiqkərinin yolveriləbilən qiymətdən böyük olduqda, hidravliki örtkəcin ( maye sütünunun ) sıxışdırılmasına əsaslanır. İstər mexaniki və istərsə də hidravliki nəfəsalma klapanları oddan qoruyucu kassetlərlə təchiz olunduqları üçün neft çəninin içərisinə od və ya qığılcım keçə bilməz.
Neft çənləri üçün nəfəsalma klapanları onların buraxma qabiliyyətlərinə və yolveriləbilən təzyiq düşgülərinə görə seçilirlər.
Çənin doldurulması zamanı nəfəsalma klapanından keçən qazların maksimal sərfi ( Q3 ):

burada,   – çənin doldurulması zamanı neftin maksinal sərfi;
  - ətraf mühitin təsirindən çənin qaz fazasının qızması ilə əlaqədar qazın maksimal sərfi;

β – qazın həcmi genişlənmə əmsalı (  );
K – istilikdəyişmə əmsalı;
∆t – çənin qaz fazasının qızma sürəti ( = 0,0013k/san );
νг– çənin qaz fazasının maksimal həcmi (çənin həcminə bərabər qəbul edilir)
  – çənə qızmış maye ( neft ) vurulan zaman çənin qaz fazasının qızma ilə əlaqədar qazın sərfi;

α – istilikvermə əmsalı;
F - çəndə neft səthinin ( güzgüsünün ) sahəsi;
TH və Tг – çənə vurulan neftin və qaz fazasının müvafiq olaraq temperaturu;
C – istilik tututmu;
R – xüsusi qaz sabiti;
P – çənin qaz fazasının təzyiqi;
qQ – neftdən ayrilan qazların həcmi ( qaz amili ilə müəyyən olunur).
Çəndəki boşaldılması zamanı klapandan keçərək çənə daxil olan havanın sərfi ( Qb m3/san )
Qb = qb + qt .
burada, qb – çəndən boşaldılan neftin məhsuldarlığı;
qt – çənin qaz fəzasının soyuması və buxarın kondensasiyası ilə əlaqədar qazın əlavə sərfi
 
Hesalanmış Q3 və ya Qb –nin ən böyük qiymətlərinə görə tələb olunan nəfəsalma klapanı seçilir. Əgər həmin məhsuldarlıq bir nəfəsalma klapanı ilə ödənilmirsə, onda bir neçə kiçik ölçülü klapan seçilir.
Cədvəl 3.4
NDKM tipli nəfəsalma klapanının texniki xarakteristikası

Klapanın markası

Borunun şərti diametri

Vakuum zamanı buraxma qabiliyyəti,m³/saat

Hündürlüyü,


m

Kütləsi,
kq



400 Pa

1000 Pa

NDKM-150

150

500

900

0.7

43

NDKM-200

200

900

1500

0.7

52

NDKM-250

250

1500

2500

0.8

77

NDKM-300

300

2500

5000

1.0

105




Yüklə 8,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin