İqtisadi fikir və təlimlər tarixi meydana çıxdıqları konkret dövrü əks etdirən ideyalar olub, cəmiyyətin iqtisadi-sosial inkişaf yolunda rastlaşdığı müxtəlif problemlərin həllinə öz təsirini göstərmişdir


İqtisadi təlimlər tarixi kursunun quruluşu



Yüklə 88,08 Kb.
səhifə4/35
tarix04.12.2022
ölçüsü88,08 Kb.
#72197
1   2   3   4   5   6   7   8   9   ...   35
iqtisadi təlimlər tarixi

İqtisadi təlimlər tarixi kursunun quruluşu

İqtisadi təlimlər tarixi fənninin quruluşu (strukturu), müxtəlif ölkələrdə mövcud olan siyasi-ictimai sistemlərdən, iqtisadi-sosial inkişaf səviyyəsindən, hakim ideolofi amillərdən, habelə digər obyektiv və subyektiv səbəblər toplusundan asılı olaraq düşünülüb tərtib olunmuş, ən başlıcası isə tədriş edilmişdir. İqtisadi təlimlər tarixinin bu prinsiplərə əsaslanaraq formalaşmış strukturu, tədqiq edilən iqtisadi proseslərin tarixi inkişafın müəyyən mərhələlərinə uyğunluğu və mühitin, ən başİıcası isə iqtisadi sistemin mahiyyəti, habelə yüksəliş səviyyəsi ilə bağlı olumşdur. Məhz iqtisadi təlimlər tarixinə bu mövqelərdən yanaşma nəticəsində, bəzən iqtisadi hadislərin, münasibətlərin təhlili prosesində ictimai-iqtisadi formasiya çərçivəsində (quldarlıq, feodalizm, kapitalizm, kommunizm) üstünlük verilmiş, bəzən isə ayrı-ayrı iqtisadi məktəblərin, istiqamətlərin, cəryaların və onların nümayəndələrinin rolu aşkar, hətta yersiz şırıldılmış, bəzən də ıdeoloyi doktrinlər: iqtisadçıların, nəzəriyyəçilərin, habelə onların mənsub olduqları müəyyən fikir qruplarının elmı və şəxsi talellərini həll etmişdir.
Sosialist iqtisadi sisteminin iflasından sonra dünyanın ⅙ hissəsində hakim elmi-ideoloji nəzəriyyə sayılan marksizm təlimi artıq öz əvvəlki rolunu itirdi. Sovet imperiyasının tərkibində olmuş Azərbaycanda da 1991-ci ildə müstəqillik əldə edildikdən sonra, bütövlükdə ictimai elmlərin, o cümlədən də iqtisadi elminin, habelə onun tərkib hissəsi sayılan iqtisadi təİimlər tarixinin obyektiv surətdə öyrənilib tədris olunması üçün real imkanlar yaradılmışdır.
Müasir şəraitdə, elmi-nəzəri fikrin inkişafı üçün yaradılmış daha əlverişli mühitdə, dünya təcrübəsinə uyğun istiqamətdə, iqtisadi təlimlər tarixinin aşağıdakı quruluşda tədris olunması məqsədəuyğundur:

  1. İqtisadi təlimlər tarixinin predmeti, metodu və vəzifələri.

  2. Qədim dünyanın iqtisadi təlimləri.

  3. Feodalizm dövrünün iqtisadi təlimləri.

  4. Bazar münasibətlərinin yaranması dövrünün iqtisadi fikirləri

  5. Klassik siyasi iqtisad məktəbinin formalaşması.

  6. Marksist iqtisadı nəzəriyə məktəbi və onun davamçıları

  7. Klassık siyasi iqtisadın əleyhidarları.

  8. Maryinalizm və neoklassik iqtisadi fikrin formalaşması

  9. İqtisadi fikrin institusional-sosiolofi istiqamətləri

  10. İqtisadiyyatın dövlət tənzimlənməsi nəzəriyyəsi və keynsçilik

  11. Müasir iqtisadi nəzəriyyələrin təkamülü.

  12. Azərbaycanda iqtisadi fikrin formalaşması və inkişaf mərhələləri.

Şübhəsiz, bu şərti və təxmini sxemə, müxtəlif ölkələrin kofikret inkişaf yolu xüsusiyyətləri ilə bağlı müəyyən dəyişikliklər, düzəlişlər etmək mümkün, habelə zəruridir. Bu mənada Azərbaycanda iqtisadi təlimlər tarixinin tədqiqi və tədrisində şifahi xalq ədəbiyyatına, islam dini amilinə, ölkənin 200 il rus çarizmi və bolşevik reyimi əsarətində olmasına, Şərqdə ilk parlamentli respublika sayılan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, müstəqillik şəraitində iqtisadi fikrin yeni yüksəlişinə xüsusi diqqət yetirilməlidir.


Həyat dəyişib irəlilədikcə və yeni iqtisadi ideyalar, fikirlər, paradiqmlər, konsepsiyalar meydana çıxıb yayıldıqca, təbildir ki, iqsadi təlimlər tarixinin həm məzmununda, həm də quruluşunda hökmən zəruri dəyişikliklər baş verəcəkdir.


Yüklə 88,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin