İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


Mövzu VIII. Marjinalizm və neoklassik iqtisadi fikrin formalaşması



Yüklə 88,08 Kb.
səhifə24/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   ...   20   21   22   23   24   25   26   27   ...   35
iqtisadi təlimlər tarixi

Mövzu VIII. Marjinalizm və neoklassik iqtisadi fikrin formalaşması

  1. Marjinalizm nəzəriyyələrinin ümumi xarakteristikası (səciyyəsi)

  2. Mariinalızmin ilkin mərhələsinin subyektiv nəzəriyyələri

  3. Marjinal iqtisadi nəzəriyyələrin neoklassik istiqamətinin formalaşması və A.Marşall


1. Marjinalizm nəzəriyyələrinin ümumi xarakteristikası (səciyyəsi)
Marjinalizm anlayışı və mariinalist nəzəriyyələr XIX əsrin ortalarından meydana çıxıb formalaşaraq, bugünə qədər müxtəlif variantlarda yaşamaqda, iqtisadi təlimlər tarixində özünə layiq yer tutaraq, elmi-nəzəri fikirə güclü təsir göstərməkdədir.
Marjinalizm — fransız sözü olub hədd, hüdud, sərhəd, qədər, miqdar (marqinal) mənasında işlənmişdi.
Bu təlimdə, iqtisadı sistemin qarşılıqlı təsərrüfat əlaqələrində müəyən hədd (son kəmiyyət və hal mənasında) olması ideyası nəzərdə tutulurdu. Marjinalizmin başlıca kateqoriyaları (anlayışları) kimi faydalılıq həddini, məhsuldarlıq həddini, məsrəflər həddini göstərmək olar. İqtisadi proseslərə subyektiv yanaşma nəzəriyyəsi sayılan mariinalist təlimlə tələb, təklif, istehsal xərcləri, qiymət problemləri aydınlaşdırılıb izah edilmişdi.
Bu nəzəriyyənin müddəaları, o dövrdə fikirlərə hakim olmuş klassik məktəb və onun davamçılarının baxışlarından o qədər fərqli idi ki, marjinalizm, iqtisad elmində çevriliş, sonralar isə hətta inqilab adlandırılmışdı. Nə üçün?
Klassik iqtisadi nəzəriyyə məktəbi (A.Smit, D.Rikardo, K.Marks və başqaları) hesab edirdilr ki, əmtəənin dəyəri (qiyməti) onun istehsalına sərf olunan əməyin mıqdarı (kəmiyyəti) ilə ölçülür və bu anlayış (kateqoriya) obyektiv xarakter daşıyır. Qiymət isə dəyərin pulla ifadəsidir.
Əsası Avstriya iqtisadçı və alimləri - Karl Menger (1840-1921), Oyqen Bem-Baverk (1851-1914), Fridrix Vizer (1851-1926) tərəfindən qoyulmuş və tədricən bir nəzəriyə kimi formalaşmış mariinalistlərin fikrincə, hər hansı əmtəənin (xidmətin) dəyəri (qiyməti) son nəticə etibarilə insanın həmin əmtəəyə (xidmətə) olan subyektiv münasibəti, şəxsi istəyi, fərdi yanaşma arzusu ilə müəyənləşib ölçülür. Demli, özlüyündə əmtəələr (xidmətlər) obyektiv cqtisadi keyfiyətlərə malik deyildir. Məsələ yalnız ondan ibartdir ki, hər hansı bir nemət, məhsul, əmtəə, xidmət — insanlara nə dərəcədə razılıq, rahatlıq, fayda verir, yaxud gətirir.
Marjinalizm -istehlaka, yəni subyektiv cəhəyə, insan ehtiyacilarına, onun tələbatlarına üstünlük verən bir nəzəri baxışlar toplusudur (sistemidir).
Bu nəzəriyyənin əsas prinsipi — əmtəənin (xidmətin) faydalılığı və ilkin istehlak mərhələsindən sonra, tədricən onun faydalılığının, yaxud konkret istehlakçı üçün əvvəlkinə nisbətən, həmin faydalılıq əmsalının (riyazi terminlə desək) aşağı düşməyə, azalmağa meyl etməsidir.
Onlar göstərirdilər ki, hər hansı bir əmtəəyə və xidmətə olan təlabat ödənildikcə, başqa sözlə cəmiyətdə və insanlarda o şeylərə qarşı aclıq hadisəsi, amili, fenomeni, möcüzəsi aradan qalxdıqca, tədricən istehlakçı üçün bu şeylərin faydalılığı da, təbii olaraq zəifləyir.
Lakin əmtəənin (xidmətin) ilkin faydalığının tədricən apğı düşməsi, ilkin tələbat, zövq, ləzzət, rahatlıq səviyyəsinin azalması, ümumiyətlə onun qiyməti ilə bilavasitə bağlı deyildir. Faydalılıq və qiymət eyni anlayış deyildir. Onlar aşında əlaqə var, lakin eyniyət yoxdur. O şeylər qiymətlidir ki, onlar az tapılır, nadirdirlər, istehlak üçün məhduddurlar, alçatmazdırlar.
Məsələn, ürəyi yanan, susuzlayan adam üçün axan çayın uyu, əlbəttə faydalıdır, amma kifayət qədər çox olduğundan qiyməti (sırf maryinalist nəzəriyə mövqeyindənl) heçdir, çox azdır, hətta yoxdur. Deməli faydalılıq həddi (əmsalı) konkret istehlakın həcmi ilə tərs mütənasibdir. Beləki, ac adam dalbadal 3 dönər veyirsə və hər bir sonrakı dönər ona doymaq baxımından əlavə fayda gətirsə də, lakın həmin faydalılıq səviyəsi istər mütləq (kəmiyyət), istərsə də nisbi (keyfiyyət) mənasında əvvəlkilərlə müqayisədə, hökmən xeyli aşağı olmalıdır.
Marjinalizm nəzəriyyəsi, — hər sonrakı məhsul (xidmət) vahidinin istehlakından alınmış əlavə faydanı — faydalılıq həddi kimi səciyyələndirərək, qiyməti məhz bu amillə müəyyən olunduğunu qəbul edir. Deməli, marjinalist mövqeyə görə hər hansı məhsulun (xidmətin) qiyməti, onun ən zəruri tələbatı ödəyən sonuncu vahidinin (miqdarının) faydalılığı ilə ölçülür.


Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin