Partlayıcı maddə kimi əsasən 40 % - li dinamit tətbiq olunur. 1 m3 suxurlara orta hesabla 0, - 2, 7 kq partlayıcı maddə düşür.
Şaxta anbarının hermetikliyi hava ilə P=1,5 Pişçi təzyiq altında 24 saat ərzində sinanmaqla yoxlanılır. Anbarı doldurmazdan əvvəl oradakı havanın məhsulları buxarı və ya qazla sıxışdırmaq lazımdır.
Partlayış metodu ilə tikilən yeraltı anbarlar maye qazları və ya neft məhsulları saxlamaq üçün istifadə edilir. Bu növ anbarların tikilməsi mövcud səyyar qaz dəzgahları ilə diametri 300 – 400 mm olan quyu qazmaqla başlanır. Həmin quyu anbar yaradılacaq layın tavanına qədər qazılır, istismar kəməri buraxılır və sementlənir. Sonra 200 – 250 mm diametrli quyu anbarın mərkəzinə qədər qazılır, su ilə doldurulur, partlayıcı maddə ilə partladılır və sferik formaya yaxın kamera alınır. Partlayış nəticəsində sıxlaşmış kamera alınır. Bu üsul elastik suxurlardan ibarət laylarda çatlar əmələ gəlməsin deyə daha yaxşı nəticə berir. Son zamanlar kameraya partlayıcı maddə və beton məhlulu doldurulur. Partlayış zamanı alınan təzyiq nəticəsində kameranın daxili divarlarında möhkəm beton təbəsi əmələ gəlir.
Şəkil 1. Şaxta tipli yeraltı qaz anbarları. 1 – yer səthi; 2 – nefti vurmaq üçün quyu; 3 – nefti çıxarmaq üçün quyu; 4 – seperator; 5 – deqidator; 6 – maye qazın yerüstü anbarı; 7 – boşaltma – doldurma estakadaları; 8 - nasos; 9 – yeraltı anbar.