MÖVZU XI. Müasir iqtisadi nəzəriyyələrin təkamülü 1. Müasir iqtisadi fikrin təkamülü zəruriliyi
2. Yeni iqtisadi-nəzəri konsepsiyalar
3. İqtisadi nəzəriyyələrin perspektiv inkişaf istiqamətləri
1. Müasir iqtisadi fikrin təkamülü zəruriliyi Mürəkkəb və ciddi ictimai-siyasi, beynəlxalq hərbi qarşıdurma, mənəvi-dini dəyərlərin toqquşduğu üçüncü minilhyin XXI əsrinin başlanğıcı, başqa sahələrdə olduğu kimi, iqtisadi nəzəriyyələr, konsepsiyalar, fikirlər istiqamətində yeni ideyaların irəli sürülməsini zəruri edir. Çünki cəmiyyətin həyat tərzi, iqtisadi münasibətləri, əlaqələr sistemi, gündəlik və perspektiv tələbləri dəyişdiyindən, əvvəlki iqtisadi nəzəriyyələr yeni reallıqları tam izah etmək imkanlarına malik deyildir.
İqtisadi təlimlər tarixinin minillikləri əhatə edən maraqlı mənzərəsində həmişə belə olmuşdur. İqtisadi ideya, təlim və nəzəriyələr meydana çıxaraq formalaşmış getdikcə inkişaf edərək öz mövqelərini möhkəmlətmiş, nəhayət dəyişmiş iqtisadi reallıqların həqiqətən ziddiyyətli problemlərinə cavab verə bilmədiyindən, tədricən məhv olub sıradan çıxmış, ölüb getmişdir.Qədim Şərq və Qərbi Avropa, xüsusilə də Yunanıstanda meydana çıxmış ev təsərrüfatları, əmtəə, qiymət, ticarət, sələm haqqında fikirlər, orta əsrərdə bir növ zəifləyərək, dini-xürafat pərdəsinə bürünmüşdü.
XVII-XVIII əsrlərdə formalaşmış klassik iqtisad elmi, merkantlist və fiziokrat mövqelərdən fərqli olaraq, bu iqtisadi məktəb ölkənin sərvətinin təkcə ticarət və kənd təsərrüfatında deyil, digər sahələrdə də yaradıldığını əsaslandırmışdı. Bi mənada klassik iqtisadi məktəb və onun baniləri A.Smir, D.Rikardo elmi iqtisadi nəzəriyyənin də ilk həqiqi yaradıcıları olmuşlar.
Tarixi bir ardıcıllıqla gələn sonrakı iqtisadi nəzəriyyə məktəbləri və bu nəzəriyyələrin müxtəlif istiqamət, habelə cərəyanları, şübhəsiz öz dövrlərinin real iqtisadi proseslərini dərk etməyə, aydınlaşdırmağa, daha optimal variantlar tanmağa, gələcək iqtisadi-sosial inkişaf perspektivlərini müəyənləşdirməyə çalışmışlar.
Həmin iqtisadi nəzəriyyə məktəbləri və istiqamətləri içərisində:
marksist iqtisadi nəzəriyyə və dünyanın müxtəlif ölkələrində bu təlimin davamçıları,
klassik iqtisadi nəzəriyyənin əleyhidarları və ilk növbədə avstriya-alman ctarixi məktəbə istiqamətinin nümayəndələri,
marjinalist və neoklassik təlimlərin yaradıcıları,
iqtisadi fikrin institusional-sosiolo)i istiqamətinin nümayəndələri,
iqtisadiyyatın dövlət tərəfindən tənzimlənmsinə dair keynsci nəzəriyələr və bu nəzəri istiqamətin davamçıları,
digər müasir iqtisadi nəzəriyə cərəyanları,
habelə ən qədim dövrlərdən başlayaraq, bizim günlərimizə qədər Azərbaycanda formalaşmış iqtisadi təlimlər, — şübhəsiz özünəməxsus bir yer tutaraq, ümümbəşəri iqtisadi fikir və iqtisadi təlimlər tarixinin ayrı-ayrı səhifələrini, pillələrini, mərhələlərini təşkil edir.
Ən müasir iqtisadi nəzəriyyə və son iqtisadi fikir, habelə ideyalar da, məhz iqtisadi təlimlərin keçdiyi uzun bir tarixi inkişaf yolunun tənqidi baxımından öyrənilərək hərtərəfli təhlili, başlıcası isə real gerçəkliyə uyğun yaradıcılıqla davam etdirilməlidir.