2. Sosial-psixoloji istiqamət Sosial-psixoloji istiqamətin banisi sayılan T.Veblen, bazar iqtisadiyatı inkişafının inhisarçı mərhələsində liberalizmin və neoliberalizmin (bazar sərbəstliyinin) əcassızlığını sübut edən, habelə ölkənin təsərrüfat həyatı üzərində sosial dövlət ictimai, qevri-dovlət) nəzarətin zəruriliyini əsaslandıran ilk iqtisadçılardan biri olmuşdur. O, iqtisadı nəzəriyyə və təhmlər tarixində yeni bir metodoloyi üsulun — texniki determinizmin (qarşılıqlı səbəb-nəticə əlaqəsinin, sosial-texniki amillərin bir-birinə təsirinin) əsasını qoymuşdur.
T.Veblen Avara sinifin nəzəriyyəsi və Təsərrüfat və cəmiyyətə adlı əsərlərində yaşadığı cəmiyyəti, həmin mühitin iqtisadi-sosial nöqsanlarını kəsgin tənqid etmişdir.
Onun fikrincə, cəmiyətdə iqtisadi nəzəriyə ilə onun sərt reallığı arasında çox böyük bir üçürüm vardır. İqtisadi nəzəriyyə cəmiyyətdə ahəngdarlıq, tarazlılıq prinsiplərinə əsaslandığı halda, cəmiyyətdə fasiləsiz təkamül istiqamətində yaşamaq uyğunda amansız mübarizə getməkdədir. Gündəlik həyati tələbatları üçün zəruri olan müxtəlif təyinatlı məhsulların faydahlığı ilə həmin nemətlərin əldə olunması çətinlikləri arasında çırpınan iqtisadi insan — homo economicus modeli, T.Veblenin tədqiqatlarına görə artıq köhnəlmişdir. Çünki, əslində cəmiyyətdə insanların fəaliyyəti və davranış qaydaları bir çox amillərlə bağlıdır. İnsanın anadangəlmə, irsi genləri ilə bağlı xüsusiyyətlərilə yanaşı, onun davranış və rəftarına yaşadığı mühitin ənənələri, əxlaq normaları, habelə özünütəsdiq, nüfuz amilləri də güclü təsir göstərir.
Ona görə də, cəmiyətdə baş verən iqtisadi prosesləri öyrənib təhlil edərkən həm ənənələri, mentalitetlə bağlı cəhətləri, həm də mövcud qayda-qanunları, müxtəlif təşkilatların, idarələrin, orqanlarını müvafiq qanunlar əsasında fəaliyyətini hökmən nəzərə almaq lazımdır. T.Veblem tərəfindən bu amillərin birinci qismi — institutsiya, ikinci qismi isə — institut kimi səciyyələndirilmişdir. İnstitutdedikdə, T.Veblen dövləti, ailəni, mənəvi, hüquqi normaları nəzərdə tutmuşdu.
O, inandırmağa çalışırdı ki, indi elə bir vaxt gəlib çatmışdır ki, iqtisad elmi ayrı-ayrı təsərrüfat subyektlərinin deyil, siyasi partiyaların, həmkarlar təşkilatlarının, birləşmiş sahıbkarların kollektiv fəaliyyətini tədqiq etməyə səy göstərməlidir. Eyni zamanda iqtisad elminin, istehsalın müxtəlif sahələrində çalışıb, öz rollarına görə fərqlənən əkinçiləri, fəhlələri, sahibkarları (kapitalistləri), mühəndis-texniki işçiləri, bir təsərrüfat subyekti kimi öyrənməyə də ehtiyac vardır.
T.Veblen yazırdı ki, bazar iqtisadiyyatının ilk mərhələlərində mülkiyyət və hakimiyyət sahibkarların, habelə iş adamlarının əlində olur. Lakın, sonralar bu hakimiyyət parçalanaraq, tədricən kapital sahibləri və istehsalın təşkilatçılarının ixtiyarına keçir.
Daha sonra, o fikirini davam etdirərək göstərirdi ki, kapital sahibləri yalnız öz sərvətlərini artıqmaq haqqında düşünürlər. Ona görə də kapitallarını istehsalın genişləndirilib inkişaf etdirilməsi əvəzinə, kreditə verməyi, yaxud əmanət şəklində banklarda saxlamağı üstün tuturlar. .
Tədricən bu təbəqəyə mənsub olanların sərvəti istehsalın, yaxud iqtisadiyyatın real bölməsinin hesabına deyil, maliyə dairəsində dövr edən qiymətli kağızların, səhmlərin hesabına yaranır. Bu meyl isə, kapital sahiblərini tüfeyli və avara bir həyat sürən qrupa çevirir.
Belə vəziyətdə fəhlələr və istehsalın təşkilatçıları, habelə texniki mütəxəssislər əsl məhsuldar sinifi kimi çıxış edirlər. Lakin onların öz sərmayəsi olmadığından, tüfeyli və avara sinifin kreditə verdiyi kapitaldan istifadə etməyə məcburdurlar.
Yaşadığı cəmiyətin ziddiyyətlərini özünəməxsus bir tər. zdə açıb tənqid edən müəllif, belə vəziyətdən çıxış yolum . hakimiyyətin texniki mütəxəssislərin əlinə keçməsini, görürdü. O zaman kapitalın xüsusi mülkiyət forması dəyişərək (transformasiya edərək), səhmdar kapitalına çevriləcəkdir. Deməli, avara və veyil sinif kimi səciyyələnən kapital sahiblərinin xüsusi mülkiyyəti tədricən aradan qalxacaqdır.
T.Veblen öz mülahizələrində diqqəti belə bir cəhətə də cəlb etmişdir ki, sərbəst rəqabətin bazarda inhisarlarla əvəz olunduğu şəraitdə, bazarın ağası artıq istehlakçı yox, iri inhisarlardır. Onun müşahidələrinə görə, istehlakçılar özlən də hiss etmədən, ciddi ictimai və psixolofi təsir altına düşüb, inhisarların, habelə nəhəng iqtisadi birliklərin mənafeyinə uyğun yaşayıb düşünməyə, öz zövqlərini formalaşdırmağa, gündəlik fəaliyətlərini istiqamtindirməyə yönəldilirlər.