37. QAZIN QEYRİ - BƏRABƏR İŞLƏDİLMƏSİ HƏCMİNİN VƏ QAZIN SAXLANMASINDA AKTİV TUTUMUN TƏYİN EDİLMƏSİ. Magistral qaz kəmərlərində və qaz təchizatı sistemlərində təbii qazdan təyinatına ritmik qarantlı və səmərəli istifadə, həmçinin ehtiyyat - qaz tutumlarının olması gücünün vacib məsələlərindən biridir. Nəzərə alsaq ki, qış aylarında qaza olan tələbat yüksək olduğu üçün ehtiyyat qazın olması və saxlanma şəraiti vacib məsələlərdəndir. Lazımi dərəcədə təbii qazın ehtiyyatda saxlamaq üçün müxtəlif reoloji şərtlər daxilində yeraltı qaz saxlanma anbarlarının yaradılması gündəlik məsələlərdəndir.
Qazdan istifadə strukturu qeyri - bərabərsizlik həcminin yaranmasına həlledici dərəcədə təsir göstərir. Eyni zamanda elektrik stansiyaların və sənayenin ayrı - ayrı hissələrində faktiki qeyri - bərabərsizliyi tənzimləyir. (Bufer həcmi). Ona görə də qaz sərfinin oynaması haqqında dəqiq məlumatın alınması və qazdan istifadə aylıq, illik qrafikin yaradılması və yanacaqdan istifadə rejiminin yaradılması bufer istifadəçiləri tərəfindən yaradılmalıdır.
Qaza olan dəyişən tələbat əsasən çoxillik və mövsümü havanın temperaturunun dəyişməsinə əsaslanır. Bir çox müəssisələrin texnoloji qrafikasının dəyişməsi və insan həyatının gedişatından asılıdır. Qaz təchizatı sisteminin işinə ən çox təsir edən mövsümi dəyişmələridir. Bu dəyişmələrin tənzimlənməsi üçün xüsusi tədbirlər olmadığı üçün bu tənzimlənmə magistral qaz kəmərində işlədilməmiş qazın qalması kəmərin məhsuldarlığını azaldır, (yay mövsümündə), lakin qış mövsümündə qaza olan tələbat artır.
Dəyişikliklər aşağıdakılara görə baş verir:
- sənaye müəssisələrində qazdan istifadə ilin yarısında bərabər olmayan qaydada işlədilməlidir.
- illik elektrostansiyalarında qazın qeyri - bərabər işlədilməsi kommunal - məişət müəssisələrində qazın qeyri - bərabər işlədilməsi.
- qış aylarında qazanxanalarda qaza tələbatın artması.
Ümumi halda qazın qeyri - bərabər işlədilməsi aşağıdakı (1) asılılıqla ifadə olunur:
(1) Burada t - vaxt (zaman), q - isə qazın sərfidir. H(t) funksiyası çox çətin və praktiki olaraq ondan istifadə mümkün deyildir. Ona görə də vaxtın bir neçə intervalında qazın işlədilməsi sərfinin qiyməti olaraq orta qiymətləri götürülür. Ortalama interval çox olarsa, onda qazın qeyri - bərabər işlədilməsi çox güclü tənzimlənir. Qazın işlədilməsinin qeyri - bərabərliyi praktiki olaraq üç növə bölünür:
- aylırq
- sutkalıq
-saatlıq.
Aylılq qazdan istifadənin qeyri - bərabərliyi aylar üzrə il boyu sərfin dəyişməsini xarakterləndirir. Sutkalıq ay ərzində və sutkalar ərzində. Saatlıq sutka ərzində saatlar ərzində. Qazın qeyri - bərabər işlədilməsi miqdar hesabı qeyri - bərabərlik əmsalı ilə ifadə olunur: Aylıq qeyri - bərabərlik aşağıdakı düstur ilə ifadə olunur:
(2)
Burada, t - aydakı günlərin sayı, Qay və Qil - qazın ayda və ildə sərfidir.
Sutkalıq qeyri - bərabərlik əmsalı göstərir ki, hər hansı sutkalıq qaz sərfi neçə dəfə orta aylıq sərfdən az və ya çoxdur.