9. Neft bazaların tikilməsinin əsasləndırılması Hər hansı bölgədə neft bazalarının tikilməsinin məqsədə uyğunluğu məsələsi, həmin bölgənin sənaye və kənd təsərrüfatının gələcək inkişaf planlarına əsaslanır və texniki – iqtisadi göstəricilərin araşdırılması, təhlili nəticəsində həyata keçirilir. Əsas texniki – iqtisadi göstəricilərə aşağıdakılar aiddir:
Yük dövriyyəsi və neft məhsulunun satış həcmi
Kapital qoyuluşu;
İstismar xərcləri;
Dövriyyə əmsalı;
Əmək məhsuldarlığı;
Kapital qoyuluşunun ödənilməsi müddəti.
Aşırım neft bazasının yük dövriyyəsinin təyini üçün, məhsuldar qüvvələrin daha da səmərəli yerləşməsi və rayonlararası əlaqələrin istiqamətlərini nəzərə almaqla, neft və neft məhsulların nəqlinin və qəbulunun, bir sözlə, mübadilə sxemi əsas götürülür.
Paylayıcı neft bazaların yük dövriyyəsi, bazanın yaxınlığında yerləşən
rayonların neft məhsuluna olan tələbi və neft bazaları vasitəsilə istehlakçıların təchizatı ilə tranzit əlaqələrin nisbətindən asılı təyin edilir. Yük dövriyyəsinin qiyməti, təchizat və təlabatın qeyri bərabərliyinin mövsümdən asılı nəzərə çarpacaq dərəcədə dəyişməsindən asılıdır. Bununla əlaqədar olaraq aylıq yük dövriyyəsini təyin edərkən yük dövriyyəsinin aylıq maksimal və orta qiymətlərinin nisbəti ilə təyin edilən düzləndirici əmsal daxil edilir.
Yük dövriyyəsi təhlil edilərkən ayrı-ayrı neft məhsulların növü aşkar edilir. Bununla neft məhsulların alınması məntəqələri, təlabatçılar və onlara qədər olan məsafələr dəqiqləşdirilir, həmçinin paylanmanın tezliyi, nəqlin növləri, ahəngdarlığı aşkar edilir və nəql olunma sürəti, doldurma-boşaltma əməliyyatlarının müddəti tapılır.
Neft bazasının yük dövriyyəsini və tutumunu bilməklə mövcud böyüdülmüş göstəricilərlə kapital qoyuluşunun həcmi tapılır. Neft bazasının ayrı-ayrı sahələri üçün kapital qoyuluşu təqribən aşağıdakı kimi paylanır:
-RP üçün 20-30%;
-Texnoloji boru kəmərləri üçün 7-10%
-Nasos stansiyası üçün 5-10%
Neft bazasının ümumi gücünun artması ilə (illik, aylıq, sutkalıq yük dövriyyəsi) 1t yük dövriyyəsinin kapital qoyuluşu azalır. 1t neft bazasının satışı ilə təyin edilən istismar xərclərinin cəmi amartizasiya ayırmaları, əmək haqqı, cari təmir xərcləri, yanacaq xərcləri, elektrik enerji xərcləri və s.-dən ibarətdir. Böyüdülmüş göstəricilərlə alınan dəyər, oxşar vəziyyətdə olan neft bazasının daha mütərəqqi layihələri ilə müqayisə edilir.
Maya dəyəri, həmçinin, neft bazasının istehsal və təsərrüfat fəaliyyətinin baş verdiyi konkret iqtisadi şəraiti yaradan xarici şərtlərdən asılıdır.(elektrik enerjisi və yanacağın qiyməti, sifarişçi və istehlakçılardan uzaqlıq, nəqliyyat xərclərinin qiyməti, mövsumarsı təlabatın müddəti və s.).
Dövriyyə əmsalı (k) bütün yük dövriyyəsinin həcminin çənlər parkının həcminə nisbəti kimi təyin edilir. Dövriyyə əmsalının hesabat göstəricisi, oxşar neft bazasının dövriyyə əmsalı ilə yaxud da çənlərin tutumunun dövriyyə sürətinin qiyməti müqayisə edilməlidir. Dövriyyə əmsalının və hesabat dövründəki günlərin sayı məlum olduqda, neft məhsulun saxlanılması müddəti aşağıdakı düsturla təyin edirlər.
Neft bazalarının fəaliyyətinin texniki-iqtisadi göstəricilərindən biri də əmək məhsuldarlığı hesab edilir. Bu göstərici NB-ın bir işçisinin vahid zamandakı yük dövriyyəsinin qiyməti ilə təyin edilir.
Nümunəvi metodikaya əsaslanaraq kapital qoyuluşunun səmərəliyinin hesabatı, kapital qoyuluşunun məbləği, məhsulun maya dəyəri, əlavə kapital qoyuluşunun ödənilməsi müddəti və əmək məhsuldarlığı və s. göstəricilərə əsasən yerinə yetirilir.
Kapital qoyuluşunun iqtisadi səmərəliyinin qiyməti, fəaliyyət göstərən NB-ın yenidən tikilməsi və bərpasına əsasən ayrıca hesablanmalıdır. Bəzi hallarda NB-ın genişləndirilməsi və yenidən qurulması ilə yeni NB-ın tikilməsindən imtina edirlər. Bununla da böyük miqdarda material və kapital ehtiyatlarına qənaət etmək olur. Eyni zamanda qısa müddətdə yeni istehsal sahələrinin istifadəyə verilməsi üçün şərait yaratmaq olur.
Yeni NB-ın tikilməsi o zaman səmərəli olur ki, fəaliyyətdə olan NB-ın genişləndirilməsi və yenidən qurulması ilə müqayisədə yeni NB-a əlavə kapital qoyuluşu, uyğun sənaye sahəsi üçün mövcud olan ödənilmə müddəti normasını keçməsin. NB-ı üçün ödənilmə müddəti onun yük dövriyyəsindən çox asılıdır. Ona görə də NB-ını layihələndirərkən rayonun gələcək inkişafı planı haqqında göstəricilər mütləq nəzərə alınmalıdır.
Beləliklə variantlar seçilir və tikintinin tempi təyin olunur.
Əlavə kapital qoyuluşunun ödənilməsi müddəti, müxtəlif variantlar üçün kapital qoyuluşunun fərqi və maya dəyərinə görə qənaətin miqdarına əsasən yerinə yetirilir.