İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


Marjinalizmin ilkin mərhələsinin subyektiv nəzəriyyələri



Yüklə 88,08 Kb.
səhifə25/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   ...   21   22   23   24   25   26   27   28   ...   35
iqtisadi təlimlər tarixi

2. Marjinalizmin ilkin mərhələsinin subyektiv nəzəriyyələri
Marjinalist nəzəriyyənin ilk mərhələsi K.Menger, O.Ben-Baverk, F.Vizerin adı ilə bağlı olsa da, lakin iqtisadi təlimlər tarixində onların — Antuan Kurno (1801-1877), İohan Henrix fon Tyunen (1783-1850), K.German Henrix Hossen (1810-1858) kimi sələfləri olmuşdur. Onlar bu nəzəriyyənin ilk ideya və fikirlərinin meydana çıxmasında müəyən rol oynamışlar.
A.Kurnonun Sərvət nəzəriyyəsinin riyazı əsasları əsərində, ıqtısadıyyatın umumi (makro) məsələlən deyil, bazar səviyyəsində (mikro) cəhətlər, alıcı-satıcı münaəsibətlən səviyyəsində, qiymətlərin müxtəlifliyi (alıcının ustunluyu şərantində öyrənılmışdı. O, ıqtısad elmmə tələbin elastikliyi anİayışını gətirmişdir. Sərbəst bazar münasibədəri və rəqabət şəraitində qiymətlərin, inhisar mühitinin qiymədərindən xeyli aşağı olması fikri də A Kumo tərəfindən əsaslandırılmışdır
İ. Fon Tyunen Təcrid olunmuş dövlət kitabında, stehsal funksiyasının əmək və kapitaldan asılı olduğunu, habelə məhsuldarlıq həddi anlayışını aydınlaşdırmağa çalışmişdi
K.T.Hossen Bəşəriyyətin qarşılıqlı fəaliyyətinin təkamül qanunları əsərində bir sira qanunauyğunluqlar öz əksini tapmışdır ki, sonralar bu qanunlar onun adı ilə ıqtısadı təlinalər tarixinə düşmüşdür.
Onun birinci qanunda göstərilir ki, hər hansı bir nemətin miqdarının artması ilə, onun son faydalılıq həddi azalır
İkinci qanundan aydın olur ki, istehlakın optimal quruluşu o zaman əldə edilir ki, bütün istehlak olanın məhsalların faydalılıq həddi tarazlaşdırılsın.
Bu müəlliflərin fikirləri, marjinalist nəzəriyyənm sonrak: nümayəndələri tərəfindən daha da inkişaf etdirilmişdir.
Avstriya iqtisadi təhlil məktəbinə mənsub olum K.Menger, mariinalizm nəzəriyyəsinin banısi kımi iqtsadi təlimlər tarixində xüsusi bir yer tunır.Onun irəli sürüb əssslardırdığı faydalılıq həddi nəzəriyyəsi subyektiv xarakter daşımışdı. Fərdiyyətçiliyə əsaslanan bu təlim, bütövlükdə cəmiyyətin iqtisadi fəaliyyətini, ayrıca bir fərdin hərəkətin səticəsi kimi izah etmişdi.
K.Menger iqtisad elminin başlıca məqsədini fərdi təsərrüfatların inkişaf qanunlarının öyrənilməsində görmüşdü. O, klassik məktəbin əmək dəyər nəzəriyyəsinin əksinə olaraq, əsaslandırmağa çalışmışdır ki, əmtəələrin dəyərini onların istehsalına sərf olunmuş əmək deyil, həmin əmtəələrin faydalılığı təşkil edir. Həm də, nemətlərin faydalılığı, bunların insanların tələbatlarını hansı səviyyədə və faydalılıq həddində ödəməsindən asılıdır. Hər hansı nemətin insanın ilkin tələbatı ilə sonrakı (növbəti, təkrar) tələbatlarının ödənilməsi, eyni cür qiymətləndirilə bilməz. Çünki, istehlak olunan məhsulun kətiyyəti artdıqca, tələbat ödənildikcə, faydalılığın kəmiyyəti azalır. Ona görə də əmtəələrin (nemətlərin) qiyməti son faydalılıq həddi ilə ölçülməlidir. Bu mənada. dəyər (qiymət) insanların sərəncamında olan və istehlakçıların yaşayışını təmin edən nemətlər barəsində subyekuv xarakter daşıyır. Deməli, qiymət təkcə məzmununa görə deyil, eyni zamanda həcminə (miqdarına, kəmiyyətinə) görə də subyektiv iqtisadi hadisə sayılmalıdır.
K.Mengerin fikrincə, Aristoteldən başlayaraq nemətlərin mübadiləsinin əsasında bərabərliyin (ekvivalentliyin) durduğunu söyləmək doğru deyildir. Nemətlərin mübadiləsinin əsasında onların faydalılıq həddi durur. O yazırdı: insanların mübadilə cəhdi (səyi) o zaman baş tutur ki, konkret halda bir subyektdə olan nemət, onun üçün başqa subyektdə olan nemətdən daha az faydalıdır, yaxud arzu ediləndir. Onun fikirlərindən belə bir məntiqi nəticə alınırdı ki, əmtəələrin (xidmətlərin) mübadiləsi, Aristotelin və Marksın düşündükləri kimi ekvivalentlik əsasında deyil, qarşılıqlı (güzəştli) faydalılıq prinsipi ilə baş verir.
Müxtəlif nemətlərin konkret faydalılıq həddini aydınlaşdırmaq üçün K.Mengerin tərtib etdiyi aşağıdakı cədvəl maraq doğurur.

İstehlak olunmuş nemətlərin pillələri (ardıcıllığı)

Nemətləri həddi, əmsalı

Çörək

Pendir

Banan

I

10

9

8

II

9

8

7

III

8

7

6

IV

7

6

4

V

6

5

3

VI

5

4

2

VII

4

3

1

Cədvəl göstərir ki, istehlak olunmuş çörək, pendir, banan kimi nemətlərin kəmiyyəti artdıqca, hər sonrakı mərhələdə həmin nemətlərin faydalılıq həddi dəyişir. Müəllifin fikrimcə, belə bir meyl, yəni ilkin mərhələyə nisbətən, sonrakı mərhələlərdə nemətlərin faydalılığının (birinci, üçüncü, yaxud beşinci çörək, meyvə), daha doğrusu bunların faydalılıq həddinin dəyişməsi, təbiidir ki, onun qiymətinə təsir göstərməyəcəkdir.


K Mengerin nəzəri müddəalarının riyazi vasitələrlə (dillə) ifadəsi o deməkdir ki, məhdud iqtisadi resurslar şəraitində hər hansı bir təsərrüfat fəaliyyətindən son məqsəd — istehsal xərclərinin minimum həddə endirilməsi və istehsalın həcminin, gəlirlərin maksimum həddə çatdırılmasıdır. Mübadilə və qiymətə dair onun subyektiv xarakterli iqtisadi baxışları, sonralar marjinalizm məktəbinin davamçıları üçün çıxış nöqtəsi rolunu oynamışdır.

Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin