4. Tomas Mor və Tomazzo Kampanellanın iqtisadi görüşləri Feodalizm, yaxud orta əsrlərin son dövrləri iqtisadi təlimlər tarixində iki görkəmli şəxsiyyətin və utopik sosialistin — Tomas Mor (1478-1532), Tommazo Kampanellanın (15681639) adı ilə bağlıdır.
Onların Utopiya və Günəş şəhəri adlı əsərlərində, yaşadıqları dövrün ictimai-siyası, fəlsəfi-əxlaqi problemləri ilə yanaşı, eyni zamanda iqtisadi görüşləri də əks olunmuşdur.
Bu mütəfəkkirlər mövcud cəmiyyətdə hökm sürən və getdikcə artan bərabərsizlik meyllərini, onun kəsginləşən ziddiyyətlərini dərk edərək, həmin ictimai fəlakətlərin səbəbləri haqqında öz düşüncələrini, nəzəri baxışlarını aydın bir formada şərh etmişlər.
Onların fikrincə, bu ədalətsizlik və haqqsızlıqları aradan qaldırmaq üçün hökmən cəmiyyətin ictimai qaydalarını daha mükəmnməl təsisatlarla əvəz etmək lazımdır.
T.Mor və T.Kampanellanın əsərlərində, onların bütün bəlaların başlıca səbəbi saydıqları xüsusi mülkiyyət, təsəvvür etdikləri yeni ictimai quruluşda aradan qaldırmalı idi. T.Mor yaşadığı mühitin pula pərəstiş üzərində qurulduğunu, ağıllı və zəhmətsevən insanların qul vəziyyətinə salındığını qəzəblə tənqid edərək yazırdı ki, öz əkinçiləri, kömür mədənləri fəhlələri, sadə peşə adamlarına qayğı göstərməyən bir cəmiyyəti ədalətli, nəcib adlandırmaq olarmı?
T.Kampanellanın utopik şəkldə təsəvvür etdiyi gələcək Günəş Dövlətinin iqtisadi əsasını cümumi əmlak və mülkiyyətə təşkil etməli idi. Həmin cəmiyyətdə bütün insanlar kənd təsərrüfatında çalışır, sənətkarlıqla məşğul olurlar. İnsanlar hər gün 6, hətta 4 saat işləyərək, yalnız özlərinə lazım olacaq miqdarda məhsul istehsal edirlər. Bu məhsullar insanlan, tələbatına görə bölünür Ulşaqların və veniyetmələrin tərbiyəsi ictimai nəzarət altında aparılmalı idi
Utopik sosialistlərin ideyaları, şübhəsiz bütövlükdə bəşəriyyətin ictimai fikrinin inkişafında mühüm rol oynamışdı. Lakin bu işıqlı və mütərəqqi ideyaların müəllifləri öz düşüncələrini həyata keçirməyin konkret yollarını göstərə bilmədiklərindən, onların nəzəri fikirləri, araşdırmaları utopik, yəni əlçatmaz bir arzu xarakteri daşımışdı.