3. Sosial Hüquqi istiqamət İnstitusional iqtisadi-nəzəri istiqamətin hüquqi problemlərə üstünlük verən variantı Con Kommonsun adı ilə bağlıdır. O özünün Kapitalizmin hüquqi əsaslarıə, İnstitusional iqtisadiyyab, İqtisadi tsikllər. Problem və onun qoyuluşu adlı əsərlərində, cəmiyətdə baş verən iqtisadi münasibətləri, təsərrüfat həyatı ilə əlaqədar meydana çıxan narazılıqları, müxtlif iqtisadi prosesləri hüquqi yollarla tənzimləməyin zəruriliyini əsaslandırmışdı.
C.Kommons yazırdı ki, hər hansı bir cəmiyyətdə rast gəlinən sosial narazılıq və konfliktlərə həll edilmə problem kimi baxmaq olmaz. Cəmiyətin sosial tərəqqisi və ictimai təkamülü üçün bu tipli konfliktlər hətta zəruridir. Lakin həmin ciddi iqtisadi və sosial problemlərin həlli, müvafiq normal hüquqi qanunavericilik aktları əsasında həyata keçirilməlidir. Bu işdə isə başlıca rolu sahibkarların və müzdlu fəhlələrin birbirini qarşılıqlı anlaması oynamalıdır. Deməli, kapitalizm cəmiyətini sinfi sülh və sosial əməkdaşlıq prinsipləri əsasında, ağıllı surətdə təşkil etmək mümkündür.
O, eyni zamanda inanmışdı ki, sahibkarlarla fəhlələr arasında yaranan narazılıqların aradan qaldırılmasında, təşkil olunmuş həmkarlar təşkilatları və xüsusilə dövlət çox mühüm rol oynaya bilər. Çünki, dövlətin həm iqtisadi, həm də inzibati güc imkanları olduqca böyükdür.
Qeyd etmək maraqlıdır ki, 1935 ci ildə ABŞ-da C.Kommonsonun fəal ıştırakı və təsirli fəaliyət nəticəsində, Amerika Əmək Federasiyası Sosial müdafiə Aktını qəbul etmişdir. Bu sənəd ABŞ-da əhalinin pensiya təminatının əsasını qoymuşdu.
4. Empirik, yaxud konyuktor-statistik istiqamət İnstitusional istiqamətin empirik və ya konyuktorstatistik variantının görkəmli nümayəndəsi olan Uesli Mitçell, iqtisadi hadisə və prosesləri izah etməyin əsasyolunu - statistika materiallarının toplanması, habelə sistemləşdirilməsində görmüşdü.
O, toplanmış və ümumiləşdirilmiş statistika materialları əsasında, müxtəlif modellərlə iqtisadi inkişafın yüksəliş, habelə aşağı düşməsi proseslərini izah etməyə çalışmışdı. U.Mitçell - bu məsələlərə dair öz fikirlərini 1913-cü ildə nəşr etdirdiyi (İşgüzar fəallığın tsikllərib adlı kitabında geniş şərh etmişdi.
İnstitusional istiqaməti Harvad məktəbi kimi də səciyələndirilən empirik-statistiklər, T.Veblenin belə bir ideyasını tuturdular ki, insanların iqtisadi fəaliyəti onların tarixi ənənə və adətlri ilə tənzimlənir. Onlar cəmiyyətdə gedən iqtisadi dəyişiklikləri təsviri-statistik metodla öyrənərək, İqtisad, hadisələr arasında obyektiv səbəb-nəticə əlaqələri olduğunu kapitalizmin ümumi qanunauyğunluqlarını inkar etmişdilər.
U.Mitçell 1920-ci ildə ABŞ-da Milli İqtisadi Tədqiqatlı, Bürosu təşkil edərək, onun direktoru kimi fəaliyət göstərmişdi, Bu Büro, ABŞ tarixində ilk dəfə ölkənin milli gəliri, işgüza, fəaliyyətin mərhələlərini öyrənmiş, habelə həmin məsəllərə dair statistika materialları toplamağın metodlarını işləyib hazırlamışdır.
İqtisadi nəzəriyə sahəsində U.Mitçell, ölkənin təsərrüfat həyatı və ümumiyyətlə iqtisadi proseslər üzərində ictimai nə. zarət qovulmasına tərəfdar olmuş, indikativ (tövsiyə xarakterin) planlaşdırma təklifini irəli sürmüş, işsizliyin dövlət sığorta sisteminin yaradılması zəruriliyinə diqqəti cəlb etmişdi.