Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə6/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   2   3   4   5   6   7   8   9   ...   46
Argentina

Xavyer yaşadığı misones əyələtindəki posadas şəhərinə qayıdanda bəd xəbərlə qarşılaşdı. Iş yerinə gələndə köməkçilərindən biri qaçaq yolla əldə edilən və Xavyerə məxsus barlarda satılan içkilərin polislər tərəfindən aşkar edildiyini dedi.



  • bu necə baş verib ? ( Xavyer əsəbindən pörtmüş halda sorşdu )

  • bizi polislərə barlardan birində ofisant işləyən Oskar adlı bir nəfər satıb. Işdən qovulduğuna görə qisas almaq istəyib. Indi polislər onun qapısında keşik çəkillər. Idarədəki adamımızın verdiyi xəbərə görə sabah onun ifadələri əsasında cinayət işi açacaqalar

  • mallar harda ələ keçirilib ?

  • yolda. 4 yük maşını içki ələ keçirdiblər

  • onu bu gecə yanıma gətirin

  • polisləri neynəyək ? onları öldürsək problemimiz yaranacaq

  • oğlan harda qalır ? şəhər yerində, yoxsa həyət evində ?

  • arvadı və 3 aylıq qızı ilə bərabər bağ evində qalırlar

Xavyer köməkçisinə neyləyəcəklərini başa salandan sonra. Böyrək almaq üçün ona müraciət eliyən kanadalı biznesmenlə görüşə getdi.

Gecə saat 3-ün yarısı qapının yanında keşik çəkən polislərdən biri digərinə dedi



  • hələ yarım saatımız var. Soyuqdan dondum

  • mən də üşüyürəm. Gəl körpüdə keşik çəkən həmkarlara zəng vuraq, görək orda vəziyyət necədi

zəng vurmaq üçün telefonu cibindən çıxartmaq istəyəndə atəş açıldı və atılan güllə darvazada kiçik deşik əmələ gətirdi. Polislər cəld daldalanaraq silahlarını çıxardıb atəş açmağa başladılar. Bir-neçə dəqiqədən sonra polis sirenasının səsi eşidildi və yaxınlaşan polis maşınından 2 polis geyimli adam düşərək polislərə kömək etməyə başladı. Onlardan biri cibindən içi dolu 4 tapança darağı çıxardaraq güllələri qurtarmaq üzrə olan polislərə verib döyüşü davam etdirdi. 10 dəqiqəyhə yaxın çəkən atışmadan sonra naməlum şəxslər atəşi dayandırıb hadisə yerindən uzaqlaşdılar. Polislər daldalandıqları yerdən çıxıb köməyə gələnlərə təşəkkür etdilər

  • çox sağ olun. Lap vaxtında gəldiniz

  • burda atışma olduğunu hardan bildiniz ? ( yaşlı olanı soruşdu )

  • bizi bura mayor Qabriel göndərib. Sizi əvəz etmək üçün ( gəlmə polislərdən biri dilləndi )

  • tez gəlmisiniz ( təəcüb dolu narahatlıqla soruşdu )

  • istəyirsən gedək bir azdan gələrik ( zarafatla cavab verdi )

polislər maşına minib gedən kimi gələn adamlardan biri “ gəlin ” əmrini verdi və bayaqdan polislərə güllə atan 4 nəfər gizləndikləri yerdən çıxıb darvazanın yanına gəldilər

  • afərin sizə uşaqlar. əla işlədiniz ( ucaboy olan dilləndi ) qoy o axmaqlar elə fikirləşsinlər ki bu döyüşdən öz fərasətlərinə görə sağ çıxa biliblər. Burda çox ləngimək olmaz Oskarı və ailəsini götürün getdik

  • telefon xətlərini kəsmək, mobil telefon siqnallarını isə blok eləmək super fikiriydi ( adamlardan biri hasara dırmaşa-dırmaşa dilləndi )

polis məntəqəsinə gedən polislərdən biri maşını sürə-sürə qürrələnməyə başladı

  • afərin bizə. Belə bir vəziyyətdən ki sağ çıxdıq bizə heç bir cinayətkar bata bilməz

  • yox. Burda nəysə düz deyil ( yaşli olan fikirli-fikirli dedi )

  • nə düz deyil ? bir neçə başdan xarab şahidi öldürmək istəyirdi, amma bilmirdilər ki orda biz varıq. Sərt üzümüzü görən kimi qorxub qaçdılar

  • yenə də ürəyim rahat deyil. Qabrielə zəng vururam

telefonu götürüb qabrielə zəng vuraraq bir az danışdıqdan sonra “ lənət şeytana. Onlar polis deyillərmiş. Cəld geri dön ” deyə bağırdı. Polislər yerlərinə çatanda orda heç kimi görmədilər, darvaza içə açıq idi.

Səhəri gün Oskarı və ailəsini Xavyerin yanına gətirəndə Xavyer maşa ilə həyətdə qoyulmuş manqalın közünü qarışdırırdı. Yaxınlıqdakı qəfəsdə olan 5 it isə dünəndən ac saxlanıldığından qəfəsin yanında qoyulmuş iri ət parçasının iyindən qəfəsin dəmirlərini çeynəyirdilər. Oskar Xavyeri görən kimi qaçaraq gəlib onun qarşısında diz çökərək yalvarmağa başladı



  • bağışla məni şef, Yalvarıram bağışla. Bilirəm səf iş tutmuşam. Ömrüm boyu sənə xidmət eliyib borcumu ödəməyə hazıram.

  • ( Xavyer közü qarışdıra-qarışdıra dedi ) əgər sən içki şüşəsini əlindən salıb sındırsaydın, yaxud içkiləri gətirən maşınlardan birinin sürücüsü olaraq qəza törədib mənə ziyan vursaydın sənin dediyini eliyərdim. Ancaq özün də yaxşı bilirsən ki xəyanəti bağışlamaq olmaz

  • ( Oskar onun ayaqlarını qucaqlayıb ağlaya-ağlaya dedi ) ailəmin burda heç bir günahı yoxdu şef. Yalvarıram burax onları getsin. Nə eliyəcəksənsə mənə elə

Xavyer köməkçisinə Oskarı ondan uzaqlaşdırmağı və uşağı ona gətirməyi əmr edib maşayla manqaldakı közləri yarısını manqalın bir kənarına yığmağa başladı. Sonra Oskarın və arvadının ağlamaqlarına və yalvarışlana məhəl qoymayaraq yatmış uşağı koməkçisindən alıb ona bürünmüş adyalı açaraq paltarlı-paltarlı manqalın içinə qoydu. Heç nədən xəbəsiz yatan körpə istini hiss edən kimi oyanaraq çığırmağa başladı. Xavyer isə - qoy bu gün itlərim şənlik eləsin - deyib maşayla kənardakı közləri götürüb isti manqalın içində çabalayan uşağın üstünə yığmağa başladı. Isti közlərin arasında qışqıran uşağın səsi ətrafa yanmış ət qoxusu yayıldığı vaxt birdə kəsildi. Oskar adamların əlindən çıxmaq üçün əl-qol atanda başının arxasından aldığı zərbə nəticəsində yerə yıxıldı. Arvadı isə onu tutub saxlayan adamların əlindən çıxmaq üçün var qüvvəsiylə mübarizə aparırdı. Nəhayət onların əlindən çıxaraq manqala tərəf qaçdı. Lakin 4-5 addımdan sonra adamlar onu yenidən tutub saxladılar. Kənardan Oskarın arvadının hərəkətlərinə tamaşa eliyən Xavyer - itlər qızarmış ət yeyəndən sonra çiy əti bəyənmirlər. Bunu itlərin qabağına atın - deyib stulda əyləşdi. Özünə gələrək arvadının qəfəsə tərəf aparıldığını görən oskar qəflətən qışqıra-qışqıra yerindən sıçrayaraq yerdən götürdüyü taxta parçasıyla ona nəzarət eliyən adamlari vurub arvadına tərəf qaçdı. Onlara çatıb əlindəki taxtayla Xavyrin adamlarını vurmaq istəyəndə arxadan Xavyerin atdığı bıçaq başının arxa tərəfinə saplandı. Bıçağın ucu isə gözündən çıxdı. Oskarın arvadı ərinin qəflətən susaraq dayanmasından təəcüblənsə də sonrada üzü üstə onun ayaqlarının altına yıxılan Oskarın başındakı bıçağı görəndə “ sizi lənətə gələsiniz, ” deyə qışqıraraq hönkürməyə başladı. Adamlar onu nərdivanla qəfəsin üstünə çıxardaraq açıq yerdən içəri tulladılar. Kürəyi üstə yerə düşən qadın qalxmaq istəyəndə itlərdən birinin acgözlüklə dişləməsindən sonra budunda bərk ağrı hiss edib iti özündən uzaqlaşdırmaq istəyəndə eyni ağrını çiynində və qarnında da hiss edib onu didən itlərdən qurtulmaq üçün qışqıra-qışqıra əl qol ataraq çırpınmağa başladı. Itlər isə heç nəyə baxmayaraq qadını didib-parçalamaq üçün sanki bəhsə girirdilər. Bir az sonra Xavyer qadının da öldüyünü görüb köməkçisinə tərəf çevrilərək - həyətdə bir az səliqə yarat - deyib evə tərəf getdi


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin