İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir



Yüklə 88,08 Kb.
səhifə1/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
  1   2   3   4   5   6   7   8   9   ...   35
iqtisadi təlimlər tarixi


Ön söz
İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir.
İctimai elmlərin tərkib hissəsi sayılan iqtisadi təlimlər tarixi, müstəqil bir istiqamət kimi bəşəriyyətin uzun və mürəkkəb tarixi boyunca meydana çıxıb formalaşmış, inkişaf edərək ən yüksək zirvəyə çatmış, nəhayət öz üstünlüklərini itirərək, sıradan çıxmış iqtisadi sistemlər, təsərrüfat həyatı, istehsal prosesi, bölgü-mübadiə münasibətləri, məhsulların xidmətlərın istehlakı haqqında elmi-nəzəri fikirlər toplusudur.
Qədim Şərq ölkələri və antik dünya müdriklərinin sosial-iqtisadı fikirləri, orta əsrlərin din pərdəsinə bürünmüş baxışları, sonralar Qərbi Avropada merkantilistlərin və fiziokratların ideyaları, klassik ingilis siyasi iqtisad məktəbinin formalaşması, marksist təlimin yayılması, maryinalizmin, neoklassik mövqelərin, keynsçiliyin, institusional-sosiolofi istiqamətlərin ziddiyyətli təkamül yolu, nəhayət müasir mərhələdə iqtisadi təlimlərin transformasiyası proseslərinin öyrənilməsi, şüöhəsiz həm elmi-nəzəri, həm də əməli-praktik cəhətdən mühüm əhəmiyətə malikdir.
Bazar münasibətləri və iqtisadi inteqrasiya proseslərinin sürətlə genişlənib dərinləşdiyi, habelə vahid dünya təsərrüfat sisteminin formalaşdığı müasir mərhələdə bütövlükdə iqtisad elminə, o cümlədən iqtisadi təlimlər tarixinə.yeni mövqelərdən diqqət yetirmək zərurəti yaranmışdır.
Müasir şəraitdə iqtisadi təlimlər tarixi kursunun ardıcıllıqla öyrənilməsinin ən səciyyəvi cəhəti onun əvvəllər qəbul edilmiş ideoloji və sinfi yanaşma metodları ilə hadisələrə, nəzənyaətlərə, ayrı-ayrı məktəblərə mənsub ıqtısadçılara yanaşıb qiymət vermək prinsiplərindən uzaqlaşmasıdır. Aydındır ki, yalnız ümumbəşəri dəyərlər əsasında öyrənilən dunya və Azərbaycan xalqının ıqtisadı fikir tarixi tələbələrə, gələcək iqtisadçı mütəxəssislərə real həyat hadisələrini təqidi baxımdan obyektiv təhlil edib, daha düzgün nəticələrə narl olmaq imkanı yarada bilər.
Mühazirələrdə iqtisadı təlimlər tarixinin ümumdünya prosesləri axarında, yeri gəldikcə Azərbaycan xalqının iqtisadı fikir qaynaqlarına da toxunulmuş, son fəsildə isə ölkəmizdə iqtisadi fikrin formalaşması və ınkişaf mərhələləri öz əksıni tapmışdır.
Qərb Universitetində tədris olunan iqtisadi təlimlər tarixi kursunun tələblərinə uyğun, tələbələrə kömək məqsədiylə hazırlanmış bu mühazirələr, yığcam şəkildə bəşəriyətin elmi-mənəvi irsi sayılan iqtisadi təlimlər tarixinin keçdiyi enişli-yoxuşlu böyük, mürəkkəb, eyni zamanda ibrətamiz inkişaf yolu, onun müasir problemləri, habelə gələcək istiqamətləri ilə tanış edir.


Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin