İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


K. Marks və F. Engersin iqtisadi görüşləri



Yüklə 88,08 Kb.
səhifə22/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   ...   18   19   20   21   22   23   24   25   ...   35
iqtisadi təlimlər tarixi

2. K. Marks və F. Engersin iqtisadi görüşləri
Marksist iqtisadi məktəb və onun irəli sürdüyü inqilabi ideyalar, dünya sivilizasiyasının ümumi inkişaf yolunun perspektiv ehtimal istiqamətlərindən biri kimi səciyyələndirilməlidir.
Tarixə materialist və cəmiyət həyatına istehsalın həlledici rol oynadığı bir obyekt kimi baxan K.Marks və F.Engels, öz iqtisadı təlimlərində, ingilis klassik iqtisad məktəbinin görkəmli yaradıcıları A Smit və D Rikardonun elmi-nəzəri irsindən faydalanmışlar.
Onlar ictimai-iqtisadi fikrin tədqiqi və təhlilində sırf sinfi mövqedən çıxış edərək, həmişə proletariatın mənafeyini müdafiə etmişlər. Onların uzun illər boyu apardıqları elminəzəri axtarışlar belə bir konkret fikirlə nəticələnmişdir ki, kapitalizm hökmən kommunizm ilə əvəz olunmalıdır: bu işdə proletariat hərəkətverici və həlledici inqilabi qüvvə rolunu oynamalıdır, cəmiyyətin istehsal vasitələri (fabriklər, zavodlar, banklar, dəmir yolları, mədənlər) ictimailəşdirilməlidir, xüsusi mülkiyyət ləğv edilməlidir, cəmiyyətdə bərabərlik hökm sürməlidir, hər kəs əməyinə və hər kəsə ehtiyacına görə humanist prinsipi həyata keçirilməlidir.
K.Marks və F.Engels, A.Smit və D.Rikardonun əmək dəyər nəzəriyəsini yenidən işləyərək, kapitalizmin əsas iqtisadi qanununu saydıqları — izafi dəyəri kəşf etdiklərini sübuta çalışmışlar. Bu qanun, marksist iqtisadi təlimin təməl daş adlandırılaraq, fəhlənin kapitalist tərəfindən haqqı ödənilməmiş əməyinin mənbəyi olduğu fikrinin təsdiqinə yönəldilmişdi.
K.Marksın və F.Engelsin - Kapital, Anti-Dürinq, Təbiətin dialektikası, Ailənin xüsusi mülkiyyətin və dövlətin mənşəyi kimi sanballı əsərlərində, — əsas və dəyişən kapital, əmək və iş qüvvəsi, istehsalın və kapitalın təmərküzləşməsi, təkrar istehsal prosesi, konkret və abstrakt (mücərrəd) əmək, orta mənfəət norması, kapitalın üzvi quruluşu, proletariatın nisbi və mütləq yoxsullaşması, kapital yığımı prosesi problemlərinə böyük dəqqət yetirilmişdir.
Son 150 ildə dünya miqyasında iqtisadi fikrin və nəzəriyyənin inkişafına mühüm təsir göstərmiş K.Marks və F.Engels irsinə, o cümlədən marksizmə olan münasibət çox dəyişmişdir. Lakin marksizm bu gün də bəşəriyyətin tarixən formalaşdırdığı iqtisadi fikir və təlimlər tarixinin mühüm bir istiqaməti, yaxud qolu olaraq qalır.
Tanınmış iş adamı və xeyriyyəçi C.Soros özünün Böhran konsepsiyası kitabında marksizm haqqında belə bir maraqlı fikir söyləmişdir: 150 il bundan əvvəl K.Marks və F.Engels kapitalizm cəmiyyətinin çox gözəl (obyektiv) təhlilini verdilər... Lakin onların bu xəstəlikdən xilas olmaq (qurtarmaq) üçün təklif etdikləri dərman (kommunizm), təəssüf ki, xəstəliyin özündən daha pis oldu.

Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin