Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə7/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   2   3   4   5   6   7   8   9   10   ...   46
HADİSƏDƏN 6 AY ƏVVƏL

Bakı. Azərbaycan

Mərkəzin dəhlizi ilə kabinetinə tərəf gedəndə, tibb şöbəsinin qarşısında 20-yə qədər insanın növbə gözlədiyini görüb onlara -abahınız xeyir- deyərək içəri girdi. Növbədə dayananlardan bir içəri növbədən kənar girdiyi üçün Samirə etiraz etmək istəyəndə digərləri ona içəri girənin Samir olduğunu deyərək onu sakitləşdirdilər. Etiraz edən isə özünə bəraət qazandırmağa çalışırdı



  • mən onun Samir olduğunu hardan bilim axı ? heç ağlıma da gəməzdi ki bu mərkəzin rəhbəri bu qədər sadə geyinər və insanlarla bu dərəcədə səmimi olar. Mən onu tamam başqa cür təsəvvür eliyirdim

Samir içəri girəndə, baş həkim tibbi skamyada əyləşən bir nəfərə nəyi isə başa salmağa çalışırdı. Samir onlara yaxınlaşaraq məsələni öyrənəyə çalışdı

  • sabahın xeyir Akif həkim. Necəsən ? Asif necədir ?

  • hər vaxtınız xeyir müəllim. Yaxşıyam, oğlum da yaxşıdır. Siz necəsiniz ?

  • çox sağ ol. Nə olub burda ?

  • ( Akif əliylə skamyada oturan oğlanı göstərib dedi ) tərslik eliyir. Valideynləri xeyli maddi vəsait xərcləyərək topuğunu müalicə etdirmək üçün onu rayondan bura gətiriblər, o isə müalicəni qəbul etmək istəmir. Boyunun qısa olmasını özünə kompleks eliyir. Deyir - onsuz da ömrüm boyu bu boyda qalaca. Müalicəni neyniyirəm ? – deyəsn bunu psixalogiya bölməsinə göndərməli olacam. Yəqin ki orda bunu fikrindən daşındıra bilərlər

  • Sən düz deyirsən. Həqiqətən də bölgələrdə yaşayan əlil insanlar üçün bura gəlib - getmək həm xeyli əziyyətlidir, həmi də çoxlu vəsait tələb eliyir. Ucqar kəndlərdə yaşayanlar üçün vəziyyət daha qəlizdir. Gərək bu barədə ətraflı düşünəm. O ki qaldı müalicəni qəbul etmək istəməyən bu cavan oğlanın məsələsinə, onunla mən məşğul olaram. Sən hələlik get növbədə dayanan digər insanları qəbul elə

Akif gedəndən sonra Samir yaxınlaşıb oğlanın yanında oturdu

  • həə əzizim, belə-belə işlər. Adın nədir sənin ? neçə yaşın var ?

  • 19 yaşım var, adım Natiqdir

  • Niyə müalicədən imtina eliyirsən ?

  • Mənim boyum cəmi 135 santimetrdir, müalicə eliyə bilirlərsə qoy boyumu artırsınlar. Yoxsa ki yapışıblar topuğumdakı əyrilikdən. Oran ki heç kim görmür. Mənim əsl qüsurum boyumun balaca olmasıdır ki bu qüsuru da hər yerdə, hər kəs görür. Bura gələndə valideyinlərim məni inandırmışdılar ki burda boyumu da müalicə edəcəklər, ancaq deyəsən belə bir şey mümkün olmayacaq

  • Qulaq as Natiq. Mən psixoloq deyiləm, sənə təsir göstərməyə də çalışmayacam. Mən sadəcə reallığı sənə göstərəcəm və son qərarı özün verərsən

  • Eşidirəm səni

  • Sən boyunun balaca olmasını qüsur sayırsan, ancaq bu belə deyil. Bizim bədənimizdə, mənliyimizdə və zehnimizdə bizim istəyimizdən asılı olmayaraq yaranan problemlər qüsur sayılmır. əsl qüsur narkomanlıqdır ki insanlar onun zərəli olduğunu bildikləri halda ona doğru gedərək özlərini pis vəziyyətdə qoyurlar. əsl qüsur atanın öz övladına siqaretin zərərləri barədə öyüd-nəsihət verdikdən bir-neçə dəqiqə sonra onun yanında siqaret çəkməsidir. əsl qüsur yalançılıqda, xəsislikdə, mərdimazarlıqda, insanlara pislik etməkdə, alkoloqizmlikdə, oğurluqda, quldurluqda ad çıxartmaqdır ki insanlar btün bunları bilərəkdən edirlər və bu vəziyyəti özləri özlərinə yaradırlar. Götürək elə səni. Boyunun balaca olmağını istərdinmi ?

  • əlbətdə ki yox

  • deməli heç kim sənin boyuva görə sənə irad tuta bilməz. Təsəvvür elə ki qarşında iki bağ var. birində yalnız eyni növdə və eyni rəngdə olan güllər, digər bağda isə müxtəlif növlərdə və rənglərdə olan güllər var. Sən hansı bağa girərdin ? hansı bağda olmaq sənə daha çox zövq verərdi ?

  • əlbətdə ki ikinci bağ mənim daha çox xoşuma gələrdi

  • insanlar da belədi Natiq. Təsəvvür elə ki hamı eyni boyda, eyni çəkidə və eyni sifətdədir. Bilirsən həyatımız necə maraqsız olardı ? həyatımıza maraq qatan bu müxtəliflik və rəngarənglikdir

  • bəs bu vəziyyətimə görə mənimlə normal insanlar arasında fərq qoyan biriylə qarşılaşsam neyləyim ?

  • əgər səni yaradan ALLAH səninlə heç bir insanın arasında fərq qoymursa adi insanlara niyə məhəl qoyursan ? yadında saxla ki belə nanəcib insanlar həyatda çox azdır və onların da elədikləri bir gün qarşılarına çıxacaq. Bir də bunu heç vaxt unutma ki səni ALLAH yaradıb. əgər sən öz vəziyyətinə görə qəm çəksən, bu ALLAHa qarşı naşükürlük olar. Bizim beynimiz və düşüncəmiz bunun niyə belə olduğunu dərk elicək gücdə və imkanda deyil. Ancaq bil ki yaratdığı hər bir şey üçün uca yaradanın öz səbəbi var. Yəni hər bir şeydə hikmət var. əgər bizim özümüzü də ALLAH yaradıbsa, nəyinsə nə üçün və niyə o cürə yarandığını müzakirə etmək bizim işimiz deyil. Indi seçim sənindir. Istəyirsən müalicə olun, istəyirsən də get evdə özünə qapan

  • sən düz deyirsən. əgər mən sonda TANRInın hüzuruna gedəcəmsə niyə bu dünyada insanlardan asılı qalım. Mənə verilən həyatı lazımınca yaşamağa çalışacam

Samir Natiqlə sağoıllaşıb qapıdan çıxa-çıxa dedi

  • balacaboy olmağın da üstünlükləri çoxdur. əgər dərindən və ağılla fikirləşsən bu barədə xeyli nümunə tapa bilərsən

Samir tibb şöbəsindən çıxıb kabinetinə gələrə telefonla katibəsinə dedi

  • Anna, Muradı yanıma çağır

  • baş üstə

bir- neçə dəqiqədən sonra Murad içəri girdi

  • buyurun müəllim

  • Murad qonaqlar nə vaxt gələcək ?

  • Qaldıqları oteldən çıxıblar. Yoldakı tıxacı nəzərə alsaq 40-45 dəqiqəyə burda olacaqlar

  • Lap yaxşı. Qarşılayıb bura gətirərsən

  • Bəs iclas zalında görüşməyəcəksiniz ?

  • Ehtiyac yoxdur ( gülümsünərək ) 8 nəfərlik qonaq üçün ora çox böyükdür

  • 7 nəfərdilər. Italiya təmsilçisinin ürəyində problem yarandığına görə glə bilmədi. Dedilər 3-4 günə kimi onun yerinə başqasını göndərəcəklər

  • Eybi yox. Qonaqlar mərkəzin həyətinə girən kimi mənə telefonla xəbər ver

  • Baş üstə. Gedə bilərəm ?

  • Buyur

Işlərin çoxluğundan gecə gec yatıb, səhər erkən oyandığından Murad qapıdan çıxan kimi kürəyini kresloya söykəyib, gözünü yumdu. Yuxuda 22 yaşı olarkən sevdiyi qızı gördü.

  • Leyla, qızım təbrik edirəm. Xoşbəxt olasan

  • Təşəkkür edirəm Fatma xala. Qızınıza qismət olsun

Skameykada oturub söhbət edən qadınlardan biri soruşdu

  • nə olub ay Fatma ? qızı niyə təbrik eliyirsən ?

  • dünən Leylaya elçi gəlmişdi. Ad eləmək üçün barmağına üzük də taxıblar. Bu yaxınlarda isə nişan olacaq

bu xəbəri eşidən kimi Samirin başı hərləndi. Yıxılmamaq üçün divara söykəndi. Üzünə təhssüf dolu üzüntü çökdü. Leyla digər qadınların da təbriklərini qəbul edəndən sonra padyezə girdi. Samirin orda olduğunu görüb salam verərək getmək istəyəndə Samir dodaqlarını güclə tərpədərək istməsə də belə Leylanı təbrik etdi. Leyla ona təşəkkür edib gedəndən sonra Samir padyezdə gözünü bir nöqtəyə zilləyərək bir müdət hərəkətsiz qaldı. Nəhayət düşdüyü vəziyyəti dərk edərək hər şeyin bitdiyini anlayıb öz-özünə -eh əlillik. Mənim əlimdən daha nələri alacaqsan ?- deyə pıçıldayaraq evə getdi.> Telefonun səsinə yuxudan ayılıb, yuxulu-yuxulu dəstəyi qulağına apardı

  • eşidirəm

  • ( trupkada Muradın səsi eşidildi ) müəllim maşın mərkəzin həyətinə girdi. Qonaqlar 5 dəqiqədən sonra sizin kabinetinizdə olacaqlar

  • Çox sağ ol Murad

Dəstəyi yerinə qoyaraq siyirtmədən sənədləri götürüb stolun üstünə qoyaraq. Özünü səliqəyə saldı. Bir-neçə dəqiqə sonra Murad 7 nəfərlə birgə içəri girərək onları Samirə təqdim eləməyə başladı

  • bu ispaniya təmsilçisidir. Devid, bu çinli Kim Sudur, bu türkiyə təmsilçisi Tamer Yıldızdır, bu hollandiyadan gələn Van Herseqdir, bu argentina təmsilçisi Hektor Verondur, bu mərakeşli Səid Santanadır, bu isə rusiyalı Vladimir Bloxindir. Onların hamısı ispan dilini bilirlər

  • çox gözəl. Ilk öncə al bu qovluqları onlara payla, sonra gedə bilərsən

Anar qovluqları paylayaraq getdikdən sonra Samir sözə başladı

  • ilk öncə hər biriniz azərbaycana xoş gəlmisiniz. Sizin burda olmağınızın səbəbi mənim “samir” mərkəzinin əhatə dairəsini genişləndirmək istəyimdir. Istəyirəm dünyanın hər yerində bu mərkəzin filialları yaradılsın. əgər bu baş verərsə həm əlillər arasında daha sıx əlaqə yarada bilərik, həmi də digər ölkələrdə fiziki qüsurlu insanlarla bağlı görülən işlərdən daha dolğun məlumatımız ola bilər. Bir sözlə. Bütün dünya əlillərini bir mərkəz ətrafında birləşdirə bilərik. Fikirləşirəm ki əgər “samir” mərkəzinin filialları digər ölkələrdə də açılsa biz bütün dövlətlərin bu sahədə olan təcrübələrini vahid bir paketdə birləşdirərək əlillər üçün mükəmməl bir sistem yarada bilərik. Bütün dünya əlillərini şoxbəxt və qayğısız görmək üçün bütün biliklərimizi paylaşmalı, güclərimizi birləşdirməli, onlara firəvan gələcək vermək üçün birgə çalışmalıyıq. Sizdən xahişim əlinizə olan qovluqları öz ölkənizin müvafiq nazirliyinə təqdim etməyiniz və burda sizə danışdıqlarımı onlara söyləmənizdir. Ümid edirəm ilkin olaraq bu 7 dövlətdən tezliklə məni sevindirəcək cavab alacam və d8igər dövlətlər də bu i.də sizin arxanızca gəlcəklər. Dəvətimi qəbul edərək dəyərli vaxtınızı mənimlə görüşə həsr etdiyiniz üçün hər birinizə təşəkkür edirəm

Samir sözünü bitirdikdən sonra təmsilçilərdən onların ölkələrində əlillərlə bağlı vəziyyəti soruşdu. 2 saatdan çox çəkən fikir mübadiləsindən sonra Samir qonaqları yola salıb telefonun dəstəyini götürdü

  • Anna macarıstanlı müxbir nə vaxt gələcək ?

  • Saat yarımdan sonra

Samir dəstəyi yarinə qoyub açmaq istədiyi əlil rəssamların əl ilərindən ibarət sərginin lahiyəsini hazırlamağa başladı. Təqribən 2 saat sonra telefon zənginin səsinə gözünü noutbukdan çəkdi

  • buyur Anna

  • macar müxbirlə, operator gəlib. Buraxım içəri ?

  • hə. Qoy gəlsinlər

televiziya işçiləri içəri girən kimi 30-35 yaşlarında, ortaboylu, sarışın xanım yaxınlaşıb özünü təqdim edərək dedi

  • salam. Mən macarıstanın ictimai kanalının müxbiri Elenayam ( operatoru göstərərək ) bu isə operator Nilsondur. Bizim telekanala müsahibə verməyə razı olduğunuz üçün sizə təşəkkür edirəm. Bilirəm ki o qədər də çox vaxtınız yoxdur, ona görə də xahiş edirəm icazə verəsinz bizim operator avadanlıqlarını quraşdırsın və biz müsahibəyə başlayaq

  • ilk öncə “samir” mərkəzinə maraq göstərdiyinizə və telekanalınızda bu mərkəzlə bağlı verilişə yer ayırdığınıza görə sizə və telekanalınızın rəhbərliyinə təşəkkür edirəm. Buyurub başlaya bilərsiniz

Elena operatora “başla” işarəsi verərək üzünü Samirə çevirib soruşdu

operator avadanlıqları quraşdırıb qurtardıqdan sonra -hazırdır- deyib kənarda oturdu. Anna Samirin və televiziya işçilərinin qabağına kofe qoyduqdan sonra Samir -başlaya bilərik- dedci və müsahibəyə başladılar

  • mümkünsə ilk öncə özünüz haqda məlumat verin

  • mən özüm haqda və şəxsi həyatım barədə efir qarşısında danışmağı xoşlamıram. Yalnız bunları deyə bilərəm ki adım Samirdir, 27 yaşım var, azərbaycan vətəndaşıyam və futbola baxmağı sevirəm. ( gülümsünərək ) özüm haqda bu qədər

  • necə oldu ki bu mərkəzi yaratmaq fikrinə düşdünüz ?

  • məni buna 27 il ərzində çəkdiyim əziyyətlər məcbur elədi, həyatımın hər bir anında qarşılaşdığım məhdudiyyətlər məcbur elədi, sağlam insanların mənə və digər əlillərə qarşı olan münasibətləri məcbur elədi

  • zəhmət olmasa mərkəz haqqında ətraflı danışın. Onun əsas fəaliyyət sahəsi nədir ? əlillərin inkşafına nə kimi təsir göstərəcək ?

  • mərkəzin əsas işi 2 hissədən ibarətdir. Birincisi biz əlilləri bir mərkəzdə toplamaqla onların problemlərini daha yaxından öyrənib, araşdıraraq bütün problemlərin kökünü, mənbəyini tapmaq istəyirik. Belə olan halda bütün problemləri dərindən analiz edərək əlillərin problemlərini həll edib, dərdlərinə çarə tapa bilərik. Ikincisi isə fiziki qüsuru olan insanların cəmiyyətə inteqrasiyasıdır. Mən istəyirəm ki insanın xarici görünüşü necə olursa-olsun, digər insanlar onu öz aralarına qəbul etsinlər. Onu qeyri-adi sayıb, fərqli münasibət göstərməsinlər

  • yəqin kik çətinlikləriniz də var

  • əlbətdə. ən böyük çətinliyimiz “samir” mərkəzindən uzaqda, əyalətlərdə yaşayan əlillərlə bağlıdır. Onlarla əlaqə qurmaq, mərkəzdə gedən proseslərin onlara da təsir etməsinəşərait yaratmaq bizim üçün çətindir Ancaq, bu məsələylə bağlı yeni bir layhə həyata keçirilir və əminəm ki tezliklə nəticə əldə eliyəciyik

  • fiziki qüsurlu insanların qarşılaşdıqları çətinliklər haqda danışın

  • fiziki qüsurlu insanların qarşılaşdığı ən böyük çətinlik maddi imkansızlıqdır. Məhz pulun olmaması ucbatından bir çox əlil insanlar təhsildən, müalicədən, özünü inkşaf etdirməkdən, ümumiyyətlə bir çox şeylərdən məhrum qalırlar ki bu da onların həyata və cəmiyyətə inteqrasiyalarını böyük ölçüdə çətinləşdirir. Digər bir çətinlik isə sağlam insanların əlillərə qarşı olan pis münasibətidir. Düzdür yaxşı münasibət göstərənlər də az deyil. Amma əsas etibarilə hər zaman sağlam insanlar əlillərə köməyə ehtiyacı olan, yazıq, bədbəxt, genofond üçün zərərli, cəmiyyət üçün artıq yük olan bir insan kimi baxırlar. Hətda elələri də var ki səhər evdən çıxarkən qarşılarına fiziki qüsurlu adam çıxsa, bunu uğursuzluq kimi qəbul edirlər

  • bəs həmin insanlara sözünüz nədir ? ümumiyyətlə sağlam insanlar əlillərə qarşı necə davransınlar ?

  • ilk əvvəl fiziki qüsuru olan insanlara hömətlə yanaşılmalıdır. Yaddan çıxarmaq olmaz ki heç kim bədbəxt hadisələrdən sığortalanmıyıb. Hamının başına iş yerində, yol gedərkən, və ya başqa bir halda qəza gələ bilər ki bu da hər bir kəsin potensial əlil olması deməkdir. Çalışın fiziki qüsurlu insanları öz aranıza qəbul edin. əgər onları qəbul etsəniz və hörmət göstərsəniz, sizi əmin edirəm ki onlar bunun qarşılığını artıqlaması ilə qaytaracaqlar. əlil bir insana kömək etməmişdən qabaq, ondan bunu istəyib-istəmədiyini soruşun. Özünüz bildiyiniz kimi kömək etməyə çalışmayın, onun sizə istiqamət verməsinə imkan yaradın. Xəbərdarlıq etməmişdən qqabaq görmə əngəlli bir insana toxunmayın. Bu onu qorxuda bilər. əlil insanların həyatında fiziki çətinliklərlə bağlı olaraq müəyyən işlər yolunda getmir. Hər bir sağlam insanın borcudur ki belə hallarda əlillərə fiziki və mənəvi dəstək olsun. Bir də ki heç vaxt düşünməyin ki siz bu köməkliyi ömrünüz boyu etməyə məcbur olacaqsınız. Xeyr. Bu mərkəzin məqsədi əlillərin cəmiyyətdən asılılığını qismən azaltmaq, bəzi sahələrdə isə tamamilə aradan qaldırmaqdır

  • dediniz ki əlillərin ən böyük problemi maddi çətinlikdir. Sizcə onlar işləyib özləri üçün pul qazana bilərlər ?

  • əlbətdə ki qazana bilərlər. Sadəcə olaraq bu cür insanları heç yerdə işə götürmürlər

  • fiziki qüsurlu insanlar ən çox hansı işlərdə çalışa bilərlər ?

  • istənilən sahədə. Bu cür insanlar çox gözəl sənətkar ola bilərlr. Məsələn saatsaz, zərgər, telefon və ya ayaqqabı ustası ola bilərlər. Qadınlar isə dərziliyi və toxuculuğu çox gözəl bacararlar. əsas odur ki əlil insana bu peşələrdən birinə köməklik göstərilsin. əlil bir insana etimad göstərildikdə, o bu etimadı doğrultmaq üçün öz üzərində daha çox çalışaraq, işinə ikiqat məsuliyyətlə yanaşacaq

  • sən saydığın peşələr hər iki əli işləyən insanlara aitdir. Bəs bir qolu olmayan insanlar neyləməlidirlər ?

  • məncə həmin insanlar çox gözəl rəssam və ya şahmat ustası ola bilərlər. Ya da qaçış üzrə məhşur idmançı. ən sadəsi, kiçik bir obyekt açaraq ora rəhbərlik edə bilərlər. Bir əllə görülə bilən peşələr çoxdur, əsas odur ki istək olsun. Mövcüd vəziyyəti ilə razılaşmayaraq xarakter nümayiş etdirib işləmək istəyən hər bir əlil insan özünə uyğun bir peşə tapa bilər. Dediyim kimi, əsas odur ki istək olsun

  • evlərində fiziki qüsurlu insan olan ailələrə məsləhətiniz nədir ?

  • fiziki qüsurlu insanın valideyini olmaq çox çətin və məsuliyyətlir. Ilk öncə əlil uşağı bu vəziyyətində qəbul etmək lazımdır. əgər valideyinlər övlalarının fiziki qüxurunu qəbul etsələr, ətradakı insanlar da ( yəni qohum-qonşu ) bunu qəbul eliyəcəklər. əlil uşaqları evə həbs etməyin. Onu parka aparın, onunla birlikdə küçədə gəzişin, onunla birlikdə qohumlarınız gilə qonaq gedin, ətrafı ona tanıdın və ətrafında baş verənlərlə onu tanış eliyin, çalışın hər bir sualna cavab verəsiniz. Ona, edə bilməyəcəyi bir işi tapşırmayın. Bu onun özünə inamını itirməsinə və ruh düşgünlüyünə səbəb ola bilər. Amma hər hansısa bir işi görmək istəyəndə, ona -eləmə, sən bacarmarsan- deməyin, ona fürsət verin. Bir də ki əgər bir iş görmək istəyirsə ona kömək edin, həmin işi onun əvəzinə siz görməyin. Bu onun gələcəkdə sərbəst yaşamasına ən böyük maneədir. Digər əlil uşaqların valideyinləri ilə görüşlər təşkil eliyərək hisslərinizi, fikirlərinizi., təcrübələrinizi, məsləhətlərinizi bölüşüb, fikir mübadiləsi aparın

  • son olaraq, əlillərin özlərinə deyəcəyiniz məsləhətləri eşitmək hər kəs üçün maraqlı olardı

  • əziz, fiziki qüsurlu insanlar. Ilk növbədə çalışın heç vaxt ruhdan düşməyin. Bilirəm ki həyatınızda bir çox işlr qaydasında getmir. Ancaq bu sizə, həyatdan tamamilə imtina edərək özünüzə qapılmağaəsas vermir. Sizə məhşur sərkərdə əmir teymurdan tutmuş, braziliyalı zikoya qədər, yüzlərlə insanı sübut gətirə bilərəm ki heç bir fiziki məhdudiyyətlərə baxmayaraq dünya səviyyəsində şan-şöhrət qazanmışlar. Yadınızda saxlayın “ ümidini itirməyən adamı məğlub hesab etmək olmaz ” tənbəlliyin daşını atıb, öz üzərinizdə işləməyə başlayın. Öz üzərinizdə nə qədər çox işləsəniz, həyatda daha çox uğur əldə edəcəksiniz. Necə deyərlər “ məşqdə nə qədər çətin olsa, döyüşdə bir o qədər asan olar ”. qarşılaşdığınız bütün çətinliklərdə “samir” mərkəzinə müraciət edə bilərsiniz. Bütün problemlərinizin istədiyiniz şəkildə həll olunmasına mən Samir İmanov təminat verirəm.. bizlərə efir vaxtı ayırdığınız üçün sizə və telekanalın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm və sizin telekanala gələcək işlərində uğurlar arzulayıram

  • mən də öz növbəmdə, bu qədər işiniz olmasına rəğmən vaxt ayırıb bizim telekanala müsahibə verdiyiniz üçün sizə telekanal rəhbərliyinin minnətdarlığını çatdırıram. Bu mərkəzə, burda çalışan işçilərə, burda qeydiyyatda olan bütün fiziki qüsurlu insanlara və şəxsən sizə uğurlu gələcək arzulayıram

  • təşəkkür edirəm

operator kameraları söndürən kimi Samir dedi

  • çox xahiş edirəm bu müsahibənin eşitmə əngəlli insanlar tərəfindən də izlənə bilməsi üçün bu müsahibəni efirə jestika, və yaxud altyazı ilə də verəsiniz

  • əlbətdə. Bu belə də olacaq

jurnalistlə operator otaqdan çıxdıqdan sonra Samir, sayt admnistratorlarının rəhbəri Əzizə zəng vurdu

  • salam Əzizim. 1 saatlıq boş vaxtın var ?

  • bəli müəllim, var

  • onda get istirahət otağına, nərdi də hazırla. Keçən dəfəki marsın əvəzin çıxmasam rahat olmaram

telefonun dəstəyini yerinə qoyaraq kreslodan durub qapıya tərəf bir-neçə addım atdıqdan sonra qəfildən geri dönüb iş masasının yanına gəldi və siyrtmədən dörtkünc qatlanmış vərəqi götürərək cibinə qoyub, otaqdan çıxdı.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin