3. Marksist nəzəriyyə məltəbinin davamçıları XIX əsrin ikinci yarısı dünyanın müxtəlif ölkələrində marksizm ideyalarının, o cümlədən iqtisadi təlimlərin yayılması ilə səciyyələnmişdir.
Həmin dövrdə K Libknext, A.Bebel, P. Lafarq, Ş.Disgen, Ç.V .Plexanov, F.Merinq, A.Labriola, R.Lüksemburq, K.Setkin və marksist fikrin digər görkəmli nümayəndələri, K.Marks və F.Engelsin iqtisadi baxışlarının yayılıb təbliğ edilməsində mühüm rol oynamışlar.
XIX əsrin sonu və XX əsrin əvvəllərində sərbəst bazar (kapitalist) iqtisadiyyatının yeni, öz inkişafının inhisarçı mərhələsinə daxil olması dövründə marksist iqtisadi nəzəriyyənin inkişafı, Rusiya bolşeviklərinin lideri V.İ.Leninin fəaliyəti ilə bağlı olmuşdu.
O, iqtisadi-sosial inkişafın qeyri-bərabər inkişaf qanunauyğunluqları əsasında cimperializm zəncirinin onun ən zəif həlqəsindəəp qırılacağı ehtimalını irəli sürmüşdü. Həqiqətən, proletar inqilabı və onun dövlət hakimiyəti forması olmuş proletar diktaturası Rusiyada reallaşdı. Halbuki nəzəriyyəyə görə proletar inqilabı, Qərbi Avropanın sənaye cəhətdən daha yüksək inkişaf etmiş bir neçə ölkəsində, eyni vaxtda baş verməh idi.
Geniş ərazidə işğal və zorakılıq əsasında yaradılmış Sovet imperiyası, marksizmin iqtisadi nəzəriyyəsini totalitar bir dövlət reyiminin sərt qayda-qanunlarına uyğunlaşdıraraq, onu nəzəri baxışlardan daha çox doqmatik təlimə, ideololi vasitəyə, siyasət alətinə çevirdi.
4. Marksist nəzəriyyəsinin iflası Marksist iqtisadi məktəbin, bu təlimin yaradıcılarının və davamçılarının iqtisad elmi qarşısındakı müəyən xidmətlərini (yeni iqtisadi təhlil üsulları və dili yaratmaları, kapitalın üzvi tərkibinin araşdırılması, iqtisadi tsikllər, böhranın mərhələləri barəsində fikirləri) qeyd etməklə yanaşı, onun ciddi nəzəri, habelə metodoloji nöqsanları da göstərilməlidir.
İlk növbədə bu nəzəriyyədəki ziddiyətli cəhətlər və vahid bir sistem kimi təqdim olunan müddəaların əslində uyuşmadığı, habelə real həyatla düz gəlmədiyi aydın olur.
Sonrakı hərtərəfli təhlil və məntiqi mülahizələr təsdiq etmişdir ki, bu nəzəriyyə və onun müddəaları yalan prinsiplər, habelə formal məntiqi təsdiqlər üzərində qurulmuşdur. Bəzi müəlliflər bu nöqsanı K.Marksın iqtisadçı-alim kimi bacarıq səviyəsi ilə deyil, onun bəşəriyətin gələcəyini peyğəmbər sayağı müəyyənləşdirmək istəyi iddiası ilə izah etməyə çalışmışlar.
Marksist nəzəriyyə, qurmaq istədiyi sosialist cəmiyyətinin necə olacağı barəsində aydın mənzərə yarada bilməsə də, lakın onun bazar özbaşınalığı və qarışıqlığından azad bir quruluş olacağını əsaslandırmağa səy göstərmişdi.
Marksist nəzəriyyənin müddəalarını öz ideologiyası, sıyasi Xətti və iqtisadi proqramı elan edən bolşevik reyimi, bu təlimin prinsiplərini doqmatik şəkildə tətbiq etməklə eybəcərləşdirərək, inzibati-amirlik sistemi yaratmaq yolunu tutdu. Ölkənin təsərrüfat həvatının həddsiz. mərkəzlşdirilməsi, elmi texniki nailiyyətlərdən səmərəli isüfadə olunmaması, beynəl xalq miqyasda rəqabət apara bilməməsi, xalqın yaşayış səviyyəsinin aşağı olması, sivil dünyanın yaşadığı sərbəst bazar münasibətləri sisteminin tələblərinə uyğunlaşa bilməməsi, tədricən onun çökməsinə səbəb oldu.
Əlbəttə, iqtisadi sistem kimi bazar iqtisadiyyatı ideal və nöqsansız deyildir, lakın hələlik bu sistem bəşəriyyətin tapdığı ən optimal bir təsərrüfat formasının konkret variantıdır.
Ona görə də 70 il davam etmiş və marksist nəzəriyyəni dövlət ideologiyası, habelə hakimiyətin iqtisadi siyasəti alətinə çevirmiş planlı sosialist sistemi, son nəticə etibarilə iflasa uğradı.