2. Yeni iqtisadi-nəzəri konsepsiyalar
Artıq neçə vaxtdır ki, dünya iqtisadi fikrində yeni iqtişadı fikirlərə, ideyalara, konsepsiyalara, paradiqmlərə, nəzəriyyələrə və bunların işlənib”: hazırlanmasına cıddı ehtiyac duyulduğu söylənilir.
Eyni zamanda, belə bir mövqe də özünə daha çox tərəfdar tapır ki, iqtisadi hadisələri və prosesləri öyrənərkən, bunlara yanaşma metodu sistemli, kompleksli, habelə çoxamilli metodololİ prinsiplərə əsaslanmalıdır.
Çünki iqtisadi təlimlər və nəzəriyyələr tarixi sübüt edir ki, iqtisadi hadisələrə, proseslərə birtərəfli, təkamül mövqeyin yanaşmaq təcrübəsi özünü tam doğrulda bilməmişdi: İqtisadi kateqoriya, proses və qanunlara (tələb-təklif, rəqabət, dəyər, qiymət, böhran, infilyasiya, işsizlik, inteqrasiya) məhz hərtərəfli, çoxamilli mövqedən yanaşıb təhlil etmək metodu, şübhəsiz son nəticə etibarılə düzgün nəticələrə, obeyktiv mülahizələrə elmi təməl yaradaraq, mürəkkəb iqtisadi-sosial problemlərin uğurlu həlli yollarını göstərə bilər.
Müasir şəraitdə iqtisadi hadisəlrin və çoxcəhətliliyi ilə səciyyələnən proseslərin təhlili, təbiidir ki, təkcə ənənvi — sadədən mürəkkəbə, hissələrdən bütöv sistemə, çıxış kateqoriyasından İqtisadi sistemin mühüm, həlledici cəhətlərinə doğru yolu, üsulu, metodu ilə aparıla bilməz.
İndi iqtisadi hadisələri hərtərəfli öyrənib, doğru yollar göstərməli olan iqtisadi nəzəriyyənin (iqtisad elminin) qarşısında ümumi, qlobal, sistem xarakterli proseslərdən çıxaraq, bir növ əks istiqamətdə ayrı-ayrı strukturları (quruluşları), formaları, modelləri, pillələri, ünsürlri təhlil etmək tələbi irəli sürülür.
3. İqtisadi nəzəriyyələrin perspektiv inkişaf istiqamətləri
Təbii olaraq soruşula bilər ki, vahid dünya təsəmüfaş sisteminin formalaşdığı, ölkələr arasında iqtisadi inteqrasıya broseslərinin gücləndiyi, bəşəriyyətin iqtisadi-sosial problem. lərinin qlobal xarakter aldığı müasir şəraitdə, yeni iqtisadi. sosial və iqtisadi-nəzəri konsepsiyalar hansı şərtləri, dəyişik. likləri, amilləri diqqət mərkəsində saxlamalıdırlar? Ümumi fikrə görə bunlar aşağıdakılar ola bilər:
a) İlk növbədə istehsalın və istehlakın strukturunda gedən dəyişikliklərlə bağlı problemlərdir.
Təsərrüfat həyatının mühüm fəaliyyət prinsipi və qanunauy ğunluqlarından olan tələb-təklif. müasir şəraitdə ciddi dəyişikliklərlə səciyyələnir. Yüksək: inkişaf etmiş ölkələrin iqtisadiyyatında hazırda istehsalın maddi sahəsi ilə xidmət dairəsinin qarşılıqlı nisbəti dəyişir. Beləki, ümumi istehsalda əvvəllər üstünlük təşkil etmiş maddi istehsal sahəsinin payı (xüsusi çəkisi) tədricən azalmağa doğru gedir, əksinə əvvəllər ümumi istehsalda, yaxud ümumi daxili məhsulda (ÜMD) xeyli az yer tutmuş xidmət dairəsinin rolu və payı artır.
Bu struktur (quruluş) dəyişikliyi, elmi-texniki nailiyyətlərin istehsal proseslərinə geniş tətbiqi, əmək məhsuldarlığının xeyli yüksəlməsi, maddi nemətlər istehsalıhın nisbi bolluğu, əhalinin istehlakının quruluşunda ərzaq və xidmətlərin nisbətlərinin, habelə zövqlərin yeni səviyyəsi ilə bağlı izah olunmahdir. Daha yüksək templərlə inkişaf edən xidmət sahələrində əmək məhsuldarlığının nisbətən aşağı olması və texniki nailiyyətlərin tətbiqinin məhdudluğu, bu dairədə məşğulluğu genişləndirir, habelə xırda biznesin fəaliyyətinə əlverişli imkanlar açır.
b) Mülkiyyət münasibətlərinin təkamülü, mülkiyyətin transformasiyası, dövlət mülkiyyətinin özəlləşdirilməsi, təsərrüfat həyatında dövlət, xüsusi, bələdiyyə mülkiyyəti formaları, habelə bü əsas formalarla yanaşı, törəmə mülkiyyət formalarının müstəqil və birgə fəaliyyəti ilə bağlı problemlər, şübhəsiz iqtisadi-nəzəri fikrin bu sahədə yeni ideyalarını, konsepsiyalarını gözləyir.
Bu baxımdan müxtəlif mülkiyyət formalarının qarşılıqlı fəaliyyətinə əsaslanan və geniş imkan perspektivləri olan qarışıq mülkiyyətlə əlaqədar problemlər olduqca aktual bir əhəmiyət daşıyır.
Məlumdur ki, mürəkkəb bir iqtisadi və mühüm hüquqi, habelə ictimai-siyasi kateqoriya sayılan mülkiyyət münasibətləri vasitəsiylə müxtəlif cəmiyətlərdə məhsulların istehsalı, bölgüsü, mübadiləsi, nəhayət son mərhələ kimi istehlakı həyata keçirilir. Lakin mülkiyyət və onun müxtəlif formaları, ölkənin təsərrüfat həyat üçün nə qədər əhəmiyyətli olsa da, müasir şəraitdə onun hər hansı bir variantı (xüsusi, dövlət, bələdiyyə) əvvəllər olduğu kimi ölkənin ictimai quruluşunu müəyyənləşdirən həlledici amil rolunu oynamır. Çünki müasir iqtisadi nəzəriyyə baxımından mülkiyyətə cəmiyyətin təbii əsas kimi deyil, kapitalın sərbəst hərəkəti şəraitində, ona səmərəli nəzarətin əsas vasitələrindən biri kimi yanaşmaq tələb olunur.
Mülkiyyətin əsas və törəmə formalarının ayrı-ayrılıqda, yaxud qarışıq şəkildə fəaliyyətlərinin üstünlüyü — konkret təsərrüfat modelinin quruluşu, onun cəmiyyətin iqtisadi-sosial tələblərini necə ödəməsinin müqayisəli təhlili əsasında qiymətləndirilir. Mülkiyyətin bütün forma və variantlar müxtəlifliyində onun əsl sahibi (mülkiyyətçisi), şübhəsiz bu mülkiyyət üzərində iqtisadi hakimiyyəti olub, resursları bölənlər, son qərar qəbul edərək tqtisadi oyun qaydaqanuni müəyyən edənlərdir.
c) Ekoloji problemləri və onun yaratdığı çoxcəhətli iqtisadi-sosial xarakterli məsələlər, iqtisadi nəzəriyyənin yeni bir istiqaməti kimi olduqca zəngin məzmuna malikdir.
Mütəxəssislərin hesablamalarına görə bəşəriyyət öz tarixı inkişafı ərzində 20 milyon kvadrat kilometr həcmində torpaq sahəsi itirmişdir ki, bu da hazırda dünyada əkin altında olan torpaqların ərazisindən (sahəsindən) çoxdur.
Bəşəriyyəti hədələyən ekoloyi problemlər ayrı-ayrı ölkə. lərin səyi və dövlətlərin maddi ehtiyat, habelə imkanları ilə aradan qaldırıla bilmədiyindən, bu məsələlərin bütün bəşəriyətin səyləri ilə həll edilməsi tələb olunur. Çünki, tədricən bütün dünyada təbii sərvətlərin məhdudluğu, iqtisadi resursların coğrafi cəhətdən yerləşməsi və onlardan səmərəli istifadəsi, habelə yeni texniki-texnolofi üsulların tətbiqi ilə ətraf mühitin korlanması, ekolofi tarazlığın pozulması arasındakı ziddivvətlər ciddi surətdə kəsqinləşməkdədir.
Mütəxəssislərin və müxtəlif beynəlxalq təşkitlatların hesablamaları göstərir kı, bütövlükdə .Planetin, habelə ayrı-ayrı ölkələrin torpaq örtüyü, meşə sahələri, hava hövzəsi (atmosfer qatları), su mənbələri, dünya okeanı getdikcə artan istehsal yükünün tullantılarının ağırlıq təzyiqinə davamlılığını xeyli zəiflətməkdədir. Ona görə də ölkələrin ümumi daxili məhsulu (ÜDM) tərkibində yığım və istelak fondları ilə yanaşı, ayrıca təbii resursların bərpası fondunun da yaradılması məqsədəuyğundur. Elmi-nəzəri və əməli fəaliyyətin tarixi təcrübəsinin müxtəlif ölkələrin təsərrüfat həyatı reallığı sübut etmişdir ki, tarazlı, davamlı, son sosial-iqtisadi nəticələrinə görə səmərəli yüksəlişi, təbii sərvətlərdən, iqtisadi resurslardan uzaqgörənliklə faydalanmaq yolundan keçir.
ç) Milli təsərrüfatların qarşılıqlı əlaqəsi və vahid dünya təsərrüfat sisteminin formalaşması ilə bağlı xeyli iqtisadi-sosial problemlər qarşıya çıxaraq, öz həllini gözləyir.
Bu istiqamətdə elə məsələlər vardır ki, həmin problemlərin həlli milli çərçivədən çıxaraq, ümumbəşəri bir əhəmiyyət kəsb edir.
Bəzən milli təsərrüfatlar üçün mühüm əhəmiyyət kəsb edən bir problem ayrı-ayrı mill təsərrüfatlar üçün o qədər də əhəmiyyətli görünmür, yaxud əksinə də ola bilir.
Bu səbəbdən müasir şəraitdə bir çox iqtisadı-sosial proilemlərin həllinə birtərəfli deyil, kompleks şərtlər baxımından yanaşmaq zəruridir.
Müasir mərhələdə yeni texnikanın müxtəlif istehsal sahələrində yaratdığı köklü dəyişikliklər, nəqliyyat və rabitə sistemindəki tərəqqi, ictimai əmək bölgüsünün genişlənib dərinləşməsi, ölkələr arasında beynəlxalq elmi-texniki, iqtisaditicarət, turizm əlaqələrinin intensiv inkişafı, milli iqtisadiyyatlar arasında qarşılıqlı çoxcəhətli münasibətlərin əhəmiyyətli dərəcədə güclənməsi ilə nəticələnmişdi. Son dövrdə. xüsusilə XX əsrin sonu və XXI əsrin əvvəllərində beynəlxalq ticarət əlaqələrinin illik artım tempi, dünya üzrə ümumi məhsul istehsalının sürətini xeyli ötür.
Hazırda milli iqtisadiyyatların qapalı sistem çərçivəsində inkişaf modelini, vahid dünya bazarının formalaşması, habelə dhəm kiçik, həm də iri dövlətləri birləşdirən ümumi ticarət sistemi əvəz etməkdədir.
Hesablamalar göstərir ki, perspektivdə bütün dünyada istehsal olunacaq məhsulların və göstəriləcək müxtəlif təyinatlı xidmətlərin 30-35 faizi beynəlxalq ticarət əlaqələri vasitəsiylə reallaşdırılacaqdır. Eyni zamanda millətlərarası və dövlətlərarası iqtisadiyyatın, habelə ölkələrin təsərrüfat həyatlarının ümumi səviyyədə tənzimlənməsi sistemi yaradılır.
Planet miqyasında cərəyan edən bu istiqamətli iqtisadisosial qayğılar, iqtisad elmi və nəzəriyyəsinin qarşısında qlobal miqyasda elə problemlər qoyur ki, həmin vəzifələri həll etmədən, istər milli, istərsə də dünya təsərrüfat həyatının uğurlu inkişaf perspektivləri mümkün deyildir.
d) Dünyada vaxtilə mövcud olmuş iki sistemin qarşı durması və rəqabətinin yerini yeni, köklü surətdə dəyişilmiş qüvvələr nisbətinin əvəz etməsi, habelə ictimai-siyasi, sosial, iqtisadi xarakterli digər amillər, elmi-nəzəri fikrin bu İstiqa, mətdəki tədqiqatlarının genişləndirilməsinə əlverişli imkanla açmışdır.
Xüsusilə keçid mərhələsində olan ölkələrin, o cümlədən də Azərbaycan Respublikasının təsərrüfat həyatında baş ver, miş dövlət mülkiyyətinin özəlləşdirilməsi, mərkəzləşdirilmi, əmrlə idarə olunan planlı sosialist iqtisadi sisteminin dağılma, sı, azad sahibkarlıq-biznes fəaliyyətinə hüquqi-inzibati, təşkilati mühitin yaradılması, aqrar bölmədəki islahatlar, fermer təsərrüfatlarının təşkili, maliyyə-kredit sisteminin yenidən qurulması, işsizlik və inflyasiya ilə mübarizə, xarici kapitalın ölkə iqtisadiyatına cəlb olunması, beynəlxalq iqtisadi-ticarət əlaqələrin müstqil dövlətin maraqlarına uyğun inkişafı, əhalinin yaşayış səviyəsinin yaxşılaşdırılması problemləri, iqtisadi nəzəri fikrin öz tədqiqatlarının, tövsiyyələrinin istiqamətini milli xüsusiyyətləri, habelə konkret şəraiti nəzərə almaqla, formalaşmaqda olan sərbəst bazar münasibətləri iqtisadı sisteminin real tələblərinə cavab verməyə yönəltdi.
Uzun bir dövrü əhatə edib, mürəkkəb və ziddiyətli proseslərlə səciyyələnən keçid dövründə, bütövlükdə iqtisadi nəzəriyyə elmi istər qlobal dünya təsərrüfatı sistemində, istərsə də milli iqtisadiyatlar çərçivəsində qarşıya çıxan problemlərin həlli yolunda, şübhəsiz müəyyən uğurlar qazansa da, eyni zamanda həyata keçirilmiş və hazırda da davam edən iqtisadi islahatların, dəyişikliklərin müddətləri, variantları, metodları, modelləri, konkret tarixi şərait xüsusiyətləri, milli ənənələrin nə dərəcədə nəzərə alınması, bu köklü dəyişikliklərdən gözlənilən son iqtisadi-sosial nəticələr, habelə gələcək daha səmərəli perspektiv proqnoz istiqamətlər ətrafında mülahizələr, iradlar, diskussiyalar hazırda da davam etmkdədir.
Bu elmi-nəzəri araşdırma və mübahisələr yolu isə tamamilə təbii, habelə qanunauyğun bir proses sayılmalıdır. Çünki, iqtisadi nəzəriyyə və təlimlər, müxtəlif ölkələrin fərqli təsərrüfat həyatı üçün mexaniki xarakter daşıyan, hazır tövsiyyələr toplusu olmayıb, baş verən iqtisadi prosesləri dünya təcrübəsinin müqayisəli təhlili zəminində öyrənib, daha optimal iqtisadı siyasət xətti hazırlanmasına real imkan yaradır.
Vaxtilə öz zəmanəsindən daha uzaqlara baxaraq, iqtisadı sosial inkişafın gələcək üfüqlərini müəyyənləşdirməyə çahşan C.M.Keyns yazmışdı: Gələcək illərin hadisələri dövlət xadimlərinin şüurlu hərəkətləri ilə deyil, cəmiyyətin siyasi həyat səthinin dalğaları üzərində fasiləsiz davam etsə də, lakin nəticələrini heç kəsın görə bilmədiyi gizli dərinliklərindəki itisadi axınlar müəyən edəcəkdir.
Bu gizli axınlara, yaxud iqtisadi meyllərə təsir göstərməyin, təkcə bir yolu vardir: həmin yol bilik və təfəkkürün imkan gücündən istifadə edərək, insanların keçmiş təsəvvürlərini, düşüncə tərzlərini dəyişdirməkdən ibarətdir.
Deməli, əsl həqiqəti söyləmək, xülyaları dağıtmaq, nifrəti məhv etmək, insanların hiss və ağlını maarifləndirmək, - bizim ən etibarlı vasitələrimizdir.
Dostları ilə paylaş: |