İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


Marjinal iqtisadi nəzəriyyələrin neoklasik istiqamətinin formalaşması və A. Marşal



Yüklə 88,08 Kb.
səhifə26/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   ...   22   23   24   25   26   27   28   29   ...   35
iqtisadi təlimlər tarixi

3. Marjinal iqtisadi nəzəriyyələrin neoklasik istiqamətinin formalaşması və A. Marşal
Marjinalist nəzəriyyə eyni zamanda neoklassik istiqamətin əsasını qoymuşdur. Bu istiqamət, XIX əsrin 90-cı illəyindən etibarən, iqtisad elmində ingilis — amerikan adlanan yeni məktəbin yaranması ilə təşəkkül tapmışdır. Neoklassik istiqamətin nümayəndələri sübuta çalışırdılar ki, bazar mexanizminə arxalanaraq, tələb və toklif arasında tarazlığı təmin etmək mümkündür. Onların fikrincə, dövlətin rolu yalnız azad rəqabət üçün əlverişli olan şərtləri yartmaq və belə bir mühiti qoruyub müdafiə etməkdir.
Neoklassiklər klassik iqtisadi məktəbin əmək dəyər nəzəriyyəsi ilə, mar)inalistlərin faydalılıq həddi nəzəriyyəsini vahid bir əsasda razılaşdırmağa çalışmışlar.
Bu yolda ingilis iqtisadçısı U.S.Gevons (1835-1882) amerikalı iqtisadçısı Ğ.B.Klakr (1847-1938), alman iqtisadçısı F.Vizer (1851-1926), isveçli iqtisadçısı N.Valras (1834-1910) və italiyalı V.Pareto (1848-1923) öz tədqiqatları ilə bir sıra problemləri (istehsal amillərinə əsaslanan məhsuldarlıq həddi nəzəriyyəsi, mikroiqtisadi səviyədə ümümi tarazlıq nəzəriyyəsi, iqtisadi model və hesablamalarda riyazi, habelə statısuk üsullardan istifadə etməyi, gəlirlərin bölgüsünü — Pareto qanunu) əsasında həll etməyə çalışmış, habelə bu yolda müəyyən uğurlar da qazanmışlar.
Məsələn, mariinalizm ideyalarını inkişaf etdirən S.Gevons göstərirdi ki, əmtəələr alıcılar tərəfindən səmərəli istehlak və istifadə edildikdə, onların faydalılıq səviyyəsi qiymətlərinə uyğundur. O, eyni zamanda təsdiq edirdi ki, əmək əmtəələrin müvafiq mübadilə dəyərinə bilavasitə deyil, dolayı yollarla təsir göstərir.
O.Bem-Baverk öz əsərlərində K.Marksın əmək dəyər nəzəriyyəsinə qarşı çıxaraq, qiymətlilik və faydalılıq nəzəriyəsini irəli sürmüşdü. Onun fikrincə əmtəənin qiymətliliyi — onun subyektiv faydalılığı olub, konkret şərait və alıcıdan asılidir. Aydındır ki, bir stəkan suyun adi ev şəraitində və qızmar səhrada qiymətliliyi xeyli fərqli olacaqdır. Bütün nemətlər ab
Strakt (mücərrəd) faydalılığa malik olduqları halda, yalnız məhdud və mübadilə oluna bilən şeylər qiymtli, faydalı sayıla bilər. Mirvari və almaz az olduğuna görə, onların faydalılıq həddi böyük, taxıl və meyvə çox olduğuna görə faydalıq hədd, azdır.
F.Vizer isə ilk dəfə olaraq məcmu faydalığın müəyyən edilməsinə səy göstərmiş, altemativ xərclər (qurban verilmiş, cəldən qaçırılmış) anlayışını elmi dövriyyəyə daxil etmiş, istehsal amillərinin əvəzetmə nəzəriyyəsini irəli sürmüşdür.
G.Klakr cəmiyyətdə baş verən iqtisadi prosesləri kompleks və sistemli şəkildə deyil, konkret reallıq əsasında öyrənməyə üstünlük verərək, əsas diqqətini bölgü problemlərinə yönəltmişdi. O cəmiyyətin illik gəlirini: əmək haqqı, faizlərin ümumi məbləği, məcmu mənfəət kimi 3 hissəyə ayırmışdı Önun təsnifatna görə iqtisad elmi ilk növbədə cuniversal qanunlar axtarışı ilə məşğul olmalı, sonra, iqtisadiyatın statistik vəziyyətini təhlil etməli, nəhayət, iqtisadiyyatın dinamikasının qanunlarını öyrənmlidir.
İqtisadi nəzəriyyə və iqtisadi təlimlər tarixində neoklassik istiqamətin yaradıcısı, məşhur ingilis iqtisadçısı Alfred Marşall olmuşdur.
Alfred Marşall (1842-1924) iqtisadi təlimlər tarixində neoklassik istiqamətin yaradıcılarının ən öndə gedəni olmuşdur. 1890-cı ildə çapdan çıxmış İqtisad elminin prinsipləri. (Economics) kitabı onu bütün dünyaya tanıtmışdı. O, şüurlu surətdə csiyasi iqtisad sözündən imtina etməklə, bu elmi sinifi və ideolofi yüklərdən xilas etməyə çalışmış, iqtisadi sərbəstliyi, habelə rəqabəti təsərrüfat həyatının hərəkətverici qüvvəsi hesab etmişdir.
A.Marşallın nəzəri irsinin mərkəzində qiymət problemi durur, O, özünün qiymət konsepsiyasını əvvəllər mövcud olmuş dəyər nəzəriyyələrindən istifadə və onların əlaqəli razılaşdırılması yolu ilə yaratmışdır. Bu konsepsiyada ayrı-ayrı iqtisadi məktəblərə məxsus faydalılıq həddi, istehsal xərcləri, tələb və təklif nəzəriyyələri sintetik, üzvi surətdə birləşdirilmişdir. A.Marşall qiymətə bazar iqtisadiyatının vacıb ünsürü kimi baxsa da, lakin onu nəzərə almır, yaxud həlledici hesab etmir.
O yazırdı ki, qiymətin yaranma prosesi özündə tələb və təklif qiymətini birləşdirir. A.Marşall bazar qiymətinə, alqısatqıda tələblə-təklifin kəsişməsindən alınan bir nəticə kimi — baxmışdı. Deməli, tələb qiyməti mariinalist üsulla, — yəni faydalılıqla, təklif isə qiymətin klassik üsulu — yəni istehsal xərcləri ilə müəyyən olunmalıdır.
Bazar qiymətinin dəyişməsini son faydalılıq və istehsal xərcləri kimi 2 amillə əlaqələndirən A.Marşall yazırdı ki, belə şəraitdə alıcının verdiyi qiymət. əmtəənin faydalılığı səviyyəsindən asılı olaraq, məhsulun maksimum dəyərini (qiymətini) müəyyən edir. Eyni zamanda hər hansı bir istehlakçının məhsula verdiyi qiymət, həmin əmtəənin (xidmətin) faydalılıq səviyyəsi ilə bağlıdırsa, istehsalçının isə satdığı məhsula qoyduğu qiymət, onun hazırlanmasına sərf olunmuş istehsal xərcləri ilə əlaqədardır.
Məhz belə bir razılaşdırıcı mövqedən çıxış edən müəllif, göstərmişdi ki, alıcının ödəməyə hazır olduğu qiymət əmtəənin faydalılığı, satıcının təyin etdiyi qiymət isə istehsal xərclərindən az olmamaqla müəyyən edilir. Bu halda satıcılarla alıcılar arasında razılaşma əldə edilir və nəticədə qiymət tarazlı səviyyədə müəyənləşir.
İqtisad elminə tələbin elastikliyi anlayışnı gətirən müəllif, bazarda formalaşan qiymətlərin səviyəsindən asılı olaraq, tələblə-təklifin artması, yaxud aşağı düşməsi prosesinin qanunauyğunluqlarını izah etmişdir. Tələbin elastikliyi, onun qiymət dəyişikliklərindən bilavasitə, yaxud dolayı yollarla asılılığın elmi-nəzəri cəhətdən sübutu kimi səciyyələndirilməlidir.
Qiymətin enib-qalxması ilə tələbin. elastıklıyının dəyişkənliyi (vahidə bərabərliyi, yaxud vahiddən böyük-kiçik olması) bir sira obyektiv və subyektiv səbəblərlə bağlı ola bilər A Marşall, bununla əlaqədar tələb-təklif qanununun fəaliyyətində vaxt amilinə diqqət yetirərək, baş verən iqtisadi proseslərdə səbəb-nəticə əlaqələrinin təsir gücünü və dairəsin düzgün qiymətləndirmək üçün — anı, qısamüddətli, uzunmüddətli bazar tarazlığını fərqləndirməyi irəli sürmüşdü Çünki, ani tarazlıq şəraitində təklif sabit qaldığından, təbii olaraq qiymətlər yüksələcəkdir. Qisamüddətli tarazlıq, mövcud istehsal gucləri (imkanları) daxilində təklifi çoxaltmaqla, artan tələbi ödəməyə şərait yaradacaqdır. Uzunmüddətli tarazlıq mühitində isə mövcud iqtisadi resurslar çərçivəsində istehsal gücləri dəyişə bildiyindən, təklif bazarda formalaşan tələbə uyğunlaşır.
Tarazlı qiymət anlayışından istifadə etmiş A.Marşall göstərmişdi ki, tələb qiyməti təklif qiymətinə bərabər olduqda, istehsal sabit qalır, sabitlik hökm sürür. O, tələbin qiymətlə tərs, təklifin isə düz nisbətdə olduğunu qeyd etmişdi.
A.Marşall eyni zamanda sərbəstlik və rəqabətin iqtisadıyat üçün hərəkətverici roluna diqqət yetirmiş, pul amili və onun bu proseslərə təsiri problemlərinə toxunmuşdur.
İnsan amili, əmək haqqı, kapital və digər aktual məsələlər də onun tədqiq etdiyi problemlərdən olmuşdu.
Təsadüfi deyildir ki, o insan kapitalı haqqında yazaraq, insanın bacarıq və qabiliyyətini istehsal vasitələrinin zərun tərkib hissəsi kimi yüksək qiymtləndirmişdir.Bilik istehsalı hərəkətə gətirən ən güclü amildir - fikri, onun işçinin peşəkarlığına, sahibkarın idarəçilik məharətinə, işgüzar münasibət" lər qurmaq bacarığına olduqca yüksək qiymət verdiyini təsdiq edir.
A.Marşall cəmiyətdə baş verən dəyişkən və mürəkkəb iqtisadı proseslərə sırf subyektiv-psixoloyi mövqedən yanaşaraq, bu hadisələrin təhlili, habelə proqnozlaşdırılmasında psixoloji cəhətlərə aşkar üstünlük vermişdi.
Cəmiyyətin iqtisadi-sosial inkişafının yalnız təkamül yolunu düzgün seçim hesab edən müəllif, bunu təbiət qanunları ilə əsaslandıraraq yazmışdı: təbiətdə sıçrayışlar yoxdur. O öz tədqiqatlarında funksional metoddan istifadə edərək, iqtisadı proseslərin səbəb — nəticə əlaqələrini lazımınca qiymətləndirməmişdir.
A.Marşall, istehsalın 3 amili (torpaq, əmək, kapıtal) haqqında fransız iqtisadçısı. B.Seyin mövqeyini qəbul etməklə yanaşı, bu amillər sırasına istehsalın təskili və idarəçiliyi ilə bağlı sahibkarlıq qabiliyyətini, bacarığını da daxıl etmişdir.
Onun 100 il bundan qalaq söylədiyi aşağıdakı fikirlər bu gün də əhəmiyyətini itirməmişdir: İstehsalda insan qabiliyyəti, kapitalın başqa növləri qədər zəruridir və Əməyə tam bağlanmaq üçün üç şərtə əməl olunmalıdır: azadlığa, ümidə, dəyişikliklərə.


Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin