Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə1/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
  1   2   3   4   5   6   7   8   9   ...   46



vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏXR ET !
GİRİŞ

Üzünə dəyən yağış damcılarından özünə gələndə bədəninin ağrısını hiss edib sevindi -yaşıyıram-. Bir vaxtlar yaşamaq ondan ötrü yalnız əziyyətli günlərinin dərdini çəkmək üçün bir vasitə idisə, indi tamam başqa cür idi. Ona görə də başına gələn bu qədər əzab-əziyyətə və qarşıda onu gözləyən bəlalara baxmayaraq sağ qaldığı üçün ALLAHa şükr etdi. Hər yeri ağrıyırdı. əlini ehmalca sifətinə toxundurdu, burnu qırılmasa da üzü qan içindəydi və üzü şişmişdi. Ona dəyən zərbələri xatırladıqca bədəni daha çox ağrıyırdı, son yadında qlan başına dəyən zərbə idi. Başını çevirib qoluna baxdı. Yarası sarınsa da ağrıyırdı. Qalxıb oturmaq istəsə də bacarmadı, zədələnən qabırğasından qopan dəhşətli ağrının təsirindən ufuldayaraq əlini qeyri-ixtiyari sağ böyrünə qoydu və uzandığı yerdən ətrafa göz gəzdirməyə başladı. Qaranlıqda yaxşı görə bilməsə də dəhşətli və vahiməli bir yerdə olduğunu anladı. Hər tərəfi ağaclarla əhatəli bir yerdəydi, bir az kənarda bir-neçə kəsilmiş ağac gözə dəyirdi, hər tərəfdən ayı və canavar səsləri gəlirdi. -aydındır- öz-öz düşündü. Təbiətlə mübarizə aparmalıydı. Bunun nə qədər davam edəcəyini, başına nələrin gələcəyini bilməsə də mübarizə aparmalıydı. Çünki buna məcbur idi, qarşısına qoyduğu məqsədə çatmaq üçün yarımçıq qalan işini tamamlamalıydı. Yağış getdikcə şiddətini artırırdı. Ac, yaralı və taqətsiz olmasına baxmayaraq sol böyrü tərəfdən çevrilib üzü üstə uzanaraq yağışdan daldalanmaq üçün bir yer tapmaq ümidiylə kolların arasıyla ağaclara tərəf sürünməyə başladı. Bir az süründükdən sonra taqətdən düşüb dayanaraq başını qolunun üstünə qoyub hərəkətsiz qaldı. Qabırğasının ağrısı get-gedə güclənirdi və artıq dözülməz olmuşdu. Bir müddət belə qaldıqdan sonra səs eşidib başını qaldırdı və qarşısında qaranlıqda işıldayan gözləri görəndə canından üşütmə keçdi. Soyuq küləyin və yağışın təsirindən onsuz da sümüklərinə qədər üşüyürdü və belə üşüyə-üşüyə bu üşütməni necə hiss etdiyinə özü də təəccübləndi. Cəsarətini toplayıb ondan 4-5 metr aralıdakı parıldayan işıqları saymağa başladı, 6 dənə idi, deməli 3 canavarla qarşı-qarşıyaydı. -bu da axırı- deyə pıçıladığı vaxt canavarlar onu parçalamaq üçün hücuma keçdilər. Aralarındakı məsafə get-gedə qısalırdı. 5 metr, 4 metr, 3 metr, 2 metr, 1 metr, və..............




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin