(3) Saatlıq qeyri - bərabərlik əmsalı
(4) Burada, qsaat - qazın orta sərfi konkret olaraq hansı saatlar üzrə.
qorta - baxılan sutka üzrə orta qaz sərfidir.
Mövsümi qeyri - bərabərlik həcmini təyin etmək üçün qeyri - bərabərlik əmsallarından istifadə etməklə hesablamaq universal hesab edilir.
Mövsümi qeyri - bərabərlik həcmini hesablamaq üçün bir neçə aşağıda verilmiş düsturlardan istifadə edilir:
Burada, Qil - qazın illik verilməsi, n - ayların sayı olub, orta aylıq qaz sərfidir və il ərzində orta qaz sərfindən az olur.
38. DUZ YATAQLARINDA NEFT – QAZ ANBARLARI. Bu növ anbarlar [81, 82] əsasən qazı, neft məhsullarını, maye qazı saxlamaq üçündür; Neft məhsullarının saxlamaq üçün 20-60m maye qazları saxlamaq üçün 60-800m təbii qazı saxlamaq üçün isə 500-1200 dərinlikdə yatan daş duz laylarında neftqaz anbarlarının yaradılması iqtisadi cəhətdə daha əlverişlidir. Daş duz laylarının qalınlığı 100 m-ə qədər çatır. Daş duzu möhkəmlik həddi: sıxılmaya 25-30 MPa, dartılmaya 1,65 MPa və əyilməyə isə 3,65 MPa-dır. Təcrübələr göstərir ki, daş duz laylarında yaradılmış anbarın ən əlverişli forması sferikdir. Daş duz laylarında anbarın yaradılması, laya qazılmış quyuya su vurmaqla layda duzun yuyulmasına əsaslanır. 20 C temperaturda 1 m3 suda 358 kq-a qədər duz həll olur. Beləliklə, duz layında həcm yaratmaq üçün 6-7 m3 təmiz su tələb olunur. Təcrübi olaraq 1 m3 duzun həcminə 10 m3-ə qədər su sərf olunur çünki suda duzun qatılığı artdıqca, onunduzu yuma müddəti artır. Daş duz laylarında anbar yaratmaq üçün bir neçə üsullar mövcuddur: düzünə əksinə və qarışıq üsullar. Layda sferik formaya yaxın həcm almaq üçün qarışıq yuma üsulu daha səmərəlidir ( şəkil 1). Bu üsulla anbarın həcmi 5000 m3-ə qədər çatır. Burada şəkildən göründüyü kimi diametri 141 mm olan mərkəzi boru kəməri ilə su vurulur, duz məhlulu isə diametri 219 mm olan orta boru kəməri ilə çıxır, diametri 325 mm olan istismar kəməri ilə isə neft məhsulu vurulur ki, anbarın tavan hissəsi uçmasın. Bu qayda duz layının yuyulması prosesi layihə həcmi alınana qədər davam edir. Yuxarıda göstərilən yuma üsulları maye dövranı üsulu adlanır.
Bundan başqa şırnaq üsulu da (şəkil 2) işlənilmişdir. Bu üsulda du yuyulması fırlanan xüsusi başlıqdakı oymaqlardan çıxan yüksək sürətli su şırnağı duz layını həm dağıdır və həm də yuyur.
Şəkil 1. Maye dövranı ilə daş – duz layında