İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


Quldarlıq cəmiyyətinin iqtisadi baxışları



Yüklə 88,08 Kb.
səhifə7/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   2   3   4   5   6   7   8   9   10   ...   35
iqtisadi təlimlər tarixi

Quldarlıq cəmiyyətinin iqtisadi baxışları

Qədim dünyanın iqtisadi fikir və ideyaları quldarlıq quruluşu zəminində formalaşdığından, həmin ideyaların müəllifləri, təbiidir ki, qullar aləmini, yaşadıqları cəmiyyəti, quldar — qul münasibətlərini qanunauyğun bir hadisə, real gerçəklik kımi inamla qəbul və müdafiə etmişlər.
Yunan filosofu Platon özünün ideal dövlət haqqındakı əsərində qul əməyini zəruri bir amil kimi saxlamağı əsaslandırmağa çalışmışdı. O göstərmişdi ki, qulların, əkinçilərin, sənətkarların əməyi cəmiyyətin yüksək təbəqəsi sayılan hakimlərin (dövləti idarə edənlərin), hərbiçilərin, alimlərin, filosofların yaşayışını təmin etməlidir.
Aristotel də quldarlığı cəmiyyət üçün əbədi və zərurı bir hal saymışdı. O, qula canlı bir alət və əşya kimi baxmışdı. Arıstotelin fikrincə, toxucu dəzgahlar əmrlə parça toxuya bilsəydilər, onda qul əməyinə ehtiyac qalmazdı. eTəsərrüfat işləri sadə və kobud əmək tələb etdiyindən. təbiət müdrikliklə qulları yaratmışdır, — deyən Aristotel, təsdiq və etiraf etmişdi ki, qul əməyi azad adamlara (seçilmiş təbəqəyə) özlərini ctəkmilləşdirmək üçün şərait yaradırə. Ona görə də qul sahibləri çaİışmalıdırlar ki, qulların əməyindən daha səmərəli surətdə faydalansınlar.
Qədim Romanın ictimai, siyasi xadimləri, alim və yazıçıları quldarlıq quruluşunu hər vasitə ilə müdafiə edərək, qulları insan kimi yox, adı istehsal aləti, iş görməyi bacaran canlı əşya kimi qiymətləndirmişlər. Məslən Varron (e.ə. 1 əsr), cKənd təsərrüfatı haqqında əsərində əmək alətlərini aşağıdakı qaydada 3 yerə bölmüşdü: a) lal, danışmayanlar, b) başa düşülməyən, anlaşılmayan səslər çıxaranlar, yaxud heyvanlar, v) danışmaq qabiliyyəti olan qullar.
Romanın tanınmış tarixçisi Plutarx (e.ə. I-II əsr) qul əməyini müdafiə etmək məqsədiylə, məşhur siyasi xadim Katonun qul təsərrüfatını nümunə göstərərək, ona hər vasitə ilə haqq qazandırmışdı. Plutarx yazırdı ki, Katon öz qullarını küçük və dayça kimi kiçik yaşlarından satın alaraq, onların tərbiyəsi, habelə peşə yönümü ilə məşğul olur. Eyni zamanda müəllif yazırdı ki, Katon öz qulları arasında həmrəylik yaranmasını təhlükəli sayaraq, müxtəlif yollarla onların arasında münaqişələr törətməyə çalışırmış.
Katon özü isə Əkinçilik adlı əsərində gəlir naminə hər şey etməyin yolverilən olduğunu iddia edərək, qul əməyindən qul sahibinin daha səmərəli faydalanması üçün quldarın gözü almaz tək iti olmalıdır, prinsipini əldə rəhbər tutmağı məsləhət görürdü.
Lakin tədricən qul əməyinin özünü doğrultmadığı, iqtisadı cəhətdən əlverişli olmadığı, mənəvi-əxlaqi baxımdan nöqsanlarını əsaslandıran fikirlər söylənməyə, tənqidi səslər də eşidilməyə başlanmışdı. Məsələn, Roma yazıçısı Kolumella özünün kənd təsərrüfatı işləri ilə bağlı yazdığı əsərində, əkinçilikdə məhsuldarlığın aşağı düşməsi səbəbini torpağın münbitliyinin azalmasında deyil, təsərrüfatların səriştəsiz idarə olunmasında, qul əməyinin səmərəsizliyində, onların işə maraq göstərməməsində, əkin. işlərini keyfiyyətsiz aparmalarında, mal-qaraya pis xidmət etmələrində görmüşdü.
Onun qullar və qul əməyi haqqında mənfi fikirlərinə tərəfdar çıxan müasiri, yazıçı Pliniy Böyük də etiraf edirdi ki, qulların çalışdıqları latifundiyalar ölkənin əyalətlərini və bütövlükdə İtalianı məhv etdilər.
Maraqlıdır ki, Homerin Odisseya dastanında qul əməyinin məhsuldar olmaması, habelə onda insan ləyaqətinin boğulub itirildiyini ulu Zevsin hökmü kimi səciyyələndirilmişdı:
Qul sahibi hökm etməli, çünki qulu fərsiz, tənbəl, başıpozuq bir məxluqdur,
Öz işində, zəhmətində səy göstərməz, o həvəssiz, çox biganə, maraqsızdır.
Taleyinin ağır yükü — həyatının kədər dağı, müskül həsrət yaratmışdır,
Uca Zevs qulda olan ləyaqəti, ayaqlar . altına salıb tapdalamışdır.
Qədim dünyada baş verən obyektiv proseslər, qul əməyının tədricən əvvəlki məhsuldarlığını itirməsi, quldarlıq cəmiyyətinin iqtisadi-sosial dayaqlarının sarsılması barəsində mütərəqqi düşüncəli adamların xəbərdarlığı, təbiidir ki, hakim dairələr tərfindən rəğbətlə qarşlana bilməzdi. Qullara gəldikdə ısə onların asılı vəziyyəti bir sira qeyri-mütəşəkkil üsyanlarla nəticələnmişdi.
O dövrdə cəmiyyətdə baş vermiş ziddiyyətli proseslər, artıq quldarlıq cəmiyyətinin böhran keçirdiyini, habelə öz yerin daha mütərəqqi bir quruluşa verəcəyinin zəruriliyini sübut edirdi.


Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin