2. C.M.Keyns və onun iqtisadi təlimi İqtisadiyyata və onda baş verən yeni proseslərə dai, keynsçi ideyalar, C.M.Keynsin Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi (1936) kitabında irəli sürülüb əsaslandırılmışdır.
Keynsçilik, bazar münasibətləri əsasında iqtisadiyatın dövlət tərəfindən tənzimlənməsini mümkün və zəruri sayan makroiqtisadi bir nəzəriyyədir. Keyns göstərirdi ki, artıq sərbəst rəqabətli bazarın özünü tənzimlənməsi haqqındakı neoklassik nəzəriyyənin müddəaları real həyatla düz gəlmir, ziddiyyət təşkil edir. Çünki sərbəst, yaxud azad rəqabətli bazar ölkənin əmək ehtiyatlarının, işçi qüvvəsinin, real maddi resurslarının tam səmərəli istifadəsini kifayət qədər təşkil edə bilmir. Yalnız dövlətin iqtisadi müdaxiləsi və bu prosesin ağıllı tənzimlənmsi şəraitində, ölkənin təsərrüfat həyatının yüksəlişinə nail olmaq mümkündür.
Keyns nəzəriyyəsinin mahiyyəti və yeniliyi nədən ibarətdir?
Əvvələn, bu konsepsiyanı ilk növbədə səmərəli tələb nəzəriyyəsi adlandırırlar. İdeya bundan ibarətdir ki, bütövlükdə cəmiyyətin məcmu tələb və alıcılıq qabiliyyətini artırmaqla, ölkədə istehsalın həcmini xeyli genişləndirmək mümkündür. Təsadüfi deyildir ki, İqtisadi nəzəriyyə kitabında yazılmışdır: Keynsçi nəzəriyyə — dövlətin kapital qoyuluşundan (investisiyalardan) və istehlakdan əmələ gələn, dövlət xərcləri ilə tamamlanan məcmu tələbə təsir etmək yolu ilə iqtisadiyyata müdaxilə etmək (qarışmaq) formasıdır.
Deməli, keynsçilik dövlət tənzimləmə siyasəti ilə, səmərəli tələbi müəyyən edən xərclər və gəlirlər arasındakı nisbətin tənzimlənməsidir,. Bu baxımdan Keyns nəzəriyyəsinin metodologiyası fərdi yox, ümumi psixoloil amillərə əsaslanmışdı. Onun əsas psixoloji qanununa görə, məcmu real gəlirin artması ilə yanaşı, ölkə əhalisinin istehlakı da artır. O göstərirdi ki, əhalinin gəlirləri artdıqca, təbil ki, onun İstehlakı da artır.
Lakin əhalinin istelakı onun gəlirlərinə uyğun (müvafiq) surətdə, məsələn həm gəlirlər, həm də istehlak eyni səviyyədə, (məsələn, 570 gəlir və 592 istehlak, yaxud 2592 istehlak və 2590 gəlirlər kimi) artmır. İlk növbədə əhalinin yığım meyli psixologiyası bu prosessə mane olur.
Ona görə də cəmiyyətdə və mövcud iqtisadi sistemdə tarazlığın pozulması, böhran, tənəzzül, işsizlik kimi mənfi hallara gətirib çıxarır. Cəmiyyətin səmərəli tələbi üç amillə: istehlaka meyillilik, investisiyaların faydalılıq həddi və likvidliyin üstün tutulması ilə müəyyənləşir.
Bu halda, cəmiyyətdə istehlaka meyllilik tələbin kəmiyyətini, investisiyaya meyllilik isə istehlak tələbini müəyən edir. Həmin amillərin hər ikisi bir istiqamətdə fəaliyyət göstərdiyindən, nəticədə məcmu tələb onlardan bilavasitə asılı olur.
Keynisə görə cəmiyyətdə işsizliyə səbəb - insanların tədiyyə (ödəmiş) qabiliyyətli tələbinin çatışmamasıdır, məhdudluğudur. Bu mövqedən çıxış edən Keyns, səmərəli tələbin artırılması ideyasını irəli sürmüşdü. Qeyd etmək lazımdır ki, səmərəli tələb müddəası, Keynsin iqtisadi nəzəriyyə elminə böyük hədiyyəsi kimi qiymətdəndirilir.
İkincisi, Keynsin nəzəri konsepsiyasında investisiyalar amilinə həlledici əhəmiyət verilirdi.
Onun fikrincə, iqtisadiyyata yönəldilmiş kapital qoyuluşlarının (investisiyaların) verdiyi, gətirə biləcəyi gəlir (mənfəət) çox olduqca, gələcəkdə investisiya imkanları artaraq, istehsalın yüksək templərlə inkişafını təmin edir.
Üçüncüsü, Keyns öz nəzəriyyəsində əsaslandırırdı kı, dövlət iqtisadi siyasəti ilə ölkənin təsərrüfat həyatına investi. siya yönəldilmsini güclndirə bilər. Bunun üçün isə borc kapital faizini çevik surətdə idarə etmək, yaxud ictimai işlərə yönəldilən dövlət investisiyalarının həcmini artırmaq lazımdır. O, eyni zamanda dövlət xərclərini artırmağı, investisiya və dövlət sifarişlərinə geniş yer vermyi, kreditlərə görə faiz dərəcəsini aşağı salmağı, əhalinin az təminatlı hissəsinin sosial qayğılarının dövlətin öz üzərinə götürməsini mümkün saymışdı Bu tədbirlər sırasında yeni iş yerləri açmaq məsələsinə də ciddi diqqət yetirilmişdi.
Keynsin nəzəri müddəaları sırasında iqtisadi sistemin makroiqtisadi parametrləri, bu kəmiyyətlərin uyğun nisbətləri, habelə qarşılıqlı asılılıqları da öyrənilmişdir. Həmin istiqamətdə başlıca məqsəd — investisiyalar, istehlak və ölkənin milli gəliri arasında qarşılıqlı əlaqə yaratmaqdan ibarətdir.
Keynsin nəzəri konsepsiyasında investisiyalar — istehlak — milli gəlir arasındakı arasındakı əlaqələr xətti (sistemi), multiplikator mexanizmi vasitəsiylə aydınlaşdırılmışdır.
Multiplikator sözünün latıncadan tərcüməsi çoxaltmaq, artırmaq, hasil etmək mənalarını verir. Bu göstərici, investisiyaların gəlirlərin artmasına təsiri nəticəsində, tələbin cəmiyyət miqyasında çoxaldığını göstərir.
Səmərəli tələb isə, tədiyyə (ödəniş) qabiliyyətli məcmu tələbdir. Belə bir tələb mövcud məşğulluğun həcmini ötür. Deməli, səmərəli tələbi iki amil — istehlak və investisiyalar şərtləndirir.
Multiplikator anlayışı, iqtisadi böhranları və işsziliyin səviyyəsini aşağı salmaq üçün dövlət xərclərini artırmağı, nəzəri baxımdan əsaslandırırdı. Keyns bu göstəricidən iqtisadiyyata dövlət təsirinin zəruri olduğunu göstərmək üçün istifadə etmişdi.
Başqa sözlə desək, multiplikator — gəlirin artımının investisiyaların artımına olan misbətini ifadə edir və o, investisiya qoyuluşlarının hər yeni artımı nəticəsində gəlirin çoxalmasını təmin edir.Keynsin bu müddəasndan aydın olur ki, hər bir artım, cəmiyətdə milli gəlirin artımını təmin edən məşğulluğu yüksəldir. Ölkədə ümumi bir sintetik, iqtisadi göstərici sayılan milli gəlirin artması isə öz növbəsində yeni əlavə kapital qoyuluşları üçün başlanğıc şərt olur.