Tələbə: Xəlilova Gülayə Fakültə: İbtidai Təhsil İxtisas: İbtidai sinif müəllimliyi Qrup: 2210b kurs: II müəllim



Yüklə 214,61 Kb.
tarix01.12.2022
ölçüsü214,61 Kb.
#71769
Gülayə sahibkarlıq



AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Tələbə: Xəlilova Gülayə
Fakültə: İbtidai Təhsil
İxtisas: İbtidai sinif müəllimliyi
Qrup: 2210B
Kurs: II
Müəllim: Qasımova Nuridə
Fənn: Sahibkarlığın əsasları və biznesə giriş
Mövzu: İnfrastruktur və onun təsnifatı: istehsal, sosial, bazar infrastrukturu


Baku-2022
İnfrastruktur termini son dövrlərdə Azərbaycan dilində vətəndaşlıq hüququ almış sözlərdən biridir. Bu sözlərdən ilk dəfə XX əsrin əvvəllərində Avropada hərb elmində istifadə edilmişdir. «İnfrastruktur» məhfumu latın sözləri olan infra - aşağı, altında və struktur-tikili, yerləşmə əmələ gəlmişdir. Bu sözdən geniş istifadə edilməsinə baxmayaraq, onun vahid qəbul olunmuş izahı yoxdur. Bəzilərinə görə o, istehsala və əhaliyə xidmət etmək, qulluq göstərmək vəzifəsini yerinə yetirən xidmət sahəsi hesab edilir. Digərləri onu yalnız sənayeyə xidmət sahəsi hesab edirlər. Başqalarına görə isə cəmiyyətin həyat fəaliyyətinə şərait yaradan sahələrin məcmusu hesab edilir.
Fikrimizcə, infrastruktur-əsas məqsədə çatmaq üçün xidmət edən müxtəlif sahələrin, firmaların, təşkilatların, ümumiyyətlə müxtəlif hüquqi və fiziki subyektlərin məcmusudur. İnfrastruktur hər bir sistemin istər iqtisadi, istər siyasi, istər hərbi və s. sistemlərinin zəruri tərkib hissəsidir. О bu sistemlərin vəzifələrinin yerinə yetirilməsini təmin edən müxtəlif hissələrin məcmusudur. İnfrastruktur sahələrinin yaradılması da ictimai əmək bölgüsünün meydana gəlməsi və onun getdikcə genişlənməsi və dərinləşməsilə əlaqədardır . İqtisadi ədəbiyyatda infrastrukturun üç növüistehsal, sosialvə bazarinfrastrukturu tədqiq edilir. İstehsal infrastrukturu məhsul və xidmətlərin istehsalı prosesinə xidmət edir. İstehsal infrastrukturunun elementləri məhsul istehsalında iştirak etmir, istehsalın reallaşdırılması üçün zəruri şərait yaradır. Bu elementlərə nəqliyyat, rabitə, anbarlar, elevatorlar, elektrik ötürücüləri, transformatorlar və s. aiddir. Sosial infrastrukturisə cəmiyyət üzvlərinin sosial inkişafına xidmət edir. Buraya təhsil, səhiyyə, sosial təminat, əhaliyə xidmət edən nəqliyyat və rabitə sahələri, məişət xidməti müəssisələri və s. aiddir. Bazarın müxtəlif subyektləri arasında uzunmüddətli, kompleks və cürbəcür qarşılıqlı təsirləri təmin edən nəticə etibarı ilə tamamlayıcı fəaliyyət göstərən 8 infrastrukturun köməyi ilə səmərəli bazar iqtisadiyyatını yaratmaq mümkündür. «İnfraquluşu» sözü latıncadan tərcümədə «tikilinin hüdudlarından kənarda» mənasını daşıyır. «Bazar infrastrukturu» adı altında bazar iqtisadiyyatının fəaliyyətinin şərtlərini təmin edən alətlərin, proseslərin, forma və üsulların məcmusu başa düşülür. İnfraqruluşunu kompleks xarakteri, tərkib elementlərinin fəaliyyətindəki fərqlər təsdiq edir ki, «ümumi şərtlər» altında adətən, ilk növbədə maddi-əşyavi şərtlər nəzərdə tutulmalıdır. Çox zaman bu şərtlərə təkrar istehsal prosesini təmin edilməsi üçün yaradılmış, bütövlükdə fəaliyət göstərən təşkilatı münasibətləri aid edirlər. «Ümumi şərtlərin»-in şərhi bununla məhdudlaşmır. Dar mənada, ümumi şərtlər məhsuldar qüvvələrin özünün bilavasitə inkişafı ilə yaradılır və onlara daxil olan sahə qrupplarının, ilk növbədə, nəqliyyat və rabitənin vəziyyəti ilə müəyyən edilir. Geniş mənada, həmin ümumi şərtlərə həmçinin, təbiət, əmək ehtiyatlar və texniki mədəniyyət də daxil edilir.
