İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 152,03 Kb.
səhifə1/46
tarix14.10.2023
ölçüsü152,03 Kb.
#155141
  1   2   3   4   5   6   7   8   9   ...   46
qtisadiyyat elmi v onun yaranmas tarixi qtisadiyyat «oikonom


  1. İqtisadiyyat elmi və onun yaranması tarixi

İqtisadiyyat «oikonomik» söründən əmələ qəlib və təsərrüfatın sərişdəli, məharətli aparılması mənasını verir. Təsərrüfat fəaliyyəti kimi iqtisadiyyat insanların birgə yaşayışını təmin edən şərtlərdən biridir. İqtisadiyyat sosial, siyasi, mədəni və başqa proseslərlə sıx əlaqəlidir, buna görədə onu zəruri həyat nemətlərinin yaradılması və cəmiyyətin tələbatlarının ödənilməsini təmin edən iqtisadi sistem kimi də başa düşmək olar.
İqtisadi fikirlər qədim dövrlərdən müxtəlif mütəfəkkirlərin əsərlərində rast olunsada, bir müstəqil elm kimi o XV-XVII əsirlərdə yaranmağa başlamışdır. İlk iqtisadi məktəb sayılan merkantelistlər iqtisad elminin vəzifəsini sərvətin mənbəyinin müəyyənləşdirilməsində görurdülər. Onlar sərvət qızılla eyniləşdirir və onun mənbəyinin muladilə olduğunu etiraf edirdilər. İqtisad elminin inkişafında fiziokratların əsərlərinin mühüm əhəmiyyəti olmuşdur. Fiziokratlar tədqiqatı mübadilədən istehsala keçirdilər və sərvətin mənbəyi kimi əkinçiliyi elan edirlər. Fiziokrat F.Kene öz «İqtisadi cədvəl»ində ilk təkrar istehsal modelini yaratmışdır. İqtisad elmi ingilis klassik siyasi iqtisad məktəbinin nümayəndəsi A.Smit tərəfindən formalaşdırmışdır, o iqtisad elminin banisi sayılır. Müasir iqtisad elmi neoklassik məktəbin təlimi üzərində qurulmuşdur.
İlk iqtisadi fikirlər hələ iqtisadi nəzəriyyə yaranana qədər, xeyli qədimdə insanların təsərrüfat fəaliyyəti ilə bağlı baxışlarda özünü göstərir. Aydındır ki, o dövrdə sistemləşdirilmiş iqtisadi təlimlər mövcud ola bilməzdi. Lakin ayrı-ayrı mütəfəkkirlərin əsərlərinə müəyyən iqtisadi anlayışlar, bəsit iqtisadi fikirlərə rast olunur. Bu baxımdan qədim şərqdə eramızdan əvvəl IV-III əsrlərdə Hindistan və Çində müxtəlif ictimai elmlərə aid əsərlərdə bəzi iqtisadi fikirlər maraq doğurur. O zaman hökmüdarlara dövlətin idarə edilməsi haqqında tövsiyyələr şəklində yazılmış əsərlərdə var-dövlətin toplanması, xəzinə və vergi, istehsal və ticarət haqqında baxışlar ilk iqtisadi fikirlərə aid edilə bilər. İqtisadi fikir sonrakı inkişafını Qədim Yunanıstan və Romada görkəmli filosofların Ksenefont, Aristotel, Platon, Katonun əsərlərində görmək olar. Bu əsərlərdə mübadilə, ticarət, qiymət, təsərrüfatın təşkili haqqında dəyərli fikirlər əks olunmuşdur.
İqtisadi nəzəriyyənin bir elm kimi formalaşmasına qədər orta əsrlərdə qədim Şərqin görkəmli filosları İbn Sina, İbn Xaldun və başqalarının əsərləri 2 xüsusilə qeyd edilməlidir. Həm Avropada, həm də şərqdə dini təlimlərdə, müqəddəs kitablarda mövcud olan iqtisadi deyimlərdə iqtisadi fikirlərin inkişafında mühüm rol oynamışdır.
XV-XVII əsrlərdə Avropada kapitalizmin yaranması ilə təsərrüfatda baş verən yeniliklər o zamanın iqtisadi fikrinin inkişafına təkan verdi. İqtisadi biliklərin sistemləşdirilməsinə təşəbbüs göstərən merkantilist və fizokratlar məktəblərinin yaranması və inkişafı sonralar klassik siyasi iqtisadın nümayəndələri A.Smit və D.Rikardonun əsərlərində iqtisad elminin formalaşmasına səbəb oldu.



  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin