Protokol Protokol yunancadır, «protok» ilk vərəq, «kolos» isə yapışdırmaq deməkdir. İkiyə qədər (az) məsələni əks etdirən sadə, ikidən çox məsələni əks etdirən mürəkkəb protokol hesab edilir. Protokol üç halda yazılır: iclasdakı
Azərbaycan dilində akademik və işgüzar kommunikasiya
protokol
tǝrcümeyi hal
akt
vəkalətnamə
hesabat
Protokol
Protokol yunancadır, «protok» ilk vərəq, «kolos» isə yapışdırmaq deməkdir. İkiyə qədər (az) məsələni əks etdirən sadə, ikidən çox məsələni əks etdirən mürəkkəb protokol hesab edilir.
Protokol üç halda yazılır:
iclasdakı çıxış və qərarları əks etdirmək üçün;
qaydanın pozulmasını bildirmək üçün;
dövlətlərarası münasibətlər zamanı yazılır.
Protokola verilən tələblər:
Yuxarıda vərəqin ortasında «Protokol» sözü vənömrə böyükhərflə yazılır.
Təşkilatın adı, tarixvə yer göstərilir.
İştirakçıların sayı göstərilir, sədrvə katib seçilir.
Gündəlikməsələlər, Eşidildi, Çıxışlar, Qərar yazılır.
Sonda sədr və katibin imzası
Protokol İclaslarda, konfranslarda və s. kimi ictimai yerlərdə müəyyən hadisəni, faktı, qəbul olunmuş qərarı özündə əks etdirən əməli yazı növüdür. Protokol quruluşuna görə sadə və mürəkkəb olur. Sadə protokol geniş müzakirə aparılmayan kiçik yığıncaqlarda yazılır. Bu, əsasən, “eşidildi” və “qərara alındı” bölmələrindən ibarət olur.
Mürəkkəb protokollarda “eşidildi” və “qərara alındı” sərlövhəsi ilə verilmiş bölmələrin arasında çıxış edənlərin familiyası, hər çıxışın qısa məzmunu, məruzəçiyə verilən suallar, alınan cavablar və s. qeyd olunur. Bu cür protokolda müzakirə zamanı irəli sürülən fikirlərin ən mühüm məsələləri qısa şəkildə öz əksini tapır.
(nümunə) P R O T O K O L (mürəkkəb forma)
10 sentyabr 2012-ci ildə 36 saylı məktəbdə valideyn iclası keçirildi. İştirak etdi: 110 nəfər valideyn, 12 sinif rəhbəri, məktəb rəhbərliyi, məktəb şurasının sədri H.Quliyev, 53 saylı mənzil-istismar idarəsinin rəisi K.İbrahimov, sahə polis müvəkkili Q.Tahirov.
Sədr: P.Babaxanov
Katib: K.Verdiyeva