Somatik və humoral nəzəriyyə



Yüklə 18,8 Kb.
tarix11.01.2023
ölçüsü18,8 Kb.
#78957
Somatik və humoral nəzəriyyə


İnsanların psixi fəaliyətlərinin dinamikliyinə görə fərqlənmələri hələ qədim zamanlardan diqqəti cəlb etmişdir. Bu cür fərqlərin yaranmasının səbəbləri müxtəlif istiqamətdə öyrənilmişdir. Müasir dövrə qədər temperament haqqında əsasən üç nəzəriyyə geniş yayılmışdır: humoral nəzəriyyə, somatik nəzəriyyə və sinir sistemi nəzəriyyəsi.
Temperament haqqında humoral nəzəriyyənin banisi Hippokrat olmuşdur. Bu nəzəriyyənin adı latınca humor (maye) sözündən götürülmüşdür. Hippokrat ilk dəfə olaraq bu nəzəriyyəni əsaslandırmış və onun irəli sürdüyü dörd tipin adı müasir dövrdə də saxlanılmışdır. Hippokratın nəzəriyyəsi temperamentin öyrənilməsi üçün əsaslı təkan rolunu oynamışdır.
Humoral nəzəriyyənin bəzi müasir tərəfdarları göstərirlər ki, orqanizm daxilində hormonların nisbəti və balansı temperamentin təzahürlərini müəyyən edir, məsələn, qalxanabənzər vəzin hormonlarının çoxluğu insanın yüksək əsəbililik və qıcıqlanması ilə şərtlənir.
Yeri gəlmişkən, qeyd edək ki, bu terminlərin (Sanqvinik, Fleqmatik, Melanxolik, Xolerik) taleyi uğurlu olmuşdur. Onlar yarandıqları gündən müasir dövrə qədər sözün əsl mənasında nəinki psixologiya elmi tarixində vətəndaşlıq hüququ qazanmış, həm də ümumişlək sözlərə çevrilmişlər.[3]
Hal-hazırda temperament haqqındakı bu təsəvvürlər ancaq tarixi əhəmiyyət kəsb edir: hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, orqanizmdə çoxlu miqdarda hormonlar və mediatorlar vardır, yəni mayenin miqdarı 4 deyil, daha çoxdur. Bundan başqa, indi tamamilə aydındır ki, onlar insanın davranışına birbaşa deyil, dolayısı ilə - sinir sistemi vasitəsilə təsir göstərirlər.[3]
Qədim yunanlar insanın təbii xüsusiyyətlərinin, onun beyin quruluşunun, sinir sistemi xassələrinin bütün cəhətlərini kifayət qədər bilmirdilər. Lakin, bununla belə, qeyd etmək lazımdır ki, temperament haqqındakı bu təlim öz dövrü üçün mühüm nailiyyət idi. Qədim yunanlar hələ о zaman psixi xüsusiyyətlər ilə orqanizmin xassələri arasındakı əlaqəni dahiyanə surətdə görə bilmişdilər.[3]
Sonrakı əsrlərdə tədqiqatçılar davranışın bədən quruluşundakı və fizioloji funksiyalardakı fərqlərlə üst-üstə düşən müxtəlifliyi müşahidə edərək bu fərqləri nizama salmağa və qruplaşdırmağa çalışmışdırlar. Nəticədə temperamentin çoxsaylı konsepsiyaları və tipologiyaları meydana çıxmışdır. Bu konsepsiyaların əsasında şəxsiyyətin ən müxtəlif şərtləri qoyulmuşdur. Bir sıra konsepsiyalarda temperamentin xüsusiyyətləri irsi və anadangəlmə kimi başa düşülür və bədən quruluşunun xüsusiyyətlərində fərdi fərqlərlə əlaqələndirilirdi. Belə tipologiyalar konstitusion tipologiya adını alır. Bu tipologiya temperament haqqında somatik nəzəriyyənin əsasını qoymuşdur. Burada bədən quruluşu temperament tipi üçün əsas kimi götürülmüşdür. Onların sırasında ən geniş yayılmış tipologiya 1921-ci ildə öz məşhur «Bədən quruluşu və xarakter» əsərini nəşr etdirmiş E.Kreçmerin təklif etdiyi tipologiya oldu. Onun başlıca ideyasına görə müəyyən bədən quruluşu tipinə malik olan insanlar müəyyən psixi xüsusiyyətlərə malikdirlər. Kreçmer insanların bədən hissələrinin bir çox ölçülərini aparır ki, bu da ona 4 konstitusional tipini: leptosomatik, piknik, atletik, displastik tiplərini ayırmağa imkan vermişdir.

1. Leptosomatik – kövrək bədən quruluşu, hündür boy, yastı döş qəfəsi, dar çiyinlər uzun və arıq aşağı ətraflarla xarakterizə edilir.


2. Piknik – ifrat piy toxumu, balaca və ya orta boyla, böyük qarınlı, qısa boyunda girdə başlı, şişkin bədənlə xarakterizə edilir.
3. Atletik – inkişaf etmiş əzələləri, möhkəm bədən quruluşu, hündür və ya orta boylu, enli, çiyinləri olan adamdır.
4. Displastik – formasız, düzgün olmayan quruluşa malik adamdır. Bu tipdən olan fərdlər bədən quruluşunun müxtəlif deformasiyaları ilə xarakterizə edilirlər.
Bədən quruluşunun adı çəkilən tiplərinə Kreçmer onun şizotimik, iksptimik və siklotimik adlandırdığı 3 temperament tipini aid edir.
Şizotimik – astenik bədən quruluşuna malikdir, özünə qapanıb, əhval-ruhiyyəsi sıçrayır, inadkardır, ətrafındakılara çətinliklə uyğunlaşır.
Ondan fərqli olaraq iksatimik – atletik bədən quruluşuna malikdir. Bu, sakit təmkinli, jest və mimikaları, yüksək olmayan elastik düşüncəli həssas olmayan, çax vaxt xırdaca adamdır. Piknik bədən quruluşuna siklotimikdə malikdir. Onun emosiyaları sevinc və kədər arasında sıçrayır, adamlarla asanlıqla əlaqəyə girir, realist baxışlara malikdir.
Kreçmerin nəzəriyyəsi Avropada daha geniş yayılmışdır ABŞ-da XX əsrin 40-cı illərində U.Şeldonun temperament konsepsiyası böyük populyarlıq qazanır. Şeldon bədən quruluşunun əsas tiplərinin mövcudluğu haqqında fərziyyədən çıxış edirdi. Bu fərziyyəni təsvir edərkən embriologiyadan götürülmüş terminlərdən istifadə etməklə o, üç tipi müəyyən etmişdir: 1) endomorf; 2) mezomorf; 3) ektomorf.
Şeldona görə bədən quruluşunun bu tiplərinə temperamentin müəyyən tipləri müvafiqdir. Müasir psixologiya elmində konstitusion konsepsiyaların əksəriyyəti onlarda insanın psixoloji xüsusiyyətlərinin formalaşmasında mühit və sosial şəraitin rolunun tonunun qiymətləndirilməsinə görə kəskin tənqidə məruz qalır.
Yüklə 18,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin