3. Fiziokratların iqtisadi görüşləri Fiziokratlar iqtisadi fikir tarixi məktəbinin adı, fransızca — fizis (təbiət) və kratos (hakimiyyət) sözlərinin birləşməsindən əmələ gəlib, təbiətin hökmüranlığı, hakimiyyəti, ağalığı demkdir.
Fransada yaranmaş və əsasən orada inkişaf edərək yayılmış bu iqtisadi təlimlər məktəbinin banisi Fransua Kene (1694-1781), görkəmli nümayəndələri isə A.R.Tyurqo, V Mırabo, Q.Letron, P.Dyupon de Nemur olmuşlar.
Yalnız tədavül dairəsini və ticarəti öyrənməklə məhdudlaşan merkantlistlərdən fərqli olaraq, fiziokratlar, bilavasitə təbiətlə baglı olan kənd təsərrüfatı istehsalını, yəni aqrar-torpaq məsələlərini öyrənməyi öz qarşılarına məqsəd qoymuşlar.
Onlar merkantlistləri tənqid edərək göstərirdilər ki, dövlət siyasətində başlıca diqqət ticarətə və pul toplamağa deyil, torpaq məhsulları bolluğu yaradılmasına yönəldilməlidir.
Fiziokratlar cəmiyyəti 3 hissəyə, yaxud təbəqəyə ayırmışdılar: birinci, məhsuldar təbəqə (buraya əkinçiliklə məşğul olub, xalis məhsul yaradanlar daxildir), ikincisi, sahibkarlar təbəqəsi (buraya torpaq sahibləri, hökmüdarlar, torpaq sahələri alanlar daxildir), üçüncüsü, faydasız təbəqədir (buraya əkinçiliklə məşğul olmayanlar və digər sahələrdə, o cümlədən xidmət dairəsində çalışanlar daxıldir).
Fiziokratların fikrincə, əkinçilikdən kənar istehsal sahələrində, o cümlədən sənayedə, emal müəssisələrində istifadə olunan məhsulların da ilk mənbəyi, elə təbiət və torpaqdır. Onlar göstərirdilər ki, təsərrüfatın digər sahələrində, təbiətin və torpağın verdiyi məhsulların yalnız şəkli dəyişdirilə bilər, yeni məhsul yaradıla bilməz. Məhz buna görə də bütün diqqət torpağa və əkinçiliyə yönəldilməlidir. O dövrdə əsasən kəndli ölkəsi sayılan Fransada sərbəst sahibkarlıq və kapitalist münasibətlərinin yenicə formalaşmağa başladığını, habelə fəhlə sinfinin feodalizmin tərkibindəki manufaktura sənayesi səviyyəsində olduğunu nəzərə alsaq, Fiziokratların belə bir mövqedən çıxış etmələri aydın olar.
Fransua Kene fiziokratlar məktəbinin banisi kimi 14tisad elmi ilə 60 yaşından sonra məşğul olmuşdur. Peşəcə həkim olan F.Kene, cTaxılp və cFermerə əsərlərini 1756-1757-ci illərdə, əsas işi sayılan cİqtisadi cədvələ əsərini 1758-ci ildə nəşr etdirmişdir.
Qeyd etmək lazımdır ki, iqtisad elmi tarixində ilk dəfə təkrar istehsal nəzəriyəsinin əsası F.Kene tərəfindən qoyulmuşdur. Bu əsərdə müxtəlif faktların, rəqəmlərin və qrafiklərın köməyi ilə Fransanın kənd təsərrüfatında yaradılmış ümumı, habelə xərclər çıxıldıqdan sonra, xalis məhsulun natural, habelə pul formasında dövranı prosesi təsvir olunmuşdu.
Həmin cədvəl tərtib olunarkən, qiymətlərin sabitliyi, əldə olunan gəlirlərin istehlakı, bütün torpaq sahələrinin istifadəsi, xarici ticarətin aparılmaması nəzərdə tutulmuşdu.
İqtisad elmi tarixində F.Kenenin çox böyük xidməti sayılan bu cədvəl yüksək qiymətləndirməklə yanaşı, qeyd etmək lazımdır ki, ölkənin sərvəti təkcə kənd təsərrüfatında deyil, iqtisadiyyatın digər sahələrində də yaradılır. Deməli, iqtisadiyyat haqqında doğru fikir yüyürtmək üçün və onu bir sistem halında təhlil və tədqiq etmək zəruridir.
Eyni zamanda F.Kene cəmiyyətdə kapıtalla gəlirlər asasında baş verən qarşılıqlı əlaqələri də ümumi şəkldə təhlil etmiş və istehsalın iki bölməsi kimi onun xammal bazası ilə emal sənayesi arasındakı təbil asılılıq münasitlərinə ötəri də olsa diqqət yetirmişdi.
Lakin aydındır ki, tarixi və elmi xidmətlər ümumiyyətlə xidmət kimi yox, əvvəlkilərə nisbətən yeni nə verməklə qiymətləndirilir. Bu baxımdan fiziokratlar məktəbinin xidmətləri əvəzsizdir. Onlar öz iqtisadi tədqiqatlarını, merkantlistlərdən fərqli olaraq, təkcə tədavül (alqı-satqı, ticarət) dairəsi ilə məhdudlaşdırmayaraq, istehsal sahəsinə keçirməklə, sərbəst sahibkarlıq fəaliyyətinin (kapitalist istehsalının) gələcək elminəzəri təhlilinin təməllini qoymuşlar.
Fiziokratların ideyaları təkcə Fransa ilə məhdudlaşmayaraq, tədricən Avropanın digər ölkələrinə də yayılmış və öz təsirini göstərmişdi. Onların fikir və iqtisadi islahatlar xarakterli tövsiyyələri, həm kənd təsərrüfatının, həm də sənayenin müxtəlif sahələrində sərbəst sahibkarlıq münasibtlərinin formalaşması prosesinin sürətləndirilməsinə yönəlmişdi.
İqtisadi fəaliyyətin hakimiyyət — cəmiyyət müstəvəsində təbii qaydalara uyğun və şəxsi maraq, xüsusi mülkiyyətə hörmət əsasında qurulması zəruriliyini irəli sürən fiziokratların Laisser faire, laisser passerə, yəni qoy hər iş öz axarı ilə getsin məşhur prinsipi, ölkənin təsərrüfat həyatına dövlətin həddsiz dərəcədə qarışıb müdaxilə etməsinə qarşı etiraz mövqeyi, bizim günlərimizdə də aktual səslənir.