Ad: Cavidan
Soyad: Nəbizadə
Müəllim: Qurbanov Ağayusif
İxtisas: Cüdo məşqçiliyi
Kurs: 4
Qrup: 110A27
Mövzu: Zorxana güləş növü
Zorxana güləş növü
Tarixi faktlara əsasən, zorxana 700
il
öncə (hicri-şəmsi 7-ci əsr) Puryayi
Vəli (Məhmud ibn Vəliyuddin) tərəfindən yenidən sistemləşdirilib.
Zorxananın daha qədim tarixə malik olması da qeyd edilmişdir
.
XIX əsrin
sonları, 20-ci əsrdə Azərbaycanda Sali Süleyman və Rəşid Yusifov kimi
məşhur pəhləvanlar el hörməti qazanmışdılar. Muxtar Dadaşov və Salar
Aslanovun "Azərbaycan pəhləvanları" kitabında Sali Süleymanın
pəhləvanlığı haqqında bunları oxuyuruq: "Məşhur pəhləvan İvan
Poddubnının rəhbərliyi ilə beynəlxaq yarışlara hazırlaşan Sali Süleyman
tezliklə misilsiz atletik bədən quruluşu, fenomenal gücü və güləş texnikası
ilə idman həvəskarlarını valeh etmişdi. Avropanın sirk meydanlarında-
London, Paris, Praqa, Roma və başqalarında dünyanın bir çox tanınmış
güləşçilərini məğlub edən Sali Süleyman "çempionların qənimi" kimi
şöhrət tapmışdı. O, öz məşqçisi İvan Poddubnı ilə birlikdə Vaşinqtonda və
Çikaqoda keçirilmiş beynəlxalq turnirlərdə də müvəffəqiyyətlə çıxış
etmişdi". Sali Süleyman həmçinin Bakıda, Tiflisdə, İrəvanda, Gəncədə,
Dərbənddə, Qroznıda, Mahaçqalada, Moskvada və başqa şəhərlərdə
özünəməxsus çıxışları ilə tamaşaçıları heyran qoymuşdu. Dünyada məşhur
olan Rəşid Yusifov yenilməz pəhləvanlar Eldar Göyçaylının, Məmməd
Hüseynovun, Əşrəf Sultanovun, Sabir Məmmədovun, İsgəndər Hacıyevin,
Qiyas Nuriyevin, Məmməd Abdullayevin ustadı olub.
Mürsəl Hakimov bənzərsiz bahadırların hünər yolunu davam etdirən
yeni pəhləvanlar nəsli barədə də danışırdı: "Qazax bölgələrindən Sabir
Qazaxlı, Laylabaşoğlu, Qənbər Salahlı, Tovuzlu Məmməd Muradov,
Qəbələli Əbdürrəhman Atakişiyev, Köçəri Beyləqanlı, Göyçaylı Rasim
Məmmədnəbi, Qaçay Hüseynov və oğulları Təvəkkül, Allahverdi, Şəkili
Gəray Löymanov, Famil Löymanov və başqalarının adı həmişə el arasında
məşhur olub." Mürsəl Həkimov "Həkimlilər" soyundan olan pəhləvan
Müsəllim Həkimlinin igidliyindən, soyunun pəhləvanlığından da danışırdı:
"Müsəllimin əsil-nəcabətində babalarından Rüstəm Zal, Mehdi
Bayramoğlu, Şaqqulu oğlu Məmməd kimi el pəhləvanları Qazax,
Borçalı bölgələrində məşhur olmuşlar.
XIX əsrdə yaşamış Rüstəm Zal Zaqatalaya səfər edərkən yolda qəfildən
pələnglə rastlaşıb, onun cəngini ayıraraq öldürüb. O, həmişə el toylarında
sərrast gülləsinə görə nəmər alıb. Mehdi Bayramoğlu isə Gəncəbasarda ən
sərrast güləşən el pəhləvanı olub. Mehdi pəhləvan ölənədək meydanda
məğlubiyyət nə olduğunu bilməyib". Azərbaycan ruhu yenilməzdir,
məğlubedilməzdir. Çox zaman fitrətimizin dərinliklərə çəkilməsinə göz
yumur, imkanlarımızı səfərbər etməyə girişmirik. Unuduruq ki, olanları
nəinki qorumaq, hətta artırmaq hava-su qədər gərəklidir. Əks təqdirdə milli
müəyyənliyimizdən, xəlqi keyfiyyətlərimizdən uzaq düşürük. Təkcə "Dədə
Qorqud dastanları"nda pəhləvanlığın kifayət qədər daşıyıcılarına rast
gəlmək mümkündür.
Zorxananın damı gümbəz, döşəməsi isə yer səthindən aşağıdır. Qapısı
alçaq olduğundan oradan içəri girmək istəyən şəxs mütləq əyilməlidir.
Qapıdan əyilərək keçmək idmançılara təvazökarlıq aşılayır.
Qapı "sərdəm"ə gedən dar və alçaq keçidə açılır. Sərdəm bir, bir metr
yarım hündürlüyündə taxtadan qurulmuş taxtdır. Gözəl səsli mürşid sərdəm
üzərində oturub idman oyununa xas olan musiqi və adətən "Şahnamə"dən
seçilən cəngi şerlərlə idmançıları təşviq edir.
Zorxana ortasında uzunu 4 və ya 5, eni 4, dərinliyi 1 metr olan səkkiz və
ya altı güşəli yerdən aşağı meydan olur.
Zorxana qədim Azərbaycan şəhərlərində pəhləvanların güləşdikləri
meydandır. Azərbaycanda pəhləvanlığın milli kökənli, qədim, bənzərsiz
təməl ənənələri var.
Zorxanada zurnaçı dəstəsi "Cəngi" çalardılar. Xalq mərasimlərinin,
meydan tamaşalarının tərkib hissəsi kimi bu gün də öz formasını qoruyub
saxlayan güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa
boynu əymək, kəndirbazlıq etmək yalnız oğuz-türk xalqlarının deyil, həm
də bütün dünya xalqlarının dinamik-dramatik oyunları olub, tamaşaçıların
zövqünü oxşayıb. Zorxana, pəhləvanlıq xalq tamaşaları Bahar-Novruz
mərasimlərindən sonrakı inkişaf mərhələlərində ayrıca tamaşa növünə,
peşəyə çevrilib. Azərbaycan ruhunun ifadəsi kimi zəngin folklor
nümunələrində belə pəhləvan obrazı son dərəcə bənzərsiz, bitib-
tükənməyən güc rəmzi kimi təqdim edilir. Pəhləvan obrazının xalq ruhunda
yenilməz, məğlubedilməz şəkildə təqdim edilməsi adi səciyyə daşımayıb.
Pəhləvan xalq ruhundan doğan real bir obraz idi.
Bolşevik inqilabı zamanı Azərbaycanda repressiyaya məruz qalan
ənənələrdən biri də Zorxana olub. Şəhərin, məhəllənin nüfuzlu insanlarının
toplandığı Zorxananın dini mahiyyətini dəyişə bilməyən bolşeviklər bu
misilsiz sənətə son qoyub, zorxanalar qadağan edilib.
Bu idman növü çox rəngarəngdir və digər növlərə bənzəmir. Zor –
“güc”, xana isə - “məkan” mənasını verir. Bu növün tarixi çox qədimlərə
gedib çıxır. Əvvəl-əvvəl zorxanalar döyüşçü və pəhləvanların fiziki
hazırlıq hərəkətlərini icra etdikləri məkan olub.
Onun damı gümbəz, döşəməsi isə yer səthindən aşağı olarmış.
Zorxanalarda nizə, toppuz, qılınc, ox kimi silahlardan istifadənin
məşqləri keçirilərmiş. İdman növü kimi isə “Zorxana”, yalnız 17-18-ci
əsrlərdə Pur Vəli tərəfindən yaradılıb. Pur Vəli əslən Gəncəli olub. Zorxana
idman yarışları 3 gün sürür. Birinci gün komanda yarışları olur. Komanda
tərkibi 7 nəfərdən ibarətdir. Bir nəfər kapitandır. Kapitan “miyandar” –
yəni “ortaçı” adlanır, o ortada hərəkətləri göstərir və digər 6 idmançı
onunla sinxron olaraq bu hərəkətləri təkrarlayır. “Bu hərəkətlər indiki
güləşin “can qızdırmaları”ndan ibarətdir. Əvvəlcə güləş elə zorxananın
daxilində olub..
İkinci gün isə fərdi yarışlar başlanır. İdmançılar bir-bir yarışın
növlərində qarşılaşırlar. İlk olaraq mil alətləri nümayiş etdirilir. Bu qılınc
və topuzun məşqidir. Millər müxtəlif çəkilərdə olur. Iki kiloluq
“milbazi”dən tutmuş, 20 kiloluq “milsəngi”yə qədər.
İkinci növün adı “Kəbbadə”dir. Burada zəncirə oxşar dəmir alət idmançı
tərəfindən saga-sola yellədilir. Bu yay və oxun məşqidir. Kəbbadə ox
atmaqda qolları gücləndirir.
Üçüncü növ “səng” daşlarıdır. Səng daşları qalxanın məşqidir. Bir səng
daşı 20 kiloqramdır.
Dördüncü növ isə “çərxitiz”dir. Çərxitiz zamanı idmançı bir dəqiqə
ərzində, yarim metr dairə radiusunda surətlə fırlanmalıdır.
Növbəti isə “çərxiçəməni”dir. Bu zaman isə idmançı daha böyük radiusda
3 dəqiqə fırlanmalıdır.
Yarışmanın sonuncu günü isə zorxana güləşi yarışları baş tutur. Bu güləş
növü sərbəst güləşə bənzəsə də, ondan iki fərqi var. Birinci fərq, geyinilən
şalvardır. Dizdən olan bu şalvar “nəti” adlanır. İkinci fərqi isə ondadır ki,
bir idmançının kürəyi yerə dəyirsə, oyun bitir və o məğlub olur. Bu güləşdə
5 çəkidə idmançılar yarışır.
Dostları ilə paylaş: |