10. Tikinti üçün NB-ın yerinin seçilməsi və NB-ın yerləşdirilməsi. Neft və neft məhsullarını istehlakçılara çatdırmaq üçün, nəqliyyat xərclərinin minimal cəmə gətirilib çıxarılması qoyulan iqtisadi şərtləri ödəməlidir. NB-ı üçün sahə seçilərkən müəyyən mühəndis, xüsusi geoloji və hidrogeoloji şərtlərin ödənilməsi vacibdir. NB-a ayrılan ərazidə, bazanın ayrı-ayrı obyektləri tikildikdə bu obyektlərlə qonşu tikililər arasındakı məsafələrə riayət edilməlidir.(Cədvəl 2.1)
NB-ın sahəsi ilə qonşu tikililər arasındakı məsafələr
Neft bazasının ərazisi elə seçilməlidir ki, külək neft və neft məhsullarının buxarlarını yaşayış məntəqələrinə və qonşu tikililərə doğru apara bilməsin. Bunun üçün metroloji stansiyanın verdiyi məlumat əsasında rayonun külək axını xəritəsi qurulur. Yanğın zamanı neft və neft məhsullarının ətrafa yayılmasının qarşısı alınmalıdır. Çay yanı neft bazasında bu təhlükəni aradan qaldırmaq üçün, NB-ı yaşayış məntəqələrindən, müəssisə və tikililərdən kənar yəni çayın axarının aşağı hissəsində yerləşdirilir.
Ərazinin seçilməsi zamanı mühüm şərtlərdən biri neft bazası üçün seçilən sahənin nəqliyyat maşurutlarına yaxın olmasıdır.
Sahənin özündə və yaxud onun yaxınlığında təsərrüfat, istehsalat, yanğın əleyhinə olan tələbatları ödəmək məqsədilə, su mənbəyi, enerji təchizatı mənbəsinində olması vacibdir.
Tikililərin dəyərini azaltmaq məqsədilə neft bazaların sahəsinin yaxınlığında inşaat materialları və işçi qüvvəsinin olması mədsədəuyğundur.
Geoloji şərtlərə görə, neft bazasının sahəsini təşkil edən torpaq yerli ( köklü) suxur olması məqsədəuyğundur və 0,1MPa-dan az olmayan xüsusi yükə tab gətirməlidir. Bataqlıq və sulanmış torpaqlar neft bazaları üçün yararsızdır. Bataqlıqda çox bahalı və böyük əmək tələb edən, drenaj işlərini görmək lazımdır, sulanmış torpaqlarda isə ərazinin ətrafında sudan mühafizə bəndləri inşa etmək lazımdır.
Qeyd edək ki, torpaqüstü və torpaqaltı sulanmanı fərqləndirmək lazımdır. Torpaqaltı sulaşma xüsusi təhlükə yaradır. Belə sulaşmaya çeşmələr, bulaqlar və yeraltı qrunt sularının periodik qalxıb enməsi səbəb ola bilər. Qrunt sularının səviyyəsinin kəskin dəyişilməsi onun mövsümündən asılı olur. Yazda qarın əriməsi, yağışların yağması ilə artır, yayda və qışda azalır, payızda isə yenidən artır. Həddindən çox yuxarıda yerləşən qrunt suları aqressiv olmamalı, onların sürəti kiçik olmalıdır, əks halda torpaq yumşalır və yaxud sürüşmələr baş verə bilər.
Neft bazaları üçün ərazini seçərkən, son qərarı qəbul edərkən, tikinti nəzərdə tutulan rayonda xəritə üzərində bir neçə variant qeyd edilir. Sonra isə nəzərdə tutulan ərazilərə axtarış qrupları göndərilir. Belə qrupların tərkibi aşağıdakı kimi olmalıdır. Qrup rəisi, mühəndis-geoloq yaxud mühəndis-hidrogeoloq, inşaatçı-mühəndis, geodezçi-texnik, kəşfiyyat işlərinin və topoqrafik şəkilləri çəkmək üçün işçi və s. texnik mühəndis mütəxəsislərdən ibarət olmalıdır.
Axtarış qrupları xəritədə qeyd edilmiş sahələrdə axtarış işləri aparır. NB-ı layihələnəcək və tikiləcək sahəni müəyyənləşdirir, müvafiq idarə və təşkilatlarla razılaşıb, NB-ı üçün sahənin ayrılmasına nail olurlar.
Ayrılmış sahə bir neçə sərhəd dirəkləri vasitəsilə qeyd edilir. Sonra isə sxematik vəziyyət planı tərtib edilir. Bu planda sahənin dəmir yolu və başqa obyektlərlə əlaqələndirilməsi göstərilir. Sahənin ayrılması haqqında qabaqcadan akt təsdiq edilir.
11. NB-ın baş planı.
NB-ın baş planı – tikinti üçün ayrılmış ərazidə, ayrı-ayrı obyektlərin yerləşdirilməsinin təyin edilməsini göstərir. NB-ın baş planı, bütün yerli şəraiti nəzərdə tutmaqla tərtib edilir. Bu şərtlər aşağıdakılardır: yerin relyefi, geoloji, hidrogeoloji xüsusiyyətləri, meteroloji şərtlər, neft məhsullarının nomenklaturası və istismarın bəzi xüsusi şərtləri (yanğın əleyhinə, sanitar, nəqlolunma və s.)
Baş planı işləmək üçün topoqrafik xəritədə əsas olaraq horizontallarla işləyib, vəziyyət planı hazırlayırlar. Dəmir və avtomobil yolları, mühəndis şəbəkələrilə (teleqraf, telefon, su kəməri, kanalizasiya, elektrik xətti və s) olan vəziyyət planının köməyi ilə NB-ı nəqliyyat magistralları və rayonun müvafiq yerlərinə əlaqələndirirlər. Dəmir yolu dalanlarının kiçik olması və magistrala əlverişli birləşməsi ilə bərabər, zəruri əyrilik radisuna malik olmalıdır. Şəbəkələrlə əlaqələndirildikdən sonra bütün tikili və qurğuları yeddi zonada yerləşdirirlər.Ayrı-ayrı obyektlər arasındakı məsafələr cədvəl 1.1-ə əsasən qəbul edilir. Saxlanma zonası yanğın nöqtəyi-nəzərindən təhlükəli olduğundan, zonaya çox məhdud dairədə olan adamların daxil olmasına icazə verilir.
Əməliyyat zonasını çıxışa və girişə yaxın yerdə yerləşdirmək lazımdır ki, istehlakçılar bazanın ərazisində çox ləngiməsinlər. I və II kateqoriyalı NB-da əməliyyat zonası üçün, hasara alınmış və ümumi yola, ayrıca girişə 2 malik olan sahə ayrılır. Köməkçi texniki 3 zonasının obyektini başqa zonalardan ayırırlar, belə ki, həmin zonada yanğın təhlükəsi var. Lakin bu zona ilə digər zonaların qarşılıqlı istehsal əlaqələri saxlanılır.
Təmizləyici qurğular zonası - ərazinin səviyyəcə aşağı hissəsində yerləşdirilir ki, yağış suları və sənaye axıntıları öz axını ilə neft tutucularına daxil ola bilsin.
Zonaların daxilində obyektləri işığın istiqaməti üzrə istiqamətləndirmək çox vacibdir. Burada küləyin istiqaməti nəzərə alınmalıdır. 3 və bu qəbildan olan obyektlər hansı ki, od ilə iş görürlər, onları elə yerləşdirmək lazımdır ki, tüstü və qığılcım küləyin təsirindən çənlər parkına, paylayıcı qurğulara, dəmir yolu dalanına doğru keçməsin.
Zonaları və ayrı-ayrı qurğuları quraşdırarkən çalışmaq lazımdır ki, texnoloji boru kəməri və mühəndis şəbəkələrinin uzunluğu mümkün qədər kiçik olsun.
Neft bazasın obyektlərinin yerləşdirilməsi onun bütün ərazisinin horizontal planlaşdırılmasından sonra aparılmalıdır.
Baş planda bütün bina və tikililərin qabarit ölçüsü və bucaqlardan birinin koordinatı olmalıdır.
Neft bazaların sahəsinin şaquli planlaşdırılması, aşağıdakı tələbləri nəzərə almaqla yerinə yetirilir:
Nasosların sorma rejimləri üçün normal şəraitin yaradılması;
Mümkün qədər boşaldılma və dəmir yolu sisternalarının, avtosisternlərin, taraların doldurulmasının təmin olunması ( öz axın sistemi ilə );
Boru kəmərləri şəbəkəsi rejimdən asılı olaraq quraşdırılır ( öz axın sistemi üçün ).
12. Texnoloji layihələndirilmənin norması və neft bazasının