Bu manufaktura və iri maşın sənayesinin istehsalının inkişafı dövründə verilmiş amillərin limitlənməmək, yəni hədd qoyulmamaq xarakteri ilə əsaslandırılır, Çünki onların təkrar istehsalını saxlamaq, mühafizə etmək müəyyən səviyyədə ümumi şərt kimi ayrılır, onu sosial cəhətdən təşkil etmək və inkişaf etdirmək tələb olunur. Bu şərhlər bir-birini tamamlayır. Onlar ümumi şərtlərə mühüm səciyyəvi xüsusiyyətlər-intensiv tipli təkrar istehsalın genişlənməsi üçün vahid təməl (platforma) yaratmaq imkanı verirlər. Səmərəli inkişaf edən infraquruluşu sənayenin fəaliyyəti və yerləşdirilməsində müsbət təsir xarakterinə malikdir və çox zaman iqtisadiyyat üçün yaradıcı və islahatçı amili rolunda çıxış edir. Bazar infraquruluşu özlüyündə bazar iqtisadiyyatı subyektinin faydalı işləməsini, eləcə də müəyyən bazar məkanında onların birliyini və qarşılıqlı təsirini təmin olunmasının fəaliyyət növlərinin məcmusunu ifadə edir. İnfrastruktur öz təbiətinə görə ikili xarakter daşıyır. O. müəyyən əmək prosesini əks etdirir və bu sferaya kapital qoyuluşu yolu ilə dəyəri artırır. İnfrastrukturun əsas əlamətləri və meyarlar keyfiyyətində hər şeydən əvvəl onu seçillər ki, infrastrukturun istehsal fəaliyyəti məhsulun yeni, təbii-maddi formasını yaratmır, yalnız artıq hazırlanmış, 9 istehsal edilmiş məhsulun dəyərini artırır. İnfrastruktur sferasında istehsal prosesi səmərəli effekt işlətməsindən ayrılmazdır. Daşınma, saxlanma, qorunma və informasiyanın ötürülməsi prosesləri formasında çıxış edən infrastruktur məhsulları qorunmur və ya qablaşdırılmır (saxlanılmır). İnfrastrukturun təminatı prosesini müxtəlif növ kommunikasiyaların məcmuyu kimi təsvir etmək olar. İnfrastrukturu bu şəkildə xarakterizə etmək imkan verir ki, aşağıdakı fikri qəti surətdə açıqlayaq: infrastruktur fəaliyyətinin məhsulu xidmətdən başqa şey deyildir. Çünki xidmət-əməyi məhsuldar və burada faydalı effekt (səmərə) maddi formada deyil, fəaliyyət növü formasından çıxış edir. Fəaliyyət növü insana və ya cismə (əşyaya) yönəldilə bilər və bu zaman xidmət prosesi kommunikasiyadan başqa bir şey ola bilməz. Belə olan halda kommunikasiya obyektlərinin nə olması vacib sayılır: əşyalar, kapital,əmək, informasiya və s.
Kommunikasiyanın növləri üzrə maddi, maliyyə, insanlar dəstəsi və s. kimi növlər fərqləndirirlər. Bəzi iqtisadi ədəbiyyatda ayrı-ayrı sahələrin - nəqliyyat, rabitə, təhsil, səhiyyə sahələrinin infrastrukturları da müstəqil olaraq nəzərdən keçirilir.Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Avropa standartlarına uyğun olaraq hazırladığı milli təsnifata görə infrastrukturmüxtəlif sahələrə ayrılır.
Milli təsnifata görə infrastruktur aşağıdakı sahələrə ayrılır İnfrastrukturun sahələri Tikinti Səhiyyə və sosial xidmətlər Digər kommunal, sosial və şəxsi xidmətlər Mehmanxana və restoran xidmətləri Nəqliyyat, rabitə və anbartəsərrüfatı Daşınmaz əmlakla bağlı xidmətlər o cümlədən mənzil tikintisi və alqı-satqısı Təhsil Maliyyə-kredit xidməti Dövlət idarəetmə və müdafiə Ev təsərrüfatı üzrə xidmətlər Göstərilən rəsmi bölgüdən əlavə infrastrukturun tərkibinə həm də ən vacib xidməti əhəmiyyət kəsb edən elektrik enerjisi, qaz və suyun istehsalı və paylanmasıdaxil edilmişdir. Bu yeni kompleks istehsal infrastrukturu elektrik enerjisi, qaz, buxar (istisu) və suyun istehsalını, təmizlənməsini, boru kəmərləri, elektrik xətləri vasitəsilə nəql olunmasını, ötürücü və bölüşdürücü stansiyalar vasitəsilə istehlakçılara verilməsini təmin edən mürəkkəb sənaye-istehsal fondlarından təşkil olunub, ölkə və regionların inkişafında güclü amilə çevrilmişdir. [6, 834]. İqtisadiyyatın infrastruktur komplekslərinin müasir anlayışı özündə bir sıra mühüm blokları cəmləşdirir ki, onlar da xalq təsərrüfatının fəaliyyətinin səmərəliliyini müəyyən edirlər. Həmin blokların tərkibinə istehsal, sosial icra institutları (orqanları) blokları daxildir. Bunlardan başqa iqtisadi, ş əxsi və sosial blokları da nəzərə almaq lazımdır. Bazar infrastrukturunu sosial-iqtisadi məzmununa görə iki təsnifat əlamətlərinə ayırmaq olar. Birincisi, müxtəlif sferalara və sosial-iqtisadi fəaliyyət istiqamətlərindəki xidmətləri təmin edən infrastrukturdur. Bu istehsal, sosial və idarəetmə sahələri, quruluşunun məcmusudur. İkincisi, bazarın ayrı-ayrı sektorlarına xidmətləri təmin edən infrastrukturdur.
Bazar infrastrukturu - bu milli iqtisadiyyatın vahidləri məcmusudur, onların fəaliyyət göstərməsi bazarın və onun inkişafının normal fəaliyyətinin təmin olunmasına yönəldilib. O, iqtisadiyyatın müxtəlif sahələrinin fəaliyyətini təmin edən müxtəlif idarə və təşkilatlarınməcmusu kimi özünü göstərir. Bazar infrastruktutu elementləri Bazar infrastrukturu aşağıdakı elementlərdən ibarətdir: Yarmarkalar Birjalar Bank və qeyri-bank müəssisələri Auksion və sığorta şirkətləri Reklam və marketinq firmaları 11 Bazar infrastrukturlarının təsnifatında göstərilən digər komponentlərin də, şübhəsiz, bazar iqtisadiyyatının təkamülü üçün əhəmiyyəti və rolu böyükdür. Bütün bunları birləşdirən əsas cəhət odur ki, onlar bazar sisteminin normal fəaliyyətinin təmin olunmasına xidmət edirlər. Beləliklə, bazar infrastrukturları kompleksi sivilizasiyalı bazar iqtisadiyyatının mahiyyətininin açıqlanmasında mühüm əhəmiyyət kəsb edir. İnfrastrukturun inkişafı sayəsində yeni şərtlər yaranır kı,onlar bilavasitə istehsal proseslərini (maddi-texniki təchizat və maddi məhsulların istehlakı, informasiyanın toplanması emalı, mühasibat xidmətləri, texnoloji idarəetmə məsələləri) təmin edilir. İşçi qüvvələrinin təkrar istehsal sahələrində də yeni şəraitlər yaradılır. İşçi ѵə qulluqçuların sağlamlığını qorumaq, onların təhsili ѵə peşə hazırlığı, istirahətlərinin təşkili istehsalat prosesləri üçün mühüm öhdəliklərdəndir. Nahayət ki, mikro ѵə makro nisbətin tarazlaşdırılmasını təmin edəcək yeni şərtlər yaranır. Bununla əlaqədar infrastruktur aşağıdakı komplekslərinə görə fərqlənir. İstehsalat infrastrukturu. Bu istehsal proseslərindən kanar şərtləri bilavasitə təmin edən sahələr kompleksidir. Buraya yük nəqliyyatı, topdan satış ticarəti, elektrik, qaz ѵə su təchizatı, anbar təsərrüfatı, rabitə, informasiya xidməti (informasiyanın emalı, proqram təminatı, verilənlər bazasının xidmətləri) daxildir. Bu infrastruktura həm də aşağıdakıları daxil etmək lazımdır: reklam ѵə marketinq xidmətləri, icarə və lizinq məsləhətxana və məsləhətçi xidmətləri, (idarəetmə, investisiya siyasəti və s. üzrə məsələlər də məsləhətləşmələr); mühəndis-məsləhət və layihə xidmətləri sferası, işçi qüvvəsinin müvəqqəti təminatı üzrə sferalar və s. ixtisaslaşdırılmış marketinq firmaları, xüsusi və ya qarışıq (dövlətin iştirakı ilə) müəssisələr mövcuddur. Onlar bazarın xüsusi tədqiqatlarını aparmaqla məşğul olur, müxtəlif məlumat kitabçaları, icmal və xülasələri hazırlayır və çap edirlər.
İstehsal infrastruktur sahələri aşağıdakılardan ibarətdir:
1. Təbii ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi.
2. İstehsalın maddi-texniki təminatı.
3. Məlumatların verilməsi və qəbulu.
Məhsulların iştirakında iştirak etməyən, ancaq ona köməklik edən obyektlər.
Sosial infrastruktur - işçi qüvvəsinin təkrar istehsalı ilə bağlı olan sahələr kompleksidir. Bu səhiyyə, təhsil, pərakəndə satış, sərnişin nəqliyyatı, mənzil kommunal təsərrüfatı mədəni istirahət və əyləncələrin təşkili sferaları, ictimai iaşə, ev və ailə təsərrüfatı üzrə xidmətlər, incəsənət, idman, bədən tərbiyəsi sferaları və s. deməkdir. Ancaq bu infrastruktur bloku haqqında daha tam və geniş məlumat onu sosial-məişət infrastrukturu kimi təsvir etdikdə alınır.
Əhalinin normal həyat fəaliyyəti və yerləşdirilməsi üçün maddi, mədəni-məişət şəraitini təmin edən sahələrin və yarımsahələrin məcmuyu məhz bu infrastrukturun məzmununu təşkil edir. Bir halda ki, bu şərtlərin praktiki realizəsi xidmət və mənəvi xoşbəxtliyi, səadəti ifadə edir, onda sosial-məişət infrastrukturunu həm də xidmətlərin və mənəvi rifahın istehsal sferası adlandırırlar. Sahələr üzrə təsnifatın bu infrastruktur xalq təhsili, səhiyyə, idman və bədən tərbiyəsi, mədəniyyət və incəsənət, pərakəndə satış və ictimai iaşə, mənzil-kommunal təsərrüfatı, məişət xidmətləri, sərnişin nəqliyyatı rabitə və s. kimi əhaliyə xidmət sahələrini özündə birləşdirir. Sosial infrastruktur milli iqtisadiyyatda aşağıdakı funksiyaları yerinə yetirir:
Təsərrüfat subyektlərinin əməkdaşlarının həyat fəaliyyətinin normal şəraitinin təmin edilməsi;
İstehsal prosesi üçün zəruri olan əmək məhsuldarlığınıntəmin olunması;
Əmək qabilliyyətli yaşın artırılması;
Böyüməkdə olan nəslin formalaşması. Bu gün sosial infrastrukturun əhəmiyyəti getdikcə dəyişirək daha çox əhəmiyyət kəsb edir. Milli iqtisadiyyatın iqtisadi artım istiqamətlərinin əhalinin yaşayış keyfiyyətinin artırılması istiqamətindəyerdəyişməsi bu sahəyə investisiyaların qoyulmasının həcminin artmasına səbəb olur. Məişət infrastrukturu əhalinin həyat və fəaliyyəti üçün mənzil-məişət şəraitini yaradır. Bu infrastruktura aiddir: ictimai iaşə, mənzil-kommunal təsərrüfatı, məişət xidmət sərnişin nəqliyyatı, əhaliyə xidmət üzrə rabitə. İnfrastrukturun bu sahəsi hər şeydən çox maddi istehsalın inkişaf səviyyələrindən asılıdır və sosial infrastrukturdan 13 fərqli olaraq üstün münasibətlərinin təsirinə daha az məruz qalır.Onun inkişafa sürətləndirilməsinə həm də müasir elmi-texniki inqilabın nailiyyətləri təkan verir. Bu ticarət və ictimai iaşənin, rabitə və sərnişin nəqliyyatı vasitələrinin, əhaliyə məişət xidməti və mənzil-kommunal təsərrüfatının inkişafından əyani görünür. Qeyd edək ki, bu sadalanan amillər, ilk növbədə, məişətin inkişafı və formalaşmasına imkan yaratmalıdırlar. İdarəçilik (idarəetmə institutları, orqanları) infrastrukturu özündə iqtisadiyyatın makroiqtisadi tənzimlənməsini həyata keçirən sahələr kompleksini və fəaliyyət sferasını əhatə edir. Onun vəzifəsi milli təsərrüfatlarda makroiqtisadi inkişafın optimal nisbətlərini lazımi səviyyədə saxlamağı təmin etməkdir. Bu sferaya aiddir, dövlət iqtisadi tənzimləmə orqanları, maliyyə-kredit sferası, bölgə, region və iqtisadi rayonların xalq təsərrüfatlarının idarə edilməsini təmin edən təşkilatlar və idarələr. İnfrastruktur iqtisadiyyatı istiqamətləndirən və tənzimləyən təşkilatlardan, hesablama mərkəzlərindən və maliyyə-kredit sistemləri idarələrindən təşkil olunaraq formalaşır. Bu infrastrukturun fərqləndirici cəhəti odur ki, o müstəqil sahə və ya yarımsahə keyfiyyətində çıxış etmir. İdarəedici yarımsistemi rolunda digər sahələrə xidmət edir. İctimai təkrar istehsal sistemində icra etdiyi idarəetmə funksiyalarının səviyyəsinə görə bu infrastruktur müxtəlif səviyyələrdə idarəçilik institutlarını əhatə edir, cəmiyyətin, regionun, sahənin, istehsalatın və s. Bütövlükdə idarəetmə institutları infrastrukturu özlüyündə olduqca mürəkkəb olan müxtəlif sistemləri, ancaq öz aralarında sıx bağlanmış elementləri birləşdirir. Onun idarələrinin bir hissəsi bilavasitə təkrar istehsal prosesini idarə edir və bu mənada, ictimai istehsalın idarəetmə subyekti olur. Digər hissəsi isə dövriyyə sferasına qulluq edir. Məsələn, maliyyə-kredit, idarəetmə və bank sistemlərinə xidməti, nümunə göstərmək olar.
Hər yarımqrupda idarəetmə (idarəçilik) münasibətləri bazis xarakteri daşıyır, çünki onlar özündə istehsal, bölgü, mübadilə istehlak sferalarında əmələ gələn istehsal münasibətlərinin müəyyən anlarını əks etdirirlər. Bazarın müxtəlif sektorlarına xidmətlərin təminatı əlamətinə görə təsnifata ayrılmış bazar infrastrukturunu iki blokla təqdim etmək olar. Birincisi, bazarın konkret sektorunun xidmətlərini həyata keçirən blok. İkincisi, bütövlükdə bütün bazar təsərrüfatlarına xidmət göstərən, fəaliyyətini bazarın maliyyə sektorunda həyata keçirən infrastruktur bloku. Birinci təsnifat qrupuna daxil olan infrastruktur subyektlərinin xidmətləri-istehsal vasitələri bazarını, əmək bazarına, torpaq bazarını əmtəə və xidmətlər bazarını tənzimləməyə yönəldilir. İndi isə infrastrukturun bu birinci qrupunun əsas elementlərinin fəaliyyətini ətraflı araşdıraq. Bütövlükdə bazar haqqında informasiyanın (və ya iqtisadi-maliyyə informasiyasının) toplanması, ümumiləşdirilməsi, təhlili və istehlakçıya təqdim olunması bazarda informasiya və analitik-informasiya fəaliyyəti ilə məşğul olan iqtisadi subyektlərin vasitəsilə həyata keçirilir.Analitik-informasiya fəaliyyəti bazarda «şəffaflığı» təmin edir və onun iştirakçılarına düzgün, obyektiv məlumatları təqdim edir. Qeyd etmək lazımdır ki, infrastruktur sahələrini aşkarlamaq və onu istehsalın xidmətedicisi kimi qiymətləndirmək vacibdir. İnfrastruktur sahələrinin bu cür təsnifatı, onun formalaşmasını təmin edir. İnfrastrukturanı belə təsnifləşdirmək olar: Bazar münasibətlərinin formalaşdırılmasının başa çatdığı bir dövrdə infrastruktur sahələrinin ən vacib hissəsini özündə əks etdirən sosial infrastruktur sayılır. İndiki bazar iqtisadiyatı şəraitində sosial infrastruktur inkişaf etdirilməsi və tənzimlənməsi Azərbaycanın təbii iqlim şəraitinə, adət-ənənələrinə uyğun şəkildə reallaşdırmalıdır. Məlum olduğu kimi, torpaqlarımızın 20%-i müvəqqəti olsa da, düşmənlərimiz tərəfindən işğal olunub. Bu səbəbdən öz ata-baba torpaqlarından məcbur şəkildə qovulan qaçqın və məcburi köçkünlərin sayı bir milyonu keçmişdir. Dözülməz təcavüz nəticəsində müharibə zonasında Ağdam, Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər kimi iri ərazilərimiz düşmən tərəfindən işğal olunub, həm sosial, həmdəki istehsal xarakterinə məxsus infrastruktur obyektləri talan edilərək dağıdılıb. Bunula belə, işğal olunmuş ərazidə 600-dən artıq yaşayış məntəqələri, 4 mindən artıq müxtəlif istiqamətli kənd təsərrüfatına aid olan obyektlər, sənayə sferasına məxsus müəssisələr, ümumi sahələri 6 milyon kvadrat metrdən artıq olan 80 min yaşayış yerləri və 2 mindən çox həm sosial, həmdəki mədəni xarakterə malik obyektlər, o cümlədən, 490 orta təhsil müəssisələri, 151 məktəbə kimi təlim tərbiyəylə bağlı bağçalar, 200 tibbi müəssisələr darmadağın edilmişdir. Aparılan tətqiqatlara əsasən, qaçqınlara 3,5-4 milyard ABŞ dolları civarında maddi zərər dəymişdir. Bunula belə qarət edilmiş, sosial infrastruktur sahələrinin yenidən tikilməsinə və təkmilləşdirilmsinə iri həcmdə investisiya qoyulması tələb olunur, elə bu səbəbdən müasir dövrümüzün əsas çatışmamazlıqlarından biri də sosial infrastrukturun inkişafının yenidən formalaşmasıdır. İnfrastruktur kateqoriyasının məzmunu ərazinin sosial-iqtisadi inkişafının öyrənilməsinə elmi yanaşmanın əsasını təşkil edən
―ərazinin öyrənilməsi‖ anlayışını genişləndirir və zənginləşdirir.
―Təsərrüfatın təbii metainfrastrukturu‖ anlayışını ayırmaq məqsədə uyğundur. Bu anlayış müəyyən ərazidə təsərrüfatçılığın istehsal gücünü və təbii şəraiti birləşdirir. Təsərüfatın inkişafının belə fundamental tərkib hissəsini yerli ənənələrdə və həyat tərzində formalaşan ərazidə yaşayan əhalinin mədəni və təsərrüfat bacarıq və adətlərin məcmusunu təşkil edən etnopsixoloji infrastruktur kimi görməməzlikdən gəlmək olmaz. Onlar sakinlərin əksəriyyəti üçün xarakterik olan əməyin keyfiyyəti, intensivliyi və intizamında, istehsal prosesində qarşılıqlı fəaliyyət göstərmək bacarığında, elmi-texniki prosesin nailiyyətlərinə həssaslığında, bunun nəticəsində isə əməyin məhsuldarlığında və ona məxsus dinamiklikdə özünü göstərir. Etnopsixoloji infrastruktur yüksək inertliyi və mövcudərazi fərqləri ilə fərqlənir. Onun geri qalması iqtisadiyyata texnoloji yeniliklərin daxil edilməsini tormozlayır, iqtisadiyyatın inkişaf və yerləşmə effektivliyinə mənfi təsir edir. İnfrastruktur planlaşdırmada və idarəetmədə sistem, sahələrarası və rayonlararası funksiyaları yerinə yetirir. İqtisadçı-coğrafiyaçıların və regional iqtisadçıların fikrincə, infrastruktur mühəndis-texniki tikintilərin və obyektlərin məcmusudur, mövcud ərazidə istehsal prosesinin həyata keçirilməsinin vacib şərti və məhsuldar qüvvələrinin ərazi təşkilinin faktoru hesab olunur. İnfrastrukturun belə dar şərhi təhlili asanlaşdırır, ancaq bu keyfiyyət kateqoriyalarını öyrəndikdə kifayət etmir: iqtisadi dövriyyənin sürəti, etibarlılığı və fasiləsizlizliyi, bütövlükdə təsərrüfatın ərazi strukturunun formalaşmasında və inkişafında infrastrukturun inteqrasiya rolu. Bu hallarda infrastrukturun keyfiyyətkəmiyyət kompleks təhlili vacib hesab olunur. İnfrastrukturun dar şərhi əsas fondların məcmusu kimi kifayət etmir və təkrar istehsal prosesi nöqteyi-nəzərindən fasiləsizliyi və ardıcıllığı bir çox aspektdə infrastruktur tərəfindən təmin edilir. İnfrastrukturun məzmunun geniş şərhində ona fondların (―aktiv‖ və ―passiv‖) və fəaliyyətin vahidliyi kimi baxılır, infrastruktur proseslərinin fasiləsizliyinin və ardıcıllığının əsas xətti, rayonları və ölkəni əhatə edən infrastruktur sistemlərinin yaradılması və təkmilləşdirilməsi qorunub saxlanılır. İnfrastruktur sahələrinin ―məhsulu‖ infrastruktur sferasının xidmətləridir. İnfrastruktur bütövlükdə təşkil olunmamışdır. İnfrastruktur fəaliyyətinin çox hissəsi hələ də maddi istehsalın demək olar ki, bütün sahələrində istehsal edilir. Məhsuldar qüvvələrin inkişafı ilə və istehsal münasibətlərinin təkmilləşdirilməsi ilə ictimai əmək bölgüsü dərinləşir və infrastruktur fəaliyyəti ixtisaslaşdırılmış sahələrləməhdudlaşır. Bunlarla yanaşı, təşkilati formalaşmış nəqliyyat, rabitə, maddi texniki təchizat kimi infrastruktur sahələrlə yanaşı yeni sahələr də ayrılacaqdır. Eyni zamanda bu tendesiyadan infrastruktur sahələri onlar üçün spesifik olmayan bir sıra fəaliyyət növlərindən də azad ola bilərlər. Deməli, infrastrukturun öyrənilməsinə regional coğrafi yanaşmanın istinad nöqtələri bütöv sistem kimi istehsal infrastrukturu, bir tərəfdən də infrastruktur sahəsində real vəziyyətin daha çox əks olunması haqqında hipotez olmalıdır. İctimai əmək bölgüsü infrastrukturun formalaşmasının ilkin şərtidir. Öz növbəsində, o müəssisələrin, rayonların və ölkələrin arasında əmək bölgüsünün həlledici şərtinə çevrilir. Ölkələr və rayonlar nə qədər inkişaf edərsə, infrastrukturun iqtisadi inkişafına adekvatehtiyac bir o qədər böyük olur. İstehsal infrastrukturunun məzmununu konkretləşdirərək, müəlliflərin əksəriyyəti onun belə struktur bölmələrinə ayırır:
Elektrik vəistilik enerjisi istehsalı və avadanlığının ötürülməsi üçün müəssisə;
Nəqliyyat;
Kommunal əlaqə;
Maddi-texniki təchizat;
Su təchizatı üzrə müəssisələr və avadanlıqlar;
Su ehtiyatlarının tənzimlənməsi üzrə qurğu (dambalar, bəndlər, irriqasiya sistemləri
Yüklə 214,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin