İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


Avropa ölkələrinin iqtisadi təlimləri. Foma Akvinski



Yüklə 88,08 Kb.
səhifə10/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   ...   6   7   8   9   10   11   12   13   ...   35
iqtisadi təlimlər tarixi

3. Avropa ölkələrinin iqtisadi təlimləri. Foma Akvinski
Qərbi Avropa ölkələrində və Rusiyada orta əsrlərin iqtisadi təlimləri müxtəlif mənbələrdə, məsələn Saliçeskaya Pravda, Russkaya Pravda, habelə Tomas Myuntser, Ermolay-Erazm, Yuri Kriyaniç, Ordın Naşekin, İvan Posoşkov kimi müəlliflərin əsərlərində bu ya digər formada əks olunsa da, lakın öz yekununu italiyalı din xadimi Foma Akvinskinin ziddiyətli iqtisadi görüşlərində tapmışdır.
Cəmiyyətin iqtisadi qayğı və problemlərini dini ehkamlar əsasında şərh etməyə çalışan Foma Akvinski, insanların maddi və mənəvi cəhətdən aşağı-yuxarı təbəqələrə bölgüsünü ilahi qanunlarla bağlayaraq, bunu təbii saymışdı.
Mülkiyyəti insanın ilk günahının cəzası hesab edən Y. Akvinski, eyni zamanda göstərmişdi ki, insanın yer üzərindəki həyati üçün bu zəruridir. Onun fikrincə, insanların əşyalara, nemətlərə, şeylərə münasibəti ikı cürdür. İnsan bunları idarə edə bilər və insan bunlardan istifadə edə bilər. İdarə etmə qabiliyəti hamıya yox, yalnız bir qrup xüsusi adamlara məxsusdur. Yerdə qalanlar isə həmin idarəedənlərin iradəsini yerinə yetirməlidirlər, çünki idarəçilik məharəti ağıl və bilik tələb edir.
Onun insanların sərvəti və ümumiyyətlə var-dövlət haqqındakı fikirləri ziddiyyətlidir. F.Akvinski bir tərəfdən ənənəvi katolik dini ehkamlarından çıxış edərək, sərvəti pisləmiş, yoxsulluğu tərifləmiş, digər tərəfdən isə ayrı-ayrı adamların ümumi mülkiyyətdən sərvət toplamasına haqq qazandırmışdır
Ticarət və mübadilə məsələlərində Aristotelə istinad edən F.Akvinski, ədalət meyarını irəli sürərək, qiymətlər məsələsində hədd gözlənilməsini zəruri olduğunu göstərmişdi. O, ədalətli qiyməti mübadilənin ekvivalentliyi, ekvivalentliyi isə əmək məsrəfləri (xərcləri) kimi izah etmiş, habelə bu qiymətin rəqabtdən asılı olmadığını göstərmişdi.
Onun fikrincə, ölkəyə ticarətlə məşğul olanların müəyyən qazanc götürməklə bağlı fəaliyyəti müsbət hal kimi qiymətləndirilməlidir. Mallar ölkəyə ehtiyac üçün deyil, yalnız qazanc üçün gətirilirsə, cbu nifrətə layiq, alçaq peşədirə.
Eyni zamanda ədalətli qiyməti çari bazar qiyməti ilə eyniləşdirərək, bu məsələdə ziddiyyətli mövqe tutmuş müəllif, inandırmağa çalışmışdı ki, cədalətli qiyməbə istehsalçıların (satıcıların) cəmiyyətdəki ictimai vəziyyətindən (hansı təbəqəyə mənsub olmasından) asılı surətdə, onların (sənətkarın, kilsə xadiminin, torpaq sahibinin) yaşayışını təmin etməlidir.
F.Akvinski ədalətli qiymət tərəfdarı kimi çıxış etmiş, borc verilən pul üçün faiz alınmasının əleyhinə olmuş, lakin konkret hallarda, istifadə olunan əmlak və vəsait üçün müəyyən miqdarda (məbləğdə) mükafat olmasını mümkün saymışdır.
Orta əsrlərdə kononistlər kimi tanınan bir sıra din xadimlərinin fikir və görüşləri, şübhəsiz real həyat gerçəkliklərinı düzgün əks etdirməmişlər və etdirə də bilməzdilər. Çünki dini ehkam və təlimlərə əsaslanaraq, mürəkkəb iqtisadi proseslərin meydana çıxmasını, müxtəlif iqtisadı quruluşların inkişaf edib müəyyən nöqtəyə çatmasını, nəhayət yeni reallıqlar qarşısında iqtisadi sistemlərin öz yerini başqasına verməsini, yaxud məhv olub sıradan çıxmasını elmit-nəzəri şəkildə izah etmək mümkün deyildi.
İqtisadiyyat və təsərrüfat həyatının öz təbii qanunları, habelə ziddiyyətli xüsusiyyətləri vardir ki, onların düzgün dərk edilməsi, yeni mövqelərdən iqtisadi problemlərə yanaşmağı tələb edirdi.


Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin