Mövzu VII. Marksist iqtisadi nəzəriyyə məktəbi və onun davamçıları 1. Marksist məktəbın yarandığı tarixi şərait
2. K.Marks və F.Engersin iqtisadı görüşləri
3. Marksist nəzəriyyə məktəbinin davamçıları
4. Marksist nəzəriyyənin iflası
1. Marksist məktəbın yarandığı tarixi şərait Tarixi, siyasi iqtsadi nəzəriyyələr, müəyyən bir dövrün. cəmiyyətin müxtəlif təbəqələrinin mənafeyinə xidmət edib möhkəmlənir, nəhayət elə zəruri dövr gəlib çatır kı, həmin ideyalar öz yerlərini başqalarına verməyə məcbur olurlar.
XIX əsrın 40-cı illərində Avropada, sonralar isə bütün dünya ölkələrində iri maşınlı sənayenin inkişafı, cəmiyətin iqtisadi həyatında ciddi dəyişiklik və köklü irəliləyişlər yaratdığı kimi, ictimai şüurda da, dəyişmiş qüvvələr nisbəti şəraitində, gələcək inkişafın iqtisadi-sosial istiqamətlərində də yeni meyilləri üzə çıxardı.
XIX əsrin ortalanrından başlayaraq, sənaye cəhətdən inkişaf etmiş dövlətlərin siyasi-ictimai həyatında fəhlə sinifinin (proletariatın) rolu əhəmiyyətli dərəcədə artmışdı. Məhz bu dövrdə meydana çıxmış marksizm nəzəriyyəsi və onun xüsusi mülkiyyəti ləğv edib, əvəzində ümumi (ictimai) mülkiyəti bərqərar etməyə dair kommunist ideyaları, özünə əlverişli bir mühit taparaq, geniş yayılmağa başlamışdı.
Təsadüfi deyildir ki, XIX əsrin ortalarında belə bir deyim geniş yayılmışdı: Avropada kommunizm ideyaları bir kabus, kölgə kimi dolaşmaqdadır.
Həmin dövrdə Qərbi Avropa ölkələrində sərbəst bazar iqtisadi münasibətləri formalaşıb həlledici rol oynadıqca, bu sistemə (kapitalizmə) daxilən xas olan ziddiyyətlər özünü daha aydın bir surətdə göstərməyə başlamışdı. Sahibkarlarla muzdlu fəhlələr arasındakı mənafe əksliyi, proletariatın sinifi qəzəbini tədricən gücləndirmişdi.
Bu real tarixi qüvvə getdikcə təşəkkül tapır, mütəşəkkilləşir, ictimai həyat proseslərində fəal iştirak etməyə başlayır, müstəqil bır qüvvə kimi formalaşırdı.
Şübhəsiz, Qərbi Avropa ölkələrinin müxtəlif dairələrində yenicə formalaşmış bu ciddi qüvvəyə qarşı münasibət eynimənalı olmamışdı. Bu ictimai qüvvə önündə qorxuya düşənlər. onu dağıdıcı bir şey hesab edənlər, yaltaqlananlar. fitnəkar yollara çəkmək istiyənlər, yaranmış çətin iqtisadi-sosial vəziyətdən ardıcıl mübarizə ilə qurtuluşun yeganə çıxış saydıqlarını əsaslandırmağa çalışanlar da olmuşdu.
Proletariatın ümumdünya xilaskarlıq roluna inanıb onu müxtəlif vasitələrlə əsaslandıran marksizm nəzəriyyəsi, onun baniləri K.Marks (1818-1883) və F.Engels (1820-1895), habelə bu inqilabi ideyaların sonrakı davamçıları olmuşlar.
Deməli, bəzi tənqidçilərin sübut etməyə çalışdıqları kimi marksist nəzəriyyə və onun tərkib hissəsi sayılan iqtisadi nəzəriyyə, təsadüf, yaxud kiminsə subyektiv arzularının ifadəsi kimi deyil, konkret tarixi şəraitin tələbi ilə meydana çıxıb, öz dövrünün obyektiv reallıqlarını əks etdirən elmi-nəzəri fikirlər toplusu, təlimlər kimi qəbul edilib qiymətləndirilməlidir.
Təsadüfi deyildir ki, marksist nəzəriyyəni və onun banisi Karl Marksın elmi-nəzəri fədakar fəaliyyətini yüksək qiymətləndirən müasir tanınmış Qərb iqtisadçı alimləri, onu dahi təfəkkür sahibi kimi dəyərləndirir, cəmiyyətin tarixi, ictimai, iqtisadi inkişaf proseslərinə inqilabi yanaşma tərzini Platonun fəlsəfədə, Freydin psixologiyadakı xidmətləri ilə müqayisə edrək yazırlar: Biz Marksa belə bir əsaslı ideya üçün borcluyuq ki, kapitalizm konkret tarixi keçmişdən çıxmış və.tədricən qeyri-bərabər tərzdə başqa bir, aydın olmayan cəmiyyət formasına doğru hərəkətdədinə.