XIX əsrboyu linqvistlər dillərin müqayisəli və tarixi baxımdan öyrənilməsi üçün silsilə metod və üsullar işləyib hazırlamışlar. Qeyd edək ki, metodlar xüsusi və ümumi metodlara bölünürlər. Ümumi metodlar insan beyninin imkanları, onun idrak fəaliyyətilə şərtlənmişdir. Analiz, sintez, induksiya, deduksiya, analogiyaya uyğun mühakimə, müqayisə və qarşılaşdırma ümumi metodlar sırasına daxildir.
Xüsusi metodlar isə təbiət və cəmiyyətin konkret obyektini, bu obyektin hər hansı kiçik bir hissəsini, onun detallarının öyrənmək məqsədilə yaradılır. Dilin öyrənilməsinin bütün xüsusi metodları insanın dil fəaliyyətinin ayrı-ayrı obyektlərinin dərki üçün ixtisaslaşdırılmışdır və onlar linqvistik məsələlərin müəyyən sinfini həll etməyə imkan verirlər. Belə xüsusi metodlara Sovet dilçiliyində metod probleminə olan baxışları üç mühüm anlayış müəyyənləşdirir: metodika, metod və metodologiya. Metodika müşahidə və təcrübi üsulların məcmuyu, metod müşahidə olmuşların və təcrübədə müəyyən edilmişlərin nəzəri mənimsənilməsi yolları, metodologiya isə dünyagörüşü prinsiplərinin idrak prosesinə tətbiqi kimi başa düşülürdü. Metodologiya adətən metod haqqında ümumi təlim kimi başa düşülür. İlk növbədə dillərin müqayisəli-tarixi və tipoloji öyrənilməsi daxildir.Qeyd edək ki, xüsusi metodlar sovet dilçiliyində XIX əsrdə hazırlanmışdır və bunlara dillərin müqayisəli –tarixi və tipoloji öyrənilməsi metodları aiddir.
Dillərin öyrənilməsinin ümumi üsulları arasında müşahidə, təcrübə və modelləşdirmə xüsusi yer tututr. Müşahidə idrak proseslərindən biri olan qavrayış növüdür. Müşahidə üçün ixtiyari və davamlı diqqət tələb olunur. Müşahidənin müvəffəqiyyətlə aparılması müşahidəçinin həmin sahəyə aid mükəmməl biliyə malik olmasınından asılıdır. Dil müşahidəçisindən müşahidə etdiyi dil hadisələrini və faktlarını elmi cəhətdən blmək tələb edir. Dil müşahidənin uğurlu aparılması dilçinin dil duyumunun olmasından çox asılıdır.
Dilin öyrənilməsinin digər bir üsulu təcrübədir. Təcrübə öyrənilər hadisə üzərində qurulan elmi sınaq deməkdir. Təcrübənin laboratoriya, sosioloji və fikri təcrübə kimi növləri vardır. Laboratoriya təcrübəsi daha çox fonetik tədqiqatlara aiddir. Sosioloji təcrübə iqtisadiyyat, pedaqogika, sosiologiya və s. Aiddir. Təcrübənin üçüncü növü olan fikri təcrübədə dil hadisələrinin ideal cəhətləri nəzərdə tutulur.
Dilin tədqiqində son zamanlar modelləşdirmədən daha geniş istifadə edilir. O.S.Axmanovaya görə, modelləşdirmə “ya müstəqim müşahidəyə gəlməyən, ya da ki, çox mürəkkəbliyi ilə fərqlənən obyektin sxematik surətdə əks etdirilməsindən ibarət olan elmi üsuldur”. Fərqli şəkildə desək, modelləşdirmə “hər hansı bir dil bahidinin sxem və ya modelinin tərtibi”. Buna misal türk dillərində saitlər sisteminin kub şəklində verilməsi. Ümumilikdə, model, “hər hansı bir dil vahidinin tərkin hissələrinin ardıcıl surətdə yerləşdirilməsini göstərən sxem yaxud nümunə”. Dil işarələrinin şərti işarələrlə göstərilməsinə modelləşdirmə düsturları deyilir: Məsələn, Vl=Vl+Vl düsturu ilə dodaq, Vp=Vp=Vp damaq ahəngini göstərmək olar.
Təsvir metodu, onun əsas üsulları və istiqamətləri
Təsvir metodu dil faktlarının, dil hadisələrinin təsviri ilə məşğul olur. Bu metoddan ayrı-ayrı dillərin elmi qrammatikalarının hazırlanmasında istifadə olunur. Bu metoddan müxtəlif dillərə aid dərsliklərin hazırlanmasında da istifadə edilir. Bu metoddan Amerika deskriptiv (təsviri) dilçilik məktəbində əsas metod kimi istifadə edilmişdir. Təsviri metod dilin müəyyən inkişaf mərhələsində dil hadisələrinin sistemləşdirilməsində tətbiq olunan tədqiqat üsulları sisteminə deyilir. Təsviri metodla aparılan tədqiqatlar üç mərhələdən ibarətdir:
1. mətndə dil vahidlərinin, nominativ və kommunikativ vahidlərin seçilməsi nəzərdə tutur. Bu mərhələ müşahidə üsulu ilə aparılır.
2. ikinci mərhələdə sözlər kök vəşəkilçilərə, cümlələr isə cümlə üzvlərinə ayrılır. Bu mərhələdə artıq müşahidə ilə barabər sınaqdan da istifadə edilir.
3.bu mərhələdə linqvistik təsvir verilir.
Komponentli təhlil komponentlər üzrə, kvantativ təhlil isə dil vahidlərini statistik cəhətdən öyrənir.
Dostları ilə paylaş: |