Ad: Cavidan Soyad: Nəbizadə Müəllim: Qurbanov Ağayusif



Yüklə 188,12 Kb.
Pdf görüntüsü
tarix22.12.2023
ölçüsü188,12 Kb.
#190694
Zorxana (2)



Ad: Cavidan 
Soyad: Nəbizadə 
Müəllim: Qurbanov Ağayusif 
İxtisas: Cüdo məşqçiliyi 
Kurs: 4 
Qrup: 110A27
Mövzu: Zorxana güləş növü



Zorxana güləş növü
Tarixi faktlara əsasən, zorxana 700
il 
öncə (hicri-şəmsi 7-ci əsr) Puryayi 
Vəli (Məhmud ibn Vəliyuddin) tərəfindən yenidən sistemləşdirilib. 
Zorxananın daha qədim tarixə malik olması da qeyd edilmişdir

XIX əsrin 
sonları, 20-ci əsrdə Azərbaycanda Sali Süleyman və Rəşid Yusifov kimi 
məşhur pəhləvanlar el hörməti qazanmışdılar. Muxtar Dadaşov və Salar 
Aslanovun "Azərbaycan pəhləvanları" kitabında Sali Süleymanın 
pəhləvanlığı haqqında bunları oxuyuruq: "Məşhur pəhləvan İvan 
Poddubnının rəhbərliyi ilə beynəlxaq yarışlara hazırlaşan Sali Süleyman 
tezliklə misilsiz atletik bədən quruluşu, fenomenal gücü və güləş texnikası 
ilə idman həvəskarlarını valeh etmişdi. Avropanın sirk meydanlarında-
London, Paris, Praqa, Roma və başqalarında dünyanın bir çox tanınmış 
güləşçilərini məğlub edən Sali Süleyman "çempionların qənimi" kimi 
şöhrət tapmışdı. O, öz məşqçisi İvan Poddubnı ilə birlikdə Vaşinqtonda və 
Çikaqoda keçirilmiş beynəlxalq turnirlərdə də müvəffəqiyyətlə çıxış 
etmişdi". Sali Süleyman həmçinin Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə, 
Dərbənddə, Qroznıda, Mahaçqalada, Moskvada və başqa şəhərlərdə 
özünəməxsus çıxışları ilə tamaşaçıları heyran qoymuşdu. Dünyada məşhur 
olan Rəşid Yusifov yenilməz pəhləvanlar Eldar Göyçaylının, Məmməd 
Hüseynovun, Əşrəf Sultanovun, Sabir Məmmədovun, İsgəndər Hacıyevin, 
Qiyas Nuriyevin, Məmməd Abdullayevin ustadı olub. 
Mürsəl Hakimov bənzərsiz bahadırların hünər yolunu davam etdirən 
yeni pəhləvanlar nəsli barədə də danışırdı: "Qazax bölgələrindən Sabir 


Qazaxlı, Laylabaşoğlu, Qənbər Salahlı, Tovuzlu Məmməd Muradov, 
Qəbələli Əbdürrəhman Atakişiyev, Köçəri Beyləqanlı, Göyçaylı Rasim 
Məmmədnəbi, Qaçay Hüseynov və oğulları Təvəkkül, Allahverdi, Şəkili 
Gəray Löymanov, Famil Löymanov və başqalarının adı həmişə el arasında 
məşhur olub." Mürsəl Həkimov "Həkimlilər" soyundan olan pəhləvan 
Müsəllim Həkimlinin igidliyindən, soyunun pəhləvanlığından da danışırdı: 
"Müsəllimin əsil-nəcabətində babalarından Rüstəm Zal, Mehdi 
Bayramoğlu, Şaqqulu oğlu Məmməd kimi el pəhləvanları Qazax, 
Borçalı bölgələrində məşhur olmuşlar. 
XIX əsrdə yaşamış Rüstəm Zal Zaqatalaya səfər edərkən yolda qəfildən 
pələnglə rastlaşıb, onun cəngini ayıraraq öldürüb. O, həmişə el toylarında 
sərrast gülləsinə görə nəmər alıb. Mehdi Bayramoğlu isə Gəncəbasarda ən 
sərrast güləşən el pəhləvanı olub. Mehdi pəhləvan ölənədək meydanda 
məğlubiyyət nə olduğunu bilməyib". Azərbaycan ruhu yenilməzdir, 
məğlubedilməzdir. Çox zaman fitrətimizin dərinliklərə çəkilməsinə göz 
yumur, imkanlarımızı səfərbər etməyə girişmirik. Unuduruq ki, olanları 
nəinki qorumaq, hətta artırmaq hava-su qədər gərəklidir. Əks təqdirdə milli 
müəyyənliyimizdən, xəlqi keyfiyyətlərimizdən uzaq düşürük. Təkcə "Dədə 
Qorqud dastanları"nda pəhləvanlığın kifayət qədər daşıyıcılarına rast 
gəlmək mümkündür. 
Zorxananın damı gümbəz, döşəməsi isə yer səthindən aşağıdır. Qapısı 
alçaq olduğundan oradan içəri girmək istəyən şəxs mütləq əyilməlidir. 
Qapıdan əyilərək keçmək idmançılara təvazökarlıq aşılayır. 


Qapı "sərdəm"ə gedən dar və alçaq keçidə açılır. Sərdəm bir, bir metr 
yarım hündürlüyündə taxtadan qurulmuş taxtdır. Gözəl səsli mürşid sərdəm 
üzərində oturub idman oyununa xas olan musiqi və adətən "Şahnamə"dən 
seçilən cəngi şerlərlə idmançıları təşviq edir. 
Zorxana ortasında uzunu 4 və ya 5, eni 4, dərinliyi 1 metr olan səkkiz və 
ya altı güşəli yerdən aşağı meydan olur. 
Zorxana qədim Azərbaycan şəhərlərində pəhləvanların güləşdikləri 
meydandır. Azərbaycanda pəhləvanlığın milli kökənli, qədim, bənzərsiz 
təməl ənənələri var. 
Zorxanada zurnaçı dəstəsi "Cəngi" çalardılar. Xalq mərasimlərinin, 
meydan tamaşalarının tərkib hissəsi kimi bu gün də öz formasını qoruyub 
saxlayan güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa 
boynu əymək, kəndirbazlıq etmək yalnız oğuz-türk xalqlarının deyil, həm 
də bütün dünya xalqlarının dinamik-dramatik oyunları olub, tamaşaçıların 
zövqünü oxşayıb. Zorxana, pəhləvanlıq xalq tamaşaları Bahar-Novruz 
mərasimlərindən sonrakı inkişaf mərhələlərində ayrıca tamaşa növünə, 
peşəyə çevrilib. Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor 
nümunələrində belə pəhləvan obrazı son dərəcə bənzərsiz, bitib-
tükənməyən güc rəmzi kimi təqdim edilir. Pəhləvan obrazının xalq ruhunda 
yenilməz, məğlubedilməz şəkildə təqdim edilməsi adi səciyyə daşımayıb. 
Pəhləvan xalq ruhundan doğan real bir obraz idi. 
Bolşevik inqilabı zamanı Azərbaycanda repressiyaya məruz qalan 
ənənələrdən biri də Zorxana olub. Şəhərin, məhəllənin nüfuzlu insanlarının 


toplandığı Zorxananın dini mahiyyətini dəyişə bilməyən bolşeviklər bu 
misilsiz sənətə son qoyub, zorxanalar qadağan edilib. 
Bu idman növü çox rəngarəngdir və digər növlərə bənzəmir. Zor – 
“güc”, xana isə - “məkan” mənasını verir. Bu növün tarixi çox qədimlərə 
gedib çıxır. Əvvəl-əvvəl zorxanalar döyüşçü və pəhləvanların fiziki 
hazırlıq hərəkətlərini icra etdikləri məkan olub. 
Onun damı gümbəz, döşəməsi isə yer səthindən aşağı olarmış. 
Zorxanalarda nizə, toppuz, qılınc, ox kimi silahlardan istifadənin 
məşqləri keçirilərmiş. İdman növü kimi isə “Zorxana”, yalnız 17-18-ci 
əsrlərdə Pur Vəli tərəfindən yaradılıb. Pur Vəli əslən Gəncəli olub. Zorxana 
idman yarışları 3 gün sürür. Birinci gün komanda yarışları olur. Komanda 
tərkibi 7 nəfərdən ibarətdir. Bir nəfər kapitandır. Kapitan “miyandar” – 
yəni “ortaçı” adlanır, o ortada hərəkətləri göstərir və digər 6 idmançı 
onunla sinxron olaraq bu hərəkətləri təkrarlayır. “Bu hərəkətlər indiki 
güləşin “can qızdırmaları”ndan ibarətdir. Əvvəlcə güləş elə zorxananın 
daxilində olub.. 
İkinci gün isə fərdi yarışlar başlanır. İdmançılar bir-bir yarışın 
növlərində qarşılaşırlar. İlk olaraq mil alətləri nümayiş etdirilir. Bu qılınc 
və topuzun məşqidir. Millər müxtəlif çəkilərdə olur. Iki kiloluq 
“milbazi”dən tutmuş, 20 kiloluq “milsəngi”yə qədər. 
İkinci növün adı “Kəbbadə”dir. Burada zəncirə oxşar dəmir alət idmançı 
tərəfindən saga-sola yellədilir. Bu yay və oxun məşqidir. Kəbbadə ox 
atmaqda qolları gücləndirir. 
Üçüncü növ “səng” daşlarıdır. Səng daşları qalxanın məşqidir. Bir səng 
daşı 20 kiloqramdır. 


Dördüncü növ isə “çərxitiz”dir. Çərxitiz zamanı idmançı bir dəqiqə 
ərzində, yarim metr dairə radiusunda surətlə fırlanmalıdır. 
Növbəti isə “çərxiçəməni”dir. Bu zaman isə idmançı daha böyük radiusda 
3 dəqiqə fırlanmalıdır. 
Yarışmanın sonuncu günü isə zorxana güləşi yarışları baş tutur. Bu güləş 
növü sərbəst güləşə bənzəsə də, ondan iki fərqi var. Birinci fərq, geyinilən 
şalvardır. Dizdən olan bu şalvar “nəti” adlanır. İkinci fərqi isə ondadır ki, 
bir idmançının kürəyi yerə dəyirsə, oyun bitir və o məğlub olur. Bu güləşdə 
5 çəkidə idmançılar yarışır. 

Yüklə 188,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin