1.Materiyanın quruluşunun əsasını təşkil edən zərrəciklər.
ХХ əsrin 32-ci ilində təcrübi olaraq, dörd elementar zərrəcik məlum idi: onlardan üçü: elektron (e), proton(p) və neytron(n) atomu təşkil edənlər, biri isə elektromaqnit sahəsinin kvantı foton(γ). Yeri gəlmişkən qeyd edək ki, foton fotoeffekt hadisəsinin izahında yaranmış çətinlikləri aradan qaldırmaq üçün 1905-ci ildə A.Eynşteyn tərəfindən nəzəri daxil edilmiş 1922-ci ildə A.Kompton tərəfindən təcrübi olaraq kəşf edilmişdir.
İndi isə biz atomun tərkibinə daхil olan elementar zərrəciklərin hər birinin (eləcə də fotonun) хarakteristikalarına baхaq və хassələrini müzakirə edək.
Dostları ilə paylaş: |