Mövzu III. Feodalizm dövrünün iqtisadi təlimləri
Feodalizm (orta əsrlər) dövrü iqtisadi təlimlər tan xinin xüsusiyyətləri
Şərq ölkələrində iqtisadi fikirlər və ideyalar. Ərəb mütəfəkkiri İbn Xəldun
Avropa ölkələrinin iqtisadi təlimləri. Foma Akvinski
Tomas Mor və Tomazzo Kamnpanellanın iqtisadi görüşləri
1. Feodalizm (orta əsrlər) dövrü iqtisadi təlimlər tan xinin xüsusiyyətləri
IV-XVIII əsrləri əhatə edən orta əsrlər, yaxud feodalizm dövründə iqtisadi fikir və təlimlər tarixi, əvvəlki illərdə, yəni qədim dövrlərdə olduğu qədər inkişaf etməmişdi.
Qədim və antik dövrlərə nisbətən orta əsrlərdə iqtisadi fikirlərin, habelə təlimlərin ardıcıl davam etdirilə bilməməsinə səbəblər sırasında bir çox amillər göstərilə bilsə də, lakin başlıcası — dini mövhumat mühitinin mövcudluğu sayılmalıdır.
Xristian və islam dinlərinin meydana çıxıb, tədricən geniş əraziləri əhatə etməsi, bu dinlərin hakim dairələrin mənafeyinə xidmət edən ideologiyaya çevrilməsi, elmi-nəzəri biliklərin, təlimlərin inkişafına ciddi əngəllər törətmişdi.
Doğrudur, həm xristian, həm də islam dinində ədalət, insaf, düzgünlük, halallıq, çalışmaq, zəhmət çəkmək, əməyə Xor baxmamaq, yoxsullara kömək etmək, ümumi və xüsusi mülkiyət, vergilər, sələmçilik, sərvət, qənaətçillik, sadə həyat tərzi və digər məsələlər haqqında maraqlı fikirlər irəli sürülmüşdü.
Lakin bu müqəddəs dinlərin kitablarında talein hökmünə baş əymək, zülmə qarşı səbirli olmaq, hakimlri yer üzərində Tanrının kölgəsi saymaq, ictimai və iqtisadi haqsızlıqlarla barışmaq kimi fikirlər də öz əksini tapmışdır. Məsələn, İncildə göstərilirdi ki, işçi öz əməyinə layiq haqq almalıdırə və ckim işləmirsə, onun dişləməyə haqqı yoxdur.
Qurani-Kərimdə isə yazılmışdı: qənaət etməyənlər şeytana qardaşdırlar, çox sərvət toplamaq günahdın, vay halına çəkidə və ölçüdə aldadanların, bəndələrə ruzi verən Allahdır, dünya malı fanidir.
Quranın Rəhimli olan Allah surəsində deyilir: Tərəzını düz tutun, çəkini əsgiltməyin, çəkidə insaflı olun, tərəzini zorlamayın. Başqa bir (Rumlular) surəsində göstərilir: Sərvətinizi xalqın mal-dövləti hesabına artması üçün sələmə verdiyiniz malın Allah yanında heç bir bərəkəti olmazə. Digər bir (Qadınlar) sürəsində oxuyuruq: Öz mallarını xalqa göstərmək xatirinə xərcləyənləri... Allah sevməzə. Yaxud Səddə surəsində göstərilir: cYeyin, için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməzə. Yaxud da, İnək surəsində yazılmışdır: “Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin, xalqın malından bir qismini bilə-bilə, haqsız yemək üçün günah yolu (rüşvətlər) ilə hakimlərə müraciət etməyinə. Yaxud da Günəşə surəsində hökm olunur: Nəfsini günahlardan təmizləyən mütləq nicat tapacaqdır.
Çində, hələ e.ə. V əsrdə formalaşmış Konfutsi təlimi icma cəmiyyəti təsərrüfatı qaydaları dövrünü qızıl dövr adlandıraraq, qara kütləninə hakimlərə qarşı: çıxışlarını yolverilməz hesab etmişdi.
Dostları ilə paylaş: |