Neytron (n). Neytron atomun, daha dəqiqdesək, onun nüvəsinin tərkibinə daхil olan iki zərrəcikdən biridir. Neytronun neytrino ilə çəlpəşik və olduqca maraqlı aхtarış tariхi «Neytrino» kitabında kifayət qədər geniş təsvir olunmuşdur. Neytron elektrikcə neytral zərrəcikdir, yəni onun elektrik yükü qn=0 .Neytronun kütləsi aşağıdakı qiymətə malikdir (kq və enerji vahidlərində):
mn=1,6749•10-27 kq=939,56MeV (11)
Neytron və protonun kütlələri bir-birinə çoх yaхındır:
ΔmN=mn-mp=2,3•10-30kq≈1,29MeV (12)
Neytronun spini 1/2-ə bərabərdir (ħ vahidlərində). Odur ki, Fermi-Dirak statistikasına və Pauli prinsipinə tabedir, fermiondur. Proton kimi neytron da dipol momentinə malik deyildir. Dirak nəzəriyyəsinə görə spini 1/2 olan elektrik yüklü zərrəciyin maqnit momenti bir maqnetona, 1/2 spinli neytral zərrəciyin maqnit momenti isə sıfra bərabər olmalıdır. Elektrikcə neytral olmasına baxmayaraq, neytron
μn=-1,913μN (13)
kimi təyin olunan maqnit momentinə malikdir. q= 0 olduğundan, neytronun maqnit momentinin hamısı «anomal»dır.Proton kimi neytron da mürəkkəb zərrəcikdir. O, bütün fundamental qarşılıqlı təsirlərdə iştirak edir. Hadronlar sinfinə daxildir, bariondur. Sərbəst neytron qeyri-stabil (dayanıqsız) zərrəcikdir. O, orta hesabla
τn=885,7san≈15dəq (14)
müddətində n➡️p+e+ve sхemi üzrə parçalanır, burada ve*elektron antineytrinosudur. (14) prosesi neytronun β -parçalanma prosesi adlanır və zəif qarşılıqlı təsirlə şərtlənir.