BüDCƏNİn mahiYYƏTİ, funksiyalari, BÜDCƏ quruluşu və Sİstemi, AZ B quruluşU, priNSİPLƏRİ



Yüklə 17,97 Kb.
səhifə1/4
tarix03.04.2023
ölçüsü17,97 Kb.
#92820
  1   2   3   4
Sənəd (2) (31) (2)


BÜDCƏNİN MAHİYYƏTİ, FUNKSİYALARI, BÜDCƏ QURULUŞU VƏ SİSTEMİ, AZ B QURULUŞU, PRİNSİPLƏRİ
Büdcə dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsini özündə əks etdirən əsas maliyyə planıdır. Büdcə dövlətin gəlirləri və xərcləri arasındakı balansı əks etdirir. Büdcə - dövlətin vəzifə və funksiyalarının maliyyə təminatı üçün müəyyən edilmiş pul vəsaitləri fondunun yaradılması və istifadəsi formasını ifadə edir. Büdcə ölkənin maliyyə sistemində aparıcı mövqeyə malikdir. O, dövlət, müəssisə və əhali arasında bölgü münasibətlərinin bir hissəsini ifadə edir ki, bu da maliyyə resurslarının ümumdövlət fondunun formalaşması və istifadəsi ilə əlaqədardır.
Büdcənin köməyi ilə dövlət bələdiyyə hakimiyyəti idarəetmə aparatının, ordunun saxlanılması, sosial tədbirlərin həyata keçirilməsi, iqtisadi vəzifələrin reallaşdırılması, yəni onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün maliyyə resursları əldə edirlər. Büdcə müəyyən dövr ərzində dövlətin, müəssisə və təşkilatların, ailə və ayrı-ayrı şəxslərin pul gəlirləri və xərclərini ifadə edən qurumdur. Büdcə maliyyə münasibətlərini əks etdirən tarixi iqtisadi kateqoriyadır. Onun yaranması və inkişafı dövlətin yaranması və formalaşması ilə bilavasitə əlaqədardır.
Dövlət büdcəsinin geniş məzmunu onun yerinə yetirdiyi funksiyalarda öz əksini tapır. Dövlət büdcəsi bu funksiyaları həyata keçirir:

  • Bölgü (yenidən bölgü) funksiyası. Dövlət büdcəsinin bölgü (yenidənbölgü) funksiyası dövlət və yerli idarəetmə orqanları səviyyəsində mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi vasitəsilə həyata keçirilir. İnkişaf etmiş ölkələrdə müxtəlif səviyyəli büdcələr vasitəsilə ÜDM-in 30-35%-i yenidən bölüşdürülür. Büdcə vasitəsilə ÜDM-in yenidən bölgüsü 2 mərhələdə həyata keçirilir: 1. büdcənin gəlirlərinin yaradılması; 2. büdcə vəsaitlərinin istifadəsi.

  • İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdmlması funksiyası. Dövlət büdcəsi hər şeydən əvvəl isə vergilər sistemi vasitəsilə iqtisadiyyatın və investisiyanın tənzimlənməsi, həvəsləndirilməsi, istehsalın səmərəliliyinin yüksəldilməsi aləti kimi Çıxış edir. Dövlət büdcəsindən vəsait ayırmaq vasitəsilə iqtisadiyyatın ayrı-ayrı üstün sahələrinə dövlət yardımı göstərilir.


  • Yüklə 17,97 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin